Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2044/2021 22.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X15 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1, onun vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və cehiz əmlakı tələbi”nə dair ilkin iddiası, habelə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “ümumi birgə mülkiyyətinin bölünməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil qeydiyyat nömrəsi **********78-05101-093036 12.03.2020-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında iddiaçının mülkiyyətindədir. Cavabdeh1 iddiaçının keçmiş həyat yoldaşıdır. Cavabdeh1la evləndikdən sonra iddiaçının valideyinlərinə məxsus evdə bir müddət yaşasalar da, iddiaçı sonradan doğulduğu və anasının ona bağışladığı ünvan 1 ünvanında yerləşən mənzilə köçdülər və Cavabdeh1 həmin mənzilə qeydiyyata düşdü. Cavabdeh1la bağlanmış nikahları nikahın ləğv edilməsi haqqında qeydlər kitabında 29 avqust 2017-ci il tarixdə 287 saylı qeyd ilə ləğv edildi. Ailə-daxili münaqişələr nəticəsində birlikdə yaşamaqları qeyrimümkün olduğuna görə iddiaçı ona məxsus evdən oğlu ilə birlikdə çıxdılar. Lakin cavabdeh halhazırda da mülkiyyət hüquqları ilə iddiaçıya məxsus əmlakda yaşamağa davam edir. Tərəflərin birgə eyni mənzildə yaşamaqları qeyri-mümkündür. Ona görə də cavabdehin mənzildən istifadə hüququna iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada kompensasiya verilməklə məhkəmə qaydasında xitam verilməli və mənzildən çıxarılmalıdır. Digər cavabdeh, Cavabdeh2 iddiaçının övladıdır. Mülkiyyət hüquqları ilə iddiaçıya məxsus Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 19 ünvanında yerləşən mənzildə doğulub və qeydiyyatdadır. Ailə həyatı qurub və həyat yoldaşına məxsus mənzilə köçüb. Cavabdehlər iddiaçıya məxsus evdə qeydiyyatda olduğu və mənzildən istifadə etdiyi halda onun həmin mənzildə yaşamağı mümkünsüzdür. İddiaçı hazırda kirayədə qalır. Öz evində rahat yaşamaq istəyir. Göstərilənlərə əsasən X1 verməklə mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında olan mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması, Cavabdeh2 mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında olan mənzilə istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, X1 verməklə mülkiyyət hüquqları üzrə iddiaçıya məxsus olan ünvan 1 ünvanında olan mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması, Cavabdeh2 mülkiyyət hüquqları üzrə iddiaçıya məxsus olan ünvan 1 ünvanında olan mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması, iddiaçıya məxsus lakin cavabdehdə qalmış əmlakların - ünvan 1 ünvanında yerləşən Yataq Belqiya şpon, kravat 2*2-metr başlıq şpon vevqe üzəri şüşə-3,20* Birləşik tumbalarla, döşək ortoped, kamod şpon vevqe üzəri şüşə, dekorativ vaza rəngi tünd palıd H-80-sm, xalca narıncı Avropa, TV-alt, qarderob quraşdırma, divan açılan, divar tipli TV-alt, qarderob quraşdırma, küc, bronza güzgü konsol əntiq, təbii dəri divan 3-yerli, təbii dəri divan 2yerli, təbii dəri kreslo 2-ədəd, qorka qara parlaq, puf 80*80, jurnal stolu R-120-sm, təbii dekorativ dəri lazer işlənmə ornament, çil-çıraq xrustal-qızıl su, bra-zəncirlə xrustal-qızıl su, dünya qülləsi şəkil, döşəmə üstü vaza Vileroy bos şüşə, dekorativ güllər, dekorativ albalı aksesuar H-90 sm, vaza dekor qara qızıl işlənmə R-75-sm, vaza dekor qara qızıl işlənmə R-75-sm, dekor buruq aksesuar, vaza dekor dəst qaşla 1 ədəd, divar şəkili əl işi, televizor, DVD kolonkalar, keramik vaza dəst 3-ədəd, divar saatı, Tarşer Xrustal 2 ədəd H100-R25 2*470, kravat 2*2- metr başlıq şpon vevqe üzəri şüşə-3,20* birləşik tumbalarla, döşək artopetiq, kamod şpon vevqe üzəri şüşə, dekorativ Vaz rəngi tünd palıd H-80-sm, xalça narıncı Avropa, TV-alt, qarderob quraşdırma, divan açılan-bağlanan, divar tipli TV-alt, qarderob quraşdırma künc, bronza güzgü konsol əntiq, təbii dəri divan 3-yerli ağ, təbii dəri divan 2-yerli ağ, təbii dəri kreslo 2-əd ağ, qorka qara parlaq, puf 80*80, jurnal stolu R-120-sm, təbii dekorativ dəri lazer işlənmə ornament, çil-çıraq xrustal-qızıl su, brazəncirlə xrustal-qızıl su, dünya qülləsi şəkil (mirovıye-başni), döşəmə üstü vaza vileroy BOS Şüşə, dekorativ güllər, dekorativ Albalı aksesuar H-90sm, vaza dekor qara qızıl işlənmə R-60-sm, vaza dekor krem R-50- sm, dekor buruq aksesuar (piştaxtanın içində), vaza dekor çərcivə ilə dəst qaşla 1 ədəd, divar şəkili əl işi, televizor, ev kinoteatrı, keramik vaza dəst 3 ədəd qara, divar saatı, tarşer Xrutal 2 ədəd H100-25*25 2*470, divan aypara 2 səviyəli qəhvəyi-acıq krem, qəhvəyi puf jurnalnıy+şüşə, əl işi yağlı boya tema ağ güllər, qorka spot-lampa ilə-şüşə polka ilə Belqiya, vaza dekorativ qızıl keramika, stol-stul türk klassik, qorka 2 ədəd klassik kamod, çil-çıraq xrustal-2səviyəli, klassik dekorativ şəkil divar üçün, xalça açıq-qəhvəyi türk, saat Pod-Klassik, Madonna QDR serviz 12-Person 120-ədəd sovet vaxtı alınıb, çay servizi 6- person tünd-göy kobolt sovet vaxtı alınıb, kofe servizi 6-person tünd-göy kobolt sovet vaxtı alınıb, çəhrayı farfor 6-person çay servizi çexiya sovet vaxtı alınıb, çəhrayı farfor 6-person çay servizi çexiya sovet vaxtı alınıb, çəhrayı farfor desert dəsti (blud 1 ədəd, konfet qabı 3 ədəd, meyvə qabı 2 ədəd, çərəz qabı 2 ədəd çexiya) sovet vaxtı alınıb, sovet vaxtı cin istehsalı işıqda farforun divarında qadın əksi görünür 6person, serviz 6-person sovet vaxtı çex kofe servizi mirvari-içi qızıl-suyu, oval vaza 4 ayaqlı dəstəkli 1 ədəd, dekorativ tarelka 2 ədəd klassik, şamdan gümüş suyu, statuetka qadın, vaza farfor ağ rəng qızıl işləmə bagema xrezontem, döşəmə üstü vaza dara bagema, açılan divan göy rəng, velo trenajor, divar mebeli şpon işləmə yazı stolu, xalça əl-işləmə bordo, soyuducu simensmetal rəng, televizor “Samsung” dispenser-bosh, künc divan qara mətbəx, şüşə miz oval mətbəx, metal stul 2 ədəd mətbəx, şkaf kupe ayna qapı, mətbəx mebeli, mətbəx kamodu, “Simens” markalı kondisoner divar tipli alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddiaçıya məxsus lakin cavabdehdə qalmış əmlakların - ünvan 1 ünvanında yerləşən gümüş yemək dəsti, Bronza şamdan, dekorativ dəst Avstriya, nəlbəki, fincan, bulud, bagema güldan H-40 sm çəhrayı qızıl işləmə, farfor qəhvə dəsti narıncı böyük bulud, çaydan, qənddan, südqabı, fincan-nəlbəki, gümüşü vaza, “Samsung” markalı tozsoran su ilə, elektrik yağ radiatoru 2 ədəd vitek, Yapon temasında 3 ədəd tablo, qırmızı dekorativ meyvə qabı, farfor çay dəsti ağ-yaşıl, bagema qədəh dəsti 6 ədəd, bagema fujer 2 ədəd, Yapon çay servizi 4 person, Pod- Feberje 2 ədəd, dekorativ sandıq, Çex istehsalı 3 mərtəbə Madonna-Kobolt meyvə qabı, bagema qızı-kobolt səbət, klassik dekorativ bulud bordo, xrustal bagema, güldan, konfet qabı, qaşıq dəsti qızıl suyuna salınmış -əşyaların iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində, Cavabdeh1 İddiaçı qarşı “ümumi birgə mülkiyyətinin bölünməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 1988-ci tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. 29.08.2017-ci ildə nikahları pozulmuşdur. ünvan 1 isə alqı-satqı müqavilələri əsasında və ilk iddiaçı ilə rəsmi nikahda olduqları müddətdə əldə edilmişdir. Yəni İddiaçı həmin mənzili əvəzsiz əldə etməmişdir. Beləliklə həmin mənzil tərəflərin ümumi birgə mülkiyyətindədir və mənzilə 2/3 hissədə mülkiyyət hüququ tanınmalıdır. Bu halı məhkəmə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müvafiq sorğu verməklə də təsdiq edə bilər, zamanında evdəki bütün dəyərli əşyalar hamısı birgə nikahda olduqları müddətdə alınmışdır. Eyni zamanda qeyd edilməlidir ki, həmin mənzilin alınmasında İddiaçı heç iştirak etməmişdir. Həmin mənzilin alınmasında bütün xərcləri iddiaçı çəkmişdir. İddiaçı həyatı boyu heç yerdə işləməyib. İddiaçı isə bütün karyerası ərzində kifayət qədər yaxşı işləmişdir. Bunu tərəflərindən təqdim ediləcək əmək kitabçalarının surətləri də təsdiq edə bilər. Göstərilənlərə əsasən ilkin iddianın təmin edilməməsi, ünvan 1 üzərində və evdəki bütün əşyalar üzərində iddiaçı Cavabdeh1 2/3 hissədə mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə iddia müddəti tətbiq olunmaqla təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1, onun vəkili Vəkil2 ilkin iddia tələbini qismən qəbul edərək, qismən (cehiz əşyaları hissəsində) təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ilkin iddia üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə ilkin iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarında olan 1997-ci il tarixli mənzil bağışlama müqaviləsinin surətindən görünür ki, X3 məxsus Bakı şəhəri, Atatürk prospekti, ev 29, mənzil 34-ü İddiaçı bağışlamışdır. İş materiallarında olan 06.08.2002-ci il tarixli, 157472 saylı müqavilənin surətindən görünür ki, satıcı X4 məxsus Bakı şəhəri, Nizami küçəsi, ev 93, mənzil 19-u alıcı X2. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 29 avqust 2017-ci il tarixdə verilmiş AZ-İ № 274349 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X12 arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında elə həmin tarixdə 287 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Bayramova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 12.03.2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 X5 adına paylı mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 3386 saylı reyestr kitabının 317117 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun 06 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, ləğv prosesində olan "xxxx" ASC ilə borcalanlardan biri olan Cavabdeh2 arasında 07 fevral 2018- ci il tarixli, 11/181/AİFK nömrəli kredit müqaviləsi bağlanmışdır. Borcalana verilmiş ipoteka krediti hesabına Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 392, M16, m1 ümvanında yerləşən yaşayış sahəsi alınmışdır. Məhkəmə ilkin və qarşılıqlı iddia tələblərinə qiymət verərək hesab edir ki, həm ilkin, həm qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin “X1 verməklə mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında olan mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” hissəsi ilə bağlı qeyd edir ki, ilkin iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunmuşdur ki, ünvan 1 X5 və X10 birgə nikahları dövründə əldə edilmişdir. Məhkəmə ilkin iddia tələbinin “Cavabdeh2 mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında olan mənzilə istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” hissəsi ilə bağlı qeyd edir ki, ilkin iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir, Cavabdeh2 həmin mənzildə formal olaraq qeydiyyatdadır. Eyni zamanda müəyyən olundu ki, ilkin iddia üzrə Cavabdeh2 ipoteka krediti hesabına alınmış mənzili var və onun mübahisəli yaşayış sahəsinə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2011-ci il tarixli Qərarı). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə «istifadə» sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, «istifadə hüququ» ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» 29 mart 2016-cı il tarixli Qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan «istifadə hüququ» Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Həmin maddədə nəzərdə tutulan «istifadə hüququ»nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan «istifadə hüququ» notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər-hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» 29 mart 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür». Məhkəmə hesab edir ki, ilkin iddia bu hissədə təmin edilməli, ilkin iddia üzrə Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməli və o, mənzildən çıxarılmalıdır. Məhkəmə ilkin iddia tələbinin “iddiaçıya məxsus lakin cavabdehdə qalmış ünvan 1 ünvanında yerləşən əmlakların cavabdehdən alınıb iddiaçıya qaytarılması” hissəsinə qiymət verərək hesab edir ki, ilkin iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yanlız bu əşyalar - dekorativ vaza (rəngi tünd palıd H-80 sm); döşəmə üstü vaza (Vileroy bos şüşə); vaza dekor (dəst qaşla 1 ədəd); keramik vaza (dəst - 3 ədəd); vaza dekor (qara qızıl işlənmə R-60 sm); vaza dekor (krem R-50 sm); vaza dekor (çərçivə ilə dəst qaşla – 1 ədəd); vaza dekorativ (qızıl keramika); Madonna QDR serviz (12 person 120 ədəd, sovet vaxtı alınıb); çay servizi (6 person, tünd göy kobolt, sovet vaxtı alınıb); kofe servizi (6 person, tünd göy kobolt, sovet vaxtı alınıb); çəhrayı farfor (6 person, çay servizi, Çexiya, sovet vaxtı alınıb); çəhrayı farfor (6 person, çay servizi, Çexiya, sovet vaxtı alınıb); çəhrayi farfor - desert dəsti (bulud -1 ədəd, konfet qabı – 3 ədəd, meyvə qabı – 2 ədəd, çərəz qabı – 2 ədəd, Çexiya, sovet vaxtı alınıb); sovet vaxtı Çin istehsalı işıqda farforun divarında qadın əksi görünür 6 person; serviz (6 person, sovet vaxtı Çex kofe servizi mirvari-içi qızıl suyu); oval vaza (4 ayaqlı, dəstəkli, 1 ədəd); dekorativ tarelka - 2 ədəd klassik; şamdan (gümüş suyu); vaza farfor (ağ rəng, qızıl işləmə bogema xrezontem); döşəmə üstü vaza (Dara Bogema) cehiz əmlakları kimi ilkin iddia üzrə İddiaçı məxsusdur. Bu halı ilkin iddia üzrə Cavabdeh1 da təsdiq etmişdir. İlkin iddia üzrə iddiaçının cehiz kimi tələb etdiyi digər əşyalar isə tərəflərin birgə nikahları dövründə əldə edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı məxsus olan dekorativ vaza (rəngi tünd palıd H-80 sm); döşəmə üstü vaza (Vileroy bos şüşə); vaza dekor (dəst qaşla 1 ədəd); keramik vaza (dəst - 3 ədəd); vaza dekor (qara qızıl işlənmə R-60 sm); vaza dekor (krem R-50 sm); vaza dekor (çərçivə ilə dəst qaşla – 1 ədəd); vaza dekorativ (qızıl keramika); Madonna QDR serviz (12 person 120 ədəd, sovet vaxtı alınıb); çay servizi (6 person, tünd göy kobolt, sovet vaxtı alınıb); kofe servizi (6 person, tünd göy kobolt, sovet vaxtı alınıb); çəhrayı farfor (6 person, çay servizi, Çexiya, sovet vaxtı alınıb); çəhrayı farfor (6 person, çay servizi, Çexiya, sovet vaxtı alınıb); çəhrayi farfor - desert dəsti (bulud -1 ədəd, konfet qabı – 3 ədəd, meyvə qabı – 2 ədəd, çərəz qabı – 2 ədəd, Çexiya, sovet vaxtı alınıb); sovet vaxtı Çin istehsalı işıqda farforun divarında qadın əksi görünür 6 person; serviz (6 person, sovet vaxtı Çex kofe servizi mirvari-içi qızıl suyu); oval vaza (4 ayaqlı, dəstəkli, 1 ədəd); dekorativ tarelka - 2 ədəd klassik; şamdan (gümüş suyu); vaza farfor (ağ rəng, qızıl işləmə bogema xrezontem); döşəmə üstü vaza (Dara Bogema) cehiz əmlakları ilkin iddia üzrə Cavabdeh1 alınıb ilkin iddia üzrə İddiaçı qaytarılmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinin “ünvan 1 üzərində və evdəki bütün əşyalar üzərində iddiaçının 2/3 hissədə mülkiyyət hüququnun müəyyən edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə qismən təmin edilməklə, birgə nikah dövründə əldə edilmiş əmlaklara tərəflərin bərabər payları müəyyən edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 və həmin mənzildəki əşyalar (cehiz əmlak kimi qaytarılmalı olan əşyalar istisna olmaqla) tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlaklar olaraq ümumi birgə mülkiyyət hesab edildiyindən, qarşılıqlı iddia üzrə iddiaçı həmin əmlakların bölünməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvad ümumi əmlakın onlardan hər hansı birinin qazancı hesabına əldə olunmasından asılı olmayaraq həmin əmlak barəsində sahiblik, ondan istifadə və ona dair sərəncam vermə üzrə bərabər hüquqları vardır. Bununla əlaqədar qanunverici tərəfindən müəyyən edilmişdir ki, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir (Ailə Məcəlləsinin 33.1, 33.2-ci maddələri). Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Eyni Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Qeyd olunan Məcəllənin 36.8-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Qanunun yuxarıda qeyd olunan müddəasına görə ər-arvadın birgə nikah dövründə əldə etdikləri bütün əmlaklar onların ümumi birgə mülkiyyətləri hesab olunur, buna görə də ümumi əmlakın əmələ gəlməsində (əldə olunmasında) ər-arvadın hər birinin iştirakının aktivliyindən asılı olmayaraq onların həmin əmlaka bərabər hüquqları vardır. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzil və həmin mənzildəki əşyalar (cehiz əmlak kimi qaytarılmalı olan əşyalar istisna olmaqla) üzərində Cavabdeh1 və İddiaçı hər birinin ½ hissədə mülkiyyət hüquqları tanınmalıdır. Bundan əlavə, məhkəmə ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin “iddia müddətinin tətbiqi barədə” ərizəsinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29.07.2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, ailə qanunvericiliyində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə xüsusi iddia müddətinin tətbiqinin nəzərdə tutulması vətəndaşları nikahları pozularkən ümumi əmlakdakı paylarını bölüşdürməyə təşviq etməklə mülki dövriyyənin sabitliyinin təmin edilməsinə, ər-arvadın ümumi əmlakı ilə bağlı gələcəkdə yarana biləcək çoxsaylı məhkəmə mübahisələrinin qarşısının alınmasına yönəlmişdir. Belə ki, nikahın pozulmasından sonra uzun müddət ərzində tərəflərin ümumi əmlakdakı paylarının müəyyən edilməsini və bölünməsini tələb etməməsi tədricən qarşı tərəfdə arxayınlığın, əmlakın tək mülkiyyətçisi olması fikrinin yaranmasına, nəticədə əmlak barəsində təkbaşına sərəncam verməsinə səbəb ola bilər. Bu da əmlaka dair mülkiyyət hüququna malik ərin (arvadın) hüquqlarının pozulması ilə, eləcə də mülki dövriyyənin digər iştirakçılarının (məsələn, ümumi mülkiyyətdə olan əmlakın yeni sahibi) hüquq və mənafelərinin pozulması ilə nəticələnə bilər. Ona görə də ümumi birgə mülkiyyətdəki əmlaka dair adına dövlət qeydiyyatı aparılmış ər və ya arvad özü də nikah pozularkən həmin əmlakla bağlı gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınması üçün digər tərəfin payının müəyyənləşdirilməsi və bölünməsi tələbi ilə çıxış etməsini gözləmədən belə təşəbbüs irəli sürməkdə maraqlı olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ərarvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər- arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.4 və 373.5-ci maddələrinin tələblərinə görə tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Ailə Məcəlləsinin 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış nikah 2017-ci ildə pozulsa da, qarşılıqlı iddia üzrə iddiaçı sözügedən mübahisəli ünvanda hazırki vaxtadək yaşayır. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən (ilkin iddiaçının mənzildən istifadə hüququna xitam verilməsi haqqında iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan) hesablanmalı olduğundan, habelə qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli ünvanda hazırki vaxtadək yaşadığından qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülməmiş hesab edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməli və o, mənzildən çıxarılmalı, ilkin iddia üzrə İddiaçı məxsus olan dekorativ vaza (rəngi tünd palıd H-80 sm); döşəmə üstü vaza (Vileroy bos şüşə); vaza dekor (dəst qaşla 1 ədəd); keramik vaza (dəst - 3 ədəd); vaza dekor (qara qızıl işlənmə R-60 sm); vaza dekor (krem R- 50 sm); vaza dekor (çərçivə ilə dəst qaşla – 1 ədəd); vaza dekorativ (qızıl keramika); Madonna QDR serviz (12 person 120 ədəd, sovet vaxtı alınıb); çay servizi (6 person, tünd göy kobolt, sovet vaxtı alınıb); kofe servizi (6 person, tünd göy kobolt, sovet vaxtı alınıb); çəhrayı farfor (6 person, çay servizi, Çexiya, sovet vaxtı alınıb); çəhrayı farfor (6 person, çay servizi, Çexiya, sovet vaxtı alınıb); çəhrayi farfor - desert dəsti (bulud -1 ədəd, konfet qabı – 3 ədəd, meyvə qabı – 2 ədəd, çərəz qabı – 2 ədəd, Çexiya, sovet vaxtı alınıb); sovet vaxtı Çin istehsalı işıqda farforun divarında qadın əksi görünür 6 person; serviz (6 person, sovet vaxtı Çex kofe servizi mirvari-içi qızıl suyu); oval vaza (4 ayaqlı, dəstəkli, 1 ədəd); dekorativ tarelka - 2 ədəd klassik; şamdan (gümüş suyu); vaza farfor (ağ rəng, qızıl işləmə bogema xrezontem); döşəmə üstü vaza (Dara Bogema) cehiz əmlakları ilkin iddia üzrə Cavabdeh1 alınıb ilkin iddia üzrə İddiaçı qaytarılmalı, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin olunmalı, ünvan 1 ünvanında yerləşən mənzil və həmin mənzildəki əşyalar (cehiz əmlak kimi qaytarılmalı olan əşyalar istisna olmaqla) üzərində Cavabdeh1 və İddiaçı hər birinin ½ hissədə mülkiyyət hüquqları tanınmalı, qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin və o, mənzildən çıxarılsın. İlkin iddia üzrə İddiaçı məxsus olan dekorativ vaza (rəngi tünd palıd H-80 sm); döşəmə üstü vaza (Vileroy bos şüşə); vaza dekor (dəst qaşla 1 ədəd); keramik vaza (dəst - 3 ədəd); vaza dekor (qara qızıl işlənmə R-60 sm); vaza dekor (krem R-50 sm); vaza dekor (çərçivə ilə dəst qaşla – 1 ədəd); vaza dekorativ (qızıl keramika); Madonna QDR serviz (12 person 120 ədəd, sovet vaxtı alınıb); çay servizi (6 person, tünd göy kobolt, sovet vaxtı alınıb); kofe servizi (6 person, tünd göy kobolt, sovet vaxtı alınıb); çəhrayı farfor (6 person, çay servizi, Çexiya, sovet vaxtı alınıb); çəhrayı farfor (6 person, çay servizi, Çexiya, sovet vaxtı alınıb); çəhrayi farfor - desert dəsti (bulud -1 ədəd, konfet qabı – 3 ədəd, meyvə qabı – 2 ədəd, çərəz qabı – 2 ədəd, Çexiya, sovet vaxtı alınıb); sovet vaxtı Çin istehsalı işıqda farforun divarında qadın əksi görünür 6 person; serviz (6 person, sovet vaxtı Çex kofe servizi mirvari-içi qızıl suyu); oval vaza (4 ayaqlı, dəstəkli, 1 ədəd); dekorativ tarelka - 2 ədəd klassik; şamdan (gümüş suyu); vaza farfor (ağ rəng, qızıl işləmə bogema xrezontem); döşəmə üstü vaza (Dara Bogema) cehiz əmlakları ilkin iddia üzrə Cavabdeh1 alınıb ilkin iddia üzrə İddiaçı qaytarılsın. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin olunsun. ünvan 1 ünvanında yerləşən mənzil və həmin mənzildəki əşyalar (cehiz əmlak kimi qaytarılmalı olan əşyalar istisna olmaqla) üzərində Cavabdeh1 və İddiaçı hər birinin ½ hissədə mülkiyyət hüquqları tanınsın. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Hazırki qətnamə Cavabdeh1 və İddiaçı göstərilən mənzil üzərində paylı mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2044/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2044/2021
22.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver