Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-205/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə istifadə hüququnun olmamasının müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış evinə istifadə hüququnun olmamasının müəyyən edilməsi və s.”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanuni nümayəndəsi olduğu X4 və X5 Bakı şəhəri, Nəsimi rayonu, B.B.Məcidov küçəsi, 109 saylı fərdi yaşayış evindən istifadə hüququnun olmamasının müəyyən edilməsi və bunun onların həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, B.B.Məcidov küçəsi, ev 109 mülkiyyət hüquqi ilə ona məxsusdur. xx.xx.2004-cü ildə oğlu X2 (Qəmbərova) Pərvanə Əhəd qızı ilə ailə həyatı qurdu və onlar həmin vaxtdan ona məxsus evdə onlarla yaşamağa başladılar. Birgə nikahlarından 2 övladları dünyaya gəlib. Tağıyeva (Qəmbərova) Pərvanə Əhəd qızı ilə oğlu arasındakı nikah Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Tağıyeva (Qəmbərova) Pərvanə Əhəd qızı uşaqları ilə birlikdə çıxıb getmişdir, onun evində yaşamır. Daha sonra o, Nəsimi Rayon Məhkəməsinə Tağıyeva (Qəmbərova) Pərvanə Əhəd qızına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və onun iddiası təmin edilmişdir. Lakin məlum olmuşdur ki, onun mənzilində həmçinin nəvələri xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X8 da qeydiyyatdadır. X1 və X3 Rayon Məhkəməsinin qərarı ilə anaları Tağıyeva (Qəmbərova) Pərvanə Əhəd qızının himayəsinə verilmişlər və onun mənzilində yaşamırlar. Qeyd edilənlərə əsasən Cavabdeh qanuni nümayəndəsi olduğu X7 və X5 ona məxsus evə istifadə hüququnun olmaması məhkəmə qaydasında müəyyən edilməlidir. Belə ki, X1 və X8 onun evində yaşamır, və onların analarının himayəsində qalması barədə Nəsimi Rayon Məhkəməsinin 2(006)-2840/2019 saylı qətnaməsi qəbul edilmişdir. Göründüyü kimi nəvələrinin qeydiyyatı formal xarakter daşıyır. X7 və X5 onun evində qeydiyyatı formal xarakter daşıdığından onların istifadə hüququnun olmaması məhkəmə qaydasında müəyyən edilməlidir. Xüsusi olaraq bildirir ki, yaşayış yeri üzrə qeydiyyat təbiətinə görə texniki xarakter daşımaqla öz-özlüyündə qeydiyyatda olan şəxsə qeydiyyatda olduğu evə dair hər hansı əmlak hüququ vermir. Hesab edir ki, X7 və X5 mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və onların qeydiyyatdan çıxarılmasına əsas verir. Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Əşyalara dair əmlak hüquqlarının yaranması, qeydiyyatı və s. məsələlər Mülki Məcəllə ilə tənzimlənir və həmin Məcəllənin tələblərinə görə cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-2824/2018 saylı qətnaməsi ilə X12 ilə X9 arasında xx xxxx 2004-cü il tarixdə bağlanmış və Nərimanov rayon VVADQ şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 381 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X5 anaları X6 yanında qalmaları qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-2840/2019 saylı qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, B.B.Məcidov küçəsi, 109 saylı fərdi yaşayış evindən istifadə hüququnun olmamasının müəyyən edilməsi və hazırki qətnamənin Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, B.B.Məcidov küçəsi, 109 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. Göründüyü kimi, İddiaçı mülkiyyətində olan mənzilə Cavabdeh istifadə hüququ olmamışdır. Bununla yanaşı iş materiallarından görünür ki, azyaşlı uşaqlar X4 və X5 yaşayış yerləri ananın yaşayış yeri kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, şəxsin mənzildən istifadə hüququ yaranmamışdır onun itirilmiş hesab edilməsinə də, münasibət bildirilə bilməz, yəni olmayan hüququn itirilmiş hesab edilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddiaçı müvafiq tələbi ilə bağlı inzibati orqana müraciət etməli, həmin orqan bundan imtina etdikdə, iddiaçı aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxmalı olan məhkəməyə müraciət etməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə istifadə hüququnun olmamasının müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsinə Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı olmadığından mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış evinə istifadə hüququnun olmamasının müəyyən edilməsi və s.” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-205/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-205/2021
18.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver