Məhkəmə qərarları › İş №2(006)-2073/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2073/2021

17.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2073/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə мüəyyən etdi: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 01 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində 742 №-ilə bağlanılmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X2 iddianı müdafiə edərək, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə 01 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində ailəsinin təzyiqi nəticəsində, məcburiyyət qarşısında rəsmi nikaha daxil olmuşdur. Onların nikahları formal xarakter daşımışdır, heç bir zaman ailə münasibətlərində olmamışlar, birgə təsərrüfat idarə etməmişlər, bir gün belə birgə yaşamamışlar, qohumlarının təsiri və təzyiqi ilə evlənmişdir, könüllü razılığı olmamışdır. Həmin vaxta kimi cavabdehi heç vaxt görməmişdir. Nikaha daxil olduqdan sonra belə hərə öz evində yaşamışdır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh notarial qaydada təsdiqlənmiş ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı nikahın etibarsızlığı ilə bağlı iddia qaldırmışdır. Məhkəmə iclası xx xxxx 2021-ci il tarixə saat 12:20-a təyin edilmişdir. İşi ilə bağlı üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Bildirir ki, nikahın etibarsız hesab edilməsi ilə bağlı iddia tələbini qəbul etmir, qeyd edir ki, nikaha daxil olarkən könüllü razılıqları olmamışdır, ailələri ilə təzyiqi ilə məcburiyyət qarşısında evlənmişlər, aralarında toy olmamışdır, bu səbəblə də heç bir zaman birlikdə yaşamamışlar. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-T №028669 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmışdır və nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 742 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Rüstəmova soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü və 26.1.7-ci maddələrinə görə nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa, yaxud saxta nikah bağlandığı halda – müvafiq olaraq, nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) və nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız hesab edilməsini tələb edə bilər. Qanunvericiliyin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda, həmçinin tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində bağlandıqda etibarsız sayıla bilər. Belə ki, saxta nikahın bağlanmasında məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyriəmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Məhkəmə iclasında tərəflərin ailə qurmaq niyyəti olmadan nikaha daxil olmaları faktı müəyyən olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyi nikahı kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqı kimi tanımaqla onu, nəticə etibarilə bir əqd olaraq qəbul edir. Başqa bir ifadə ilə, nikahın etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, nikahın forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Uydurma əqd isə, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. (Mülki Məcəllənin 340.1-ci maddəsi). Məhkəmə Cavabdeh iddianı yazılı ərizə verməklə qəbul etməsini və iddiaçı ilə aralarında bağlanmış nikahın saxtas olmasın bildirməsi onun iddiaçı ilə ailə qurmaq niyyəti olmadan nikaha daxil olmasının təsdiqi kimi qiymətləndirərək, nikahın etibarsız sayılması tələbini əsaslı hesab edir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış nikah saxta niyyətlə bağlanmışdır və nikahın saxta niyyətlə bağlanması nikahın etibarsız hesab edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 01 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində 742 №-ilə bağlanılmış nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 01 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində 742 №-ilə bağlanılmış nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar