Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2097/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “X5” MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 Xidmətinə qarşı “X1 silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “X5” MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 Xidmətinə qarşı “X1 silinməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, X1 ad və soyadının silinməsini X3 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 29.06.2015-ci il tarixində “X5” MMC-də mütəxəssis vəzifəsinə qəbul olunmuşdur. 25.05.2016-cı il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 a maddəsinə əsasən, öz ərizəsi ilə iddiaçı işdən azad olunmuşdur. Lakin, cavabdeh indiyə kimi X1 ad və soyadını silməyib. İddiaçı dəfələrlə cavabdehə bu barədə ərizə ilə müraciət etmişdir və heç bir cavab ala bilməmişdir. Bununla bağlı maraqlı şəxsə- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmişdir. Ona rayon məhkəməsinə müraciət etməyi tövsiyyə etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1462/2022 saylı, 21.01.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadda bildirilmişdir ki, məhkəməyə müraciət etməzdən öncə tərəflər mediasiya prosesində iştirak etməlidirlər. 25.02.2022-ci il tarixində mediasiya prosessində iştirak etmiş, lakin cavabdeh tərəf iştirak etməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı 19.05.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair yazılı ərizə təqdim edərək, hazırki mülki iş üzrə üçüncü şəxs qismində ƏƏSMF-nin X3 Xidmətinin cəlb edilməsi və əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X3 Xidmətinə həvalə olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsinə dəqiqləşdirməni Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinin göstərişinə uyğun olduğundan iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxı və yeri barədə lazımi qaydada məlumatlandırılan cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli Əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 18.04.2019-cu il tarixdə Cavabdeh MMC-yə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. 03.05.2019-cu il tarixdə isə AR Əmək Məcəlləsinin 68.2 a) maddəsində nəzərdə tutulmuş qaydaya riayət etməklə əmək müqaviləsi ləğv edilmiş və iddiaçı tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan 13 dekabr 2021-ci il tarixli AR ƏƏSMN X3 Xidməti tərəfindən İddiaçı ünvanlanan cavab məktubundan görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən öncə X3 Xidmətinə müraciət etmiş, müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı “X6 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ünvanına rəsmi məktub göndərilmiş, lakin bugünədək məktuba cavab verilməmişdir. İş materiallarında olan 25.02.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, “X1 silinməsi” tələbinə dair 25.02.2022-ci il tarixində, 16:00-16:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, İddiaçı isə iştirak etmiş və 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 12-ci maddəsinin 1-ci hissəsinin h bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir; 49-cu maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən, tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 69-cu maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz; 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsədə tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmişəmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. AR Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli, 183№-li qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydalarının 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, İddiaçı 18.04.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, 03.05.2019-cu il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmiş və tutduğu vəzifədən azad edilmişdir. Hazırda İddiaçı əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinin xitamı ilə əlaqədar bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və təmin edilməlidir. Belə ki, iddianın “...bildirişin sistemə daxil edilməsi vəzifəsinin X3 Xidmətinə həvalə edilməsi...” hissəsində əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı ilə cavabdeh “X5” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişi mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə cavabdeh “X5” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişi mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2097/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2097/2022
31.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver