Məhkəmə qərarları › İş №2(006)-2110/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2110/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2110/2024 20.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Əliyev fiziki şəxs olaraq 2018-ci ildən başlayaraq Rusiya Federasiyasında fəaliyyət göstərən Cavabdeh ilə iş birliyi qurmuşdur. Belə ki, o, «Urajay» şirkətinin direktoru idi və bir neçə dəfə nəğd hesablaşma və yaxud bank hesabı ilə Rusiya Federasiyasından taxıl məmulatı göndərməklə onun etibarını qazanmışdır. Aralarında olan müqaviləyə əsasən o ona Rusiya Federasiyasından taxıl məhsullarını vaqonlarla göndərirdi. İddiaçı tərəfindən cavabdehə xx.xx.2018-ci ildə ******* rubil, xx.xx.2018-ci ildə ******* rubil, xx.xx.2018-ci ildə ******* rubil, xx.xx.2018-ci il tarixdə 864470 rubil, xx.xx.2018-ci il tarixdə ******* rubil, xx.xx.2018-ci il tarixdə 600000 rubil, xx.xx.2018-ci il tarixdə 615100 rubil ödəməklə, ümumilikdə Cavabdeh rəhbərlik etdiyi şirkətə 11278570 rubil məbləğdə pul ödənilmişdir. Cavabdeh ona xx.xx.2018-ci il tarixdə 2262445,44 rubil dəyərində, xx.xx.2018-ci il tarixdə 573916,96 rubil dəyərində, xx.xx.2018ci il tarixdə 532388,96 rubil dəyərində, xx.xx.2018-ci il tarixdə 574332,24 rubil dəyərində, xx.xx.2018-ci il tarixdə 2271581,6 rubil dəyərində, xx.xx.2018-ci il tarixdə 1146172,8 rubil dəyərində taxıl göndərmişdir. Ümumilikdə, «Urajay» şirkətinin direktoru Cavabdeh ona ******* rubil dəyərində taxıl göndərmişdir. Lakin ona göndərdiyi ******* rubl dəyərində taxılı göndərməmiş, nə də həmin pulu bugünə qədər qaytarmamışdır. Bakı şəhərində müxtəlif yerlərdə dəfələrlə görüşləri olmuş, o pulları qaytaracağını vəd etsə də, verdiyi vədə əməl etməmişdir. Dəfələrlə ona etdiyi xəbərdarlığa o məhəl qoymamışdır. Hətta cavabdehə göndərdiyi 3.917.732 rublun Azərbaycan manatına olan kursu ilə hesablandıqda 83724 manat pula görə Rusiyadan taxıl vaxtında gəlmədiyi və ödənilən pullar banka geri qaytarılmadığı üçün məhkəmənin qərarı ilə inzibati qaydada həmin məbləğin 10% həcmində, yəni 8372 manat məbləğində cərimə olunmuşdur. Cavabdehə göndərdiyi pul iddiaçının əmlakıdır və həmin əmlakın cavabdehə qanuni qaydada taxılın alınması üçün verilsə də, sonuncu pulu almasına baxmayaraq nə taxılı göndərməmiş, nə də göndərdiyi pulu qaytarmamışdır. Bu hərəkəti ilə cavabdeh ona göndərdiyi öz əmlakından, yəni ******* rublun Azərbaycan manatına olan kursu ilə hesablandıqda 83724 manat puldan hazırki vaxta kimi mülahizəsinə görə istifadə edə, ona sərəncam verə, bir sözlə faydalana bilmir. Əksinə, məhkəmə tərəfindən 8372 manat cərimə olunmaqla da əlavə zərərə də düşmüşdür. Hesab edir ki, cavabdeh həmin məbləğləri (83724+8372=92096) qaytarmamaqla onun hüquqlarını pozur. Bu hüquqlarının bərpasına görə də məhkəmə müdafiəsi hüququndan istifadə etməyə məcburdur. Göstərilənlərə əsasən Cavabdeh 83724 manat, məhkəmə cəriməsinə görə 8372 manat və dövlət rüsumu kimi ödədiyi 366,29 manat, cəmi olaraq isə 92462,29 manat məbləğində pulun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılması xahiş edilmişdir.

3. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh 83.724 manat, məhkəmə cərimələrinə görə 13.102,56 manat və dövlət rüsumu kimi ödədiyi 438 manat (370+68), cəmi olaraq isə 97.264,56 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edilərək cavabdehdən 83.724 manat, məhkəmə cəriməsinə görə 8.372 manat və dövlət rüsumu kimi ödədiyi 366,29 manat, cəmi olaraq isə 92.462,29 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin 92.462,29 manat tələbin 8.372 manat hissəsini cavabdehə göndərdiyi 3.917.732 rublun Azərbaycan manatına olan kursu ilə hesabladıqda 83.724 manat pula görə Rusiyadan taxıl vaxtında gəlmədiyi və ödənilən pullar banka geri qaytarılmadığı üçün məhkəmənin qərarı ilə inzibati qaydada həmin məbləğin 10% həcmində, yəni 8.372 manat məbləğində cərimə olunmağl ilə əsaslandırmışdır. İnzibati qaydada cərimələndiyi məbləği səhv göstərmişdir. Əslində bu məbləğ 13.102,56 manatdır. Yəni iddiaçı iki dəfə cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə və ya ödənilən pulları banka qaytarmadığına görə Azərbaycan Respublikasının İXM-nin 430.4cü maddəsi ilə cərimə olunmuşdur və bu ərizəyə əlavə etdiyi Asan Ödəniş proqramında öz əksini tapmışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4131/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-1326/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-177/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı iş mahiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək və iddia ərizəsini qeyd edilən xüsusatları bir daha təsdiq edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia predmeti olan səksən üç min manat pul birbaşa iddiaçıya aid olmasa da, bütün əməliyyatlar İddiaçı VÖEN-i altında aparıldığından mal gəlmədiyinə görə İddiaçı iki dəfə inzibati qaydada cərimə olunub. Hazırda iddia predmeti olan pul cavabdehdən alınmalıdır ki, iddiaçı adında qalmış cəriməni ödəyə bilsin. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq suala cavab olaraq bildirmişdir ki, iddia predmeti olan səksən üç min manat pul ona məxsus olmamışdır.

9. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, o, iddiaçının VÖEN-ni ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdehi də bu minvalla tanımışdır. Onunla Şahid4 tanış etmişdir. O, iddiaçının VÖEN-ni ilə un istehsalı ilə məşğul olmağa başlayanda onlara buğda tədarük edə biləcəkləri bir şəxs lazım idi. Bu zaman Elşən ona bildirmişdi ki, Cavabdeh adlı bir şəxs var. Onlara kömək etsələr, o gedib RF-də özünə firma aça və oradan onlara unluq buğda göndərə bilər. O da bununla razılaşmışdı. Daha sonra Cavabdeh Elşənlə birlikdə onların ofisinə gəlmişdi. Bundan sonra o, RF-na getmiş və həqiqətən orada firma yaratmışdı və mütəmadi olaraq bir müddət onlara buğda göndərmişdi. Daha sonra onlara məlum olmuşdu ki, firmanın direktoru özü deyil, başqa şəxsdir. Həmin şəxsin dövründə də buğdanın göndərilməsində heç bir problem yaşamadılar. Daha sonra isə firmanın başına özü keçmişdi. Onların problemləri də həmin vaxtdan başlamışdı. Onlar onun firması olan “Urajay”ın hesabına pulu göndərsələr də, göndərdikləri pulun dəyərinə uyğun buğda göndərilməmişdi. Hər dəfə də bildirmişdi ki, qısa müddətə göndərəcək, lakin üzərindən xeyli müddət keçirdi, amma göndərmirdi. Daha sonra ondan ödədikləri pulun qaytarılmasını tələb etmişdilər. Ancaq pulu da qaytarmamışdı. Onlar da məcbur qalıb hüquq-mühafizə orqanlarına müraciət etmişdilər. Əlavə olaraq suallara cavab olaraq bildirmişdir ki, Şahid2 onların şərikləri, Şahid3 isə aparıcı işçiləri idi. İddiaçı bu işlərə o cəlb etmişdi. O, ona bildirdi ki, onun VÖEN-dən istifadə etsinlər, bunun müqabilində ona da əldə etdikləri qazancdan pul verərlər. O da razılaşdı. Ancaq sonradan onların kimlərlə iş gördükləri, şəriklik etməkləri onun üçün maraqlı deyildi. İddiaçı inzibati qaydada cərimələnməsi barədə məlumatı var idi. O, bununla bağlı Cavabdeh da məlumat verdi. O, ona bildirdi ki, həll edəcək. Daha sonra bununla bağlı onları heç kəs narahat etmədi. Bir müddət sonra isə onlara məlum oldu ki, cərimə sistemdə aktiv olaraq qalır. Onlara malın göndərilməsi aprel-may ayından ilin sonlarına kimi dövrləri əhatə edirdi. İlk əvvəl şirkətin direktoru Cavabdeh deyildi. O, onlara bildirmişdi ki, bəzi səbəblərdən şirkətin rəsmi direktoru başqa şəxsdir. Daha sonra onlara məlumat verdi ki, artıq rəsmi olaraq da direktor özüdür. Hər iki vaxtda onlara malı göndərən Cavabdeh olub. Danışıqlar da onların arasında olub. Digər direktoru onlar tanımamışlar.

10. Hazırki məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində bildirmişdir ki, o, Cavabdeh 15 ildən artıq ildir ki, tanıyır. O, bir dəfə aralarında söhbət edərkən ona bildirmişdi ki, onun Rusiyada əlaqələri var və o, oradan taxıl idxal etmək istəyir. O, dostu Nurəddinin un istehsalı ilə məşğul olduğunu bildiyi üçün onları tanış etmişdi. O, Cavabdeh da götürərək Nurəddinin işlətdiyi dəyirmana getmişdi. Bu zaman Şahid2 və Şahid3 da orada idi. Bu zaman onlar arasında razılıq əldə edilmişdi. Nurəddin daha dəqiq olması üçün onun da Cavabdehla Saratova getməyini xahiş etmişdi. O da bunu qəbul etmiş və onlar birlikdə Saratova getmişdilər. Daha sonra Cavabdeh orada icarəyə ofis götürmüş və fəaliyyətə başlamışdı. Bu zaman o Rusiya vətəndaşı olmadığı üçün rəsmi qaydada direktor kimi başqa bir şəxsi qoymuşdu. Lakin bu formal xarakter daşıyırdı. Faktiki olaraq bütün fəaliyyəti Cavabdeh həyata keçirirdi. O, orada bir həftə qalmış və geri qayıtmışdı. Bir müddət Nurəddin onlara pul göndərsə də, Cavabdeh müxtəlif bəhanələr gətirərək taxılın göndərilməsindən boyun qaçırmağa başlamışdı. Əlavə olaraq suallara cavab olaraq bildirmişdir ki, iddia predmeti olan pulu Nurəddin Cavabdeh şirkətinə köçürmə yolu ilə göndərmişdir. Həmin pul Nurəddinin idi. Qeyd edilən əməliyyatların həyata keçirilməsində təşəbbüskar Cavabdeh olub. Cavabdehla Nurəddin arasındakı danışıqlarda Şahid2 və Şahid3 da iştirak edib.

11. Hazırki məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 İbrahim oğlu ifadəsində bildirmişdir ki, o, İddiaçı Nurəddinin vasitəsi ilə tanıyır. Nurəddinlə onlar qudadırlar. Onlar birlikdə pul qoyaraq İddiaçı VÖEN-i ilə dəyirman işlədirdilər. İddia predmeti olan səksən üç min manat pul da onlara məxsusdur. Onlar Şahid4 vasitəsi ilə Cavabdeh tanımışlar. Şahid4 onlara bildirmişdi ki, Cavabdeh uzun illərdir ki, tanıyır. Ona etibar etmək olar. Cavabdeh onlara bildirmişdi ki, Rusiyada yaxşı əlaqələri var. Oradan onlar üçün taxıl idxal edə bilər. Onlar da bununla razılaşmışdılar. Bununla bağlı da ona ödəniş etmişdilər. Bir müddət o, söz verdiyi kimi taxıl göndərsə də, daha sonra pulu alaraq taxılı göndərməkdən yayınmağa başlamışdı. Onlar da başa düşmüşdülər ki, o, onları artıq aldadır. Əlavə olaraq bildirmişdir ki, malın göndərilməsi ilə bağlı danışıqlar birbaşa Cavabdeh ilə aparılırdı. Cavabdeh xırda şeylər üçün əlbəəl pul verilirdi, lakin malın göndərilməsi ilə bağlı ödəniş bank vasitəsi ilə köçürmə yolu ilə həyata keçirilirdi.

12. Hazırki məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Sucəddin oğlu ifadəsində bildirmişdir ki, o, Nurəddinin dəyirmanında işləyir. Malların alınması, yerləşdirilməsi və s. işlərə nəzarət edir. Onlar İddiaçı şirkətinin adı ilə mal qəbul edirdilər. İddiaçını da bu minvalla tanımışdır. Cavabdeh isə onlara bir müddət pul alaraq Rusiyadan mal göndərmişdir. Lakin sonradan pulu alaraq mal göndərilməsindən yayınmışdır. Əlavə olaraq suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh verilən pullar Nurəddin, Musa və Elşənə məxsus pullar idi. Cavabdeh əlbəəl pul xırda məbləğlərdə verilirdi, lakin əsas pul bank vasitəsilə köçürülüb. Mallar Cavabdeh direktor olduğu şirkətin adından gəlirdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdiər. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

14. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh Rusiya Federasiyasında taxıl idxalı ilə məşğul olur. Şahid1 adlı şəxs İddiaçı məxsus VÖEN-dən istifadə edərək cavabdehə müxtəlif vaxtlarda pul göndərmiş, əvəzində isə cavabdeh tərəfindən taxıl idxal edilmişdir. Hazırda iddiaçı onun adına olan VÖEN-dən istifadə edilərək cavabdehə göndərilən pul vəsaitinin, həmçinin cavabdeh tərəfindən mallar idxal edilmədiyinə görə onun adına olan cərimə məbləğinin, həmçinin ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulmasını tələb edir.

b) Mülki işin materialları:

16. Mülki işin materiallarında olan Cavabdeh İddiaçı tərəfindən göndərilən xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh iddiaçı tərəfindən 15 gün ərzində 83.724 manat məbləğində pulun və məhkəmə cəriməsinə görə 8.372 manat məbləğində pulu qaytarmadığı halda məhkəməyə müraciət olunacağı barədə qabaqcadan xəbərdar edilmişdir.

17. Mülki işin materiallarında olan müvafiq portaldan çıxarışlardan görünür ki, İXM 430.4cü maddəsinə əsasən 7.077 manat və 6.025,56 manat məbləğində cərimə yazılmışdır.

18. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli və xx.xx.2023cü il tarixli, ********** nömrəli qəbzlərin surətindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 370 manat və 69 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

19. Mülki işin materiallarında olan gömrük bəyannamələrindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə ödənilən 2262445,44 rubl dəyərində ona 272.400 kq, xx.xx.2018-ci il tarixdə ödənilən 573.916,96 rubl dəyərində 69.100 kq, xx.xx.2018-ci il tarixdə ödənilən 532.388,96 rubl dəyərində 64.100 kq, xx.xx.2018-ci il tarixdə ödənilən 574.332,24 rubl dəyərində 69.150 kq, xx.xx.2018-ci il tarixdə ödənilən 2271581,60 rubl dəyərində 273.500 kq, xx.xx.2018-ci il tarixdə ödənilən 1146172,80 rubl dəyərində 138.000 kq taxıl göndərilmişdir.

20. Mülki işin materiallarında olan Bank VTB (Azərbaycan) ASC tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 01 nömrəli köçürmə ərizəsindən görünür ki, İddiaçı tərəfindən 863470 və ******* rubl, xx.xx.2018-ci il tarixli, 01 nömrəli köçürmə ərizəsindən görünür ki, İddiaçı tərəfindən ******* rubl, xx.xx.2018-ci il tarixli, 01 nömrəli köçürmə ərizəsindən görünür ki, İddiaçı tərəfindən ******* rubl, xx.xx.2018-ci il tarixli, 01 nömrəli köçürmə ərizəsindən görünür ki, İddiaçı tərəfindən ******* rubl, xx.xx.2018-ci il tarixli, 01 nömrəli köçürmə ərizəsindən görünür ki, İddiaçı tərəfindən 615100 rubl, xx.xx.2018-ci il tarixli, 01 nömrəli köçürmə ərizəsindən görünür ki, İddiaçı tərəfindən 600000 rubl pul köçürülmüşdür.

21. Mülki işin materiallarında olan İddiaçı (VÖEN **********) və OOO “Urojay-S” arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 01/18 saylı müqavilə əsasında ödənilmiş məbləğlər və idxal olunmuş mallar haqqında Arayışdan görünür ki, İddiaçı tərəfindən Bank VTB (Azərbaycan)-dakı AZ07VTBA**********0000RUB004 hesabından xx.xx.2018-ci il tarixində ******* rub, xx.xx.2018-ci il tarixində ******* rub, xx.xx.2018-ci il tarixində ******* rub, xx.xx.2018-ci il tarixində 863470 rub, xx.xx.2018-ci il tarixində ******* rub, xx.xx.2018-ci il tarixində 600000 rub, xx.xx.2018-ci il tarixində 615100 rub olaraq, cəmi 11278570 rubl vəsait ödənilmişdir. Bu ödənişlərin müqabilində xx.xx.2018-ci il tarixli ******* rub, xx.xx.2018-ci il tarixli ******* rub, xx.xx.2018-ci il tarixli ******* rub, yəni cəmi ******* rubl ödənişin müqabilində ******* rubl dəyərində OOO “Urojay-S” tərəfindən mal göndərilmişdir. Qalan ödənişlərin, yəni xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərində ödənilmiş məbləğlərin müqabilində heç bir mal göndərilməmişdir. OOO “Urojay-S”-in hal-hazırki tarixə İddiaçı borcu ******* rubl, cari valyuta kursu ilə 83724 manat təşkil edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

22. Məhkəmə hazırki iddia tələbinə münasibətdə hesab edir ki, İddiaçı oğlunun bu iddianı (83.724 manat məbləğinə münasibətdə) qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçının iddia ərizəsində və izahatında göstərdiyi faktiki hallardan və eləcə də məhkəmə iclasında dindirilən şahidlərin ifadələrindən də aydın olur ki, iddiaçının cavabdehdən tələb etdiyi pul vəsaiti (83.724 manat məbləğinə münasibətdə) əslində Şahid1 və Şahid2 İbrahim oğluna məxsus olmuş, məhz həmin pul vəsaiti iddiaçının adına açılan VÖEN-dən istifadə edilərək cavabdeh tərəfindən taxıl göndərilməsi məqsədilə cavabdehə göndərilmişdir. Yəni başqa sözlə, hazırki iddianın predmeti olan pul vəsaiti iddiaçının özünə məxsus olmamışdır. Hazırki mübahisə də iddiaçının adına olan VÖEN-dən istifadə edilərək cavabdehin adına olan hesaba ödənilmiş iddia tələbində qeyd edilən pulun və cavabdeh tərəfindən mal vaxtında idxal edilmədiyinə görə iddiaçıya vurulan cərimə məbləğinin tələb edilməsi ilə əlaqədar yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə (83.724 manat məbləğinə münasibətdə) dair iddia irəli sürmək üçün subyektiv hüququ olmadığından, tələb bu hissədə təmin edilməməlidir.

23. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun iddia qaldırmaq hüququ olduğu zaman yol verilə bilər.

24. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

26. Daha sonra məhkəmə iddia tələbinin məhkəmə cərimələrinə görə 13.102,56 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə də tələb əsassızdır. Belə ki, işin faktiki hallarından və məhkəmə iclasında dindirilən şahidlərin ifadələrindən də müəyyən edildi ki, cavabdeh X1 “Urojay-S”-in direktorudur və iddiaçının adına açılan VÖEN vasitəsilə cavabdehə göndərilən pul vəsaiti əslində məhz həmin şirkətə göndərilmiş və vaxtında mal idxal edilmədiyinə görə iddiaçının adına cərimə hesablanmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, cərimə məbləğinin tutulması Cavabdeh yox, pulun rəsmi qaydada göndərildiyi OOO “Urojay-S” şirkətindən tələb edilməlidir.

27. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur.

28. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının adına olan 13.102,56 manat cərimə məbləği Cavabdeh yox, “Urojay-S” şirkətindən tələb edilməli olduğu üçün iddia tələbi həmin hissədə də rədd edilməlidir.

29. Həmçinin məhkəmə bu hissədə onuda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən iddiaçıya cavabdehin əsl cavabdeh “Urojay-S” şirkəti ilə əvəz edilməsi təklif edilsə də, o (iddiaçının nümayəndəsi və vəkili) bununla razılaşmayaraq iddia tələbinin mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

30. Bundan əlavə isə məhkəmə həmçinin bildirir ki, iddiaçı, iddianın cərimə məbləği üzrə pulun silinməsini deyil, cavabdehdən həmin cərimə üzrə pulun maddi ziyan kimi ona ödənilməsini xahiş etmişdir (iddianın bu hissəsinin mülki hüququ münasibətlərindən irəli gəldiyini bildirmək üçün).

31. Bundan başqa, məhkəmə iddia tələbinin dövlət rüsumu kimi ödənilmiş 438 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi bütövlükdə rədd edildiyindən ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir.

32. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

33. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Beləliklə də məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Həmin Məcəllənin 76.1-76.2-ci maddələrinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

39. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

40. Sözügedən Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar