Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2112/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh MMC-yə, "xxxx" MMC-yə, “X4” ASC-yə qarşı mənzillərin qiymətləndirilməsi, hərrac protokolunun etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 74, mənzil 14 və İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 25, mənzil 43-ün qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlərdir. Daha sonra iddiaçılar ərizə ilə məhkəmə müraciət edərək, "xxxx" MMC və “X4” ASC-nin cavabdeh qismində cəlb edilməklə Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən ev 25, mənzil 43 ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş N-Y-275 saylı, xx.xx.2018-ci il tarixli hərracın yekun protokolunun etibarsız hesab edilməsi, hərracın alqı-satqı müqaviləsinin ləğv edilməsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən "xxxx" Kommersiya Bankı ASC-nin adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi; ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş N-Y-275 saylı, xx.xx.2018-ci il tarixli hərracın yekun protokolunun etibarsız hesab edilməsi, hərracın alqı-satqı müqaviləsinin ləğv edilməsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən "xxxx" ASC-yə verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili Vəkil səhhəti ilə yaranan problemlə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməməsini nəzərə alaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddia tələbinin artırılması barədə ərizənin icraata götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X3 iddia tələbini etiraf etməyərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-5875/2016 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" KB ASC-yə olan borc məbləği həmçinin Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 74, mənzil 14 və Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 25, mənzil 43-ə yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-1929/2016 saylı qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-5875/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədə həmçinin qeyd edilmişdir ki, cavabdehlər daşınmaz əmlakın qiymətləndirilməsi barədə DƏDRX-in 2 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli rəylərin qeyri-obyektiv olmasını və mənzillərin qiymətinin real bazar qiymətlərinə uyğun olmadığını göstərsələr də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-1929/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-7/2022 saylı qətnaməsinin surətindən görünür ki, həmçinin cavabdeh İddiaçı1 Sumqayıt şəhəri, 9-cu mikrorayon 74 saylı evin 1 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-325/2023 saylı qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-7/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-325/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzilin hərracda dəyərindən ucuz qiymətə satılması, hazırki iş üzrə apellyasiya instansiyası qətaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə həmin mənzilin hərracda satış qiymətinə həmdə hərracın qanuna uyğun aparılmasına artıq hüquqi qiymət verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixdə keçirməklə tərtib edilən N-Y-275 saylı protokolun ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. Beləliklə, eyni tərəflər arasında olan Sumqayıt Şəhər Məhkəməsinin ləğv olunmayan xx.xx.2016-cı il tarixli və xx.xx.2019-cu il tarixli qətnamələri mövcud olmaqla, həmin qətnamələrlə hərracın qanuna uyğun keçirilməsinə artıq hüquqi qiymət verildiyindən, digər tələblərin isə hərracın nəcilərinin etibarlılığı ilə əlaqəli olduğundan, hazırki iddianın baxılması mümkün olmamaqla mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 191, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh MMC-yə, "xxxx" MMC-yə, “X4” ASC-yə qarşı mənzillərin qiymətləndirilməsi, hərrac protokolunun etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2112/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2112/2024
27.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver