Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2117/2025 10.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X17 oğlunun katibliyi, Ərizəçinın iştirakı ilə Ərizəçinın 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsi və Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxslər qismində cəlb edilməklə «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçinın mərhum atası Maraqlı şəxs3 doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi mərhum Maraqlı şəxs3 qızıdır. Maraqlı şəxs3 xx.xx.1951-ci ildə Ermənistan Respublikası, Vedi rayonunda doğulmuş, Bakı şəhərində yaşamış və xx.xx.2024-cü ildə vəfat etmişdir. Bütün sənədlər, o cümlədən doğum haqqında şəhadətnamə orada qalmış və itirilmişdir. Hazırda Ərizəçi mərhum atasının vərəsəlik işinin açılması üçün müraciət etdiyinə görə ondan atası Maraqlı şəxs3 doğum haqqında şəhadətnaməsi tələb edilmişdir. Bundan sonra Ərizəçi adıçəkilən doğum haqqında şəhadətnaməni almaq üçün 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin həmin qurumdan verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-40 nömrəli cavab məkubunda Maraqlı şəxs3 barəsində Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin arxivində doğum akt qeydinin aşkar olunmadığı göstərildiyindən Ərizəçi yaranmış problemlə əlaqədar doğum akt qeydinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Mərhum Maraqlı şəxs3 atasının adı X12, anasının adı X8r.
3. Ərizəçi “tələbin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, atası Maraqlı şəxs3 xx.xx.1951-ci il tarixdə Ermənistan Respublikası, Vedi rayonunda doğulması, atasının X12, anasının X10 olması, buna uyğun olaraq ona doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayon Qeydiyyat şöbəsi iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir. a) Məhkəmə prosesi:
4. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsinin və Nəsimi rayon Qeydiyyat şöbəsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Ərizəçi onun qızıdır, mərhum Maraqlı şəxs3 onun əri, Maraqlı şəxs3 X3, anası isə X15 qızı olmuşdur. Maraqlı şəxs3 xx.xx.1951-ci il tarixdə Ermənistan Respublikası, Vedi rayonunda doğulub.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, mərhum Maraqlı şəxs3 onun ögey əmisi, Ərizəçi isə onun ögey əmisi qızıdır. Mərhum Maraqlı şəxs3 onun babasının ikinci arvadından olan övladıdır. X10 onun nənəsi sayılır.
8. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şahid ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:
9. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Maraqlı şəxs3 xx.xx.1951-ci ildə Ermənistan Respublikasının Vedi rayonunda anadan olmuşdur.
10. Nikahın bağlanması haqqında İ-ЖГ seriyalı 268693 nömrəli şəhadətnamədən görünür ki, Maraqlı şəxs3 ilə X2 nikahı Bakı şəhəri Orconikidze (indiki Surxanı) rayonu qeydiyyat şöbəsində xx.xx.1974-cü il tarixdə 466 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Hüseynova” soyadı verilmişdir.
11. Doğum haqqında Vİİ-ЖГ seriyalı 285728 nömrəli şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Maraqlı şəxs3, anası X4r.
12. Ölüm haqqında AZ-İİ seriyalı 471250 nömrəli şəhadətnamədən görünür ki, Maraqlı şəxs3 xx.xx.2024-cü il tarixdə ölmüşdür.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim edilmədiyindən Maraqlı şəxs3 doğum akt qeydinin bərpası mümkün olmamışdır. Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarının 14-cü bəndinə uyğun olaraq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
14. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
15. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü Maraqlı şəxs3 qeydiyyata alınması barədə əsas olan sənədlər “DİN-in sistemində istifadə olunan sənədlərin saxlama yeri və müddətləri haqqında Siyahısının təsdiq edilməsi barədə” DİN-nin xx.xx.2015-ci il tarixli Q36-001-15 nömrəli Qərarına əsasən 5 (beş) il arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir.
16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən məhkəməyə ünvanlanmış: - xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Ermənistan Respublikasında doğulmuş Maraqlı şəxs3 doğumu haqqında məlumat aşkar edilməmişdir. Eyni zamanda, Ermənistan Respublikasında qeydə alınmış vətəndaşlıq vəziyyəti akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının arxivində, eləcə qeydiyyat şöbələrinin arxivində saxlanılmadığından Maraqlı şəxs3 doğumu haqqında məlumatın verilməsi mümkün deyildir. - xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılarkən Maraqlı şəxs3 doğumu haqqında akt qeydinə dair hər hansı məlumat aşkar olunmamışdır. Həmçinin, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri” informasiya sisteminə baxış keçirilərkən Maraqlı şəxs3 doğum yerinin Ermənistan Respublikası olduğu müəyyən edilmişdir. Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində, eləcə də Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadığından Maraqlı şəxs3 doğumuna dair məlumat verilməsi mümkün deyildir.
17. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Beyləqan Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1951-ci ildə Ermənistan Respublikasının Vedi rayonunda anadan olmuş Maraqlı şəxs3 barədə Qeydiyyat və X7 arxivində heç bir məlumat yoxdur.
18. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü Maraqlı şəxs3 xx.xx.1979-cu il tarixdə Suraxanı RPİ tərəfindən JQ seriyalı 672546 nömrəli SSRİ pasportu verilmiş, həmin SSRİ nümunəli pasportla ilk dəfə Xətai RPİ tərəfindən xx.xx.2003-cü il tarixdə AZE seriyalı 01629658 nömrəli, xx.xx.2012-ci il tarixdə AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqələri ilə təmin olunmuşdur. Eyni zamanda, AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.2025-ci il tarixdə ölüm səbəbi ilə fəaliyyətsizləşdirilmişdir.
19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanda qeydiyyatda olmuş xx.xx.2024-cü il tarixdə vəfat etmiş, xx.xx.1951-ci il təvəllüdlü Maraqlı şəxs3 mülkiyyətçisi olduğu 90MX018 qeydiyyat nişanlı, “Nissan Sunny” markalı nəqliyyat vasitəsinə dair vərəsəlik hüququ haqqında müraciətlə bağlı ərizə və ona əlavə olunmuş sənədlər araşdırılarkən aydın olmuşdur ki, mərhum Maraqlı şəxs3 vərəsələrinin müəyyən edilməsi üçün onun doğum haqqında şəhadətnaməsi, valideynlərinin ölümü haqqında şəhadətnaməsi, həmçinin oğlu X5 (əgər sağdırlarsa notarial qaydada təsdiq edilmiş ərizələri), notariat ofisinə təqdim edilməmiş, eləcə də “Elektron Notariat” X1 vəziyyəti üzrə məlumat bölməsində axtarış zamanı doğum akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarının icrasını təmin etmək məqsədilə vərəsələrin dairəsinin müəyyən edilməsi və onların adlarının vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil olunması üçün yuxarıda sadalanan sənədlərin notariat ofisinə təqdim edilməsi zərurəti yaranmışdır. Odur ki, Maraqlı şəxs3 doğum faktının və valideynlərinin ölüm faktının, oğlu X5 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
20. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş Maraqlı şəxs3 fərdi uçot vərəqəsindən görünür ki, o xx.xx.1951-ci ildə Vedi rayonunda anadan olmuş, atasının adı X12, anasının adı X10 olmuşdur. X9 ilə xx.xx.1974-cü il tarixdə nikahını Orconikidze rayonu qeydiyyat şöbəsində rəsmiləşdirmiş (nikahın haqqında İ-ЖГ seriyalı 268693 nömrəli şəhadətnamə), xx.xx.1979-cu il tarixdə Orconikidze r., Daxili işlər şöbəsi tərəfindən JQ seriyalı 672546 nömrəli SSRİ pasportu verilmişdir.
21. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, informasiya sistemində Ermənistan Respublikasında doğulmuş Maraqlı şəxs3 doğumu haqqında akt qeydinə dair hər hansı məlumat aşkar edilməmişdir. Belə ki, Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmır. Maraqlı şəxs3 doğumu haqqında akt qeydinə dair məlumat aşkar edilmədiyindən onun valideynləri, bacı və qardaşına dair məlumat üzrə axtarışın aparılması mümkün olmamışdır (Maraqlı şəxs3 ölümü, Sevda Əmirbəyova (Hüseynova) ilə nikahı, övladları Yusif Hüseynovun, Ərizəçi və Azərin Əmirbəyin doğumu haqqında akt qeydinin surəti təqdim edilmişdir). b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
22. Məhkəmə araşdırmaları zamanı ərizəçi tərəfin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçinın atası Maraqlı şəxs3 xx.xx.1951-ci il tarixdə Ermənistan Respublikası, Vedi rayonunda anadan olmuşdur. X3, anası X10 olmuşdur. O X6 ilə xx.xx.1974-cü il tarixdə nikahını Orconikidze rayonu qeydiyyat şöbəsində rəsmiləşdirmişdir. Maraqlı şəxs3 aid bütün sənədlər, o cümlədən doğum haqqında şəhadətnamə Ermənistan Respublikasında qalmış və itirilmişdir. Maraqlı şəxs3 xx.xx.2024-cü il tarixdə ölmüşdür.
23. Maraqlı şəxs3 vəfat etdikdən sonra onun vərəsələrinin dairəsinin müəyyən edilməsi üçün “Elektron Notariat” X1 vəziyyəti üzrə məlumat bölməsində axtarış zamanı doğum akt qeydi aşkar olunmamışdır. Bu barədə Ərizəçi 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən məktub göndərilmiş və atası Maraqlı şəxs3 doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi ərizəçinin müraciətinə imtina verərək məhkəməyə müraciət etməsini tövsiyə etmişdir.
24. Məhkəmə araşdırması zamanı şahid qismində ifadə vermiş, iş materiallarında doğum haqqında şəhadətnaməsi olan X9 (əvvəlki soyadı: Əmirbəyova) ərizəçinin onun övladı və Maraqlı şəxs3 əri olmaqla sonuncunun xx.xx.1951-ci il tarixdə Ermənistan Respublikası, Vedi rayonunda anadan olduğunu, Maraqlı şəxs3 atasının X12, anasının X10 olduqlarını bildirmişdir. İş üzrə şahid qismində ifadə vermiş X11 isə Maraqlı şəxs3 qardaşı və Ərizəçinın əmisi olduğunu bildirmişdir. c) Məhkəmənin mövqeyi:
25. Belə ki, ərizəçinin atası xx.xx.2024-cü il tarixdə vəfat etdiyinə görə atasından qalan miras əmlaka payların müəyyən edilməsi məqsədilə notarius tərəfindən atasının doğum haqqında akt qeydi barədə məlumatın təqdim edilməsi ərizəçidən xahiş edilmişdir. Həmin akt qeydi barədə məlumat olmadığına görə qeydiyyat şöbəsinə müraciət etmiş və qeydiyyat şöbəsi müvafiq akt qeydinin aşkar edilmədiyinə görə faktın müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsini ərizəçiyə tövsiyə etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmır.
26. Göründüyü kimi, ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etmək üçün mərhumun qızı olaraq subyektiv hüququ yaranmışdır. Belə ki, ərizəçiyə münasibətdə hüquqi nəticə doğuracaq, onun əmlak hüquqlarının yaranmasına səbəb olacaq hərəkətlərin edilməsi üçün atasının doğum faktının tanınması zərurəti yaranmışdır. Mərhum Maraqlı şəxs3 fərdi uçot vərəqəsindən onun ata adı və ana adı müəyyən edilmişdir. Ərizəçi aidiyyəti qeydiyyat şöbəsinə müraciət etməklə akt qeydinin bərpa edilməsini xahiş etsə də aidiyyəti orqanlar müvafiq akt qeydi barədə məlumatı aşkar etmədiklərinə görə ərizəçi məhkəmədənkənar qaydada məsələnin həlli üçün bütün vasitələri tükətmişdir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, ərizəçinin atasının doğum haqqında akt qeydinin bərpa edilməsinin məhkəmədənkənar qaydada həlli mümkün deyil.
27. Məhkəmə qeyd olunanları, şahid ifadələrini və müvafiq hüquq haqqında mübahisənin olmadığını nəzərə alarq hesab edir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Buna görə də ərizə təmin edilməlidir.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: 1.2-ci bənd. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bənd. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bənd. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 4-cü bənd. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1-ci bənd. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı: 14-cü bənd. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 16-cı bənd. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.
30. Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
32. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Maraqlı şəxs3 xx.xx.1951-ci il tarixdə Ermənistan Respublikası, Vedi rayonunda doğulması, atasının X12, anasının X10 olması faktı müəyyən edilməli, Maraqlı şəxs3 doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir.
Nəticə:
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Maraqlı şəxs3 xx.xx.1951-ci il tarixdə Ermənistan Respublikası, Vedi rayonunda doğulması, atasının X12, anasının X10 olması faktı müəyyən edilsin. Maraqlı şəxs3 doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova