Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2118/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi ilə İddiaçı Cavabdeh-yə qarşı “ipoteka predmetinin azad edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-yə qarşı “ipoteka predmetinin azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra sənədi üzrə borcu tam ödədiyi üçün ona məxsus Bərdə şəhəri Nizami küçəsində yerləşən *.*2616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 girişli 2 mərtəbəli 453.8 kv.metr ümumi, 453.8 kv.metr əsas sahədən ibarət qeyri-yaşayış binasının girovdan azad edilməsi və iddia ərizəsi ilə müraciət etməsi üçün ödədiyi 1** manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 25.1*.2*23-cü il tarixli, 2(*21)-19/2*23 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdeh Nümayəndə 24.*4.2*14-cü il tarixli, 3*4-14B-PK saylı kredit müqaviləsi üzrə 5998,*9 manat əsas, 1642,22 manat faiz borcu olmaqla, cəmi 764*,31 manat, cavabdeh Nümayəndə *4.*5.2*15-ci il tarixli, *33-15B saylı kredit müqaviləsi üzrə 32*9,*6 ABŞ dolları əsas, 943,1* ABŞ dolları faiz borcu, 2** ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4352,16 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan manatı məzənnəsinə uyğun olaraq LPO Cavabdeh-nin xeyrinə tutulması, *4.*5.2*15-ci il tarixli, *33-15B saylı kredit müqaviləsi üzrə tutulan məbləğin ipoteka qoyan-mərhum X1 mülkiyyətindəki Bərdə şəhəri, Nizami küçəsində yerləşən *.*2616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 girişli, 2 mərtəbəli, 453,8 kv-metr ümumi, 453,8 kv-metr əsas sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 265*** (iki yüz altmış beş min) manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılmaqla kredit borcunun bu əmlakın dəyərindən tutularaq artıq qalan məbləğin mülkiyyətçiyə qaytarılması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Sözügedən qətnamə əsasında icra sənədi Bərdə rayon İcra və probasiya şöbəsinə göndərilmiş və *6.11.2*24-cü il tarixli məktubdan görünür ki, icra işi üzrə borcunu tam ödəmiş və onun banka borcu qalmamışdır. Borcunu ödədikdən sonra ipoteka müqaviləsinə xitam verilməsi üçün banka dəfələrlə müraciət etsə də, ipoteka predmeti girovdan azad edilməmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İştirak etdiyi əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ərizə ünvanlanıb, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və tələblərinin təmin edilməsi xahiş edilmiş, məhkəmə sözügedən ərizəni nəzərə alıb, iclasın iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X2i iddia tələbini qəbul etmədiklərini qeyd edib, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olnmuş: - Bərdə Rayon Məhkəməsinin 25.1*.2*23-cü il tarixli, 2(*21)-19/2*23 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh-nin cavabdehlər Nümayəndə, İddiaçı və X3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh Nümayəndə 24.*4.2*14-cü il tarixli, 3*4-14B- PK saylı kredit müqaviləsi üzrə 5998,*9 manat əsas, 1642,22 manat faiz borcu olmaqla, cəmi 764*,31 manat; cavabdeh Nümayəndə *4.*5.2*15-ci il tarixli, *33-15B saylı kredit müqaviləsi üzrə 32*9,*6 ABŞ dolları əsas, 943,1* ABŞ dolları faiz borcu, 2** ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4352,16 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan manatı məzənnəsinə uyğun olaraq Cavabdeh-nin xeyrinə tutulması; *4.*5.2*15-ci il tarixli, *33-15B saylı kredit müqaviləsi üzrə tutulan məbləğin ipoteka qoyan – mərhum X1 mülkiyyətindəki Bərdə şəhəri Nizami küçəsində yerləşən *.*2616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 girişli, 2 mərtəbəli, 453.8 kv.metr ümumi, 453.8 kv.metr əsas sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 265.*** manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılmaqla kredit borcunun bu əmlakın dəyərindən tutulması və artıq qalan məbləğin mülkiyyətçiyə qaytarılması, ipoteka predmetinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bərdə rayon İcra və probasiya şöbəsinin 23.*1.2*24-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bərdə Rayon Məhkəməsinin 25.1*.2*23-cü il tarixli, 2(*21)- 19/2*23 saylı icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya ünvanlanmışdır. - Bərdə rayon İcra və probasiya şöbəsinin *6.11.2*24-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən icra sənədi üzrə borclu X4 və Nümayəndə 764*,31 manat və 4352 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq Cavabdeh-nin xeyrinə ödənilməli olduğu, icra sənədində qeyd olunan tələbin borclular tərəfindən tam şəkildə təmin olunduğu qeyd olunaraq, Bərdə Rayon Məhkəməsinin 25.1*.2*23-cü il tarixli, 2(*21)-19/2*23 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. - İddiaçı Cavabdeh-nin rəhbərliyinə ünvanladığı ərizəsində banka olan borcunu ödədiyini qeyd edərək, mərhum həyat yoldaşı X1 mülkiyyətindəki Bərdə şəhəri Nizami küçəsində yerləşən *.*2616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 girişli 2 mərtəbəli 453.8 kv.metr ümumi, 453.8 kv.metr əsas sahədən ibarət qeyri-yaşayış binasının ipotekadan azad edilməsini xahiş etmişdir. İşdən görünən odur ki, iddiaçı məhkəməyə müraciət edib, Bərdə şəhəri Nizami küçəsində yerləşən *.*2616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 girişli 2 mərtəbəli 453.8 kv.metr ümumi, 453.8 kv.metr əsas sahədən ibarət qeyri-yaşayış binasının ipotekadan azad edilməsini xahiş edir. İddiaçının bildirdiklərinə görə Cavabdeh ilə Nümayəndə arasında müxtəlif vaxtlarda kredit müqavilələri bağlanılıb. Həmin müqavilələrdən bəzilərinin təminatı qismində mərhum həyat yoldaşına, həyat yoldaşının vəfatından sonra isə ona məxsus torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilib. Kredit təşkilatı ilə onlar arasında məhkəmə mübahisəsi yekunlaşıb, onlar qətnamə ilə müəyyən olunmuş borc məbləğini kredit təşkilatına ödəsələr belə, şirkət əmlakı ipotekadan azad etmir. Cavabdeh-yə rəsmi müraciəti də nəticə verməyincə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə isə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 527.1-ci maddəsinə görə, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Bu Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1*.1, 1*.2-ci maddələrinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Qeyd edilməlidir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunduğu kimi, Cavabdeh ilə Nümayəndə bağlamış olduqları kredit müqavilələri nəticəsində aralarında öhdəlik hüquq münasibətləri əmələ gəlmiş, müqavilə ilə hər bir tərəf öz üzərinə müəyyən öhdəliyi icra etmək vəzifəsi götürmüşdür. Kredit təşkilatının vəzifəsi kredit vermək olduğu kimi, borcalanın vəzifəsi də aldığı vəsaiti müqavilədə göstərilən şərtlərlə ödəmək olmuşdur. Lakin göründüyü kimi, öhdəliyin icra edilməməsi səbəbilə mübahisə Bərdə Rayon Məhkəməsinin həllinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bərdə Rayon Məhkəməsinin qüvvədə olan qətnaməsi ilə müəyyən olunduğu kimi, Cavabdeh məhkəməyə müraciət edib, *7.12.2*11-ci il tarixli, 728B saylı, 24.*4.2*14-cü il tarixli, 3*4-14B-PK saylı və *4.*5.2*15-ci il tarixli, *33-15B saylı kredit müqavilələri üzrə Nümayəndə və digər şəxslərdən borcu ödəməsini tələb etmiş, eləcə də müqavilələrdən bəzilərinin (*7.12.2*11-ci il tarixli, 728B saylı və *4.*5.2*15-ci il tarixli, *33-15B saylı müqavilələr) təminatı kimi tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. İşə məhkəmədə baxıldığı zaman Nümayəndə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verdiyi üçün *7.12.2*11-ci il tarixli, 728B saylı kredit müqaviləsinə münasibətdə müddətin tətbiq edilməli olması qənaətinə gəlinmiş, bununla da bu müqaviləyə münasibətdə iddia tələbi rədd edilmişdir. Qətnamənin davamında qalan müqavilələr üzrə borcun olduğu müəyyən edilməklə, cavabdeh Nümayəndə 24.*4.2*14-cü il tarixli, 3*4-14B-PK saylı kredit müqaviləsi üzrə 5998,*9 manat əsas, 1642,22 manat faiz borcu olmaqla, cəmi 764*,31 manat; *4.*5.2*15-ci il tarixli, *33-15B saylı kredit müqaviləsi üzrə 32*9,*6 ABŞ dolları əsas, 943,1* ABŞ dolları faiz borcu, 2** ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4352,16 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan manatı məzənnəsinə uyğun olaraq Cavabdeh-nin xeyrinə tutulması, eləcə də *4.*5.2*15-ci il tarixli, *33-15B saylı kredit müqaviləsi üzrə tutulan məbləğin ipoteka qoyan – mərhum X1 mülkiyyətindəki Bərdə şəhəri Nizami küçəsində yerləşən *.*2616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 girişli, 2 mərtəbəli, 453.8 kv.metr ümumi, 453.8 kv.metr əsas sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir. Qətnamə qüvvəsini aldığı kimi icra şöbəsinə yönəldikdən sonra icraata başlamaq haqqında qərarın qəbul edilməsi ilə icra tədbirlərinə də başlanılmış, icra işi tələbin icra edilməsinə görə xitam qərarı ilə başa çatdırılmışdır. Vurğulanmalıdır ki, iddiaçının tələbi yuxarıda qeyd edildiyi kimi, əmlakının ipotekadan azad edilməsidir. İddiaçı ərizəsində qeyd etdiyi dəlillərə istinadən tələbini əsaslı hesab edir. İddia tələbinə etiraz edən Cavabdeh tələbin təmin edilməsi üçün əsasın olmadığını bildirir. Məhkəmə sübutları məcmu halda qiymətləndirib iddiaçını dəlilləri ilə razılaşır. Göründüyü kimi, əmlak kredit müqavilələrinin təminatı qismində ipoteka ilə yüklü edilmişdir. Kredit müqavilələrindən biri üzrə müddətin keçməsinə görə iddia tələbi rədd edilmiş olsa da, digər *4.*5.2*15-ci il tarixli, *33-15B saylı kredit müqaviləsi üzrə öhdəlik icra edilmişdir. Öhdəlik icra edildiyi halda isə məhz həmin müqaviləyə görə əmlakın ipoteka yüklülüyünün saxlanması əsaslı deyildir. Buna görə də məhkəmə hesab edir ki, Bərdə şəhəri Nizami küçəsində yerləşən *.*2616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 girişli, 2 mərtəbəli, 453.8 kv.metr ümumi, 453.8 kv.metr əsas sahədən ibarət qeyri-yaşayış binası *4.*5.2*15-ci il tarixli, *33-15B saylı kredit müqaviləsi üzrə ipoteka yüklülüyündən azad edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 3* manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbi təmin edildiyinə görə ödənilmiş 1** manat məbləğində dövlət rüsumu Cavabdeh-dən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bərdə şəhəri Nizami küçəsində yerləşən *.*2616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 girişli, 2 mərtəbəli, 453.8 kv.metr ümumi, 453.8 kv.metr əsas sahədən ibarət qeyri-yaşayış binası *4.*5.2*15-ci il tarixli, *33-15B saylı kredit müqaviləsi üzrə ipoteka yüklülüyündən azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2118/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2118/2025
29.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver