Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2130/2020 17.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı, 3-cü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Virtuoz” Rəqs Klubuna və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə qarşı «əmək müqaviləsinə xitam verildiyi üçün adının elektron informasiya sistemindən çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı «əmək müqaviləsinə xitam verildiyi üçün adının elektron informasiya sistemindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi üçün, adının elektron informasiya sistemindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaxın tanışları Cavabdehna peşəkar rəqs müəllimi lazım olduğundan onu dəvət etmişlər. Həmin vaxt o, digər yerdə, yəni İncəsənət Gimnaziyasında rəqs müəlliməsi işləmişdir. O, dəvəti və xahişi qəbul edərək, təəssüf ki əvvəl işlədiyi Gimnaziyadan çıxaraq Cavabdehna getmiş, 2013-cü ilin noyabr ayının birindən əmək fəaliyyətinə başlamışdır. Bədii rəhbər vəzifəsinə təyin olunmuşdur. Bir müddət işlədikdən sonra həmin yerdə müdir vəzifəsinə təyin olunmuşdur. Bir neçə müddət işlədikdən sonra, öz ərizəsi əsasında xx.xx.2015-ci il tarixdən 3 nömrəli əmrə əsasən Cavabdeh işdən azad olunmuşdur. Bir müddət keçdikdən sonra ona məxsus əmək kitabçası ona təqdim olunmuş və beləliklə o, işdən tamamilə azad olunduğunu düşünmüşdür. Lakin pensiya işi ilə bağlı DSMF-in Xətai rayon filialına yaxınlaşmış və filialda ona bildirmişlər ki, o, elektron informasiya sistemində işləyən şəxs kimi qeydiyyatdadır. O, cavabdehlə dəfələrlə əlaqə saxlasa da, ona heç bir köməklik olunmamışdır. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 3-cü şəxsin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Xidmət tərəfindən fiziki şəxs X4 xx.xx.2020ci il tarixli **********8 saylı məktub ünvanlanmasına baxmayaraq, bu günə qədər cavab verilməmişdir. Əmək Məcəlləsinin müvafiq hüquq normaları, həmçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsinin işəgötürən tərəfindən təmin edilməli olması iddiaçının nəzərinə çatdırılaraq, pozulmuş hüquqlarının pozulması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh “Virtuoz” Rəqs Klubuna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh “Virtuoz” Rəqs Klubunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında X3 məlumatlarına əsasən cavabdeh dövlət qeydiyyatına alınmış, ona müvafiq VÖEN verilmişdir. Cavabdehin qanuni təmsilçisi fiziki şəxs X6 adlı şəxsdir. Cavabdehlə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə 01 saylı əmək müqaviləsi bağlanmış, iddiaçı işə qəbul edilmiş, müqaviləni işəgötürən tərəfindən fiziki şəxs X6 imzalamışdır. xx.xx.2015-ci il tarixli 3 saylı əmrə əsasən İddiaçı «Virtuoz» rəqs məktəbinin direktoru vəzifəsindən öz xahişinə əsasən azad edilmişdir. Lakin, əmək müqaviləsi bildirişinə elektron informasiya sistemində xitam verilməmişdir (işəgötürən tərəfindən bu barədə məlumat elektron informasiya sisteminə daxil edilməmişdir). Bununla bağlı iddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Xidmət tərəfindən fiziki şəxs X4 xx.xx.2020-ci il tarixli **********8 saylı məktub ünvanlanmasına baxmayaraq, bu günə qədər cavab verilməmişdir. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçün isə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. E-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır. Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir. Məhkəmə yuxarıda sadalananları nəzərdən keçirərək, qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi üzrə münasibətlərə xitam verilmiş, iddiaçı öz xahişi ilə işdən azad edilmiş, bu barədə məlumat əmək kitabçasına işlənsə də, elektron informasiya sisteminə daxil edilməmişdir. Göründüyü kimi, iddiaçının iddiaçı əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı öz xahişinə əsasən xx.xx.2015-ci il tarixli 3 saylı əmrə əsasən Cavabdeh işdən azad edilməsi barədə məlumat elektron informasiya sisteminə daxil edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı öz xahişinə əsasən xx.xx.2015-ci il tarixli 3 saylı əmrə əsasən “Virtuoz” Rəqs Klubundan işdən azad edilməsi barədə məlumat elektron informasiya sisteminə daxil edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2130/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2130/2020
17.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver