Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2150/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli 468-K saylı əmrinin (70 “ç” maddəsinin yazılması) ləğv olunması ilə bağlı məsələyə baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək, cavabdehlə aralarında bağlanmış barışıq sazişinin təsdiq olunması və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 ərizə təqdim edərək, iddiaçı ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq olunması və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərdən ibarətdir:
1. İddiaçı işdən çıxması barədə qanuni tələbləri bilmədiyinə, ona bu tələblər izah olunmadığına görə qanunvericiliyə uyğun şəkildə cavabdehə müraciət etmədiyini və bilməyərəkdən işə gəlmədiyini qəbul və təsdiq edir. Cavabdeh humanizm prinsiplərindən çıxış edərək barışıq sazişinin bağlanması ilə razılaşıb, iddia tələbini qismən qəbul edir və bu barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən etibarən 10 (on) iş günü ərzində aşağıda göstərilənləri icra edir: 1.2. Cavabdeh iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 468-K nömrəli, xx.xx.2018-ci il tarixli əmrini ləğv edir, iddiaçının əmək müqaviləsinə barışıq sazişinin 1.3-cü bəndində müəyyən edilmiş əsasla və qaydada xitam verir və bu barədə zəruri rəsmiləşdirmələri yerinə yetirir. 1.3. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair tələbi ilə və onun bu barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən etibarən 2 (iki) iş günü ərzində təqdim edəcəyi ərizə əsasında iddiaçının əmək müqaviləsinə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə 468-K nömrəli, xx.xx.2018-ci il tarixli ilkin əmrin ləğv edilməsindən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilir. İddiaçı əmək münasibətlərini davam etdirmək istəməməsi ilə bağlı iradə ifadəsini məhkəmədə bildirdiyindən və əmək müqaviləsinin onun təşəbbüsü ilə ləğvini tələb etdiyindən cavabdeh iddiaçının əmək müqaviləsinə bu bənddə qeyd edilən ərizə təqdim edilmədən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verə bilər.
2. İddiaçı cavabdehin 1-ci bənddə qeyd edilən öhdəlikləri icra etməsi ilə bütün tələblərinin təmin edildiyini təsdiq edir, mülki iş üzrə iddia tələbindən və cavabdehə qarşı əmək münasibətlərindən irəli gələn bütün digər tələblərindən (yəni – işə bərpa, məcburi iş buraxma müddəti üçün əməkhaqqı, ödənilməmiş məzuniyyət haqqı və s.) imtina edir.
3. Eyni zamanda tərəflər bir-biri ilə razılığa gəlirlər ki, bu məsələ ilə bağlı gələcəkdə birbirlərinə qarşı heç bir iddia qaldırmayacaqlarını öz öhdələrinə götürürlər. 4.1. Bu barışıq sazişi imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. 4.2. Bu barışıq sazişi 2 (iki) orijinal nüsxədə, Azərbaycan dilində tərtib olunub, sazişin hər bir iştirakçısında bir nüsxə saxlanılır. 4.3. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin məzmunu, müddəaları və şərtləri ilə bilavasitə və öz nümayəndələri vasitələri ilə tanışdırlar, razılaşmalar onların iradəsinə uyğundur, məzmunu onlara tam aydındır və hər hansı qeyri-müəyyənlik yoxdur. Məhkəmə iclasında İddiaçı xx.xx.2023-cü il tarixli ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehlə aralarında bağlanmış barışıq sazişinin mətni ona tam aydındır. Ərizənin təmin, barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 xx.xx.2023-cü il tarixli ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı ilə aralarında bağlanmış barışıq sazişinin mətni ona tam aydındır. Ərizənin təmin, barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, təqdim edilən ərizələri, iş materiallarını və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflərin ərizələri təmin edilməli və barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-52.5-ci maddələrinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə barışıq sazişini müvafiq qaydada tədqiq edərək belə qəanətə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflərin ərizələri təmin edilməli, barışıq sazişi təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı və Cavabdehn xx.xx.2023-cü il tarixli ərizələri təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı işdən çıxması barədə qanuni tələbləri bilmədiyinə, ona bu tələblər izah olunmadığına görə qanunvericiliyə uyğun şəkildə cavabdehə müraciət etmədiyini və bilməyərəkdən işə gəlmədiyini qəbul və təsdiq edir. Cavabdeh humanizm prinsiplərindən çıxış edərək barışıq sazişinin bağlanması ilə razılaşıb, iddia tələbini qismən qəbul edir və bu barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən etibarən 10 (on) iş günü ərzində aşağıda göstərilənləri icra edir: 1.2. Cavabdeh iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 468-K nömrəli, xx.xx.2018-ci il tarixli əmrini ləğv edir, iddiaçının əmək müqaviləsinə barışıq sazişinin 1.3-cü bəndində müəyyən edilmiş əsasla və qaydada xitam verir və bu barədə zəruri rəsmiləşdirmələri yerinə yetirir. 1.3. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair tələbi ilə və onun bu barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən etibarən 2 (iki) iş günü ərzində təqdim edəcəyi ərizə əsasında iddiaçının əmək müqaviləsinə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə 468-K nömrəli, xx.xx.2018-ci il tarixli ilkin əmrin ləğv edilməsindən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilir. İddiaçı əmək münasibətlərini davam etdirmək istəməməsi ilə bağlı iradə ifadəsini məhkəmədə bildirdiyindən və əmək müqaviləsinin onun təşəbbüsü ilə ləğvini tələb etdiyindən cavabdeh iddiaçının əmək müqaviləsinə bu bənddə qeyd edilən ərizə təqdim edilmədən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verə bilər.
2. İddiaçı cavabdehin 1-ci bənddə qeyd edilən öhdəlikləri icra etməsi ilə bütün tələblərinin təmin edildiyini təsdiq edir, mülki iş üzrə iddia tələbindən və cavabdehə qarşı əmək münasibətlərindən irəli gələn bütün digər tələblərindən (yəni – işə bərpa, məcburi iş buraxma müddəti üçün əməkhaqqı, ödənilməmiş məzuniyyət haqqı və s.) imtina edir.
3. Eyni zamanda tərəflər bir-biri ilə razılığa gəlirlər ki, bu məsələ ilə bağlı gələcəkdə bir-birilərinə qarşı heç bir iddia qaldırmayacaqlarını öz öhdələrinə götürürlər. 4.1. Bu barışıq sazişi imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. 4.2. Bu barışıq sazişi 2 (iki) orijinal nüsxədə, Azərbaycan dilində tərtib olunub, sazişin hər bir iştirakçısında bir nüsxə saxlanılır. 4.3. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin məzmunu, müddəaları və şərtləri ilə bilavasitə və öz nümayəndələri vasitələri ilə tanışdırlar, razılaşmalar onların iradəsinə uyğundur, məzmunu onlara tam aydındır və hər hansı qeyri-müəyyənlik yoxdur. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad qanuni qüvvəyə mindikdən sonra məcburi qüvvəyə malik olacaqdır və mütləq icra olunmalıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Günay Abidova