Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2182/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli əmrinin və əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildirişin ləğv edilməsi, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilməsi, məcburi iş buraxma müddəti üçün əmək lıaqqı, xəstəliklə əlaqədar pulun və məzuniyyət haqqının hesablanaraq ödənilməsi, vurulan mənəvi zərərin əvəzi olaraq 5000 manat pul vəsaitinin, mülki iş üzrə mediasiya görə ödənilmiş olan 50 manat rüsumun əvəzinin cavabdehdən alınaraq iddiaçının xeyrimə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağladıqlarını bildirmişlər: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli əmrinin və əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildirişin ləğv edilməsi, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı, xəstəliklə əlaqədar pulun və məzuniyyət haqqının hesablanaraq ödənilməsi, vurulan mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pul vəsaitinin, mülki iş üzrə mediasiya görə ödənilmiş olan 50 (əlli) manat rüsumun əvəzinin Cavabdeh MMC-dən alınaraq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair” Nəsimi rayon Məhkəməsinin icraatında olan 2(006)-2182/2022 saylı mülki iş üzrə, könüllü şəkildə, sərbəst iradələrinə uyğun olaraq aşağıdakı şərtlərlə barışıq sazişi bağlayırlar:
1. Cavabdeh MMC-nin direktoru X1 Samir Əlövsət oğlunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmrin və əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildirişin ləğv edilməsini, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilməsini öhdəsinə götürür.
2. İddiaçı iddia ərizəsində göstərilən tələblərindən imtina edir və bu şərtlərlə barışıq sazişinin təsdiqlənməsi ilə işin icraatına xitam verilməsinə razıdır. İşin bu cür həllini mənafelərinə uyğun hesab edir. Barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad qanuni qüvvəyə mindikdən sonra məcburi qüvvəyə malik olacaqdır və mütləq icra olunmalıdır. Tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Habelə tərəflər iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli əmrinin və əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildirişin ləğv edilməsi, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı, xəstəliklə əlaqədar pulun və məzuniyyət haqqının hesablanaraq ödənilməsi, vurulan mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pul vəsaitinin, mülki iş üzrə mediasiya görə ödənilmiş olan 50 (əlli) manat rüsumun əvəzinin Cavabdeh MMC-dən alınaraq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair” Nəsimi rayon Məhkəməsinin icraatında olan 2(006)-2182/2022 saylı mülki iş üzrə, könüllü şəkildə, sərbəst iradələrinə uyğun olaraq aşağıdakı şərtlərlə barışıq sazişi bağlayırlar:
1. Cavabdeh MMC-nin direktoru X1 Samir Əlövsət oğlunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmrin və əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildirişin ləğv edilməsini, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilməsini öhdəsinə götürür.
2. İddiaçı iddia ərizəsində göstərilən tələblərindən imtina edir və bu şərtlərlə barışıq sazişinin təsdiqlənməsi ilə işin icraatına xitam verilməsinə razıdır. İşin bu cür həllini mənafelərinə uyğun hesab edir. Barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad qanuni qüvvəyə mindikdən sonra məcburi qüvvəyə malik olacaqdır və mütləq icra olunmalıdır. İş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Anar İbadzadə