Məhkəmə qərarları › İş №2(006)-2205/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2205/2025

21.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2205/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X16 oğlunun katibliyi, İddiaçı (videogörüntülü zəng vasitəsilə), nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “intizam tənbehlərinin verilməsinə dair əmrlərin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “intizam tənbehlərinin verilməsinə dair əmrlərin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə əsassız verilən töhmətləri ləğv edərək, AR Əmək Məcəlləsinin tətbiq edilmiş 70-ci maddəsinin “ç” bəndi ilə birlikdə üzərindən qaldırılmaqla, məcburi iş buraxdığına görə əmək haqqının ödənilməsi və işinə bərpa olunmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsinə texniki düzəliş edilmişdir).

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, töhmətlərdə yazılanların hamısı böhtan və yalandır. Bu cəza töhmətləri "xxxx" QSC-nin idarə rəhbərliyinin iddiaçıya qarşı qərəzli olmasını açıq-aşkar sübut edən hallardır. xx.xx.2024-cü il tarixdə iddiaçı ərizəsinə əsasən verilən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli əmrlərin surətləri ilə dəfələrlə tanış olmaq istəsə də, ona təqdim olunmayıb. Məcbur olub ərizə yazaraq tələb etdikdən sonra əmrin sürətini iddiaçıya veriblər. Bilərəkdən, planlı şəkildə iki töhmət əmirinin surətini gecikdiriblər ki, üçüncü töhməti tələsik hazırlayıb onu ləkələyərək işdən çıxarsınlar. Bir qüsurunu tapa bilmədikləri halda, ən sadə yola əl ataraq Həmkarlar ittifaqı vastəsi ilə iddiaçıya çatdırdılar ki, forma geyim qaydalarına riayət etməməklə hədələdilər ki, "təqdimat var, ya gəl 24 dekabrda öz təşəbbüsünlə işdən çıxmaq ərizəni yaz, yazmasan Əmək Məcəlləsinin 70 "c" maddəsi ilə işdən çıxarılacaqsan". xx.xx.2024-cü il tarixdə keçirilən iclasda da iddiaçı forma geyinməkdən imtina etməmişdir. Yay fəsli forması verib ondan qışda gödəkçəsiz geyinməyini tələb ediblər. Ağır, açıq iş rejimimdə bașında soyuqdan kista yaranıb, nazik geyindiyi halda əlləri, ayaqları keyiyir, başı bərk ağrıyır, agır müalicələr alır. İmkansız bir durum içində olduğu halda, idarə rəhbərliyi bilərək ona verilən natamam formanı qış gödəkçəsi olmadan geyinməyini tələb edir. Digər işçilərdən fərqli olaraq nə qədər tələb etsə də iddiaçı qış gödəkçəsi ilə təmin olunmamışdır. xx.xx.2024-cü il tarixdə 13 ildə bir dəfə ona forma veriblər, o da qışda yay fəslinə uyğun. Qalan hallarda özü hazırlatdırmışdır. Verdikləri forma da əyninə əvvəlcədən ölçülmədiyinə görə dərzidə yenidən ölçüyə uyğun düzəltdirmişdir. Buna görə də təximən dörd növbə natamam geyinmişdir. Qalan vaxtda həmişə səhhətinə soyuq da olsa, işdə formada olmuşdur. Noyabr-dekabr aylarında 2024-cü ildə beeş dəfə təcili yardim gəlib. Sonuncu dəfə 39 dərəcə hərarət qeydə alınıb. Məsələ forma deyil. İddiaçı işdən çıxarılan vaxt stansiya rəisi Ramin Abdullayev bir aydan sonra vəzifə yoldaşlarına forma ilə bağlı iradları votsap statusunda paylaşdığı sesi də fləşkartla məhkəməyə teqdim edilir. ADY-də nadir insandır ki, buna görə töhmət alaraq işdən çıxarılmışdır. Forma geyim qaydalarına görə töhmət verilsəydi, onda gərək dəmir yollarının yarsından çox əməkdaşı işdən azad olunmalı idi. Məntiqlə düşünəndə on ildə bir dəfə forma veriblərsə, necə ola bilər ki, buna görə cəza versinlər? Və ya bu günə qədər qüsursuz işləmişdirsə, necə oldu ki, bir ayda on gün müdətində ona üç dəfə ardıcıl töhmət verildi? İddiaçı "xxxx" QSC-nin Nəzarət departamentinə öncəki haqsızlıqları yazaraq bildirsə də, araşdırılmadığına görə X19 idarəsində bu baradə məlumat vermişdir. 2021-ci ildə işdə olduğu vaxt koronavirusa yoluxmușdur. Soyuq aylarda gecə növbəsi işlədiyi vaxtlarda bașıda, beynində kista əmələ gəlmişdir, ürək, təzyiq xəstəsidir. Būtün bu xəstəlikləri işdə tapmışdır. Necə ola bilər ki, iddiaçı indi rəhbərliyin amansız, insafsız, yalan qərarları ilə üz-üzə qalmışdır. 2012-ci ildən "xxxx" QSC-də Sərnişin Daşıma Departamentində Vağzal növbətçisi, növbə rəisi vəzifəsində işləmişdir. Hal-hazırkı aldığı 513 manat əmək haqqını görəsən niyə ona çox görüblər? X1 1990-ci il 9 noyabrda polis kapitanı rütbəsində sahə rəisi vəzifəsində sonuncu dəfə vəzifə borcunu yerinə yetirən zaman igidliklə 49 yaşında həyatını itirib. Anası o vaxtdan müəllim peșəsini buraxıb Dəmir yollarına üz tutub, min bir əzab-əziyyətlə onları böyüdüb, boya-başa çatdırmışdır. İddiaçını bir oğlu var, banka 5500 manat borcu var. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndini ona tətbiq edəndə düşünmədilərmi ki, o bu maddə ilə Azərbaycanda heç bir yerdə ișə qəbul oluna bilməz? Təhsili ilə bərabər 17 ilik karyerasını hansı səbəbdən ləkələdilər? Bütün bunlar niyə nəzərə alınmadı? İddiaçı eyni zamanda həvəskar və bəstəkar şairdir. Bu qərəzli münasibətlər ona qarşı 2020-ci il Türkiyə cumhurbaşkanı hörmətli X13 șərəfinə 25 fevralda "Azinforum" "Youtube" kanalında yayımladığı söz və musiqi olub. Aradan 5 il keçməsinə baxmayaraq ötən illər ərzində iddiaçı öz təșəbbüsü ilə işdən hər vasitə ilə uzaqlaşdırmaq niyyətlərinin olduğunun şahidi olmuşdur. 2020-ci iİə qədər rəhbərliklə iddiaçı arasında mübahisəli, qərəzli hal baş verməmişdir, töhməti də olmamışdır. Birinci əmrin mahiyyətinə baxılanda açıq bilinir kì, töhmət əmri onun üzərinə yönəlmișdir. Belə ki, xx.xx.2024-cü il tarixdə təqdimatda qeyd edilir ki, guya iddiaçı bir nəfər sərnișinə qatara daxil olmağa icazə vermişdir. Əgər iddiaçı dəmir yol əməkdaşı olduğu halda, özü qatara bələdçidən icazə alıb keçirsə, belə bir icazəni necə verə bilər? Və sonra yenə yalan yazıblar ki, guya ki, iddiaçı hər şeyi təsdiqləmişdir. Hal budur ki, əslində qatarı hərəkət edən vaxda gecikməsinə səbəbi bələdci yaradıb. Öncə qatardan Hacıyev Şahin adlı sərnişini endirib. Sonra da həyat yoldaşını yoxlamadan birlikdə qatara daxil edib. Elə həmin vaxtda da gecikmə baş vermişdir. Ümumilikdə qatara minik bələdçi tərəfindən sərnişinlər yoxlanıldıqdan sonra daxil olunur və bu prosese də qatarı yola salan bələtçi təlimatçısı birbaşa nəzarət edir Təlimatında olduğu kimi iddiaçı nəzarət səlahiyyətini aşmamıșdır. Vəzifə borcunu da yaxşı bilir. O sadəcə xanım sərnișini yoxlanması üçün qatar təlimatçısına yaxınlaşmağa yönəltmişdir. Əgər konkret olaraq sərnișin Hacıyev Şahin qatarı öz istəyi ilə tərk edibsə, surət qatarı vaxtında hərəkət etməli idi (bələdçi ilk növbədə qatarı tərk edən sərnişinə xəbərdarlıq etmək borcunu yerin yetirməmişdir) və işin ahənginin də pozulmasına șəraiti bələtçi yaranmışdır. Digər işçilərin nöqsanı iddiaçı üzərinə planlı șəkildə yönəldilərək töhmət verilmișdir. xx.xx.2024-cü il tarixli töhmət haqqsızdır və üzərindən götürülməlidir. xx.xx.2024-cü tarixdə hazırlanan təqdimat bilərəkdən Dəmir Yolları peșə bayramına salınmıșdır. Buna görə də iddiaçıya əsasız șiddətli töhmət verilmişdir. Nece oldu ki, belə hadisə həmin gün baș verdi? xx.xx.2024-cü il tarixli əmirdə əsassız qeyd edilmişdir ki, iddiaçı işinə ciddi nəzarət etməmişdir. İddiaçı işinə həmişə vicdanla yanaşmıșdır. Qanun pozuntusuna heç vaxt yol verməmişdir. Əmrdə qeyd edilir ki, guya 6 nəfər sərnişin qeydiyyatdan kənar olaraq platformaya daxil olmuşlar. Araşdırma zamanı isə Sərnişin Dașımaları Departamentinin rəis mavini Təranə Bədəlova ona demişdir ki, sözügeden sərnișinləri 5 nəfər böyük, 1 nəfər uşaq olmagla biletsiz sərnişinləri qatarin içərisində 732 saylı Bakı Ağstafa qatarında aşkar olunmuşdur, aktlaşmışdır və qatardan çıxarılmışdır. xx.xx.2024-cü i| tarixli əmrdə isə qeyd olunmuşdur ki, platformada , keçid məntəqəsində aşkar etmişdir.Təranə Bədəlovanın dedikləri ilə əmrdə yazılanlar biri digər ifadəsinə tamamilə uyğun olmadığına görə bașdan-ayağa yalan danışmışdır. Buna görə də iddiaçı izahat verməkdən imtina etmişdir. Sərnişindaşma rəhbərliyi Təranə Badəlova iddia edir ki, iddiaçı işinə ciddi nəzarət etməmişdir. Belə olan halda onlar subut etməlidir ki, o doğurdan da işinə ciddi nəzarət etməmișdir. Belə bir mühüm hadisə baş verən vaxt nə üçün ona xəbər verilməyib və aktlaşmaya dəvət olunmamışdır? Töhmətlərlə tanış olmağı tələb edəndə bir ay fikirləşiblər ki, nə yalan yazıb iddiaçıya versinlər. Departamentin hüquq şöbəsindən video-görüntünü izləmək istəsə də, görüntülər iddiaçıya təqdim olunmamışdır, əsassız böhtana məruz qaldığına görə rəhbərlik tərəfindən izahat tələb olunan vaxt verməmişdir. Belə hadisə olmuş olsaydı belə, sərnişinin yoxlanması platformaya və ya qatara buraxılması iddiaçının birbaşa vəzifə borcuna aid deyildir. Sərnișinlərin platformadan qatara keçid etməklə yoxlanması istismar işçiləri, yəni bələdçilər tərəfindən həyata keçirilir. Onlara da nəzarət xidmət keyfiyyətinin ölçülməsi şöbəsi edir. Ümumi istifadədə olan, sərnişinlərin platformalara keçidi və qatarlara miniyinin təşkili barədə Təlimatın 4-cü bəndində məsuliyyət: 4 .3. Bu təlimatın icrasını sərnişin dașımaları departamentinin istismar xidmətinin işçiləri və rəhbərliyi məsuliyyət daşıyır. Prosese nəzarət xidmət keyfiyətinin ölçülməsi șöbəsi və departament rəisinin müavini tərəfindən həyata keçirilir. İşlədiyi idarənin rəhbərliyi tərəfindən qanuna zidd əməllərə, şər və böhtana məruz qaldığına görə Azərbaycan Respublikasının ən ali orqanı - məhkəməyə üz tutub polis orqanında vəzifəsini yerinə yetirən zaman igidliklə həyatını itirən bir atanın oğlu olaraq üzərində olan bu ağır ləkənin götürülməsini xahiş edir.

3. Cavabdeh "xxxx" QSC iddia ərizəsinə etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" QSC-nin (ADY) Sərnișin daşımaları departamentinə qarşı "əmək kitabçasında tətbiq edilmiş AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinin ləğvi, işə bərpa və məcburi iş buraxma günlərinə görə əmək haqqının verilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" QSC-nin idarə rəhbərliyi tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə əsassız verilən tőhmətləri ləğv edərək AR Əmək Məcəlləsinin tətbiq edilmiş 70-ci maddəsinin "ç" bəndi üzərindən qaldırılmaqla məcburi iş buraxdığına görə əmək haqqının ödənilməsi və işinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Səfərov Elșad Xasay oğlu cavabdeh olaraq ADY-nin Sərnişin daşımaları departamentinə qarşı iddia qaldırmışdır. Sərnişin dașımaları departamenti ayrıca hüquqi șəxs deyildir, ayrıca VÖEN-i yoxdur. Bu səbəbdən iş üzrə cavabdeh kimi çıxış edə bilməz. Cavabdeh iddianı qəbul etmir. İddia tələbi əsassızdır və rədd olunmalıdır. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Mecəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsi barədə ADY-nin xx.xx.2024-cü il tarixli əmri tam qanuni ve əsaslıdır. Belə ki, ADY-nin Sərnișin departamentinin rəisi Azər Fərəcovun xx.xx.2024-cü il tarixli 13-1-19/3-13- 7362/2024 nömrəli əmrinə əsasən xx.xx.2024-cü il tarixində xidmət zamanı Bakı sərnişin stansiyasının vağzal növbətçisi Elşad Xasay oglu Sefərov 732 saylı Bakı-Ağstafa istiqamətində hərəkət edən DŞİ003 nömrəli qatara qeydiyyat və miniyin bitdiyinə baxmayaraq bir nəfər sərnişinin platformaya keçid etməsinə və qatara minməsinə vəzifə səlahiyyətinə aid olmadığı halda qanunsuz və əsassız olaraq icazə vermişdir. Belə ki, qatarın yola düşməsinə az müddət qaldığı və yoxlama məntəqəsində qeydiyyat və qatara minik dayandırıldığı halda 1 nəfər sərnişin qatarı tərk edərək yoxlama məntəqəsinə yaxınlaşmış, qatarın qeydiyyat və minik saatına gecikən həyat yoldaşının biletinin daha öncə təsdiq olunması barədə bilərəkdən yanlış məlumat verərək onun platformaya keçid etməsi üçün İddiaçı icazə almışdır. Sözügedən işçi müəyyən edilmiş daxili qaydalara riayət etməyərək həmin sərnişinin platformaya keçməsinə və qatara minməsinə icazə vermişdir. Daha sonra qatar briqadası tərəfindən qeyd edilən pozuntu halı aşkar edilmiş, həmin qadın sərnişin qatardan düşürdülmüşdür. Nəticədə qatar 3 (üç) dəqiqə gecikmə ilə hərəkətə başlamışdır. Vağzal növbətçisi İddiaçı bu hərəkəti işin ahənginin pozulmasına, xidmət səviyyəsinin așağı düşməsinə səbəb olmuş və sözügedən qatarın təsdiq edilmiş hərəkət cədvəlində pozuntu yaranmışdır. Bununla da Elșad Səfərov Azerbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin "a" (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək), “b" (əmək intizamina və müəssisəX8na əməl etmək) və "X11" Qapalı Səhmdar Cəmiyyətinin "Ümumi istifadədə olan demiryol stansiyalarında, vağzallarda sərnișinlərin platformalara keçidi və qatarlara miniyin təşkili barədə təlimat"ın 2.9 (qatarın yola düșməsinə 5 dəqiqə qalmış yoxlama məntəqəsində qeydiyyat və qatara minik dayandıılır) bəndlərinin tələblərini pozmuşdur. Beləliklə, Elșad Səfərova AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən töhmət elan edilmişdir. Yuxarıda qeyd edilən əmrdən öncə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə ilə bağlı iddiaçı yazılı izahat vermiș və orada qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 08:00-da Bakıdan Ağstafaya yola düșən 732 saylı surət qatarı 08:02 yəni, 2 dəqiqə gec hərəkət etməsinə 2ci vaqonda 15E biletin sahibi Hacıyev Şahin adlı sərnişin səbəb olmuşdur, O, sərnișini vaqon bələdçisinin qatarın getmesinə 2 dəqiqə qalmış turniket istiqamətinə buraxmasına görə inanıb, Hacıyev Şahinin həyat yoldaşına yaxınlaşmağa icazə vermişdir. Bundan sonra, 14.10,2024-cü iİ tarixli 13-1-19/3-58-6974/2024 nomrəli təqdimata əsasən xx.xx.2024-cü il tarixinde Bakı-sərnişin stansiyasından saat 09:15-də yola düşən 72 nömrəli Bakı-Ağstafa surət sərnişin qatarına qeydiyyat zamanı 6 nəfər sərnişin (5 nəfər böyük və 1 uşaq) qeydiyyatdan kənar keçməsi müşahidə olunmuşdur. Qeyd edilən hal vağzal növbətçisi İddiaçı qeydiyyat məntəqəsində olduğu zaman onun diqqətsizliyindən baş vermişdir, xx.xx.2024-cü il tarixli akta əsasən xx.xx.2024-cü il tarixli 13-1-19/3- 58- 6974/2024 nömrəli təqdimatla bağlı İddiaçı AR ƏM-nin 187-ci maddəsinin 1-ci bəndinə əsasən izahat verməsi tələb olunsa da, o, yazılı izahat verməkdən imtina etmişdir. Nəticədə, ADY-nin Sərnişin departamentinin rəisi Azər Fərəcovun xx.xx.2024-cü il tarixli 13-1-19/3-13-7450/2024 nömrəli əmrinə əsasən xidmət zamanı əmək müqaviləsi ilə müəyyənləşdirilmiş öhdəlikləri, öz əmək funksiyasını, vəzifə təlimatının tələblərini "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "Ümumi istifadədə olan dəmiryol stansiyalarında, vağzallarda sərnişinlərin platformalara keçidi və qatarlara miniyin təşkili barədə təlimat"ın tələblərini pozaraq, qatara qeydiyyat və minik zamanı sərnişinlərin qeydiyyatdan kənar platformaya buraxılmalarına lazımi qaydada nəzarət etməməklə işin ahənginin pozulmasına səbəb olduğuna görə Sərnişin daşımanın təşkili xidmətinin Bakı sərnişin stansiyasının vağzal növbətçisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş, həmçinin, diqqətinə çatdırılmışdır ki, gələcək iş fəaliyyəti dővründə hər hansı bir nöqsana təkrar yol verdiyi təqdirdə, onunla bağlanılmış əmək müqaviləsi ləğv ediləcəkdir. Bundan sonra, xx.xx.2024-cü iİ tarixli 13-1-19/3-58-804712024 nömrəli təqdimata əsasən xx.xx.2024-cü il tarixindən Bakı sərnişin stansiyasının əməkdaşları həmçinin, Səfərov Elșad Xasay oğlu geyim forması ilə təmin edilmişdir. Lakin o geyim formasından imtina edərək növbədə olduğu tarixlərdə geyim formasından istifadə etməmişdir. xx.xx.2024-cü il tarixli akta əsasən xx.xx.2024-cü il tarixli 13-1-19/3-58- 8047/2024 nömrəli təqdimat əsasında İddiaçı izahatı tələb olunmuş lakin o, yazılı izahat verməkdən imtina etmişdir. xx.xx.2024-cu il tarixli akta əsasən xx.xx.2024-cü il tarixindən Bakı sərnişin stansiyasının əməkdaşları geyim forması ilə təmin edilmişdir, lakin vağzal növbətçisi İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək geyim formasından imtina edərək növbədə olduğu tarixlərdə geyim formasından istifadə etməmişdir. Bundan sonra, xx.xx.2024-cü il tarixli 13-1-19/3-74- 8655/2024 nömrəli protokola əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinin AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə toplanmış sənədlərin qabaqcadan razılıq alınması məqsədilə AR ƏM-nin 80-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Bakı sərnişin stansiyasının Həmkarlar İttifaqı Komitəsində baxılması üçün Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Komitəsinə təqdim olunması qərara alınmışdır. Bakı sərnişin stansiyasının Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli 14 nömrəli protokoluna əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə təlimatının tələblərini, ADY-nin X8nın tələblərini, əmək və icra intizamını pozduğuna görə vağzal növbətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Nəticədə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcovun xx.xx.2024-cü il tarixli 13-1-19/3-10-9205/2024 nömrəli əmrinə əsasən xx.xx.2024-cü il tarixli, 13-1-19/3-58-8047/2024 nömrəli təqdimata əsasən aparılmış xidməti araşdırma ilə ADY-nin Sərnișin daşımaları departamentinin Sərnişin daşımanın təşkili xidmətinin Bakı sərnişin stansiyasının Vağzal sahəsinin vağzal növbətçisi İddiaçı təqdim edilməsinə baxmayaraq xx.xx.2024-cü il tarixdan xx.xx.2024-cü il tarixinədək ADY tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətində xidmət sahəsində çalışan və müştəri ilə birbaşa ünsiyyetdə olan əməkdaşların davranış və xidməti geyim formasının tənzimlənməsi Proseduru" ilə müəyyən olunmuş xüsusi geyim formasının daşınmasından imtina etdiyi aşkar edilmişdir. Fakt müvafiq aktla rəsmiləşdirilmiş, məsələ ilə əlaqədar İddiaçı yazılı izahat təqdim edilməsi tələb olunmuş, lakin o, izahat verməkdən imtina etmişdir. İddiaçı hərəkətləri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin "b" (əmək intizamına və müəssisəX8na əməl etmək) və "f" (əmək qanunvericiliyinin tələblərinə əməl etmək) bəndlərinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 iyun tarixli 102 nömrali qərarı ilə təsdiq edimiş Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin intizam nizamnaməsi"nin 2.1.9-cu (müəyyən edilmiş geyim formasında olmaq) yarımbəndinin və ADY-nin İdarə Heyətinin xx.xx.2018-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiș Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin X8"nın 4.1.2-ci (iş günlərində müəyyən olunmuş geyim formasında olmaq) yarımbəndinin tələblərini qəsdən pozmuşdur. Həmçinin, İddiaçı əmək funksiyalarını lazımi qaydada yerinə yetirmədiyinə görə Sərnişin daşımaları departamentinin xx.xx.2024-cü il tarixli 13-1-19/3-13-7362/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 13-1-19/3-13-7450/2024 nömrəli əmrləri ilə tətbiq edilən intizam tənbehlərindən nəticə çıxarmayaraq təkrar əmək və icra intizamını ciddi şəkildə pozmaqla vəzifələrinin icrasında məsuliyyətsizlik nümayiş etdirmiş intizam xətasına yol vermişdir. Yuxarıda göstərilənləri və Sərnişin daşımaları departamentinin Sərnişin daşımanın təşkili xidmətinin Bakı sərnişin stansiyasının Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli 14 nömreli protokolundan çıxarışı nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsini, 72-ci maddəsinin "e" bəndini, 80-ci maddəsini və 186-cı maddəsinin 2-ci hissəsinin "ç" bəndini və ADY-nin xx.xx.2022-ci tarixli 270316 nömrəli əmrinin 1.3-cü yarımbəndini rəhbər tutaraq əmək qanununvericililinin tələblərini, icra intizamının normal ahəngini kobud şəkildə pozduğuna və intizam qaydalarının tələblərini qəsdən yerinə yetirədiyinə görə Sərnişin dașımaları departamentinin Sərnişin daşımanın təşkili xidmətinin Bakı sərnişin stansiyasının Vağzal sahəsinin vağzal növbətçisi Elșad Xasay oğlu Səfərov ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixinden Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işəgötürən tərəfinden həmkarlar itifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razlığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ișçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Yuxarıda da qeyd edildiyi kimi İddiaçı dəfələrlə intizam qaydalarını pozduğundan, qeyd edilən intizam tənbehlərindən başqa, əvvəki iş fəaliyyəti dövründə də çoxsaylı nöqsanlara yol verdiyinə görə ona müxtəlif intizam tənbehləri verildiyindən (məs: xx.xx.2023-c il tarixli 13-1-19/3-13-5317/2023 nömrəli intizam tənbehi verilməsi barədə əmr və ya xx.xx.2022-ci il tarixli 146628 nömrəli vağzal növbətçisi Elșad Səfərovun üzrsüz səbəblərə görə işə çıxmamasının araşdırılması barədə əmr və s.), lakin verilmiş çoxsaylı intizam tənbehlərindən nəticə çıxarmadığından işində dönüş yaratmadığından, həmçinin, işinin hərəkət və xidmətlə bağlı olduğunu nəzərə alaraq ADY tərəfindən təqdim olunmuş xidməti geyim formasından əsassız olaraq imtina etməsi səbəbindən işəgötürənin onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi tam qanuni və əsaslı olmuşdur.

5. Cavabdeh "xxxx" QSC iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddiaçı barəsində sonuncu töhmət əmrlərinin xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə verildiyini, lakin iddiaçı tərəfindən mediasiyanın tətbiqi barədə təklifin xx.xx.2025-ci il tarixdə göndərildiyini, X5 iştirak edilməməsi barədə arayışı xx.xx.2025-ci il tarixdə əldə etdiyini, məhkəməyə isə xx.xx.2025-ci il tarixdə müraciət etdiyini bildirmişdir. Cavabdeh qeyd etmişdir ki, iddiaçı qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüş, hüquqlarının pozulduğunu bildiyi halda qanunsuz hesab etdiyi əmrin ləğvi barədə 1 ay müddətində məhkəməyə müraciət etməmişdir. Qeyd olunanlar nəzərə alaraq iddia tələbinin töhmətlərin ləğvi hissəsində iddia müddəti buraxıldığı üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə prosesi:

6. Məhkəmə iclasında iddiaçı X6 və vəkili-nümayəndəsi X7 iddianı müdafiə edib, təmin olunmasını xahiş etdilər.

7. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbinin əsassız olduğunu bildirdi və təmin olunmamasını məhkəmədən xahiş etdi.

8. Şahid qismində dindirilmiş X4 bildirmişdir ki, 43 ildik cavabdeh müəssisədə işləyir. İddiaçını digər işçilər qədər tanıyır, lap yaxından tanımır. İddiaçının vəzifələrindən biri platformaya kənar şəxsləri, məsələn sərnişi yola salan şəxsləri buraxmamaqdır. Töhmət verilməsinə səbəb kənar şəxslərin platformaya daxil olması olmuşdur. İddiaçı işlədiyi müddət ərzində dəfələrlər nöqsanları olmuş, dəfələrlər də ona həmin nöqsanlar bildirilmişdir.

9. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

10. Bakı sərnişin stansiyasının xx.xx.2015-ci il tarixli əmrindən görünür ki, öz vəzifə öhdəliklərinə məsuliyyətsiz yanaşaraq, növbə ərzində tabeçiliyində olan işçilərin fəaliyyətlərini lazımi səviyyədə təşkil etmədiyinə, ərazinin qardan təmizlənməsini təmin etmədiyinə görə vağzal rəisinin növbətçi köməkçisi İddiaçı töhmət verilməsi, əgər öz işində bir daha belə nöqsana yol vermiş olarsa, ona qarşı daha ciddi intizam töhməti görüləcəyinin bildirilməsi əmr edilmişdir.

11. Bakı sərnişin stansiyasının xx.xx.2015-ci il tarixli əmrindən görünür ki, öz işlərində vəzifə öhdəliklərindən ciddi kənarlaşmaya yol verərək vətəndaşlara istədikləri qatara bilet təşkil edəcəklərinə söz verdiklərinə, sonradan bilet təşkil edə bilmədikləri halda həmin vətəndaşların narazılıqlarına səbəb olduqlarına görə vağzal rəisinin növbətçi köməkçisi İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi və əgər öz işində bir daha belə nöqsana yol vermiş olarsa, ona qarşı daha ciddi intizam töhməti görüləcəyinin bildirilməsi əmr edilmişdir.

12. Bakı sərnişin stansiyasının xx.xx.2018-ci il tarixli əmrindən görünür ki, öz işində məsuliyyətsizliyə yol verərək, vağzal növbətçilərinə aid olan ştampın saat 24:00-dan sonra yerində olmamasına əhəmiyyət vermədiyinə, axtarılması üçün aidiyyatı tədbir görmədiyinə, vağzal rəisinə məlumat vermədiyinə görə vağzal növbətçisi İddiaçı ciddi xəbərdarlıq edilməsi və əgər öz işində bir daha belə nöqsana yol vermiş olarsa ona qarşı intizam tənbehi görüləcəyi əmr edilmişdir.

13. Cavabdeh "xxxx" QSC Sərnişin daşımaları departamenti Bakı sərnişin stansiyasının xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, əmək intizamının və X8nın tələblərini pozaraq, heç bir üzrlü səbəb olmadan uzun müddət işə gəlmədiyinə və bununla əlaqədar işəgötürənə təsdiqedici sənəd təqdim etmədiyinə görə İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilməli idi. Lakin vağzal növbətçisi vəzifəsi üzrə işçinin hazırlanmasının uzun vaxt tələb etməsi, onun uzun müddət stansiyada işləməsi və üzərində qüvvədə olan sonuncu xəbərdarlıqla şiddətli töhmətin olmasının nəzərə alınması və gələcəkdə işində bu kimi hallara təkrar yol verdiyi halda onunla bağlanmış əmək müqaviləsinin əmək qanunvericiliyinə uyğun olaraq ləğv ediləcəyinin diqqətinə çatdırılması əmr edilmişdir.

14. Cavabdeh "xxxx" QSC Sərnişin daşımaları departamentinin xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, Sərnişin daşımaları departamentinin Bakı sərnişin stansiyasının vağzal növbətçisi İddiaçı əmək müqaviləsi ilə müəyyənləşdirilmiş öhdəlikləri və öz əmək funksiyasını, vəzifə təlimatının tələblərini kobud şəkildə pozduğuna görə ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilməsi, gələcəkdə əmrin təsviri hissəsində yol verdiyi nöqsanlara təkrar yol verdiyi halda barəsində daha ciddi intizam tənbehi tətbiq olunacağının diqqətinə çatdırılması əmr edilmişdir.

15. Sərnişin daşımaları departamenti, Sərnişin daşımalarının təşkili xidməti, Bakı sərnişin stansiyası, Vağzal sahəsinin vağzal növbətçisi vəzifəsinin xx.xx.2024-cü il tarixli vəzifə təlimatından görünür ki, əmək şəraiti qapalı məkan olmaqla, o, stansiya rəisinin müavini-vağzal rəisinə birbaşa tabedir, Stansiya rəisinə funksional olaraq tabedir. Vəzifə təlimatında vəzifənin əmək funksiyalarının siyahısı, vəzifənin kvalifikasiya göstəriciləri və kompetensiya tələbləri qeyd olunmuşdur.

16. İddiaçı xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 08:00da Bakıdan Ağstafaya yola düşən 732 saylı surət qatarın 08:02, yəni 2 dəqiqə gec hərəkət etməsinə səbəb 2 vaqonda 15E biletinin sahibi Hacıyev Şahin adlı sərnişin olmuşdur. Belə ki, o, qatarın yola düşməsinə 2 dəqiqə qalmış, yəni 07:58-də qatarı tərk etmiş sərnişin buraxılış tərəfində gələrək təxmini 10 metr məsafədən həyat yoldaşını qeydiyyatdan keçirdiyini əvvəlcədən deyərək yoldaşının qatara minməsi üçün turniketdən keçməsinə icazə almışdır. İddiaçı da sərnişini iki vaqon bələdçisi qatarın getməyinə iki dəqiqə qalmış turniket istiqamətində buraxmasına görə inanıb, Hacıyev Şahinin həyat yoldaşının qatara yaxınlaşmasına icazə vermişdir. Belə hallar hər dəfə baş verir. İddiaçıdan ADY peşə bayamı ərəfəsində alınan bu izahatı heç də təsadüf hesab etmir.

17. "xxxx" QSC Sərnişin daşımaları departamentinin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, xidmət zamanı əmək müqaviləsi ilə müəyyənləşdirilmiş öhdəlikləri, öz əmək funksiyasını, vəzifə təlimatının tələblərini və "xxxx" QSC-nin “ümumi istifadədə olan dəmiryol stansiyalarında, vağzallarda sərnişinlərin platformalara keçidi və qatarlara miniyin təşkili barədə təlimat”ının tələblərini pozaraq, qatara qeydiyyat və minik saatına gecikən sərnişini platformaya buraxmaqla işin ahənginin pozulmasına səbəb olduğuna görə Bakı sərnişin stansiyasının vağzal növbətçisi İddiaçı ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilməsi, gələcək iş fəaliyyəti dövründə bu kimi hallara təkrar yol verdiyi təqdirdə, onun barəsində daha ciddi intizam tənbehi tətbiq ediləcəyinin diqqətinə çatdırılması əmr edilmişdir.

18. Sərnişin daşımaları departamentinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı sərnişin stansiyasından saat 19:15-də yola düşən 72 nömrəli Bakı-Ağstafa surət sərnişin qatarına qeydiyyat zamanı 6 nəfər sərnişinin (5 nəfər böyük və 1 uşaq) qeydiyyatdan kənar keçməsi müşahidə olunmuşdur. Vağzal növbətçisi İddiaçı qeydiyyat məntəqəsində olduğu zaman onun diqqətsizliyindən bu hal baş vermişdir. Həmçinin vağzal rəisi Sudeyf Fərhadov həmin gün qeydiyyat məntəqəsində olarkən baş vermiş hadisəyə müdaxilə etməmişdir.

19. Hüseynova Firəngiz, Murad Abasquliyev və Asim Hüseynov tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixli təqdimatla bağlı İddiaçı ƏM-nin 187ci maddəsinin 1-ci bəndinə əsasən izahat verməsi tələb olunsa da, o, yazılı izahat verməkdən imtina etmişdir.

20. Cavabdeh "xxxx" QSC Sərnişin daşımaları departamentinin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, xidmət zamanı əmək müqaviləsi ilə müəyyənləşdirilmiş öhdəlikləri, öz əmək funksiyasını, vəzifə təlimatının tələblərini və "xxxx" QSC-nin “ümumi istifadədə olan dəmiryol stansiyalarında, vağzallarda sərnişinlərin platformalara keçidi və qatarlara miniyin təşkili barədə təlimat”nın tələblərini pozaraq, qatara qeydiyyat və minik zamanı sərnişinlərin qeydiyyatdan kənar platformaya buraxılmalarına lazımi qaydada nəzarət etməməklə işin ahənginin pozulmasına səbəb olduğuna görə Sərnişin daşımanın təşkili xidmətinin Bakı sərnişin stansiyasının vağzal növbətçisi İddiaçı ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi və gələcək iş fəaliyyəti dövründə hər hansı bir nöqsana təkrar yol verdiyi təqdirdə, onunla bağlanılmış əmək müqaviləsinin ləğv ediləcəyinin diqqətinə çatdırılması əmr edilmişdir.

21. İddiaçı tərəfindən "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilən əleyhinə, böhtan xarakterli bilərəkdən peşə bayramına təsadüf olmayan verilən eyni vaxtda iki üst-üstə töhmətlər haqsız olsa da, surətlərinin ona təqdim edilməsini tələb etmişdir.

22. Cavabdeh "xxxx" QSC tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, intizam tənbehinin verilməsi barədə əmrlərlə bağlı iddiaçı Sərnişin daşımaları departamentinə dəvət olunmuş, lakin sözügedən əmrlərlə tanış olub imzalamaqdan imtina etmişdir. Buna baxmayaraq sözügedən əmrlərin surəti qoşmada ona göndərilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən təhvil alınmışdır.

23. Bakı sərnişin stansiyası işçilərinə verilmiş xüsusi geyim formalarının siyahısından görünür ki, vağzal növbətçisi İddiaçı xx.xx.2024-cü il tarixdə 56 ölçü pencək, 54 ölçü şalvar, 42 ölçü köynək verilmiş və imzası ilə təhvil aldığını təsdiq etmişdir.

24. Sərnişin daşımaları departamentinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdən Bakı sərnişin stansiyasının əməkdaşları geyim forması ilə təmin edilmişdir, lakin vağzal növbətçisi İddiaçı geyim formasından imtina edərək növbədə olduğu tarixlərdə geyim formasından istifadə etməmişdir.

25. Hüseynova Firəngiz, Murad Abasquliyev və Türkan Rəhimli tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixli təqdimatla bağlı İddiaçı ƏM-nin 187ci maddəsinin 1-ci bəndinə əsasən izahat verməsi tələb olunsa da, o, yazılı izahat verməkdən imtina etmişdir.

26. Ramin Abdullayev, Sudeyf Fərhadov, İlqar Əzimov və Zaur Mustafayev tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdən Bakı sərnişin stansiyasının əməkdaşları geyim forması ilə təmin edilmişdir, lakin vağzal növbətçisi İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək geyim formasından imtina edərək növbədə olduğu tarixlərdə geyim formasından istifadə etməmişdir.

27. "xxxx" QSC Sərnişin daşımaları departamentinin Sərnişin daşımanın təşkili xidmətinin Bakı sərnişin stansiyasının Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixdə keçirilmiş yığıncağının 14 nömrəli protokolundan görünür ki, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə təlimatının tələblərini, ADY-nin X8nın tələblərini, əmək və icra intizamını pozduğuna görə vağzal növbətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir.

28. Cavabdeh "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin xx.xx.2024-cü il tarixli 13-1-19/3-10-9205/2024 nömrəli əmrindən görünür ki, əmək qanunvericiliyinin tələblərini, icra intizamının normal ahəngini kobud şəkildə pozduğuna və intizam qaydalarının tələblərini qəsdən yerinə yetirmədiyinə görə Sərnişin daşımaları departamentinin Sərnişin daşımanın təşkili xidmətinin Bakı sərnişin stansiyasının Vağzal sahəsinin vağzal növbətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi əmr edilmişdir.

29. Cavabdeh "xxxx" QSC tərəfindən iddiaçı Nümayəndə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə əmr qoşmada ona göndərilmişdir.

30. Bakı 10 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/10/2025-00034 nömrəli X5 İştirak Edilməməsi barədə arayışından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə “23-179/3-10- 9205/2024 nömrəli işdən çıxma əmrinin ləğv edilməsi, işə bərpa, xx.xx.2024-cü il tarixdən məcburi iş buraxdığı üçün dəymiş ziyanın və əmək haqqının ödənilməsi tələbi”nə dair mediasiyanın tətbiqi barədə təklif göndərmiş, cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı Nümayəndə 50 manat İMS xərci və 10 manat poçt xərci ödəmişdir.

31. Bakı 10 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/10/2025-00035 nömrəli X5 İştirak Edilməməsi barədə arayışından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə “xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə verilən töhmət və şiddətli töhmətlərin haqsız olduğundan ləğv edilməsi tələbi”nə dair mediasiyanın tətbiqi barədə təklif göndərmiş, cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı Nümayəndə 50 manat İMS xərci və 10 manat poçt xərci ödəmişdir.

32. İş materiallarına Bakı 10 saylı Mediasiya təşkilatının məktubu və ona əlavə olunan sənədlər, audio-video disklər, iddiaçı barəsində tətbiq edilmiş digər töhmət əmrləri, cavabdeh "xxxx" QSC-nin müəssisədaxili fəaliyyəti ilə bağlı hüquqi aktlar və iddiaçıya dair xəstəlik vərəqələri də əlavə edilmişdir.

b) Tətbiq edilən hüquq:

33. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddə, 3. hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 11-ci maddə, “a”, “b”, “c”, “d” bəndləri. bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; işçilər əmək müqaviləsinin şərtlərini, müəssisəX8nı pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. 68-ci maddə, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddə, 2-ci hissə, “b” bəndi. tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddə, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddə, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddə, “ə” bəndi. Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80-ci maddə, 1-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 186-cı maddə, 1-ci hissə. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddə, 2-ci hissə, “a,” “b” və “ç” bəndləri. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisəX8nı pozduqda işəgötürən ona töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət verə, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. 186-cı maddə, 3-cü hissə. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 296-cı maddə, 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddə, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddə, 6-cı hissə. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 296-cı maddə, 7-ci hissə. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 297-ci maddə. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.

34. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 35.1, 35.2. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.. Maddə 32.4.2. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: - bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Maddə 32.1.9. Mediasiya prosesinə aşağıdakı hallarda xitam verilir: - bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda. Maddə 29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri X5 iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “X5 iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1, 76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

37. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 100, 3-cü hissə. Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

c) Məhkəmənin mövqeyi:

38. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı barəsində "xxxx" QSC Sərnişin daşımaları departamentinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli əmrləri ilə intizam tənbehi tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin məcəllənin 72-ci maddəsinin “ə” bəndində nəzərdə tutulmuş əsasla (Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) ləğv edilmişdir.

39. Hazırda İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli əmrlərin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

40. Məhkəmə iddiaçıya xx.xx.2024-cü il tarixli töhmət intizam tənbehinin tətbiq edilməsi barədə əmrə münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə bir nəfər sərnişinin platformaya keçid etməsinə və qatara minməsinə vəzifə səlahiyyətinə aid olmadığı halda qanunsuz və əsassız olaraq icazə vermişdir. Bunun nəticəsində qatarın yola düşməsində gecikmə baş vermişdir. İddiaçı öz izahatı ilə qeyd olunanları təsdiqləmişdir. Lakin sonradan məhkəmə prosesində başqa işçini qorumaq üçün elə izahat verdiyini bildirmişdir.

41. Məhkəmə hesab edir ki, iddiaçı öz vəzifə öhədliklərini həqiqətən də düzgün yerinə yetirməmiş, vəzifə səlahiyyətlərini aşaraq (iddiaçı özü də onun belə bir səlahiyyəti olmadığını qeyd etmişdir) qatarın gecikməsinə şərait yaradacaq hərəkət etmişdir. Buna görə də işəgötürən ona ƏMnin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verməkdə haqlı olmuşdur.

42. Məhkəmə iddiaçıya xx.xx.2024-cü il tarixli şiddətli töhmət intizam tənbehinin tətbiq edilməsi barədə əmrə münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə Bakı sərnişin stansiyasında saat 09:15-də yola düşən 72 nömrəli Bakı-Ağstafa sürət sərnişin qatarına qeydiyyat zamanı 6 nəfər sərnişin qeydiyyatdan kənar olaraq platformaya daxil olmuşdur. Məhkəmə iclasında təqdim edilən videolara baxış keçirilmiş və həqiqətən də müəyyən edilmişdir ki, sərnişinlər platformaya məhz qeydiyyatın aparılmadığı qapıdan daxil olmuşlar və vağzal növbətçisi olan iddiaçı həmin əraziyə nəzarət edilməli olduğu halda lazımi qaydada nəzarət etməmiş və sərnişinlər başqa işçi tərəfindən platforma ərazisində saxlanılmışdır. Bu barədə xx.xx.2024-cü il tarixdə Sərnişin daşımanın təşkili xidmətindən Sərnişin daşımaları departamentinə təqdimat daxil olmuş, daha sonra araşdırma aparılmsı üçün iddiaçıdan izahat tələb edilmiş, lakin iddiaçı izahat verməkdən imtina etmiş və işçilər tərəfindən aktlaşdırılmışdır.

43. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli əmr ilə iddiaçıya əssassız töhmət verilmişdir. Belə ki, təqdim edilmiş video materiallardan sərnişinlər əraziyə daxil olan vaxt iddiaçının vağzal ərazisində başqa tərəfə baxdığı müəyyən edilir. Halbuki, iddiaçının tək vəzifəsi bu qapıdan kim gəlsə onu dayandırmaq olmamışdır. O, eyni zamanda vağzal ərazisinə nəzarət edən şəxsdir. Həmçinin, çox az müddət ərzində sərnişinlər platformaya keçid etmiş və qarşıda başqa işçi tərəfindən saxlanılmışdırlar. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı öz vəzifəsini lazımi qaydada həyata keçirməsə belə onun qeyd olunan pozuntusu şiddətli töhmət intizam tənbehinin tətbiq ediməsi üçün əsas deyil. Çünki, iddiaçının geniş bir əraziyə tək başına nəzarət etməsi halında hər hansı qüsurların baş verməsi kifayət qədər ağlabatandır.

44. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəyə münasibətdə hesab edir ki, iddiaçı onun barəsində verilmiş töhmətlərin mübahisələndirilməsi üçün qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürmüş və ötürülmüş müddətin üzrlü hesab edilməsi barədə məhkəməyə vəsatət təqdim etməmişdir.

45. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edilir ki, iddiaçı hər iki töhmət verilməsi barədə əmrlə xx.xx.2024-cü il tarixdə tanış edilmişdir. Lakin iddiaçı əmrlərlə tanış olmasını təsdiq etməsi barədə imza çəkməkdən imtina etdiyi üçün həmin tarixdə ərizə yazaraq əmrlərin ona təqdim edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə əmrlər iddiaçıya təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş sübutlara və məhkəmə iclasında verilmiş izahatlara əsasən hesab edir ki, qeyd olunan əmrlərin mübahisələndirilməsi üçün iddia müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən (işçinin hüququnun pozulduğunu aşkar edildiyi gündən) hesablanmalıdır. İddiaçı qeyd olunan əmrləri məhkəmədə mübahisələndirmək üçün xx.xx.2024-cü il tarixdə cavabdehə mediasiya təklifi göndərmişdir. Cavabdehin nümayəndəsi tərəfindən mediasiya təklifinin onlara göndərildiyi məhkəmə iclasında təsdiq edilmişdir. Qeyd olunur ki, xx.xx.2024-cü il tarixdə cavabdehə mediasiya təklifi göndərilsə də 10 gün müddətində mediasiya təşkilatına iddiaçı tərəfindən müraciət edilməmiş, xx.xx.2024-cü il tarixdə yenidən cavabdehə mediasiya təklifi göndərmişdir. Məhkəməyə təqdim edilmiş X5 İştirak Edilməməsi barədə arayışlardan və Bakı 10 saylı Mediasiya təşkilatının məktubundan görünür ki, töhmətlərin mübahisələndirilməsi barədə mediasiya təklifi xx.xx.2024-cü il tarixdə edilmiş, xx.xx.2025-ci il tarixdə müvafiq arayışlar iddiaçıya təqdim edilmiş və xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir.

46. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilən mövqeyini nəzərə almaqla qeyd edir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığı kimi, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzürlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

47. Məhkəmə mediasiya təklifinin göndərildiyi vaxtdan müvafiq arayışın iddiaçıya təqdim edildiyi vaxta qədər iddia müddətinin dayandığını və digər bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddiaçı hər bir halda 1 aylıq iddia müddətini ötürmüşdür.

48. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi “xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli əmrlərin ləğv edilməsi” hissəsində iddia müddəti ötürüldüyü üçün təmin edilməməlidir.

49. Məhkəmə iddia tələbinin “xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya əmək funksiyasını həyata keçirən zaman istifadə etməsi üçün xidməti geyim forması verilmişdir. Belə ki, iddiaçıya şalvar, köynək və pencək təqdim edilmiş və bunu iddiaçı imzası ilə təsdiqləmişdir. Məhkəmə araşdırması zamanı proses iştirakçılarının və şahidlərin izahatları ilə məlum olmuşdur ki, iddiaçıya verilən geyim formasının ölçüləri böyük olmuş, lakin iddiaçı həmin geyimi dərziyə verərək öz bədəninə uyğun ölçüdə düzəltdirəcəyi barədə razılığa gəlmişdir. Lakin, üstündən uzun müddət keçməsinə baxmayaraq və rəhbərlik tərəfindən dəfələrlə xəbərdar edilməsinə baxmayaraq (iddiaçı özə də təsdiq edir) iddiaçı həmin geyim formasından istifadə etməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Sərnişin daşımaları departamentinin rəisinə 11 gün sonra xx.xx.2024-cü il tarixdə təqdimat təqdim edilmiş, həmin təqdimata dair izahatın verilməsi iddiaçıdan tələb edilsə də xx.xx.2024-cü il tarixli aktdan görünür ki, iddiaçı izahat verməkdən imtina etmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək geyim formasından imtina edərək növbədə olduğu tarixlərdə geyim formasından istifadə etməməsi barədə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktdan sonra iddiaçı həmin formadan istifadə etməyə başlamışdır. Bakı sərnişin stansiyasının Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli iclasında iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verilmişdir. İddiaçı qeyd olunan məsələni paltarı dərziyə verməyə vaxtının olmaması, gödəkçə verilməməsi, xəstəliyinin olması ilə əsaslandırır. Cavabdeh isə verilən xüsusi geyimin üstündən şəxsi gödəkçəsini geyinməyə icazə verildiyini, digər əməkdaşların belə etdiyini bildirdikdə cavabdeh gödəkçəsinin olmadığını qeyd etmişdir.

50. Məhkəmə bütün diqqətəlayiq halları nəzərdən keçirərək hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçının icra etdiyi vağzal növbətçisi vəzifəsi xx.xx.2024cü il tarixli "xxxx"Qapalı Səhmdar Cəmiyyətində Xidmət Sahəsində Çalışan və Müştəri ilə Birbaşa Ünsiyyətdə Olan Əməkdaşların Davranış və Xidməti Geyim Formasının Tənzimlənməsi Proseduruna (1.3-cü bənd) əsasən Xidmət sahəsində çalışan və müştəri ilə birbaşa ünsiyyətdə olan vəzifələrdən biridir. Həmçinin həmin qaydalarda qeyd olunub ki, geyim forması əməkdaşın bədən ölçülərinə uyğun olmalıdır. İddiaçı geyim formasından imtina etmədiyini, onu qəbul edib özünün düzəltdirəcəyi barədə razılıq əldə etmişdir (Məhkəmə iclasında təsdiqlənmişdir). Lakin, iddiaçı 20 gün müddətində həmin geyim formasını düzəltdirmədiyi, istifadə etmədiyi, geri qaytarıb işəgötürənin düzəltdirməsini xahiş etmədiyi halda məhkəmə iclasında həmin məsələni mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı geyim formasını ona verilən ölçüdə qəbul etdiyinə görə sonradan bu barədə işəgötürənə heç bir narazılığını ifadə etmədiyi halda öz razılığa gəldiyi məsələni mübahisələndirməsi ədalətli və ağlabatan deyildir. Bundan başqa, iddiaçının geyimə görə müəssisədə heç vaxt kiminsə işdən azad edilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı mübahisədə iddiaçı ona verilmiş xidməti geyimdən istifadə etməyərək müəssisədaxili qaydalara əməl etməmiş, ona rəhbərliyi tərəfindən dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məsuliyyətsizlik etmişdir. Belə olan halda işəgötürən ona daha əvvəl, son bir ayda bir töhmət və bir şiddətli töhmət verilməsini əsas hesab edərək, yenidən intizam xətası törətdiyinə görə ƏM-nin 70-ci və 72-ci maddələrinin tələblərinə əsasən onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Yəni işçinin əmək müqaviləsinin ləğv edilməsinə səbəb sadəcə geyimdən istifadə etməməsi deyil, ona daha əvvəl də iki dəfə intizam tənbehi verilməsi (qüvvədə olması) və bunlardan nəticə çıxarmaması olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının dəfələrlə intizam xətası törətməsi sözüsüz ki, işəgötürənin haqlı narazılığına onun fəaliyyətinin qüsursuz davamlılığına, əlavə iş yükünə, müəssisəX8nın pozulmasına və digər işçilər qarşısında mənafeyinin sarsılmasına səbəb olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işçiyə qarşı intizam tənbehi verilərkən onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır. Buna görə də məhkəmə hazırkı iddianın təmin edilməməsi barədə qərara gələrkən işçinin həmin müəssisədə işlədiyi vaxtda dəfələrlə intizam xətası törətməsini, şahidlərin iddiaçının şəxsiyyətinə, nüfuzuna və peşəkarlığına dair verdikləri izahatları nəzərə almışdır.

51. Məhəmə iddia tələbinin “işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi hissəsində iddia tələbi təmin edilmədiyinə görə dolayısı ilə bu hissədə də iddia tələbi təmin edilməməlidir.

52. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

53. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “intizam tənbehlərinin verilməsinə dair əmrlərin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə çəkilmiş mediasiya xərcləri iddiaçıya aid edilməlidir. Nəticə:

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “intizam tənbehlərinin verilməsinə dair əmrlərin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə çəkilmiş mediasiya xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar