Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2245/2020 06.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh Ləğv prosesində olan "Cavabdeh2" ASC-nin ləğvedicisi X2 nümayəndəsi X8 iştirakları ilə İddiaçı cavabdeh Ləğv prosesində olan "Cavabdeh2" ASC-nin ləğvedicisi X1rşı "faiz borcunun silinməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan "Cavabdeh2" ASC-nin ləğvedicisi X1rşı "faiz borcunun silinməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(005)-3606/2015 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə iddiaçıdan 439.691,10 ABŞ dolları məbləğində borcun tutulması qət edilmişdir. İddiaçının Banka olan borcu həmin məbləğdə deyildi, həm də Bankla aralarında olan razılaşmaya əsasən iddiaçı banka olan borcu ilə bağlı cəmi 500 000 ABŞ dolları ödəməli idi və qalan faiz borcları iddiaçıya güzəşt edilmişdir. Məhkəmə proseslərində iddiaçı həmin sənədi əldə edə bilmədiyi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(005)-3606/2015 saylı qətnaməsi qəbul edilərkən həmin güzəşt nəzərə alınmamış, nəticədə iddiaçının banka olan borcunun məbləği suni surətdə qalxmış və bu hesaba iddiaçıya xeyli miqdarda ziyan vurulmaqla hüquqları pozulmuşdur. Uzun surən axtarışlardan sonra iddiaçı Bankın ona etdiyi güzəşt sənədini tapıb əldə etmişdir. Belə ki, Cavabdeh2 ASC-nin Müşahidə Şurasının xx xxxx 2012-ci il tarixli, MŞ 16-2012 saylı iclas protokolu ilə qərara alınmışdır ki, xx.xx.2007-ci il tarixli, 426\02F1 saylı kredit müqaviləsinə əsasən İddiaçı 385.000 ABŞ dolları məbləğində verilmiş kredit üzrə müştəri öhdəliklərini lazımınca yerinə yetirmədiyi səbəbindən əsas və faiz borcu tam bağlanmadığı üçün müştəri tərəfindən ödənilmiş 500.000 ABŞ dolları məbləğində olan vəsaitlə əsas və faiz üzrə olan borclar adi qaydada silindikdən sonra silinmə gününə qalan faiz borcu müvafiq qaydada yaradılmış 100% ehtiyat hesabına silinsin və balansdankənar hesablanmış faiz borcu bərpa edilməsin. Qeyd olunan qərarla bağlı iddiaçı tərəfindən Banka xx.xx.2013-cü ildə 5.085 ABŞ dolları, xx.xx.2012-ci il tarixdə 127.064,8 ABŞ dolları və xx.xx.2015-ci il tarixdə 350 000 ABŞ dolları, cəmi 482.149,8 ABŞ dolları ödəniş etmişdir. Bu hesabla iddiaçının banka 17.850,20 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(005)-3606/2015 saylı qətnaməsində MŞ-nin bu qərarı nəzərə alınmadığı üçün iddiaçının banka olan borcu 89.691,10 ABŞ dolları təşkil etmişdir ki, bu da iddiaçının faktiki-real borcundan 71 840.90 ABŞ dolları çox olmaqla iddiaçıya külli miqdarda ziyan vurur, əmlak hüquqlarını pozur, ona əsassız olaraq əlavə öhdəlik və məsuliyyət yaradır. Lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxx 2015-ci il tarixli, 2(005)-3606/2015 saylı qətnaməsi birbaşa iddiaçının hüquq və azadlıqlarını pozmuşdur. Ona görə də iddiaçı ilə cavabdeh Bank arasında verilmiş kredit üzrə hesablanmış faizlərin bir qisminin güzəşt edilməsi barədə razılaşma olduğundan 89 691,10 ABŞ dolları məbləğində faiz borcu iddiaçının hesabından silinməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(005)-3606/2015 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə iddiaçıdan 439.691,10 ABŞ dolları məbləğində borcun tutulması qət edilmişdir. Cavabdeh2 ASC-nin Müşahidə Şurasının xx.xx.2012-ci il tarixli, MŞ-16- 2012 nömrəli Protokolundan Çıxarışdan da görünür ki, xx.xx.2007-ci il tarixli, 426\02F1 saylı kredit müqaviləsinə əsasən İddiaçı 385.000 ABŞ dolları məbləğində verilmiş kredit üzrə müştəri öhdəliklərini lazımınca yerinə yetirmədiyi səbəbindən əsas və faiz borcu tam bağlanmadığı üçün müştəri tərəfindən ödənilmiş 500.000 ABŞ dolları məbləğində olan vəsaitlə əsas və faiz üzrə olan borclar adi qaydada silindikdən sonra silinmə gününə qalan faiz borcu müvafiq qaydada yaradılmış 100% ehtiyat hesabına silinsin və balansdankənar hesablanmış faiz borcu bərpa edilməsin. xx.xx.2012-ci il tarixli 1***-******* unikal kodlu ödəniş qəbzi ilə İddiaçı tərəfindən Banka 127.064,80 ABŞ dolları ödəniş edilmişdir. xx.xx.2013-cü il tarixli, 1***-******* unikal kodlu ödəniş qəbzi ilə İddiaçı tərəfindən Banka 5.085 ABŞ dolları ödəniş edilmişdir. xx.xx.2015-cu il tarixli 1***-*******0 kodlu ödəniş qəbzi ilə İddiaçı tərəfindən Banka 350.000 ABŞ dolları ödəniş edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən Cavabdeh2 ASC ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli, 426\02F1 saylı kredit müqaviləsinə əsasən iddiaçıya 385.000 ABŞ dolları məbləğində kredit verilmiş, iddiaçı kredit müqaviləsi üzrə öhdəlikləri lazımınca yerinə yetirə bilmədiyindən Bank tərəfindən çətinliklər nəzərə alınaraq aralarındakı şifahi razılaşmaya əsasən xx.xx.2012-ci il tarixli Müşahidə Şurasının MŞ-16-2012 nömrəli protokolu ilə verilmiş kredit üzrə hesablanmış faizlərin bir hissəsi güzəşt edilmiş, ümumilikdə iddiaçının aldığı kredit məbləği ilə birlikdə 500.000 ABŞ dolları banka ödəməyi şərtləndirilmiş, yəni 385.000 ABŞ dollarına qarşı 115.000 ABŞ dolları məbləğində faiz verməyinə dair yeni öhdəlik müəyyən edilmiş, qalan faizlərin isə Bankın ehtiyatları hesabına silinməsi qərara alınmışdır. Nəticədə, tərəflər arasında müqavilə azadlığı şərtlərinə əməl etməklə bağlanmış razılaşma qüvvədə olduğundan iddiaçının banka olan faiz borcunun məbləği Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-3606/2015 saylı qətnaməsi ilə 71.840,90 ABŞ dolları artıq hesablanmışdır. Faktiki isə iddiaçının banka 17.850,20 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçıya artıq hesablanmış 89.691,10 ABŞ dolları məbləğində faiz borcu iddiaçının borcundan çıxılmaqla hesabından silinməli, banka olan borc məbləği 89.691,10 ABŞ dolları məbləğində azaldılmalıdır. Göstərilənlərə əsasən Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-3606\2015 saylı qətnaməsi Cavabdeh2 ASC-nin xeyrinə iddiaçıdan tutulması qət edilmiş 439.691,10 ABŞ dolları məbləğində borcdan 71.840,90 ABŞ dolları faiz borcunun silinməsi, iddiaçının hesabından çıxılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-3606\2015 saylı qətnaməsi ilə "Cavabdeh2” ASC-nin xeyrinə ondan tutulması qət edilmiş 439.691,10 ABŞ dolları məbləğində borcdan 71.840,90 ABŞ dolları faiz borcunun silinməsi, onun hesabından çıxılması və Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi (keçmiş C.Hacıbəyli) 758-ci məhəllə, ev 64-də yerləşən 12 saylı mənzilin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-3606/2015 saylı qətnaməsi ilə Cavabdeh2 ASC-nin xeyrinə ondan tutulması qət edilmiş 439.691,10 ABŞ dolları məbləğində borcdan 71.840,90 ABŞ dolları faiz borcunun silinməsi, 350.000 ABŞ dollarının onun hesabından kredit borcunun ödənilməsinə yönəldilməklə çıxılması və Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi (keçmiş C.Hacıbəyli) 758-ci məhəllə, ev 64də yerləşən 12 saylı mənzilin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Ləğv prosesində olan "Cavabdeh2" ASC-nin ləğvedicisi X2 nümayəndəsi X9 iddia tələbinin təmin edilib-edilməməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "Cavabdeh2" ASC Müşahidə Şurasının iclasının MŞ-16- 2012 №-li protokolundan çıxarışdan görünür ki, Cavabdeh2 ASC-nin 1 saylı filialın müştərisi fiziki şəxs İddiaçı xx.xx.2007-ci il tarixli, 426/02F1 saylı kredit müqaviləsinə əsasən 385 000 ABŞ dolları məbləğində verilmiş kredit üzrə müştəri öhdəlikləri lazımınca yerinə yetirmədiyi səbəbindən əsas və faiz borcu tam bağlanılmadığı üçün, müştəri tərəfindən ödənilmiş 500.000 ABŞ dolları məbləğində olan vəsaitlə əsas və faiz üzrə olan borcların adi qaydada silindikdən sonra, silinmə gününə qalan faiz borcunun müvafiq qaydada yaradılmış 100 faiz ehtiyyat hesabına silinməsi və balansdankənar hesablanmış faiz borcunun bərpa edilməməsi qərara alınmışdır. İş materiallarında olan "Cavabdeh2" ASC tərəfindən təsdiqlənmiş xx.xx.2012-ci il tarixli, Ekran-Unikal kod: 1***-******* qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən banka 127.064,8 ABŞ dolları məbləğində pul ödənilmişdir. İş materiallarında olan "Cavabdeh2" ASC tərəfindən təsdiqlənmiş xx.xx.2013-cü il tarixli, Ekran-Unikal kod: 1***-******* qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən banka 5085 ABŞ dolları məbləğində pul ödənilmişdir. İş materiallarında olan "Cavabdeh2" ASC tərəfindən təsdiqlənmiş xx.xx.2015-ci il tarixli, Ekran-Unikal kod: 1***-*******0 qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən banka 350.000 ABŞ dolları məbləğində pul ödənilmişdir. İşin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)- 3606/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 372.935,20 ABŞ dolları əsas borc, 66.755,90 ABŞ dolları faiz borcu, cəmi 439.691,10 ABŞ dolları kredit borcu ödəniş günu manata məzənnə ilə manatla və ipotekanın qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə köçürülmüş 60 manat xidmət haqqı, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı Cavabdeh2 ASC-nin xeyirinə tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş X4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, C.Hacıbəyli küçəsi, 758-ci məhəllədə istifadədə olan 0.04644 ha torpaq sahəsində yerləşən 64 nömrəli, 12 mərtəbəli binadan yerləşən 193,5 kv.m ümumi, 116,5 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 12 nömrəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, C.Hacıbəyli küçəsi, 758-ci məhəllədə istifadədə olan 0.04644 ha torpaq sahəsində yerləşən 64 nömrəli, 12 mərtəbəli binada yerləşən 193,5 kv.m ümumi, 116,5 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 12 nömrəli mənzilin açıq hərracda ilkin satış qiymətinin 450 000 (dörd yüz əlli min) ABŞ dolları müəyyən edilməsi, mənzilin satılması və ondan əldə ediləcək vəsaitin cavabdeh İddiaçı banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğin cavabdeh X5 qaytarılması, mənzil hərracdan satıldıqdan bir ay sonra cavabdehlər İddiaçı, X6 tərəfindən boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun cavabdeh İddiaçı tutulması, “SAP (XİİS) hesabı; Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖF.N **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab 22AZ34CTRE********************” hesabına keçirilməsi qət edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli, 426\02F1 saylı kredit müqaviləsinə əsasən İddiaçı 385000 ABŞ dolları məbləğində kredit verilmiş, İddiaçı kredit müqaviləsi üzrə öhdəlikləri lazımınca yerinə yetirə bilmədiyindən Bank tərəfindən çətinliklər nəzərə alınaraq aralarındakı razılaşmaya və "Cavabdeh2" ASC Müşahidə Şurasının iclasının MŞ- 16-2012 №-li protokolundan çıxarışına əsasən Cavabdeh2 ASC-nin 1 saylı filialın müştərisi fiziki şəxs İddiaçı xx.xx.2007-ci il tarixli, 426/02F1 saylı kredit müqaviləsinə əsasən 385.000 ABŞ dolları məbləğində verilmiş kredit üzrə müştəri öhdəlikləri lazımınca yerinə yetirmədiyi səbəbindən əsas və faiz borcu tam bağlanılmadığı üçün, müştəri tərəfindən ödənilmiş 500.000 ABŞ dolları məbləğində olan vəsaitlə əsas və faiz üzrə olan borcların adi qaydada silindikdən sonra, silinmə gününə qalan faiz borcunun müvafiq qaydada yaradılmış 100 faiz ehtiyyat hesabına silinməsi və balansdankənar hesablanmış faiz borcunun bərpa edilməməsi qərara alınmışdır. Bu qərarla bağlı iddiaçı tərəfindən Banka ayrı-ayrı vaxtlarda cəmi 482.149,8 ABŞ dolları ödəniş edilmişdir. Həmin ödənişlər nəzərə alınmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-3606/2015 saylı qətnaməsi ilə İddiaçı Banka olan borc məbləği 439.691,10 ABŞ dolları müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı Banka olan borcu aralarındakı razılığa əsasən 500.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir ki, həmin məbləğin də 482.149,8 ABŞ dolları iddiaçı tərəfindən Banka ödənilmişdir. Belə olan halda iddiaçının ödənilməmiş borcu 17850,20 ABŞ dolları məbləğini təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının cari hesabında 350.000 ABŞ dolları pul vəsaiti vardır və həmin vəsait onun borcunun silinməsinə yönəldilməmişdir. Məhkəmə hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-3606\2015 saylı qətnaməsi ilə Cavabdeh2 ASC-nin xeyrinə İddiaçı tutulması qət edilmiş 439.691,10 ABŞ dolları məbləğində borcdan 71.840,90 ABŞ dolları faiz borcu silinməli, 350.000 (üç yüz əlli min) ABŞ dolları İddiaçı hesabından (cari hesabdan) kredit borcunun ödənilməsinə yönəldilməklə çıxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Eyni Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məhkəmə iddia tələbinin "Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi (keçmiş C.Hacıbəyli) 758-ci məhəllə, ev 64-də yerləşən 12 saylı mənzilin ipotekadan azad edilməsi" hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının 17.850,2 ABŞ dolları məbləğində qalıq borcunun olduğu müəyyən edilmişdir. Belə olan halda, sözügedən əmlak qalıq qalan 17.850,2 ABŞ dolları məbləğində olan borc ödəniləndən sonra ipotekadan azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Eyni Məcəllənin 294-cü maddəsinə görə girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Göstərilən Məcəllənin 299.1-ci maddəsinə əsasən, borclu və üçüncü şəxs olan girov qoyan girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-3606\2015 saylı qətnaməsi ilə Cavabdeh2 ASC-nin xeyrinə İddiaçı tutulması qət edilmiş 439.691,10 (dörd yüz otuz doqquz min altı yüz doxsan bir ABŞ dolları, on sent) ABŞ dolları məbləğində borcdan 71.840,90 (yetmiş bir min səkkiz yüz qırx ABŞ dolları, doxsan sent) ABŞ dolları faiz borcu silinməli, 350 000 (üç yüz əlli min) ABŞ dolları İddiaçı hesabından (cari hesabdan) kredit borcunun ödənilməsinə yönəldilməklə çıxılmalı, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi (keçmiş C.Hacıbəyli) 758-ci məhəllə, ev 64-də yerləşən 12 saylı mənzil qalıq qalan 17.850,2 (on yeddi min səkkiz yüz əlli ABŞ dolları, iyirmi sent) ABŞ dolları məbləğində olan borc ödəniləndən sonra ipotekadan azad edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)- 3606\2015 saylı qətnaməsi ilə Cavabdeh2 ASC-nin xeyrinə İddiaçı tutulması qət edilmiş 439.691,10 (dörd yüz otuz doqquz min altı yüz doxsan bir ABŞ dolları, on sent) ABŞ dolları məbləğində borcdan 71.840,90 (yetmiş bir min səkkiz yüz qırx ABŞ dolları, doxsan sent) ABŞ dolları faiz borcu silinsin, 350 000 (üç yüz əlli min) ABŞ dolları İddiaçı hesabından (cari hesabdan) kredit borcunun ödənilməsinə yönəldilməklə çıxılsın. Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi (keçmiş C.Hacıbəyli) 758-ci məhəllə, ev 64-də yerləşən 12 saylı mənzil qalıq qalan 17.850,2 (on yeddi min səkkiz yüz əlli ABŞ dolları, iyirmi sent) ABŞ dolları məbləğində olan borc ödəniləndən sonra ipotekadan azad edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2245/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2245/2020
06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver