Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1048/2022 20.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh2, Seyı̇ dova Esmı̇ ra Salman qızı və Seyı̇ dov Vüsal Mı̇ rtağı oğluna qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(060)-1047/2020 nömrəli qətnaməsindən cavabdeh Seyı̇ dova Esmı̇ ra Salman qızı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 aprel 2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti X6, Cavabdeh1 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, İddiaçı ASC və cavabdeh X6 arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada bankın xeyrinə 29 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 9359,96 manat əsas borc, 946,4 manat faiz borcu və 87,94 manat cərimə olmaqla, ümumilikdə 10394,3 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X6 29.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı bankdan illik 28 faizlə, 24 ay müddətinə 10.000 (on min) manat kredit götürmüşdür. Borcun təminatı olaraq İddiaçı ASC və Cavabdeh1 və X7 arasında 29.05.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bank kredit pulu cavabdehlərə versə də, Cavabdeh3 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 09 dekabr 2019-cu ilədək Cavabdeh3 kredit müqaviləsi üzrə banka 9359,96 manat əsas borc, 946,4 manat faiz borcu və 87,94 manat cərimə olmaqla, cəmi 10394,3 manat borcu vardır. Cavabdehin iddia ərizəsinə qarşı etirazı daxil olmamışdır. "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti və X6 arasında bağlanmış 29 may 2019-cu il tarixli, 4-MZ2-1-0-535-19 saylı kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, illik 28 faizlə, 10.000 (on min) manat kredit vermişdir. Müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh iddiaçıya 24 ay müddətinə hər ay 548,88 manat, sonuncu ay 549,04 manat ödəniş etməli idi. "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti və cavabdehlər Cavabdeh1 və Rəfael Aslanov arasında bağlanmış 29.05.2019-cu il tarixli zaminlik müqavilələrinə əsasən onlar Cavabdeh3 kredit müqaviləsindən irəli gələn iddiaçı qarşısında öhdəlikləri üzrə zaminliyi öz üzərilərinə götürmüşlər. "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 09 dekabr 2019-cu il tarixli borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışına əsasən X2 09.12.2019-cu il tarixinə banka 9359,96 manat əsas borcu, 946,4 manat faiz borcu və 87,94 manat cərimə olmaqla, ümumilikdə 10394,3 manat məbləğində borcu vardır. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(060)-1047/2020 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh2, Seyı̇ dova Esmı̇ ra Salman qızı və Seyı̇ dov Vüsal Mı̇ rtağı oğluna qarşı borcun tutulması tələbinə dair iddia təmin edilib, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış 29 may 2019-cu il tarixli, 4-MZ2-1-0-535-19 saylı kredit müqaviləsi ləğv edilərək əsas borc üzrə 9359,96 manat, faiz borcu üzrə 946,40 manat, cərimə üzrə 87,94 manat olmaqla, cəmi 10394 (on min üç yüz doxsan dörd) manat 30 (otuz) qəpik borc və 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. (hakim Emin Abdullayev) Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, kredit müqaviləsinə əsasən cavabdehlərin bank qarşısında öhdəliyi yaranmış, cavabdehlər öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 739, 442, 443.1, 445.1, 448, 448.2, 427.3, 449.1, 462.1, 470.1, 472.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Seyı̇ dova Esmı̇ ra Salman qızı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(060)-1047/2020 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. Digər cavabdehlər tərəfindən apellyasiya şikayəti verilməmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsində üzrlü səbəbdən iştirak edə bilmədiyinə görə həmin kredit müqaviləsi üzrə mühasibatlıq ekspertizası keçirilməsini tələb edə bilməmişdir. Hesab edir ki, apellyasiya qaydasında onun İddiaçı ASC-yə olan əsas və faiz borcunun müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən ekspetiza təyin edilməlidir. Tələb edilən borc həqiqəti əks etdirmir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh2, Seyı̇ dova Esmı̇ ra Salman qızı və Seyı̇ dov Vüsal Mı̇ rtağı oğluna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1, 386.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.1, 421.2. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1, 467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 470.1, 472.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1, 739.2. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh Seyı̇ dova Esmı̇ ra Salman qızının apellyasiya şikayəti əsasında yalnız ona aid hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Cavabdeh tərəf kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və 09.12.2019-cu il tarixinə onun banka əsas borc üzrə 9359,96 manat, faiz borcu üzrə 946,4 manat borcu qalmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Kredit müqaviləsinə əsasən 9359,96 manat əsas borc məbləğinə 87,94 manat cərimə hesablanaraq tələb edilməsi qanuni və əsaslıdır. Bundan əlavə cavabdeh tərəf kredit müqaviləsi üzrə öhdəliklərini pozduğu üçün iddiaçı tərəfindən kredit müqaviləsinin ləğvi tələbi qanunamüvafiq olub, bu barədə heç bir qanuna zidd hal mövcud deyildir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyant apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş, apellyasiya şikayəti formal xarakter daşıyır və başqa sübutlarla öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə cavabdeh Seyı̇ dova Esmı̇ ra Salman qızına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Seyı̇ dova Esmı̇ ra Salman qızının apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(060)-1047/2020 nömrəli qətnaməsi cavabdeh Seyı̇ dova Esmı̇ ra Salman qızına aid hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1048/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1048/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver