Məhkəmə qərarları › İş №2(105)-75/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-75/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-75/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə,İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “çıxarışın etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-205/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı adından qanuni nümayəndəsi İbrahimov Azər Çingiz oğlu Cavabdeh qarşı çıxarışın etibarsız sayılması iddia tələbi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin Cavabdeh məxsus olmasını təsdiq edən xx.xx.2007-ci il qeydiyyat tarixli (160708982 qeydiyyat nömrəli, Seriya MH, № 0014110), **********68 reyestr nömrəli çıxarışın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-205/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim C.İ.Şəfiyeva). Qətnamədən narazı qalan İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-205/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iş materiallarında olan DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xx.xx.2018-cı il tarixli məktubundan görünür ki, xx.xx.2012-ci il tarixli, **********38 reyestr nömrəli Çıxarışa əsasən X3 mülkiyyətində olmuş 0,0475 ha torpaq sahəsinin plan-ölçüsündəki döngə nöqtələrinin koordinatları ilə xx.xx.2016- cı il tarixli **********38 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,0475 ha torpaq sahəsinin plan-ölçüsündəki döngə nöqtələrinin koordinatları ilə eynidir. Həmçinin, DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, X4 məxsus torpaq sahəsinin plan-ölçüdəki koordinatları sənəd üzrə **********68 reyestr nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hazırkı döngə nöqtələrinin koordinatları ilkin hüquqi qeydiyyata alınarkən naturada müəyyən edilən döngə nöqtələrinin koordinatları ilə eynidir və bu, adlarıçəkilən məktublar əsasında təsdiq edilir. Lakin, Cavabdeh torpaq sahəsinin çıxarışı və plan-ölçüsü naturada mövqetəyinetmə cihazı ilə müəyyən edilmədən, ancaq baza məlumatları əsasında verilmiş və bu səbəbdən də onun sənədlərində göstərilən koordinatlar ilə iddiaçıya məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi halı baş vermişdir. Bir sözlə, Cavabdeh məxsus torpaq sahəsinin sənədində olan koordinatlarla naturada olan koordinatları eyni deyil. Cavabdehə məxsus çıxarışın koordinatlarının torpaq sahəsinin naturadakı koordinatları ilə eyni olmaması və çıxarışın düzgün verilməməsi həmçinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxx 2019-cu il tarixli mütəxəssis rəyi ilə də təsdiq olunur. Belə ki, həmin rəydə qeyd olunmuşdur ki, mübahisəli ərazidə yerləşən torpaq sahələrinin məqsədli təyinatı kənd təsərrüfatı təyinatlıdır və orada torpaq mülkiyyətçiləri tərəfindən sonradan təyinatına zidd olaraq yaşayış evləri və digər tikililər inşa olunmuşdur. İddiaçı torpaq sahəsinin çıxarışından da göründüyü kimi, onun məqsədli təyinatı kənd təsərrüfatı təyinatlı torpaqdır. Ümumiyyətlə, həmin ərazidə olan digər qonşuların da torpaq sahələrinin məqsədli təyinatı kənd təsərrüfatı təyinatlı torpaqdır. Lakin, Cavabdeh məxsus torpaq sahəsinin çıxarışından isə görünür ki, onun məqsədli təyinatı tikinti təyinatlıdır. Bununla bir daha cavabdehə məxsus torpaq sahəsinin çıxarışının qanunsuz olmasını təsdiq edilir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-205/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, xx.xx.2007-ci il tarixli Çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi onun mülkiyyətimdədir. Bu mübahisə ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmənin müvafiq qətnaməsinə əsasən iddiası təmin olunmuşdur. Hazırki iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən, apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-205/2019 saylı qətnaməsinin dəyidirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.2002-ci il tarxidə Bakı şəhərində anadan olmuş, ata qrafasında Qanuni nümayəndə, ana qrafasında İbrahimova Gövhər Novruz qızı qeyd edilmişdir. Mülki işin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-2765 nömrəli, 30800027 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktından müəyyən edilir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 1,0 ha torpaq sahəsi Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 13 nömrəli qərarı ilə X5 verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2012-ci il tarixdə 4Ə-08 reyestr nömrəli “daşınmaz əmlakın alqı-satqısı müqaviləsi”ndən müəyyən edilir ki, X8 adından Tarverdiyeva Qədəm Möhbəli qızı Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 1,0 ha torpaq sahəsindən 0,12 ha hissəsini Cavabdeh satmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2007-cı il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin hüquqi subyekti Cavabdehdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət Reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh adına daşınmaz əmlakin dövlət reyestrində 39 nömrəli reyestr kitabının 164 nömrəli vərəqində **********69 reyestr nömrəsi ilə xx.xx.2007-cı il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2012-cı il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0,0475 ha torpaq sahəsinin hüquqi subyekti X7r. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət Reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0,0475 ha torpaq sahəsi X6 adına daşınmaz əmlakin dövlət reyestrində 297 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində **********8 reyestr nömrəsi ilə xx.xx.2012-cı il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(012)-203/2012 saylı qətnaməsindən müəyyən edilir ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən MH seriyalı 00114110 saylı çıxarışla Cavabdeh mülkiyyətində olan 0,12 ha torpaq sahəsi üzərindəki tikililər cavabdehlər Qanuni nümayəndə və Tarverdiyeva Qədəm Möhablı qızının öz hesabına sökülməklə zəbtdən azad edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2015-ci il tarixdə 4Ə-3389 reyestr nömrəli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən müəyyən edilir ki, X1 rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,0475 ha torpaq sahəsini X9 bağışlamışdır. Mülki işin materiallarında olan xx.xx.2016-cı il tarixdə 4Ə-1469 reyestr nömrəli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən müəyyən edilir ki, X2 rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,0475 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2016-cİ il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0,0475 ha torpaq sahəsinin hüquqi subyekti İddiaçıdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət Reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0,0475 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakin dövlət reyestrində 297 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində **********8 reyestr nömrəsi ilə xx.xx.2016-cİ il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan müəyyən edilir ki, xx.xx.2012-cı il tarixli, **********8 reyestr nömrəli X6 mülkiyyətində olmuş 0,0475 ha torpaq sahəsinin plan-ölçüsündəki döngə nöqtələrinin koordinatları ilə xx.xx.2016-cİ il tarixli **********8 reyestr nömrəli İddiaçı mülkiyyətində olan 0,0475 ha torpaq sahəsinin plan-ölçüsündəki döngə nöqtələrinin koordinatları eynidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan müəyyən edilir ki, xx.xx.2016-cİ il tarixli **********8 reyestr nömrəli İddiaçı mülkiyyətində olan 0,0475 ha torpaq sahəsinin naturada döngə nöqtələri Cavabdeh adına daşınmaz əmlakin dövlət reyestrində 39 nömrəli reyestr kitabının 164 nömrəli vərəqində **********69 reyestr nömrəsi ilə xx.xx.2007-cı il tarixdə qeydiyyata alınmış çıxarışa əsasən Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssis rəyindən müəyyən edilir ki, araşdırma zamanı məlum olmuşdur ki, Abşeron rayonunun Mehdiabad inzibati ərazisində torpaq islahatı ilə bağlı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktları ilə rəsmiləşdirilmiş torpaq sahələri sonradan mülkiyyətçilər tərəfindən notarial qaydada kiçik ölçülərlə satılmış və torpağı əldə edənlərin adlarına daşınmaz əmlakin dövlət reyestrindən çıxarışlar verilmişdir. Həmin çıxarışlarda torpağın məqsədli təyinatının kənd təsərrüfatı təyinatlı olduğu göstərilməsinə baxmayaraq, orada torpaq mülkiyyətçiləri tərəfindən sonradan təyinatına zidd olaraq yaşayış evləri və digər tikililər inşa olunmuşdur. Bu səbəbdən yuxarıda qeyd edilən sualların cavablandırılması mümkün olmamışdır. İşin məhkəmə baxışında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisi qismində dindirilən İlham Şərifov izahatında mübahisəli torpaq sahələri üzrə tərtib edilən sxemə aydınlıq gətirərək müəyyən hissədə- üst-üstə düşmələrin qeydə alındığını bildirdi. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən cavabdehin mülkiyyət hüququnun iddiaçının və iddiaçıya qədərkilərin mübahisəli torpaq sahəsi üzrə mülkiyyət hüququndan daha əvvəl qeydə alındığından iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı tələb xx.xx.2007-ci il qeydiyyat tarixli (160708982 qeydiyyat nömrəli, Seriya MH, № 0014110), **********68 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi və inzibati aktın qəbulu ilə bağlı tələb olduğundan həmin tələbə inzibati icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İddiaçı adından qanuni nümayəndəsi İbrahimov Azər Çingiz oğlu Cavabdeh qarşı çıxarışın etibarsız sayılması iddia tələbi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin Cavabdeh məxsus olmasını təsdiq edən xx.xx.2007-ci il qeydiyyat tarixli (160708982 qeydiyyat nömrəli, Seriya MH, № 0014110), **********68 reyestr nömrəli çıxarışın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi hazırki tələb cavabdehin adına verilmiş Çıxarışın ləğv edilməsidir. Məhz bundan sonra əmlaka hüquqlarla bağlı məsələ həllini tapa bilər. Həmin Çıxarışın ləğv edilməsi tələbi isə cavabdeh fiziki şəxsə qarşı yönələ bilməz. Həmin tələbə cavab verməli orqanlar inzibati orqanlardır- hüquqları qeydə alan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4No-li qərarının 15.4. bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmə qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-205/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 365 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-205/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “çıxarışın etibarsız sayılması” tələbinə dair mülki iş üzrə işin icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan rəsmi qaydada alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar