Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-236/2022 11.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Nəsirulla qızının, onun vəkili X5 və nümayəndəsi X13 qızının, Cavabdeh X6 iştirakı ilə, İddiaçılar X7 və X3, onların qanuni nümayəndəsi, özü də İddiaçı cavabdehlər (X1 prosessual hüquq varisləri) Cavabdeh Nəsirulla qızı və X8, habelə Abşeron rayonu 1 saylı notariat ofisinə qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab olunması və onun əsasında verilmiş **********30-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakın ½ hissəsinin bölünərək mülkiyyətə verilməsi, digər ½ hissədən uşaqların vərəsəlik paylarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(012)- 25/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(012)-25/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (H.Əhmədov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(012)-25/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılarkən, məhkəmə kollegiyasının iclasında tərəflər, onların vəkilləri və nümayəndələri onlar arasında əldə edilmiş barışıq sazişini təqdim edərək onun təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Tərəflərin məhkəmə kollegiyasına təqdim etdikləri 11.01.2022-ci il tarixli barışıq sazişi İddiaçı, habelə cavabdehlər Cavabdeh Nəsirulla qızı və X9 tərəfindən imzalanmışdır. Tərəflər arasında bağlanmış barışıq sazişindən görünür ki, hazırkı mübahisə ilə əlaqədar tərəflər arasında barışıq əldə olunmuşdur. Barışıq sazişinin şərtlərinə görə, ünvan 1 ünvanında yerləşən mərhum X1 İddiaçı ilə birgə nikah dövründə ipoteka yolu ilə satın alınmış, ümümi sahəsi 0,0487 ha olan torpaq sahəsinin bu sazişə əlavə olunmuş "xxxx" MMC tərəfindən çəkilmiş sxeminə uyğun şəkildə 0,0248 ha hissəsi, həmin hissənin üzərində yerləşən 1 mərtəbəli fərdi yaşayış evi və onun ətrafında inşa edilmiş bir otaqlı tikililər İddiaçı mülkiyyətinə verilir. ünvan 1 ünvanında yerləşən mərhum X1 İddiaçı ilə birgə nikah dövründə ipoteka yolu ilə satın alınmış, ümümi sahəsi 0,0487 ha olan torpaq sahəsinin bu sazişə əlavə olunmuş "xxxx" MMC tərəfindən çəkilmiş sxemə uyğun şəkildə 0,0238 ha hissəsi və həmin hissənin üzərində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi 1/4 hissədə Cavabdeh Nəsirulla qızının, X6, X2 və X3 mülkiyyətinə verilir. Barışıq sazişinə "xxxx" MMC tərəfindən çəkilmiş sxem əlavə edilmişdir. Məhkəmə kollegiyası tərəflərin barışıq sazişini araşdıraraq müəyyən etdi ki, saziş Azərbaycan Respublikası MPM-nin 370.1-ci və 191.1-ci maddələrinin tələblərinə uyğun tərtib edilmiş, barışıq sazişinin təsdiqlənməsinin hüquqi nəticələri aydın surətdə ifadə olunmuşdur. Barışıq sazişinin şərtlərinin təhlili ilə müəyyən edildi ki, tərəflərin barışıq sazişinin şərtləri qanuna zidd deyildir və digər şəxslərin mənafelərinə toxunmur və deməli, barışıq sazişi təsdiq oluna bilər. Yenə həmin Məcəllənin 370.2-ci maddəsinin tələblərinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 191.2-ci və 261.0.5-ci maddələrinə əsasən tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Yenə həmin Məcəllənin 391-ci maddəsinin tələblərinə görə Məcəllənin 19-cu və 20ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 191.1, 191.2, 261.0.5, 370, 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tərəflər arasında bağlanmış 11 yanvar 2022-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “1. ünvan 1 ünvanında yerləşən mərhum X1 İddiaçı ilə birgə nikah dövründə ipoteka yolu ilə satın alınmış, ümümi sahəsi 0,0487 ha olan torpaq sahəsinin bu sazişə əlavə olunmuş "xxxx" MMC tərəfindən çəkilmiş sxeminə uyğun şəkildə 0,0248 ha hissəsi, həmin hissənin üzərində yerləşən 1 mərtəbəli fərdi yaşayış evi və onun ətrafında inşa edilmiş bir otaqlı tikililər İddiaçı mülkiyyətinə verilir.
2. ünvan 1 ünvanında yerləşən mərhum X1 İddiaçı ilə birgə nikah dövründə ipoteka yolu ilə satın alınmış, ümümi sahəsi 0,0487 ha olan torpaq sahəsinin bu sazişə əlavə olunmuş "xxxx" MMC tərəfindən çəkilmiş sxemə uyğun şəkildə 0,0238 ha hissəsi və həmin hissənin üzərində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi 1/4 hissədə Cavabdeh Nəsirulla qızının, X6, X2 və X3 mülkiyyətinə verilir.” Abşeron Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(012)-25/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçılar X7 və X3, onların qanuni nümayəndəsi, özü də İddiaçı cavabdehlər (X1 prosessual hüquq varisləri) Cavabdeh Nəsirulla qızı və X8, habelə Abşeron rayonu 1 saylı notariat ofisinə qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab olunması və onun əsasında verilmiş **********30-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakın ½ hissəsinin bölünərək mülkiyyətə verilməsi, digər ½ hissədən uşaqların vərəsəlik paylarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.