Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2261/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, Muradov Asim Kərim oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atasına məxsus Nəsimi rayon Tbilisi pr-ti, ev 58, 2 saylı mənzili satıb Nəsimi rayon, Tbilisi pr-ti, ev 68, mən 32-ni anasının adına aldıqları və onun qeydiyyatda olub, məcbur olaraq çıxdığını nəzərə alaraq Tbilisi pr-ti, ev 68, mən. 32-yə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh işlərin birləşdirilməsi barədə vəsatətlə müraciət edərək, məhkəmənin icraatında olan İddiaçı ona qarşı "mənzilə köçürülmə" tələbinə dair mülki işi hakim Ceyhun Tağıyevin icraatında olan eyni tərəflər arasında "mənzildən istifadə hüququna xitam verilməsi" ilə bağlı işlə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, o - Cavabdeh İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 68, 32 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. İş hazırda hakim Ceyhun Tağıyevin icraatındadır. Bundan sonra İddiaçı ona qarşı həmin mənzilə köçürülmə tələbinə dair iddia ərizəsilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş hakim Cəmilə Musayevanın icraatındadır. Məhkəmə iclasında iştirak edən iddiaçı vəsatətin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, vəsatəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslıdır və təmin olunmalıdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyevin icraatına daxil olmuş iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 68, 32 saylı mənzildən cavabdehin istifadə hüququna xitam verilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-5553/2020 saylı qərardadından (hakim Ceyhun Tağıyev) görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 68, 32 saylı mənzildən cavabdehin istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası ərizəsi xx.xx.2020-cı il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2020-ci il tarixə, saat 16:00-a təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayevanın icraatına daxil olmuş xx.xx.2021-ci il tarixli iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 68, 32 saylı mənzilə köçürülmə” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2261/2021 saylı qərardadından (hakim Cəmilə Musayeva) görünür ki, İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 68, 32 saylı mənzilə köçürülmə” tələbinə dair iddiası ərizəsi xx.xx.2021-cı il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2021-cı il tarixə, saat 14:40-ə təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında olan eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, hazırki iş üzrə iddiaçının işlərə birgə baxılması xahişini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, vəsatət təmin olunmalı, hazırda icraatda olan İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair 2(006)-2261/2021 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyevin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair 2(006)-971/2021 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin olunsun. Hazırda icraatda olan İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair 2(006)-2261/2021 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyevin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair 2(006)-971/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin. Mülki işlərə 2(006)-971/2021 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2261/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2261/2021
05.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver