Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2277/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum aktı qeydinin bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmələr doğumun qeyd edilmə faktının müəyyən edilməsi işlərinə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi kimi baxır. O, xx.xx.1973-cü ildə Ermənistan SSR-in Əzizbəyov rayonu, Gomur kəndində doğulmuşdur. X1, anası isə X6 olmuşdur. Məlum hadisələrlə bağlı onlar doğma yurd-yuvalarından tələsik köçürülən (qovulan) zaman bir sıra sənədləri itmişdir. Sonralar əbədi və əzəli Azərbaycana pənah gətirib ünvan 1 ünvanda yerləşib yaşamağa başlamışlar. Sonralar məlum olmuşdur ki, onun adına olmuş sənədlər də digər sənədlərlə birlikdə itmişdir. O vaxtdan özünə sənəd ala bilmir. Dəfələrlə bu barədə müvafiq orqanlara müraciət etmiş olsa da, müraciəti müsbət nəticələnmir. Sonuncu dəfə 2024-cü ilin 27 fevral tarixində doğum haqqında akt qeydinin bərpası barədə ərizə ilə 5 saylı Bakı Asan xidmət Mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmiş və müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Azərbaycan Republikası Qanunun 1-ci maddəsinə əsasən Respublikının ərazisində Azərbaycan Respublikasının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Müraciəti zamanı qüvvədə olan şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədiyindən, həm də Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində şəxsiyyət vəsiqəsi aşkarlanmadığından müraciətininin təmin edilməsi mümkün deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Onun doğrudan da, xx.xx.1973-cü ildə Ermənistan SSR-in Əzizbəyov rayonunun Gomur kəndinə doğulmasını, atasının X4 olmasını, anasının X7 olmasını onun qardaşları: xx.xx.1962-ci ildə Ermənistan SSR-in Əzizbəyov rayonunda doğulmuş X2, xx.xx.1976-cı ildə Ermənistan SSR-in Əzizbəyov rayonunda doğulmuş qardaşı X5, xx.xx.1964-cü ildə Ermənistan SSR-in Əzizbəyov rayonunda doğulmuş X8, xx.xx.1961-ci ildə Ermənistan SSR-in Əzizbəyov rayonunda doğulmuş həmkəndlisi X11 təsdiq edə bilərlər. Onun doğum faktının qeydə alınması müəyyən olunmadığından o, şəxsiyyət vəsiqəsi ala bilmir və bununla da 1988-ci ildən bu günədək Azərbaycan Respublikasında faktiki olaraq yaşamasına baxmayaraq, bir vətəndaş kimi hüquqlarından istifadə edə bilmir. Bu barədə sənədin alınmasının mümkünsüzlüyü 5 saylı Bakı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinin vermiş olduğu arayışdan görünür. Daha sonra ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulması, atasının “X4”, milliyətinin “Azərbaycanlı”, anasının “X6”, milliyətinin “Azərbaycanlı” kimi qeyd edilməsi faktı müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək, izahatında qeyd etdi ki, ərizəçi haqqında şəhadətnamənin alınması məqsədi ilə qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi onun doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmir. Göstərilənlərə əsasən məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 bildirdi ki, ərizəçi ilə xalaoğludurlar. O, 1964-cü il tarixdə Ermənistan SSR-nin Əzizbəyov rayonunda doğulmuşdur. 1988-ci il tarixdə Azərbaycana deportasiya olmuşlar. Ərizəçi xx.xx.1973-cü il tarixdə Ermənistan SSR-nin Əzizbəyov rayonunda doğulmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirdi ki, o, ərizəçinin bacısıdır. O, 1967-ci il tarixsə Ermənistan SSR-nin Əzizbəyov rayonunda doğulmuşdur. Qardaşı Ərizəçi xx.xx.1973-cü il tarixdə Ermənistan SSR-nin Əzizbəyov rayonunda doğulmuşlar. Maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Müraciəti zamanı qüvvədə olan şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədiyindən həmçinin Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində şəxsiyyət vəsiqəsi aşkarlanmadığından müraciətinin təmin edilməsi mümkün olmamışdır. Məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materallarında olan Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərar 9292983-dən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Ermənistan SSR-nin Əzizbəyov rayonu, Gomur kəndində doğulmuşdur. Onun X1-azərbaycanlı, anası X6-azərbaycanlıdır. İş materiallarında olan pasportun surətindən görünür ki, X4 xx.xx.1939-cu il tarixdə Ermənistan, Əzizbəyov rayonunda doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1938-ci il tarixdə Ermənistan, Əzizbəyov rayonunda doğulmuşdur. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin materialları ilə Ərizəçinın xx.xx.1973-cü il tarixində Ermənistanın SSR-nin Əzizbəyov rayonunda anadan olması, atasının X4, anasının X6 olması tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlərlə təsdiq olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, doğum haqqında müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduğundan Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçinın doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1973-cü il tarixində Ermənistanın SSR-nin Əzizbəyov rayonunda doğulması, atasının X4-milliyyətinin azərbaycanlı, anasının X6-milliyyətinin azərbaycanlı olması ərizəçi tərəfin izahatı, şahid ifadəsi və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qeyd edir ki, hazırki qətnamə Ərizəçi doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə tələbi təmin edilsin. Ərizəçi xx.xx.1973-cü il tarixdə Ermənistan SSR-nin Əzizbəyov rayonunda doğulması, atasının “X4”, milliyətinin “Azərbaycanlı”, anasının “X6”, milliyətinin “Azərbaycanlı” kimi qeyd edilməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2277/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2277/2024
19.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver