Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2302/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov İlkin Umud oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi nümayəndəsi və vəkili Həsənov X14 şəhərinin Nikah sarayı və Tbilisi şəhəri, Kirov rayonu VVAQ (Zaqs, qeydiyyat) şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci ildə Tbilisi şəhəri, Kirov rayon VVAQ şöbəsi tərəfindən İ-РЭ №360840 saylı ,113 b/b nömrəsi ilə qeydə alınmış doğum haqqında şəhadətnamədə göstərilmiş X5 və xx.xx.1984-cü ildə Tbilisi şəhərinin Nikah sarayı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsinin ll-TИ №446011 saylı, 3947 nömrəsi ilə qeydə alınmış nikah haqqında şəhadətnamədə göstərilmiş X6 ilə X3 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X7 x xxxxx 1956-cı ildə Gürcüstan SSR Tbilisi şəhərində Kirov rayonunda anadan olmuş və ona ** Xİ ***7-ci ildə Kirov rayon VVAQ şöbəsi tərəfindən İ-РЭ №360840 saylı ,113 b/b nömrəsi ilə qeydə alınmış doğum haqqında şəhadətnamə verilmişdir ki, həmin şəhadətnamədə onun adı Mübariz yerinə Mübaris kimi göstərilmişdir. xx.xx.1984-cü ildə X1 evlənmiş və Tbilisi şəhərinin Nikah sarayı tərəfindən onlara vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsinin lll-TИ №446011 saylı, xx.xx.1984-cü ildə verilmiş nikahın bağlanması haqında akt qeydləri kitabında 3947 saylı qeyd aparılmaqla nikah haqında şəhadətnamə verilmişdir. Qeyd edilən şəhadətnamə 1 saylı ASAN xidmətində Gürcü dilindən Azərbaycan dilinə tərcüməsi ilə notariat qaydada təsdiq edilmişdir. Nikah şəhadətnaməsində isə Mübariz sözü səhvən Mübarik kimi qeyd edilmişdir. X7 xx xxxxxx 2013-cü ildə Bakı şəhərində vəfat etmişdir. xx xxxxxx 2013-cü ildə Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat şöbəsi tərəfindən AZ-İ № 643656 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə, xx.xx.2010-cu ildə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş P4220558 saylı pasportunda X7 təhrif olunmamış, düz yazılmışdır. Həmçinin sürücülük vəsiqəsində də X7 sözləri düz yazılmışdır. Tbilisi Nikah sarayı və Tbilisi şəhər Kirov WAQ şöbəsi tərəfindən verilmiş sənədlər, yəni Nikah haqqında şəhadətnamə və doğum haqqında şəhadətnamə onun həyat yoldaşına aid olduğu halda, nikah haqqında şəhadətnamədə adının sonunda “z” hərfi yerinə “k” hərfi yazılması, doğum haqqında şəhadətnamədə isə “z” hərfinin yerinə rus dilində “c” yazılması ilə ad yazısı təhrif olunaraq uyğunsuzluq aşkar edilmişdir. Oğlu hazırda atası X3 təqaüdünü alır. 23 yaşdan sonra ailə başçısını itirməyə görə o təqaüd almaq üçün bu hərf səhvi uyğunsuzluq kimi qiymətləndiriləcək və sənədlərin mərhum həyat yoldaşına aid olmaması kimi nəticələnəcək ki, bu da problemlər yaradacaq. Sonradan Ərizəçi nümayəndəsi və vəkili Vəkil maraqlı şəxs qismində Tbilisi şəhərinin Nikah sarayı və Tbilisi şəhəri, Kirov rayonu VVAQ (Zaqs, qeydiyyat) şöbəsinin Bakı şəhəri Maraqlı şəxs ilə əvəzlənməsinə dair və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələri məhkəməyə göndərərək, maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd etmiş, xx.xx.1957-ci ildə Tbilisi şəhəri, Kirov rayon VVAQ şöbəsi tərəfindən İ-РЭ №360840 saylı ,113 b/b nömrəsi ilə qeydə alınmış və ad qrafasında X9 göstərilmiş doğum haqqında şəhadətnamənin və xx.xx.1984-cü ildə Tbilisi şəhərinin Nikah sarayı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsinin lll-TИ №446011 saylı, 3947 nömrəsi ilə qeydə alınmış və ad qrafasında X10 göstərilmiş nikah haqqında şəhadətnamənin X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.1957-ci il tarixdə Tbilisi şəhəri, Kirov rayon VVAQ şöbəsi tərəfindən İ-РЭ №360840 saylı ,113 b/b nömrəsi ilə qeydə alınmış doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1956-cı il tarixdə Gürcüstan SSR, Tbilisi şəhərində anadan olmuşdur. xx.xx.1982-ci il tarixdə Azərbaycan Politexnik İnstitutu tərəfindən verilmiş ЖВ №043481 saylı 5015 nömrəsi ilə qeydə alınmış diplomun əslindən görünür ki, X11 1977-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1982-ci ildə həmin institutu “Yol hərəkətinin təşkili” ixtisası üzə tam kursu bitirmişdir. xx.xx.1984-cü il tarixdə Tbilisi şəhərinin Nikah sarayı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsinin lll-TИ №446011 saylı, 3947 nömrəsi ilə qeydə alınmış nikah haqqında şəhadətnaməsinin Azərbaycan dilinə tərcümə olunmuş və təsdiqlənmiş surətindən görünür ki, X6 və X8 xx.xx.1984-cü il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Nəsibov, arvada isə Nəsibova soyadı verilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun DİN şöbəsi tərəfindən verilmiş 517 saylı pensiya vəsiqəsindən görünür ki, X7 pensiyaçıdır. xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş, AD 001870 seriya və nömrəli sürücülük vəsiqəsi və xx.xx.2010-cu il tarixli, Azərbaycan Respublikası DİN tərəfindən verilmiş, P ******* seriya və nömrəli pasportdan görünür ki, sürücülük vəsiqəsi və pasportun sahibi xx.xx.1956-cı il tarixdə Gürcüstan SSR, Tbilisi şəhərində anadan olmuş X2. xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş, AZ-İ № 643656 saylı, 996 nömrə ilə qeydə alınmış “ölüm haqqında şəhadətnamə”dən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə, Bakı şəhərində miokard infarktı səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ASAN-1 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, xx.xx.1965-ci il tarixdə Gürcüstan SSR, Bolnisi rayonunda doğulmuş Ərizəçi xx.xx.2004-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər isə xx.xx.1990-cı il təvəllüdlü X12 və xx.xx.2002-ci il təvəllüdlü X13r. xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş, 05/9-64/68 saylı məktubdan görünür ki, Ərizəçi X7 ilə nikah haqqında akt qeydinə düzəliş edilərək kişi haqqında məlumat qrafasında ərinin adının “Mubarik”dən “Mübariz”ə, X3 doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adının “Mubaris”dən “Mübariz”ə düzəliş edilməsi barədə Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmış, təqdim edilən sənədlər arasında ziddiyyət olduğundan qeydiyyat şöbəsində müvafiq düzəlişin edilməsi mümkün olmamışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.5-ci maddəsinin tələblərinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Ərizəçi əri X4 məxsus xx.xx.1957-ci il tarixdə Tbilisi şəhəri, Kirov rayon VVAQ şöbəsi tərəfindən İ-РЭ №360840 saylı, 113 b/b nömrəsi ilə qeydə alınmış doğum haqqında şəhadətnamənin ad qrafasında “Mübaris”, xx.xx.1984-cü ildə Tbilisi şəhərinin Nikah sarayı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsinin lll-TИ №446011 saylı, 3947 nömrəsi ilə qeydə alınmış nikah haqqında şəhadətnamənin ad qrafasında isə “Mübarik” göstərilmiş və bu səbəbdən sənədlər arasında uyğunsuzluq yaranmışdır. Məhkəmə aşağıda sadalanan şərtlərə əsaslanaraq, qeyd olunan sənədlərin X4 məxsus olması faktının müəyyən edilməsini mümkün hesab edir. Belə ki, X4 məxsus doğum haqqında şəhadətnamədə və nikah haqqında şəhadətnamədə göstərilən “adı”, ona məxsus digər sənədlərdəki (pasport, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, pensiya vəsiqəsi) “adı” ilə düz gəlmir, sadalanan sənədlər hüquq müəyyənedici sənədlərdir və ərizəçi tərəfindən Bakı şəhəri Maraqlı şəxsnə sənədlərdə olan səhvlərin aradan qaldırılması (düzəldilməsi) xahiş olunsa da, dövlət qurumu tərəfindən imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirərək, yuxarıda sadalanan xüsusatlara və qanunvericiliyin tələblərinə istinad edərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən, ərizə təmin edilməli, xx.xx.1957-ci il tarixdə Tbilisi şəhəri, Kirov rayon VVAQ şöbəsi tərəfindən İ-РЭ №360840 saylı, 113 b/b nömrəsi ilə qeydə alınmış və ad qrafasında X5 göstərilmiş doğum haqqında şəhadətnamənin və xx.xx.1984-cü ildə Tbilisi şəhərinin Nikah sarayı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsinin lll-TИ №446011 saylı, 3947 nömrəsi ilə qeydə alınmış və ad qrafasında X6 göstərilmiş nikah haqqında şəhadətnamənin X4 məxsus olması faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 307.2.5, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci il tarixdə Tbilisi şəhəri, Kirov rayon VVAQ şöbəsi tərəfindən İ-РЭ №360840 saylı, 113 b/b nömrəsi ilə qeydə alınmış və ad qrafasında X5 göstərilmiş doğum haqqında şəhadətnamənin və xx.xx.1984-cü ildə Tbilisi şəhərinin Nikah sarayı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsinin lll-TИ №446011 saylı, 3947 nömrəsi ilə qeydə alınmış və ad qrafasında X6 göstərilmiş nikah haqqında şəhadətnamənin X4 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2302/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2302/2021
10.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver