Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2312/2023 18.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1966-cı il təvəllüdlü Azərbaycan Respublikası Lənkəran rayonu Xolmili kəndində anadan olmuş xx.xx.2018-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X4 xx.xx.1992-ci il tarixdə Lənkəran şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olmuşdur. Evdə, yaxud xəstəxanada doğulduğunu bilmir. X2 xx.xx.1966-cı il tarixdə Lənkəran rayonunun Xolmili kəndində anadan olmuşdur, o, xx.xx.2018-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Suraxanı rayonu, “Hövsan qəbiristanlığı”nın “Kimsəsizlər” sektorunda dəfn edilmişdir. Anası vəfat edən zaman onun hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini və şəxsiyyətini təsdiq edən sənədi olmamışdır. Anası - X5 yaşayış yeri üzrə qeydiyyata götürülməsi haqqında dövlət reyestrinə daxil edilmiş məlumatların (1 saylı Formanın təsdiq edilmiş surətinin) əldə edilməsi məqsədilə Lənkəran Rayon Polis Şöbəsinə verilmiş vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, “X5 fərqi uçot kartoçkası Lənkəran ŞRPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin kartotekasında aşkar edilməmişdir. Atası Niyaz adlı şəxs olmuşdur. Onda olan məlumata görə atası əslən Lənkəran şəhərinin “Kiçik Bazar” deyilən ərazisindən olmuşdur. O, təxminən 2001-2002-ci ildə vəfat etmişdir. Atası barədə əlavə məlumatı yoxdur. O, uşaq olarkən valideynləri ilə birlikdə 1998-ci ilə kimi Lənkəran şəhərində “Kiçik Bazar” deyilən ərazidə yaşamışlar. 1998-ci ildə Bakı şəhərinə köçmüşlər. xx.xx.1998-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu 10 nömrəli Sanatoriya tipli internat məktəbinin birinci sinfinə qəbul olunmuşdur. xx.xx.2007-ci il tarixdə həmin məktəbin doqquzuncu sinfini bitirmiş və bu barədə ona 555260 nömrəli ümumi orta təhsil haqqında şəhadətnamə də verilmişdir, lakin həmin sənədi sonradan itirmişdir. Ondan sonra təhsilini davam etdirməmişdir. O, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 27 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Uşaqlıqdan doğum haqqında şəhadətnaməsinin olduğunu xatırlamır. Bu səbəbdən də, indiyədək şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Anasına hər dəfə bu barədə sual verəndə demişdir ki, öz sənədlərində problem var, ona görə də onun sənədini düzəldə bilmir. O, Lənkəran şəhərində doğulduğu üçün və 1998-ci ilə kimi valideynləri ilə birlikdə Lənkəran şəhərinin “Kiçik Bazar” deyilən ərazisində yaşadıqları üçün xx.xx.2022-ci il tarixdə Lənkəran rayon Qeydiyyat Şöbəsinə müraciət edərək xx.xx.1966-cı il təvəllüdlü Lənkəran rayonunun Xolmili kəndində anadan olmuş 2018-ci ilin may ayında Bakı şəhərində vəfat etmiş X4 xx.xx.1992-ci il tarixdə doğulmuş kişi cinsindən olan uşağın doğumunun Lənkəran rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınıb-alınmadığına dair ona arayış verilməsini xahiş etmişdir. Lənkəran rayon Qeydiyyat Şöbəsi həmin müraciətə xx.xx.2022-ci il tarixli məktubla cavab olaraq bildirmişdir ki, Lənkəran rayon qeydiyyat şöbəsinin arxivində X4 xx.xx.1992-ci il tarixdə doğulmuş kişi cinsindən olan uşağın doğum akt qeydi aşkar olunmamışdır. Həmin müraciətə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X6 Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavabda bildirilmişdir ki, müraciəti əsasında Xidmətin və Lənkəran rayon qeydiyyat şöbəsinin arxivində axtarış aparılmış və doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Tezliklə onun 31 yaşı olacaq, lakin doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməsi mümkün olmur. Şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmaq üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Hazırda ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən də həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə Maraqlı şəxsnə müraciət edərək, ona doğum haqqında şəhadətnamə şəxsiyyətinin müəyyən edilməsi üçün və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün lazımdır. Azərbaycan Respublikasının vətəndaşı kimi sənədləşdirilməsi üçün onun doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin olunması vacibdir. Bunun üçün o, Maraqlı şəxsnə doğulması faktını, vaxtını və yerini təsdiq edən sənəd təqdim etməlidir. Lakin yuxarıda qeyd etdiyi səbəblərdən hazırda o, Qeydiyyat Şöbəsinə belə bir sənəd təqdim edə bilmir. Bu səbəbdən də onun doğum faktı həmin fakt məhkəmə qaydasında müəyyən olunduqdan sonra məhkəmənin qətnaməsi əsasında Qeydiyyat Şöbəsi tərəfindən qeydə alına bilər. Məhkəmədə Ərizəçi və onun vəkili ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və ərizənin məzmununa uyğun izahat verdilər. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayonu qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasında iştirak eməmişdir. Belə olan halda, məhkəmə, Bakı şəhəri Nəsimi rayonu qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində ifadə vermiş X11 bildirmişdi ki, ərizəçi onun bibisi oğludur. Uşaqlıqdan bir yerdə böyümüşlər və anası ilə birlikdə təxminən 7-8 yaşında olarkən onlara gəlmişlər. Ərizəçidə uşaqlıqda dəri xəstəliyinin olmasını, həmin xəstəliklə onu da yoluxdurmasını xatırlayır. Mərhum bibisi ailəsi ilə birlikdə Lənkəran rayonu Xolmili kəndində kirayədə qalmışlar. Ərizəçinin valideynlərinin rəsmi nikahlarının olub-olmasından məlumatlı deyil. Ərizəçi ondan 3-4 yaş kiçikdir və onun doğum tarixini bilmir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən ərizəçiyə xx.xx.2023-cü il tarixdə ünvanlanmış məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlatının dövlət qeydiyyatı” qaydasının 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd. Göstərilənlərlə bildirilmişdir ki, müəyyən sənədləri təqdim edə bilmədiyindən doğumunun qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə xx.xx.2022-ci il tarixdə ünvanlanmış məktubda göstərilmişdir ki, X4 xx.xx.1992-ci il tarixdə doğulmuş kişi cinsindən olan uşağın doğum haqqında akt qeydi Lənkəran rayon qeydiyyat şöbəsinin arxivində aşkar olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş X6 X10 2.5-ci maddəsinə əsasən doğum faktını, vaxtını və ya yerini təstiq edən tibb müəssisəsindən sənəd olmadıqda doğum faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlər məhkəmə qaydasında baxılır. Göstərilənlərə əsasən bildirilmişdir ki, doğumu haqqında akt qeydi Lənkəran rayon qeydiyyat şöbəsinin arxivində aşkar olunmadığından, doğum faktını müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X6 Reyestri Xidməti tərəfindən ərizəçiyə xx.xx.2023-cü il tarixdə ünvanlanmış məktubda göstərilmişdir ki, muraciət əsasında Xidmətin və Lənkəran rayon qeydiyyat şöbəsinin arxivində axtarış aparılmış və doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X6 dövlət qeydiyyatı Qaydası"nın tələblərinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb muəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilir. Göstərilən əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman muəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Eyni zamanda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə doğum məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli himayə sənədində göstərilmişdir ki, Ərizəçi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının mandatı altında olan şəxsdir. Həmin sənədin etibarlılıq müddəti xx.xx.2024-cü il göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı sanatoriya tipli internat məktəbi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Əliyev X13 rayonu, 10 saylı sanatoriya tipli internat məktəbinə 21 №-li əmrə əsasən xx.xx.1998-ci ildə İ sinfə qəbul olunmuş, 36№-li əmrə əsasən xx.xx.2007-ci ildə İX sinfi bitirib və 555260 №-li ümumi orta təhsil haqqında şəhadətnamə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmət tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məlumatda göstərilmişdir, 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş xx.xx.1992-ci il təvəllüdlü Ərizəçi (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü, AR CM-nin 221.3-cü maddəsi, cəza müdüəli 3 il, cəzaşının əvvəli xx.xx.2012-ci il, cəzasının sonu xx.xx.2015-ci il) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 27 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Xolmili Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş məlumata əsasən X7 xx.xx.1966-cı ildə Xolmili kəndində anadan olmuşdur, bir müddət burda yaşadıqdan sonra Respublikanın müxtəlif ərazilərində yaşamışdır. X5 Ruslan adında oğlu olmuşdur. Bu faktı Əliyeva Xuramanın qardaşı X8 və qardaşı oğlu X11 təsdiq edib, onlar bildirmişlər ki, həqiqətən X16 adında oğlu olmuşdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məlumatda göstərilmişdir, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Nəsimi rayon şöbəsi tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli naməlum və kimsəsiz meyitlərin dəfn edilməsi üçün tibbi arayış-icazəyə əsasən, 1988-ci ildə anadan olmuş, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X7 xx.xx.2018-ci tarixdə Suraxanı rayonu Hövsan qəbiristanlığının kimsəsizlər sektorunda 4677 saylı qəbirdə dəfn olunmuşdur. İş materiallarında olan məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport qeydiyyat və miqrasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş cavabda xx.xx.1966-cı il təvəllüdlü X5 yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatın aşkar edilmədiyi göstərilmişdir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X6 Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş məlumatda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən X.Əliyevanın nikahı haqqında məlumat aşkar edilməmişdir. Həmin cavaba əlavə edilmiş doğum haqqında akt qeydində göstərilmişdir ki, X7 xx.xx.1966-cı il tarixdə Xolmili kəndində doğulmuşdur, atası X17, anası X12r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1987-ci il tarixdə Lənkəran rayonu Xolmili kəndində doğulmuşdur. Onun atası X8, anası X3r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1965-ci il tarixdə Lənkəran rayonu Xolmili kəndində doğulmuşdur. Onun atası X17, anası X12r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-cü maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş X6 X10 2.5.4-cü bəndinin tələbinə görə doğumun qeydə alınması üçün digər sənədlərlə yanaşı uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə əsasən qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləliklə, məhkəmədə ərizəçinin izahatı, şahidin ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, mərhum X4 xx.xx.1992-ci il tarixdə Lənkəran rayonu Xolmili kəndində ev şəraitində bir oğlan uşağı doğulmuşdur. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, ərizə təmin edilməli Ərizəçi xx.xx.1992-ci il tarixdə Lənkəran rayonu Xolmili kəndində xx.xx.1966-cı il təvəllüdlü X4 doğulmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1992-ci il tarixdə Lənkəran rayonu Xolmili kəndində xx.xx.1966-cı il təvəllüdlü X4 doğulmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2312/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2312/2023
18.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver