Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2323/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçılar X4, İddiaçı2, İddiaçı1, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı «pozulmuş hüquqların bərpası» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X6, İddiaçı2, İddiaçı1, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı «pozulmuş hüquqların bərpası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh2 icraata başlamaq haqqında 15.01.2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş, yaşayış evlərindən istifadə ilə bağlı pozulmuş hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 cavabdeh Ağaevli Arifə Qaçaxan qızına qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən Ağaevli Arifə Qaçaxan qızı və onunla birlikdə yaşayan digər şəxslərin istifadə hüquqlarına xitam verilməklə çıxarılması, həmin evin boşaldılması və mülkiyyətçi Cavabdeh1 təhvil verilməsi, cavabdedən 01 mart 2018-ci il tarixdən qətnamə icra edilənə qədər hər aya görə 1.300 manat kirayə haqqı tutularaq Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli 2(009)- 1231/2019 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 iddiası qismən təmin edilmiş, Ağaevli Arifə Qaçaxan qızı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılaraq, həmin evin boşaldılması və mülkiyyətçi Cavabdeh1 təhvil verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı Cavabdeh1 və onlar tərəfindən həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli 2(103)-10070/2019 saylı qətnaməsi ilə cavabdeh Ağaevli Arifə Qaçaxan qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilmişdir. İddiaçı Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2019-cu il tarixli 2(102)- 7911/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli 2(103)-10070/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2020-ci il tarixli 2(103)-2408/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh Ağaevli Arifə Qaçaxan qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli 2(009)-1231/2019 saylı qətnaməsi qismən, yəni ilk iddiada irəli sürülmüş cavabdeh Ağaevli Arifə Qaçaxan qızının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2020-ci il tarixli 2(102)-5093/2020 saylı qərarı ilə qətnamə dəyişiklik edilmədən saxlanılmışdır. Mülki işlə əlaqədar qətnamənin icra edilməsi üçün Bakı şəhəri Cavabdeh2nə icra vərəqəsi göndərilmiş, şöbənin böyük icra məmuru Səbuhi Əhmədov tərəfindən tələbin könüllü icrası haqqında və icraata başlamaq haqqında 15.01.2021-ci il tarixli qərar göndərilmişdir. Göründüyü kimi icraata başlamaq haqqında qərarda evin boşaldılması məsələsi qoyulmuşdur ki, bu da onların yaşayış evlərindən istifadə hüquqlarını əhəmiyyətli dərəcədə pozur. Bildirmək istəyirlər ki, məhkəmə qətnaməsi ilə Ağaevli Arifə Qaçaxan qızı ilə birlikdə yaşayan digər şəxslərin istifadə hüquqlarına xitam verilməklə çıxarılması hissəsində iddianın rədd edilməsi müəyyən edilmişdir. Məhkəmə qətnaməni bu hissədə onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli evdə yaşayan digər şəxslər barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda həmin şəxsləri cavabdeh qismində qoymamışdır. Belə olan halda isə həmin tələb qeyri-müəyyən olmaqla, konkret hər hansı şəxsə qarşı yönəlməmişdir. Halbuki, mülki prosesdə iddia icraatı qaydasında irəli sürülən tələblər xarakter etibarı ilə konkret və dəqiq olur. Göründüyü kimi, qeyd olunan qətnamənin evin boşaldılması ilə bağlı hissəsi onun və digər ailə üzvlərinin istifadə hüquqlarını əhəmiyyətli dərəcədə pozur. Cavabdeh1 məhkəməyə iddia ərizəsinə etiraz göndərərək, göstərmişdir ki, iddianı qəbul etmir, əsassız olduğundan rədd edilməsini xahiş edir. Belə ki, iddiaçıların qeyd etdiyi kimi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.03.2020-ci il tarixli 2(103)- 2408/2020 saylı qətnaməsinə əsasən Ağaevli Arifə Qaçaxan qızının ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, onun həmin yaşayış evindən çıxarılması, həmin evin boşaldılması və mülkiyyətçi kimi ona, yəni Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. Sözügedən qətnamədən Ağaevli Arifə Qaçaxan qızı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03.11.2020-ci il tarixli 2(102)-5093/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.03.2020-ci il tarixli 2(103)-2408/2020 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.03.2020-ci il tarixli 2(103)-2408/2020 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra sənədi icraya yönəldilmiş və hal-hazırda Bakı şəhəri Cavabdeh2 icraatındadır. Sözügedən icra sənədi üzrə borclu Ağaevli Arifə Qaçaxan qızı qanuni qüvvəsini almış məhkəmə qərarının icrasına müxtəlif yollarla maneələr yaratmaqla məşğuldur və bu dəfə də ailə üzvləri tərəfindən belə bir əsassız iddia qaldırılmaqla həm məhkəmənin vaxtını alır, həm də icra sənədinin icrasına maneə törətmək niyyətindədir. İddiaçılar onun Ağaevli Arifə Qaçaxan qızına qarşı iddiası ilə bağlı qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə istinad edərək, yəni «digər şəxslərin istifadə hüququna xitam verilməsi» hissəsində təmin edilməməsinə əsaslanaraq iddia qaldırmışlar. Həmin hissə ilə bağlı bildirir ki, məhkəmənin digər şəxslərin istifadə hüquqlarına xitam verilməsinin təmin edilməməsinin səbəbi, mülki işə əlavə edilmiş alğısatqı ilə bağlı notariat işinə əlavə edilmiş qeydiyyatda olan şəxslər barədə arayışa əsasən həmin evdə hər hansısa şəxsin qeydiyyatda olmaması olmuşdur. Zatən iddiaçılar da həmin faktı Nəsimi rayon Məhkəməsinə təqdim etdikləri iddia ərizəsi və ərizəyə əlavə edilmiş şəxsiyyət vəsiqələri ilə təsdiq edirlər. Göründüyü kimi, onun 3 il əvvəl aldığı yaşayış evi Ağaevli Arifə Qaçaxan qızının mülkiyyətində olmuş, hal-hazırda onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evidir, iddiaçıların isə qeydiyyatda olduqları ünvan Bakı şəhəri Səbail rayonu Badamdar yolu ö/t 13 ünvanıdır. İddiaçıların iddiasından belə nəticəyə gəlmək olur ki, hər dəfə istənilən şəxs aldığı evdə yaşadığını iddia edərək məhkəmədə iddia qaldıra bilər, o da hər dəfə qeydiyyatda olmayan şəxslərə qarşı iddia qaldırmalıdır və nəticədə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.03.2020-ci il tarixli 2(103)-2408/2020 saylı qətnaməsi üzrə verilmiş icra sənədi illərlə icra edilməməlidir. Hesab edir ki, iddiaçıların iddiası digər qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına süni maneə törətmək məqsədi ilə qanunvericiliyin məhkəməyə müraciət etməklə bağlı müəyyən etdiyi hüquqlardan sui-istifadə etmək kimi qiymətləndirilməli və iddiaçılardan vicdansızcasına əsassız iddia verməklə həm tərəflərin, həm də məhkəmənin vaxtını aldıqlarına görə Mülki Prosessual Məcəllənin 120-ci maddəsinə əsasən iş vaxtını itirməyə görə məbləğ tutulmalıdır. Bu səbəbdən, iddianın rədd edilməsini, vicdansızcasına əsassız iddia verməklə iş vaxtını aldıqlarına görə iddiaçılardan onun xeyrinə müştərək qaydada 1.000 manat məbləğin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiya etirazın məzmumuna uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddiaçılara və Cavabdeh2nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə mülki işə iddiaçıların və Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 nümayəndəsi və vəkili X1 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli 2(009)-1231/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh Ağaevli Arifə Qaçaxan qızına və digərlərinə qarşı «evdən çıxarılma, evin boşaldılması və 01 mart 2018-ci ildən qətnamə icra edilənədək hər ay 1.300 manat kirayə haqqının tutulması» tələbinə dair ilk iddiası qismən təmin edilmiş, Ağaevli Arifə Qaçaxan qızının Cavabdeh1 qarşı «evə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilmiş, cavabdeh Ağaevli Arifə Qaçaxan qızının Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yerləşən 245 «A» saylı evdən çıxarılması, həmin evin boşaldılması və mülkiyyətçi Cavabdeh1 təhvil verilməsi və qalan hissədə ilk iddianın rədd olunması qət edilmişdir. Tərəflər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli 2(103)-10070/2019 saylı qətnaməsi ilə cavabdeh Ağaevli Arifə Qaçaxan qızının apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla ilk iddia rədd, qarşılıqlı iddia təmin edilərək, Ağaevli Arifə Qaçaxan qızı ilə Cavabdeh1 arasında notarial qaydada bağlanmış 28 fevral 2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmiş, iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh1 qətnamədən kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2019-cu il tarixli 2(102)-7911/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2020-ci il tarixli 2(103)- 2408/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsi qismən, yəni ilk iddiada irəli sürülmüş cavabdeh Ağaevli Arifə Qaçaxan qızının Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yerləşən 245 «A» saylı evdən istifadə hüququna xitam verilməsi barədə ilk iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə ilk iddia təmin edilmiş və qalan hissədə qətnamə dəyişiklik edilmədən, cavabdeh Ağaevli Arifə Qaçaxan qızının apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Cavabdeh Ağaevli Arifə Qaçaxan qızı qətnamədən kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2020-ci il tarixli 2(102)-5093/2020 saylı qərarı ilə cavabdeh Ağaevli Arifə Qaçaxan qızının kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2020-ci il tarixli 2(103)-2408/2020 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişiklik edilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra vərəqəsi verilmişdir. Bakı şəhəri Cavabdeh2 böyük icra məmuru X3 15 yanvar 2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2020-ci il tarixli 2(103)-2408/2020 saylı icra vərəqəsi həmin gün icra məmurunun icraatına daxil olmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçılar iddia tələbinin əsası kimi istinad etdikləri hallara – yəni, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının olmasına dair sübutları məhkəməyə təqdim etməmişlər. Əksinə, iddiaçıların şəxsiyyət vəsiqələrindən, iddia ərizəsinin giriş hissəsindən göründüyü kimi, iddiaçılar Bakı şəhəri Badamdar yolu özbaşına tikili 13 ünvanda qeydiyyatda olmaqla, orada yaşayırlar. İddiaçıların qeydiyyatda olaraq faktiki yaşadıqları ünvan Bakı şəhəri Badamdar yolu özbaşına tikili 13-dür. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ilk iddianın digər cavabdehlərə dair hissəsi məhz ona görə təmin edilməmişdir ki, həmin iş üzrə digər cavabdehlərin yuxarıda qeyd edilən evdən istifadə hüquqları mövcud deyildir. Bunu alğısatqı müqaviləsi bağlanarkən notariusa təqdim olunmuş müvafiq arayış da təsdiq edir. Həmçinin, Bakı şəhəri Cavabdeh2 icraata başlamaq haqqında 15.01.2021-ci il tarixli qərarı ilə hazırkı iş üzrə iddiaçıların heç bir hüquqları pozulmur. Qərar qanunidir, icra məmuru üzərinə düşən vəzifəni yerinə yetirməklə, icraatına daxil olmuş icra sənədinin icrası üçün «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri çərçivəsində icra hərəkətləri yerinə yetirir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar X4, İddiaçı2, İddiaçı1, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı «pozulmuş hüquqların bərpası» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar X4, İddiaçı2, İddiaçı1, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı «pozulmuş hüquqların bərpası» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2323/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2323/2021
20.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver