Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2327/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1977-ci il tarixdə Almaniyanın Veymar şəhərində doğulmuş Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsi və soyadının İsmayılov kimi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, doğum haqqında şəhadətnaməsində də qeyd edildiyi kimi xx.xx.1977-ci il tarixdə Almaniyanın Veymar şəhərində doğulmuşdur. 29.12.1977-ci il tarixli 1001 saylı doğum haqqında şəhadətnamədə soyadı kiril əlifbasıyla «İSMAYLOV» qeyd edilmişdir. Şəxsiyyət vəsiqəsində soyadı «İsmayılov» kimi qeyd edilmişdir. Yoldaşı ilə 02.01.2004-cu il tarixdə Bakı şəhəri Səadət sarayının 091673 saylı nikah haqqında şəhadətnaməsi ilə rəsmi nikaha daxil olmuşlar. Qeyd edilən nikah haqqında şəhadətnamədə soyadları «İsmaylov» kimi qeyd edilmişdir. Lakin yoldaşının Azərbaycan Respublikasının Vətəndaşının Şəxsiyyət Vəsiqəsində soyadı «İsmayılova» kimi qeyd edilmişdir. Birgə nikahlarından 20.10.2004-cu il tarixdə oğulları doğulmuşdur. Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən oğluna 04.11.2004-cü il tarixli doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamədə oğlunun soyadı «İsmaylov» qeyd edilmişdir. 04.11.2020-ci il tarixdə oğlu X1 16 yaşı tamam olduğundan, Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsi almaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəsimi rayon Qeydiyyatı Şöbəsinə müraciət etmişlər. Orada isə bildirmişlər ki, bütün sənədlərdə fərqli soyadları qeyd edildiyindən və yanlışlığı aradan qaldırmaq üçün, doğumun qeyd edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidirlər. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə ərizə göndərərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq mülki işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi xx.xx.1977ci il tarixdə Almaniya, Veymar şəhərində doğulmuşdur. Ona 20.05.2013-cü il tarixdə «ASAN1» tərəfindən AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi verilmişdir. 29 dekabr 1977-ci il tarixdə verilmiş İ-JA seriyalı 331348 saylı doğum haqqında şəhadətnamədə ərizəçinin soyadı “İsmayılov” kimi qeyd olunmuşdur. Digər sənədlərdə ərizəçinin soyadı doğum haqqında şəhadətnaməyə uyğun olaraq “İsmaylov” kimi qeyd edilmişdir. Ərizəçinin övladı doğulduqdan sonra, övladına da “İsmaylov” soyadı verilmişdir. Ərizəçi Bakı şəhəri Maraqlı şəxsnə müraciət edərək, şəxsiyyət vəsiqəsində soyadının düzgün olaraq “İsmayılov” yazıldığını, lakin doğum haqqında akt qeydində soyadının “İsmaylov” kimi qeyd olunduğunu bildirərək müvafiq düzəliş edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunan sənədlərə istinad edən ərizəçi ərizəsində giriş hissəsində hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini, ərizənin məzmununda və ərizə tələbinin nəticə hissəsində doğumun qeyd edilmə faktının müəyyən edilməsi və soyadının “İsmayılov” kimi tanınmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Ərizəçinin doğum haqqında şəhadətnaməsindən və digər sənədlərdən görünür ki, ərizəçiyə doğum haqqında şəhadətnamə verilərkən qeydiyyat orqanı tərəfindən səhvə yol verilməmiş, soyad “İsmaylov” kimi qeyd olunmuşdur. Sonradan soyadın təhrif edilərək, yaxud uyğunsuzluğa yol verilərək ilkin akt qeydindən fərqli şəkildə – “İsmayılov” kimi qeyd olunması, ərizəçinin doğum haqqında ilkin akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Mülki Prosessual Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında akt qeydinin düzgün olmamasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Ərizəçinin doğumu artıq qeyd edilmişdir və həmin faktın məhkəmə qaydasında müəyyən edilməsinə hüquqi zərurət yoxdur. Ərizəçinin doğum akt qeydində və digər sənədlərdə soyadı düzgün göstərilmişdir, yalnız şəxsiyyət vəsiqəsində “İsmayılov” kimi qeyd edilmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilməməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Ərizəçiyə izah edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Ərizəçi, doğum haqqında şəhadətnamədə olan soyadı ilə digər sənədlərdə göstərilən soyadının düzgün olmaması ilə bağlı, hüquq müəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. Və yaxud, müvafiq orqana müraciət edərək, şəxsiyyət vəsiqəsini dəyişdirə, şəxsiyyət vəsiqəsində soyadının doğum haqqında şəhadətnamədə olduğu kimi qeyd edilməsinə nail ola bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2327/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2327/2021
18.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver