Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2341/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh X10-Bank Kredit Təşkilatına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmək Müfəttişliyi Xidməti cəlb olunmaqla) "əmrin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh X10-Bank Kredit Təşkilatına qarşı "əmrin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MM QBKT-nın rəhbərliyinin əmək müqaviləsinin xitamı ilə bağlı xx.xx.2024-cü il tarixli əsassız əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MM QBKT-də “inzibati köməkçi” vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə kimi məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqının və əmək kitabçasının cavabdeh tərəfindən iddiaçıya təqdim olunmadığı üçün iddiaçının işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının, həmçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi ******* №-li xəstəlik vərəqəsinə görə ödənilməmiş müavinətin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçı tərəfindən mediasiya prosesi üçün ödənilən 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə “FİNCA Azerbaijan’’MM QBKT-də əmək müqaviləsinə əsasən inzibati köməkçi vəzifəsinə işə qəbul edilmişdir. Qeyd edir ki, işlədiyi dövrdə hər hansı nöqsana və qanun pozuntusuna yol verməmişdir, hətta məsuliyyətli işçi olduğuna və yaxşı işlədiyinə görə xx.xx.2024-cü il tarixdən vəzifə maaşı artırılmışdır. Cari ilin oktyabr ayının 14-də o, ailə üzvlərinin səhhəti və təxirəsalınmaz şəxsi işlərini həll etmək üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi öz hesabına ödənişsiz məzuniyyət verilməsilə əlaqədar təşkilatın daxili sistemi vasitəsilə cavabdeh quruma elektron ərizə ilə müraciət etdi. O cümlədən, xx.xx.2024-cü il tarixdə CavabdehMM QBKT təşkilatına məxsus 055 *** **** əlaqə nömrəsinə üzrlü səbəbdən işə gələ bilməyəcəyini bildirmiş və ərizəsinə əsasən öz hesabına məzuniyyət əmrinin ona göndərilməsini xahiş etmişdir. Telefonda ona ərizəsilə bağlı hər hansı probelmin olmadığı bildirilsə də, lakin öz hesabına məzuniyyət əmri ona göndərilməmişdir. xx.xx.2024-cü il tarixdə 14 günlük öz hesabına ödənişsiz məzuniyyət bitdiyi zaman işə çıxmaq istədiyində iş yoldaşlarından məlumat aldı ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilib. O, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əsaslandırılmış əmrlə tanış olmaq və əmək kitabçasını əldə etmək üçün təşkilatın rəhbəri Timoti Tarrantaya yazılı müraciət etsə də, təşkilat onu müvafiq əmrlə tanış etmədi. Bu günə kimi işdən çıxarılma əmri və əmək kitabçası ona təqdim olunmamışdır. Bundan başqa, şirkətin İR mütəxəssisi Elnurə xanımla və digər əlaqədar şəxslərlə telefon və whatsap vasitəsilə danışıqlar zamanı da işdən çıxarılma xəbərdarlığı ilə bağlı məlumat verilməmişdir. Üstəlik əmək müqaviləsinin bildirişində faktiki yaşayış ünvanı qeyd olunub və cavabdehə bu ünvan bəllidir. (ünvan 1 cavabdeh tərəfindən heç bir sənəd və məktub göndərilməmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izaatları: Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 izahat verərək, qızının Almaniyada təhsil aldığını. Cavabdeh X10-Bank Kredit Təşkilatı tərəfindən heç bir xəbərdarlıq edilmədən Azəraycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qızının əmək mqaviləsinə xitam verilmişdir. Bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edlməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh X10-Bank Kredit Təşkilatının nümayəndəsi X9 izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, tərəflər iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - İddiaçı ilə Cavabdeh MM QBKT-nin direktor səlahiyyətlərini müvəqqəti ica edən X17 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı Cavabdeh MM QBKT-yə inzibati köməkçi işə götürülmüşdür. Müqavilənin 4.1-ci maddəsinə əsasən işçinin aylıq əmək haqqı 570 manat məbləğində müəyyən edilmişdir. - Cavabdeh MM QBKT Təşkilatının xx.xx.2024-cü il tarixli, 0001 nömrəli “işçinin iş vaxtında iş yerində olmaması haqqında” aktın surətindən görünür ki, 14 oktyabr 2024-cü il tarixində, X4 X1 məlumatı əsasında rəhbəri olduğu şöbənin əməkdaşı İnzibati Köməkçi İddiaçı Elşad qızının iş yerində olmaması müəyyən edilmişdir. Təşkilatın işçilərin iştirakı ilə həmin gün, saat 11:00, 14:00 və 16:45-də aparılmış təkrar nəzarət yoxlamaları vasitəsilə işçinin iş gününün sonuna kimi iş yerində olmaması təsbit edilmişdir. İnzibati Şöbənin X2 şifahi izahatında bildirmişdir ki, işçiyə işdənkənar heç bir tapşırıq verilməmişdir. - “ Cavabdeh MM QBKT-nin X14 təşkilatın inzibati köməkçi çalışan əməkdaşı X8 tərəfindən verilən xx.xx.2024-cü il tarixli yazılı izahatından görünür ki, Sultanova Mələk, İddiaçı xx.xx.2024-cü il tarixində ondan xahişi ilə xx.xx.2024 tarixində ödənişsiz günlük məzuniyyətini imzaladı. Lakin etdiyinin yanlış olduğunun fərqində olmadan etmişdir. Çünki İddiaçı ona qeyd etmişdi ki, 15 günlük məzuniyyətini daxil edib, amma imzalamağı unudub. O, rəhbəri X12 Əsbətin məzuniyyət götürəcəyindən məlumatı olduğunu düşünərəkdən etmişdir. Xahiş edir ki, bu səhvi üzrlü sayılsın. Bundan sonra belə hal yaşanmayacağına söz vermişdir. - Cavabdeh MM QBKT X5 Tarrant tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, 14 oktyabr 2024-ü il tarixindən bugünkü günədək iş yerinə işə çıxmamışdır və bunun üzrlü səbəbdən olduğu barədə hər hansı sənəd təqdim etməmişdir. Bununla yanaşı başqa ölkəyə getməyi ilə bağlı onlara məlumat daxil olmuşdur. Bu bildirişlə xəbərdar etmişlər ki, xx.xx.2024-cü il tarixinədək işə çıxmadığı və bu müddət ərzində gəlməməyinin üzrlü səbəbdən olması barədə sənədlər təqdim etmədiyi halda əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “70-ç” bəndi ilə xitam veriləcəkdir. - Finca Azərbaycan tərəfindən göndərilən xx.xx.2024-cü il tarixli 1214/24 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2024-cü il ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı aid olan məktubu "xxxx" MMC-nin kuryeri tərəfindən götürülüb, 473851 nömrəli qaimə ilə həmin ünvana aparılmışdır. Lakin həmin ünvanda qeyd edilən şəxs yaşamadığı üçün məktubu çatdırmaq mümkün olmadı. Bu səbəbdən məktub geri qaytarılır. - Cavabdeh MM QBKT-nin xx.xx.2024-cü il tarixli, 0608/24 nömrəli əmrin ilə Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza İİİ, 8-ci mərtəbə ünvanında fəaliyyət göstərən Cavabdeh MM QBKT-nin X15 və əmək müqaviləsi üzrə inzibati Köməkçi vəzifəsində çalışan işçi İddiaçı Elşad qızı (şəxsiyyət vəsiqəsi: seriya: AA*******, verilib: ASAN 3) arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xx.xx.2024-cü il tarixdən xitam verilməsi, işçiyə xx.xx.2023xx.xx.2024-cü il iş ili üçün istifadə etmədiyi 0 təqvim günü istifadə edilməmiş məzuniyyət günü əvəzinə qanunvericiliyə uyğun olaraq kompensasiya hesablanıb ödənilməsi, işçi ilə işdən çıxdığı tarixə təhvil-təslimin edilməsi müvafiq şöbəyə tapşırılması əmr edilmişdir. - İddiaçı tərəfindən Cavabdeh MM QBKT direktor Timoti Tarranta göndərilən xx.xx.2024cü il tarixli elektron məktubun surətindən görünür ki, ailə üzvlərinin səhhəti və təxirəsalınmaz şəxsi işlərini həll etməklə bağlı öz hesabına ödənişsiz məzuniyyət verilməsi ilə əlaqədar yazılı ərizəsi, şifahi müraciəti olmuşdur. Ailə vəziyyətini dəfələrlə izah edib, işə gələ bilməyəcəyini bildirmişdir. Əmək məcəlləsinə əsasən zərurət olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. xx.xx.2024-cü il tarixdə “Finca Azerbaijan “ MM QBKT təşkilatına məxsus olan ********** əlaqə nömrəsinə üzrlü səbəbdən işə gələ bilməyəcəyini bildirmişdir və ərizəsinə əsasən öz hesabına məzuniyyət əmrinin ona göndərilməsini xahiş etmiş, lakin əmrin bir nüsxəsinin verilməsi təmin edilməyib. Öz xahişi ilə işdən çıxmaq barədə ərizə forması istədikdə ********** nömrəli şirkətin xidməti nömrəsindən müqaviləsinə 70 “ç” maddəsi ilə xitam verildiyi bildirilmişdir. Bugünkü xx.xx.2024 tarixli danışıqlar istisna olmaqla ona heç bir xəbərdarlıq, yazılı məlumat, əsaslandırlmış əmr verilməmişdir. Finka bank ilk iş yeridir, xahiş edir ki, barəsində yazılan xitam əmrini ləğv edib öz xahişi ilə ərizəsinə əsasən 68 “a” maddəsinə əsasən işdən azad olunmağı təmin edilsin. - 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. - X16 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, müvafiq sənədlər təqdim olunmadığından İddiaçı əmək müqaviləsinə qanunvericiliyin tələbinə uyğun olaraq xitam verilib-verilməməsinə münasibət bildirmək mümkün olmamışdır. İddiaçı məxsus sənədlər təqdim olunacağı təqdirdə müraciətə yenidən baxılaraq caab veriləcəkdir. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. - Bakı şəhəri 3 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/3/2024-00774 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 11:00-11:30 keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh MM QBKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ İddiaçı nümayəndəsi tərəfindən ödənilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün əsasların olubolmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. İşin araşdırılan hallarından göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş, iddiaçı isə həmin əmri mübahisələndirərək onun ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MM QBKT tərəfindən xx.xx.2024-cü il tarixli əmr əsasında İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Sözügedən əmr işçinin əmək funksiyalarını yerinə yetirməməsi – yəni iş vaxtı ərzində üzrlü səbəb olmadan bir neçə gün ərzində iş yerində olmaması faktına əsaslanmışdır. Məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2024-cü il tarixli akt, eyni tarixdə və növbəti günlərdə rəhbərlik və müvafiq şöbə əməkdaşlarının iştirakı ilə aparılmış təkrar yoxlamalar, həmçinin təşkilatın direktoru tərəfindən ünvanlanmış rəsmi məktub və digər sənədlər tərifindən təsdiq edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixindən etibarən iş yerinə gəlməmiş, bu müddətdə üzrlü səbəbini və ya məzuniyyət hüququnu təsdiq edən hər hansı sənədi təqdim etməmişdir. İddiaçının təqdim etdiyi izahatlardan görünür ki, o, ailə üzvlərinin səhhəti ilə bağlı ödənişsiz məzuniyyətə çıxmaq istəmiş, bu barədə telefonla və daxili sistem vasitəsilə məlumat vermişdir. Lakin məhkəmə heab edir ki, bu məlumatların hüquqi qüvvəsi yalnız təşkilat tərəfindən rəsmən qəbul edilərək təsdiqedici əmr verildiyi halda mümkün ola bilərdi. İş materiallarında isə belə bir əmrin mövcud olmadığı, əksinə, işəgəlməmənin rəhbərlik tərəfindən qeydə alındığı, yoxluğun səbəbi barədə sənədin təqdim edilmədiyindən, bu halın işəgötürən tərəfindən əmək funksiyasının pozulması kimi qiymətləndirildiyi iş materialları ilə təsdiq edilmişdir. Məhkəmə hazırki iş ilə bağlı hesab edir ki, əmək münasibətlərinin xitamı yalnız hüquqi norma ilə deyil, həm də işəgötürən və işçinin davranışlarının mütənasibliyi, məsuliyyət bölgüsü, və təqsirin ağırlığı baxımından qiymətləndirilməlidir. İşçi tərəfindən üzrlü səbəb olmadan işəgəlməmə və bu yoxluğun əvvəlcədən razılaşdırılmadan həyata keçirilməsi, işəgötürənin qanuni maraqlarına və iş intizamına birbaşa zərbə vurduğundan, əmək müqaviləsinə xitam verilməsi işəgötürənin zəruri və balanslaşdırılmış cavabı kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr təqdim edilmiş izahatlara, daxili aktlara, bildirişlərə və prosedura uyğun olaraq rəsmiləşdirilmiş, bu əmrin ləğvi üçün iddiaçı tərəfindən məhkəməyə əsaslı hüquqi və ya faktiki dəlil təqdim olunmamışdır. Həmçinin məhkəmə hesab edir ki, əmək hüququnda işəgötürənin qanuni gözləntisi (legitimate expectations) prinsipi də nəzərə alınmalıdır. Bu prinsipə əsasən, işəgötürən haqlı surətdə gözlənti hüququna malikdir ki, işçi müəyyən olunmuş iş qrafikinə riayət edəcək, əmək funksiyasını yerinə yetirəcək və hər hansı səbəbdən əmək fəaliyyətində fasilə yaranarsa, bu hal əvvəlcədən razılaşdırılacaq və əsaslandırılacaqdır. Əmək münasibətləri qarşılıqlı etimada əsaslandığından, işəgötürən bu cür intizamsızlıq halları ilə üzləşdikdə əmək münasibətlərinin davam etdirilməsi obyektiv olaraq mümkün olmaya bilər. Hazırkı işdə iddiaçının üzrsüz səbəbdən bir neçə gün ardıcıl olaraq işə gəlməməsi və bu yoxluğu əvvəlcədən razılaşdırmaması işəgötürənin həmin haqlı və qanuni gözləntilərinin pozulması kimi qiymətləndirilməlidir. İşəgötürənin əmək münasibətlərinin sabitliyini təmin etmək və daxili nizam-intizamı qorumaq üçün bu cür pozuntulara qarşı tədbir görmək hüququ vadır. Məhkəmə hesab edir ki, işçinin bu davranışı əmək funksiyasının yerinə yetirilməməsini obyektiv şəkildə sübut edir və işəgötürən üçün əmək müqaviləsinin davam etdirilməsini qeyri-mümkün edir. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli əmr qanuni əsaslarla verildiyindən və onun ləğvi üçün hüquqi əsas olmadığından iddia bu hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh MM QBKT-nın rəhbərliyinin əmək müqaviləsinin xitamı ilə bağlı xx.xx.2024-cü il tarixli əsassız əmrinin ləğv edilməsi tələbini əsassız olduğundan, onun əvvəlki işinə bərpa olunmağı sair tələbləri ilk tələblə birbaşa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla rədd edilməlidirlər. Beləliklə, istinad edilən hüquq normalarının hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh X10-Bank Kredit Təşkilatına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmək Müfəttişliyi Xidməti cəlb olunmaqla) "əmrin ləğv edilməsi və sair” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh X10-Bank Kredit Təşkilatına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmək Müfəttişliyi Xidməti cəlb olunmaqla) "əmrin ləğv edilməsi və sair” tələbinə dair iddiası təmin edilmədiyindən, iddia tələbinin “ilkin mediasiya sessiyası keçirilməsi üçün tərəfindən ödənilmiş 60,00 manatın Cavabdeh X10- Bank Kredit Təşkilatından tutularaq ona ödənilməsi” hissəsi də rədd edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh X10-Bank Kredit Təşkilatına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmək Müfəttişliyi Xidməti cəlb olunmaqla) "əmrin ləğv edilməsi və sair” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2341/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2341/2025
09.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver