Məhkəmə qərarları › İş №2(006)-2342/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2342/2020

21.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2342/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (eyni zamanda qarşılıqlı iddia üzrə cavabdeh X4 nümayəndəsi) xxx oğlunun və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X7 iştirakı ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh xxx oğlunun ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı "mənzilə köçürmə və istifadə hüququnun tanınması" tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər, ilkin iddia üzrə iddiaçı xxx oğlu və X5 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh məxsus evə köçürülməsi və istifadə hüququnun tanınmasına barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (eyni zamanda qarşılıqlı iddia üzrə cavabdeh X4 nümayəndəsi) xxx oğlu ilkin iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, 1989-cu ildə anadan olmuş və həmin vaxtdan ünvan 1 ünvanında yaşamışdır. xx xxxxxxx 2005-ci ildən həmin ünvanda qeydiyyatdadır. Qeydiyyatda olduğu mənzil nənəsi Cavabdeh məxsusdur. Ondan başqa həmin mənzildə əmisi X10 və onun ailə üzvləri də qeydiyyatdadır. Son zamanlar əmisi Vaqif Qəmbərovla münasibətləri pozulmuşdur. Nənəsi ilə əlbir olaraq əmisi onun orada yaşamağına qadağa qoyur. Əmisigil 20 ildən artıqdır ki, o evdə yaşamır. Nənəsi isə həmin mənzildə yaşayır və ona xidmətçi baxır. O isə deyir ki, başqa birisi nənəsinə baxmaqdansa, evlənsin, həmin mənzilə köçsün və onun yoldaşı nənəsinə baxsın. 1963-cü ildən 2008-ci ilə qədər atası o evdə yaşamışdır. 1992-ci ildə həmin həyətdən ev almış, lakin o evə sadəcə əşyalarını yığmışlar. Özləri mənzil 3-də yaşamışlar. Anası mənzil 8-də yaşamışdır. Əmisi mənzil 3-ün mətbəxinə, ayaqyoluna qıfıl vurduğundan eyni zamanda mənzil 8-dən də istifadə edirlər. Onun da, qardaşının da qeydiyyatı mənzil 3 ünvanındadır. Göstərilənlərə əsasən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 və İddiaçı ünvan 2 ünvanına istifadə hüquqlarına xitam verilməklə qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X13 qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, 3 saylı mənzil Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 2042 saylı, xx.xx.1993-cü il tarixli sərəncamına əsasən Cavabdeh məxsusdur. Qarşılıqlı iddia üzrə cavabdehlər xx.xx.1987-ci il təvəllüdlü X8 və xx.xx.1989-cu il təvəllüdlü İddiaçı Cavabdeh nəvələridir. X6 mübahisəli mənzildə qeydiyyatda olduqları üçün onun övladları da dünyaya gəldikləri vaxtdan analarının qeydiyyatda olduqları ünvana qeydiyyata alınmışlar. Lakin qarşılıqlı iddia üzrə cavabdehlər həmin ünvanda bir gün də olsun yaşamamışlar. Bundan əlavə, X1 Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, 1992-ci ildən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 213 saylı evin 8 saylı mənzilində ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. O, kommunal xidmətlərə görə tələb olunan xərcləri ödəyir və onun başqa yaşayış yeri yoxdur. Mübahisəli ünvanda uzun müddət yaşamasına baxmayaraq həmin ünvana qeydiyyata düşə bilmir. Bu barədə Bakı şəhəri Nəsimi RPİ-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsini demişlər. O bildirmişdir ki, yaşadığı yerdə qeydiyyata düşə bilməməsi onun hüquqlarını pozur. 2-2058/2007 saylı, xx xxxxxxxx 2007-ci il tarixli qətnaməyə əsasən X2 ərizəsi təmin olunaraq, onun Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 213 saylı evin, 8 saylı mənzilinə qeydiyyata alınması Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə tapşırılmışdır. Azərbaycan Respublikasının köhnə Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göstərilənlərə əsasən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasıda şahid qismində dindirilən X11 ifadəsində bildirdi ki, Cavabdeh və İddiaçı onun qonşularıdır. 1992-ci il tarixdə ora köçmüşlər. Gülnaz xanım Etibarın nənəsidir. Onlar ayrı-ayrı evlərdə yaşayırlar. Etibarın atası Eldar da anası Gülnaz xanımdan ayrı yaşayırdı. İştirak etdiyi məhkəmə iclasıda şahid qismində dindirilən X10 ifadəsində bildirdi ki, o, İddiaçı əmisidir. Etibar Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 213 saylı evin 3 saylı mənzilində yaşamamışdır. Etibarın anası əvvəl həmin mənzildə bir müddət yaşamış, sonradan eyni ünvanda yerləşən 8 saylı mənzilə köçmüş, sənədləri də həmin mənzilə rəsmiləşdirilmişdir. Uşaqları da onunla birlikdə 8 saylı mənzildə yaşamışlar. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı arayışından görünür ki, Qəmbərov Etı̇ bar Eldar oğlu xx.xx.2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. X8 və qeyriləri həmin mənzildə qeydiyyatda olan digər şəxslərdir. İş materiallarında olan Nəsimi Rayon İcra Hakimiyyətinin Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 17 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli 24 saylı arayışdan görünür ki,Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 213 saylı evin 3 saylı mənzilinin kirayəçisi Cavabdehdır. İ şmateriallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, 3 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2-2058-2007 saylı, xx xxxxxxxx 2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X3 Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 213 saylı evin 8 saylı mənzilinə qeydiyyata alınmasının Nəsimi Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinə tapşırılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə xx.xx.2009cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq maddələrini tətbiq etməyi əsaslı hesab edir. Belə ki, qeyd olunan Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsindən istifadə hüququ altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzrlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə, məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında ”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdehlər), ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) ailə üzvləri – nəvələri olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 213 saylı evin 3 saylı mənzilində qeydiyyatdadırlar, lakin, onlar mübahisəli mənzildə yaşamırlar. Belə ki, Nəsimi rayon Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli qətnaməsi ilə cavabdehlərin anası X3 Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 213 saylı evin 8 saylı mənzilinə qeydiyyata alınması Nəsimi Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinə tapşırılmış, həmçinin bu qətnaməyə əsasən Nahəd Qəmbərovanın 1992-ci il tarixdən ailəsi ilə birlikdə həmin mənzildə yaşadığı müəyyən edilmişdir. Həmçinin, İddiaçı məhkəmə iclasında verdiyi ifadəsində də anasının mənzil 8-də, atasının və özünün isə həm mənzil 8, həm də mənzil 3-də yaşadığını bildirmişdir. İş materialları və şahid ifadələri ilə də mübahisəsiz şəkildə təsdiq olunur ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsalar da, orada yaşamamaqla və daimi başqa yaşayış yeri seçməklə mübahisəli mənzillə bütün əlaqələrini kəsmişlər. Bu da onların qanunla müəyyən edilmiş müddətdən (6 aydan) sonra istifadə hüquqlarının itməsinə səbəb olmuşdur. Eyni zamanda iddiaçı mübahisəli mənzildə yaşadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə İddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 213 saylı evin 8 saylı mənzilində yaşadığı müəyyən edilmişdir. Odur ki, mənzilə köçürmə və istifadə hüququnun tanınmasına dair ilkin iddia tələbi əsassızdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdehlərin qarşılıqlı iddia üzrə iddiaçıya məxsus olan evdə formal olaraq qeydiyyatda olmaları mübahisəli evə istifadə hüquqlarının olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Ona görə də qarşılıqlı iddia üzrə cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının olması müəyyən edilmədiyindən onların istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia tələbi də əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı qətnamə qaşılıqlı iddia üzrə cavabdehlərin qarşılıqlı iddia üzrə iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri əsassız olduqlarından rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Qəmbərov Etı̇ bar Eldar oğlunun ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı "mənzilə köçürmə və istifadə hüququnun tanınması" tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçı Qəmbərov Etı̇ bar Eldar oğluna və qarşılıqlı iddia üzrə cavabdeh X5 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Bu qətnamə Qəmbərov Etı̇ bar Eldar oğlu və X4 Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 213 saylı evin 3 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar