Məhkəmə qərarları › İş №2(006)-2344/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2344/2022

30.06.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2344/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Əlı̇ yev Qubad Əzı̇ z oğlunun, onun nümayəndəsi X5, cavabdeh Bakı Şəhərı̇ üzrə Təhsı̇ l İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Əlı̇ yev Qubad Əzı̇ z oğlunun cavabdeh Bakı Şəhərı̇ üzrə Təhsı̇ l İdarəsı̇ nə qarşı “intizam tənbehi barədə əmrin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Əlı̇ yev Qubad Əzı̇ z oğlu cavabdeh Bakı Şəhərı̇ üzrə Təhsı̇ l İdarəsı̇ nə qarşı “intizam tənbehi barədə əmrin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı Şəhəri üzrə Təhsil idarəsinin müdiri xanım Mehriban Vəliyevanın 03 fevral 2022-ci il tarixli, 49 №-li əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət almışdır. İddiaçı intizam tənbehi almağı ilə bağlı əmri qanunsuz və əsassız sayır. Belə ki, iddiaçı Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin təlim-tərbiyyə işləri üzrə direktor müavinlərinin imtahan müsabiqəsində uğurlu nəticə göstərərək Sabunçu rayonu 108 nömrəli tam orta məktəbə 01 oktyabr 2021-ci il tarixində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. İddiaçı Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat” fakültəsini bitirmişdir. 1997-ci il tarixində Lerik rayonunun Orand kənd tam orta məktəbinə riyaziyyat müəllimi, 2002-ci ilin sentyabrın 18-dən həmin məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. 5 il müəllim, 19 il fasiləsiz olaraq direktor vəzifəsində çalışmışdır. Çalışdığı müddətdə heç bir intizam tənbehi almamışdır. Dəfələrlə Lerik rayon təhsil şöbəsi, həmkarlar təşkilatı, YAP tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur. İddiaçının işlədiyi təhsil müəssisəsi də həm nizam- intizamı ilə, həm də nəticələri ilə fərqlənən məktəblərdən biri olub. İddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə köçmək məcburiyyətində olduğundan və müavinlərin imtahan müsabiqəsində uğurlu nəticə göstərdiyindən öz ərizəsi əsasında Lerik rayonun Orand kənd tam orta məktəbin direktoru vəzifəsindən 28 sentyabr 2021-ci il tarixində işdən azad olundu. İddiaçı 01 oktyabr 2021-ci il tarixində Sabunçu rayonu 108 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunsa da, məktəbin direktoru xanım Esmira Məmmədova ilk gündən onun məktəbə təyin olunmağına etirazını bildirərək ondan bu məktəbdən imtina etməyini tələb etdi. Bildirdi ki, özünə yaxın olan şəxsi təlim-tərbiyyə işləri üzrə direktor müavini vəzifəsinə təyin etdirmək istəyib. İddiaçıdan təkidlə tələb etdi ki, “onu bura nahaq göndəriblər, burada dolanışıq yoxdur. Niyə onu 87 nömrəli məktəbdə vakansiya olduğu halda ora göndərmədilər?”. Məktəbin direktoru iddiaçının vəzifə funksiyalarına aid heç bir sənədi ona vermədi və onu heç nə ilə tanış etmədi. Bakı Şəhəri üzrə Təhsil İdarəsində 01 oktyabr 2021- ci il tarixində imzaladığı əmək müqaviləsinin surəti də iddiaçıya nə məqsədləsə işəgötürənin imzası və möhürü ilə təsdiq olunmadan adi bir kağız parçası kimi verildi. Məktəbin direktoru iddiaçıya elan olunan dərs saatlarından da bilərəkdən Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə bağladığı əmək müqaviləsində nəzərdə tutulmuş nahar fasiləsinə salmaqla, iddiaçıdan nahar fasiləsinə çıxmamağı tələb edərək onu bezdirib məktəbdəki işindən imtina etməyini istəyirdi. Məktəbdəki işindən imtina etməməyini görərək onunla aqressiv davranaraq, hədələyirdi. İddiaçı səbrli davranaraq buna son qoyacağına ümid etsə də, nəticə yox idi. İddiaçının əmək müqaviləsində nəzərdə tutulmuş işlərin görülməsinə imkan vermirdi. İddiaçıda istənilən bir şər-böhtanla üzləşmək qorxusu yaranırdı. Dəfələrlə Bakı şəhəri üzrə Təhsil idarəsinə şifahi şəkildə məlumat versə də, ona heç bir köməklik olunmadı. Məktəbin direktoru xanım Esmira Məmmədova iddiaçının vəzifə funksiyalarının yerinə yetirməyinə imkan vermədiyindən vəzifə funksiyalarına aid olan heç bir sənədi verməyərək və onu heç bir sənədlə tanış etmədiyindən məcbur qalaraq sonralar etdiyi çoxsaylı müraciətlərinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilən cavablardan da görünür ki, 20 oktyabr 2021-ci il tarixində iddiaçının yazdığı ərizə 25 oktyabrda alınsa da, 21 gün sonra 16 noyabr 2021-ci il tarixində qeydiyyata alınmışdır. İddiaçı tam şəffaf imtahan yolu ilə işə təyin olunduğu üçün, direktorun qanunsuz hərəkətlərini gizlətmək və ona kömək etməmək məqsədi ilə 25 oktyabr 2021-ci il tarixində ona çatan xəbərnaməyə əsasən Bakı Səhəri üzrə Təhsil İdarəsi tərəfindən alınan ərizəni daxil olduğu gündə qeydiyyata alaraq ona kömək etmək əvəzinə, məqsədli şəkildə həmin ərizə qeydiyyata alınmamışdır. Göstərilənlərə əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri xanım Mehriban Vəliyevanın 03 fevral 2022-ci il tarixli, F-49 №-li əmrinin ləğv olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Əlı̇ yev Qubad Əzı̇ z oğlu, onun nümayəndəsi X9 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh Bakı Şəhərı̇ üzrə Təhsı̇ l İdarəsinin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən Bakı şəhəri 108 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. İddiaçı təyin olunduqdan sonra ona məktəb rəhbərliyi tərəfindən vəzifəsinin icrasının təmin edilməsi məqsədilə lazımi şərait yaradılmış, iddia etdiyinin əksinə müvafiq təlimati-metodiki sənədlərlə vaxtında tanış edilmiş və həmin sənədlər ona təqdim edilmişdir. Lakin təyin olunmasından qısa müddət keçdikdən sonra İddiaçı məktəb rəhbərliyi və kollektivlə münasibətləri korlanmış və vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirməyə və ya ümumiyyətlə yerinə yetirməməyə başlamışdır. Belə ki, İddiaçı təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunduqdan sonra ona ayrılmış 6 (altı) saat dərs yükünün azlığını bəhanə edərək direktordan müəllimlərə verilmiş dərs yükünün ona verilməsini tələb etmiş və nəticədə onun dərs yükü 10 saat müəyyən edilmişdir. Dərs yükünün artırılmasını özünun xahiş etməsinə baxmayaraq, İddiaçı direktor tərəfindən nahar fasilələrinə dərs saatlarının salınmasını əsas gətirərək mübahisələr yaratmağa başlamışdır. Halbuki, dərs bölgüsü onun təyin olunmasından öncə bölünmüş və təsdiq edilmişdir. Həmçinin, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3” və məktəb üzrə verilmiş vəzifə bölgüsü əmri ilə təlim-tərbiyə işləri üzrə direktor müavini üçün müəyyən edilmiş vəzifə funksiyalarını yerinə yetirməyərək (müəllimlərin formativ jurnalını və gündəliyi yoxlamır, işçilərin işə davamiyyət cədvəllərinə imza atmaqdan imtina edir, işçilərin əmək qabiliyyətini itirməsi vərəqələrində müvafiq qeydlərin aparılmasından imtina edir, sinif jurnallarını yoxlamaqdan və onlarda müvafiq qeydlərin aparılmasından imtina edir, müəllimlərin əvəzetmə kitablarını yazmır, böyük və kiçik summativlərin təşkilini həyata keçirmir, şagirdlərin diaqnostik qiymətləndirmə nəticələrinin təhlilini aparmır, İdarə tərəfindən təşkil olunan təlimlərdə iştirak etməkdən imtina edir, kollektiv arasında ünsiyyət qurulmasında problemlər yaradır, kollektiv üzvlərinə qarşı kobudluq edir, tədris prosesinin təşkili ilə bağlı ortaya çıxmış problemlərin aradan qaldırılmasında fəal mövqe nümayiş etdirmir) əmək qanunvericiliyinin tələblərini pozmuşdur. İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək, dəfələrlə iş və nahar fasiləsindən kənar saatlarda üzrlü səbəb olmadan iş yerindən ayrılmış, ya gec qayıtmış, ya da ümumiyyətlə həmin gün iş saatını başa vurmadan iş yerini tərk etmişdir. İddiaçı məktəb rəhbərliyi tərəfindən edilən xəbərdarlıqlardan nəticə çıxarmayaraq, məktəbdə təhsilverənlər arasında qeyri-sağlam iş mühitinin yaranmasına səbəb olmuş, bu da məktəb mühitində qəbulolunmaz haldır. Yuxarıda qeyd olunanların aradan qaldırılması məqsədilə İddiaçı və Bakı şəhəri 108 nömrəli tam orta məktəbin direktorunun Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanladıqları müraciətlər əsasında İdarə tərəfindən araşdırmalar aparılmışdır. Aparılan araşdırımaların yekununda İddiaçı “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.5-ci, 3.14-cü, 4.1.3-cü, 4.2.1-ci, 4.2.3-cü, 4.2.4-cü, 4.2.6-cı, 4.3.1-ci, 4.3.4-cü, 4.5.2-ci bəndlərinin tələblərini pozması və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif X8”nda təlim-tərbiyə işləri üzrə direktor müavini üçün nəzərdə tutulmuş əmək funksiyalarını keyfiyyətsiz icra etməsi və ya ümumiyyətlə icra etməməsi halları müəyyən edilmiş və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ona xx.xx.2022-ci il tarixli, F-49 nömrəli əmr ilə AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla, habelə kifayət qədər əsasların olması səbəbilə verilmişdir və bu səbəbdən İddiaçı barədə verilmiş əmrin ləğv edilməsi tələbi tamamilə əsassızdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri C.Nurməmmədov adına 108 №-li tam orta məktəbin direktoru Esmira Məmmədovanın Bakı Şəhərı̇ üzrə Təhsı̇ l İdarəsinin müdiri Mehriban Vəliyevaya ünvanladığı xx.xx.2021-ci il tarixli, 302 saylı təqdimatda qeyd edilmişdir ki, Bakı şəhəri 108 nömrəli tam orta məktəbdə xx.xx.2021-ci il tarixdən yeni təyin olunmuş təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı vəzifəsinin öhdəsindən gələ bilmir, direktor və müavinlər ilə kobud rəftar edir. Bakı Şəhərı̇ üzrə Təhsı̇ l İdarəsinin İddiaçı tədris etməsinə icazə verdiyi 6 saatın çoxaldılmasını tələb edir, dərs yükünün 10 saata qədər artırılmasına baxmayaraq, yenidən narazılıq edir. Öz vəzifə funksiyalarını yerinə yetirmir, məktəbin nüfuzuna xələl gətirir. Pedaqoji heyətin zəhməti hesabına formalaşdırılmış kollektivlik ruhunu pozur. Məktəb rəhbərliyi adından qeyd olunanları nəzərə alaraq yaranmış bu arzuedilməz abu-havanın müsbət istiqamətdə yenilənməsi üçün göstəriş verilməsi və bu barədə lazimi tədbirlər görülməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri C.Nurməmmədov adına 108 №-li tam orta məktəbin direktoru Esmira Məmmədovanın Bakı Şəhərı̇ üzrə Təhsı̇ l İdarəsinin müdiri Mehriban Vəliyevaya ünvanladığı xx.xx.2021-ci il tarixli, 316 saylı təqdimatda qeyd edilmişdir ki, Bakı şəhəri 108 nömrəli tam orta məktəbdə xx.xx.2021-ci il tarixdən yeni təyin olunmuş təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə məktəbin nizam-intizam qaydalarını pozaraq rəhbərliyə xəbərdarlıq etmədən nahara getmiş, iş saatını tam başa vurmadan geri qayıtmamışdır. Belə hal bundan öncə də dəfələrlə təkrarlanmışdır. İddiaçı izahat tələb olunduğu halda heç bir izahat yazmamışdır. İş materiallarında olan Bakı şəhəri C.Nurməmmədov adına 108 №-li tam orta məktəbin direktoru Esmira Məmmədovanın Bakı Şəhərı̇ üzrə Təhsı̇ l İdarəsinin müdiri Mehriban Vəliyevaya ünvanladığı xx.xx.2021-ci il tarixli, 317 saylı təqdimatda qeyd edilmişdir ki, Bakı şəhəri 108 nömrəli tam orta məktəbdə xx.xx.2021-ci il tarixdən yeni təyin olunmuş təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixdə məktəbin nizam-intizam qaydalarını pozaraq rəhbərliyə xəbərdarlıq etmədən nahara getmiş, iş saatını tam başa vurmadan geri qayıtmamışdır. Belə hal bundan öncə də dəfələrlə təkrarlanmışdır. İddiaçı izahat tələb olunduğu halda heç bir izahat yazmamışdır. İş materiallarında olan Bakı şəhəri C.Nurməmmədov adına 108 №-li tam orta məktəbin direktoru Esmira Məmmədovanın Bakı Şəhərı̇ üzrə Təhsı̇ l İdarəsinin müdiri Mehriban Vəliyevaya ünvanladığı xx.xx.2021-ci il tarixli, 331 saylı, xx.xx.2021-ci il tarixli, 335 saylı, xx.xx.2021-ci il tarixli, 347 saylı, xx.xx.2021-ci il tarixli, 351 saylı, xx.xx.2022-ci il tarixli, 10 saylı təqdimatlardan da görünür ki, Bakı şəhəri 108 nömrəli tam orta məktəbdə xx.xx.2021-ci il tarixdən yeni təyin olunmuş təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı məktəbin nizam-intizam qaydalarını dəfələrlə pozmuşdur. İş materiallarında olan Bakı Şəhərı̇ üzrə Təhsı̇ l İdarəsı̇ nin xx.xx.2022-ci il tarixli, F-49 saylı əmrindən görünür ki, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Bakı şəhəri 108 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi, ümumi sektor (S.Rəsulova) qeyd olunan halın təkrarlanmasının qarşısının alınması məqsədilə əmrin surətinin çoxaldılaraq BŞTİ-nin tabeliyində olan bütün ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etməsi, əmrin icrasına nəzarəti öz üzərində saxlanması əmr edilmişdir. İş materiallarında olan Bakı Şəhərı̇ üzrə Təhsı̇ l İdarəsı̇ nin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sabunçu rayonu 108 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədovanın fəaliyyəti barədə araşdırma aparılarkən 2a və 3c sinif jurnallarının 1-ci yarımilə adi dərs cədvəllərində cümə axşamı 4-cü dərs saatı musiqi dərslərinin üst-üstə düşməsi halı müəyyən edilmiş və tədris pedaqoji sənədlərin işlənməsində yol verilən nöqsana əsasən Bakı şəhəri 108 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədovaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən yazılı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 mart 1994-cü il tarixli, 187 nömrəli əmri ilə təsdiq edilmiş “məktəb sənədlərinin aparılması və saxlanması haqqında Təlimat”a əsasən buraxılan və əvəz edilən dərslərin uçotu kitabı hər bir məktəbdə direktorun təlim-tərbiyə işi üzrə müavini tərəfindən aparılır. Aparılan araşdırma zamanı Bakı şəhəri 108 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədovanın əmək funksiyasının icrası zamanı nöqsanlara yol verməsi halları aşkarlanmışdır. Araşdırma prosesi yekunlaşdıqdan sonra Esmira Məmmədova barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir. İş materiallarında olan Bakı Şəhərı̇ üzrə Təhsı̇ l İdarəsı̇ nin xx.xx.2022-ci il tarixli, F-194 saylı əmrindən görünür ki, əmək fəaliyyətində yol verdiyi nöqsana görə Bakı şəhəri 108 nömrəli tam orta məktəbin direktoru X2 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi, Bakı şəhəri 108 nömrəli tam orta məktəbin rəhbərliyinə - Bakı şəhəri 108 nömrəli tam orta məktəbin müəllimləri Xırdaxanım Kazımovaya və Aynur Aslanovaya əmək müqaviləsi üzrə vəzifə funksiyalarının keyfiyyətsiz icrasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən töhmət verilməsi, əmrin icrasına nəzarətin idarə müavini Xəyalə Əhmədzadəyə həvalə edilməsi, ümumi sektor (Sevinc Rəsulova) əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etməsinin tapşırılması əmr edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Əsaslandırıcı hissə: Hazırki mübahisə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən və işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Eyni Məcəllənin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Əmək Məcəlləsinin 10-cu maddəsində əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir. Həmçinin, Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Eyni Məcəllənin 189-cu maddəsinin 3-cü hissəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Həmin Məcəllənin 190-cı maddəsinin 3-cü hissəsinə görə işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən Bakı şəhəri 108 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3” və məktəb üzrə verilmiş vəzifə bölgüsü əmri ilə təlim-tərbiyə işləri üzrə direktor müavini üçün müəyyən edilmiş vəzifə funksiyalarını yerinə yetirməyərək (müəllimlərin formativ jurnalını və gündəliyi yoxlamır, işçilərin işə davamiyyət cədvəllərinə imza atmaqdan imtina edir, işçilərin əmək qabiliyyətini itirməsi vərəqələrində müvafiq qeydlərin aparılmasından imtina edir, sinif jurnallarını yoxlamaqdan və onlarda müvafiq qeydlərin aparılmasından imtina edir, müəllimlərin əvəzetmə kitablarını yazmır, böyük və kiçik summativlərin təşkilini həyata keçirmir, şagirdlərin diaqnostik qiymətləndirmə nəticələrinin təhlilini aparmır, İdarə tərəfindən təşkil olunan təlimlərdə iştirak etməkdən imtina edir, kollektiv arasında ünsiyyət qurulmasında problemlər yaradır, kollektiv üzvlərinə qarşı kobudluq edir, tədris prosesinin təşkili ilə bağlı ortaya çıxmış problemlərin aradan qaldırılmasında fəal mövqe nümayiş etdirmir) əmək qanunvericiliyinin tələblərini pozmuşdur. İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək, dəfələrlə iş və nahar fasiləsindən kənar saatlarda üzrlü səbəb olmadan iş yerindən ayrılmış, ya gec qayıtmış, ya da ümumiyyətlə həmin gün iş saatını başa vurmadan iş yerini tərk etmişdir. İddiaçı məktəb rəhbərliyi tərəfindən edilən xəbərdarlıqlardan nəticə çıxarmayaraq, məktəbdə təhsilverənlər arasında qeyri-sağlam iş mühitinin yaranmasına səbəb olmuş, bu da məktəb mühitində qəbulolunmaz haldır. Yuxarıda qeyd olunanların aradan qaldırılması məqsədilə İddiaçı və Bakı şəhəri 108 nömrəli tam orta məktəbin direktorunun Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanladıqları müraciətlər əsasında İdarə tərəfindən araşdırmalar aparılmışdır. Aparılan araşdırmaların yekununda İddiaçı “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.5ci, 3.14-cü, 4.1.3-cü, 4.2.1-ci, 4.2.3-cü, 4.2.4-cü, 4.2.6-cı, 4.3.1-ci, 4.3.4-cü, 4.5.2-ci bəndlərinin tələblərini pozması və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif X8”nda təlim-tərbiyə işləri üzrə direktor müavini üçün nəzərdə tutulmuş əmək funksiyalarını keyfiyyətsiz icra etməsi və ya ümumiyyətlə icra etməməsi halları müəyyən edilmiş və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ona xx.xx.2022-ci il tarixli, F-49 nömrəli əmr ilə AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məhkəmə hesab edir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla, habelə kifayət qədər əsasların olması səbəbilə verilmişdir və bu səbəbdən İddiaçı barəsində verilmiş əmrin ləğv edilməsi tələbi tamamilə əsassızdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Əlı̇ yev Qubad Əzı̇ z oğlunun cavabdeh Bakı Şəhərı̇ üzrə Təhsı̇ l İdarəsı̇ nə qarşı “intizam tənbehi barədə əmrin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Əlı̇ yev Qubad Əzı̇ z oğlunun cavabdeh Bakı Şəhərı̇ üzrə Təhsı̇ l İdarəsı̇ nə qarşı “intizam tənbehi barədə əmrin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar