Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2344/2024 01.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Qaralov İlqar Zahid oğlu, ərizəçi A.S.A. qızının 1 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisini maraqlı şəxs qismində cəlb etməklə "mirasın qəbulu müddətinin bərpa edilməsi" hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi A.S.A. qızı 1 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisini maraqlı şəxs qismində cəlb etməklə "mirasın qəbulu müddətinin bərpa edilməsi" hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 309.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Məhkəmə ilk olaraq qeyd edir ki, ərizəçinin müəyyən olunmasını xahiş etdiyi hüquqi əhəmiyyətli fakt mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı kateqoriyasına deyil, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı kateqoriyasına aiddir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə isə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) məhkəməyə verilə bilər. Göründüyü kimi, hazırkı hüquqi əhəmiyyətli fakt mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi ilə bağlı olduğundan, mülki prosessual qanunvericiliyə əsasən həmin kateqoriyalara aid hüquqi faktlara ərizəçinin yaşadığı yerin məhkəməsində baxılmalıdır. İş materiallarından görünür ki, ərizəçi A.S.A. qızı ünvan 1 ünvanında qeydiyyatdadır. Ərizəçinin hazırda rəsmi qeydiyyatda olduğu ünvan Bakı şəhəri Nəsimi rayonunun inzibati ərazisinə daxil deyildir. Ona görə məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilən zaman ərazi aidiyyəti normalarına riayət edilmədiyindən, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Bununla yanaşı Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinin tələbinə əsasən ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığı üçün ərizəçi tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edilən zaman ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ona geri qaytarılmalıdır. Məhkəmə qeyd edir edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 35.1, 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi A.S.A. qızının 1 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisini maraqlı şəxs qismində cəlb etməklə "mirasın qəbulu müddətinin bərpa edilməsi" hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul dövlət büdcəsindən ona geri qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Ərizəçiyə izah edilsin ki, ərizənin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Qaralov
Məhkəmə qərarları › İş №2(006)-2344/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2344/2024
01.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver