Məhkəmə qərarları › İş №2(006)-2352/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2352/2024

23.09.2024 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2352/2024 23.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, Ərizəçi X5 Maraqlı şəxs qismində cəlb edilməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə" ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci ildə doğulmuş əri X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci ildə doğulmuş X6 onun əridir. O, anadangəlmə əlildir və daim kənar şəxslərin himayəsinə ehtiyacı vardır. O, psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Bu səbəbdən də o, işləməyərək ona qulluq edir, daim nəzarərdə saxlayır. O, 2-ci dərəcəli müddətsiz əlildir və əlilliyə görə təqaüd alır. Hazırda isə 1-ci qrup əlillik dərəcəsi verilmişdir. Lakin onun aldığı təqaüd onun saxlanması və müalicəsi üçün kifayət etmir. O işləmədiyi və qazanc yeri olmadığı üçün onu saxlamaqda çətinlik çəkir. Əgər məhkəmə qaydasında əri fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə bu zaman, o, onun üzərində qəyyum təyin olunarsa, ona qəyyum kimi veriləcək yardım onu saxlamaqda maddi cəhətdən bir az da olsa kömək olacaqdır. Yuxarıda göstərilənləri nəzərə alaraq xx.xx.1955-ci il təvəllüdlü əri X2 psixi qüsurlarına görə hal-hazırda hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək Ərizəçi əsl iddiaçı X8 ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi X8 yuxarıda göstərilən məzmunda izahat verərək, işə onun iştirakı olmadan baxılması və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. AA2387983 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Nəsimi rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 124357 saylı vəsiqənin surətindən görünür ki, X6 ikinci qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Nərimanov rayon Tibb Mərkəzi” X9 Ambulator kitabçadan çıxarışın surətindən görünür ki, X4 hər iki beyin yarımkürəsində çoxsaylı kəskin işemik insult, Sağ tərəfli hemipilegiya motor afaziya, Beynin xroniki işemiyası, Arterial hipertenziya diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 1753 saylı ambulator məhkəmə psixatrik ekspertizasının rəyindən görünür ki, X3 “vaskulyar demensiya (ağıl zəifliyi)” (F01.0) qeyd olunur. Bunu anamnestik məlumatlar (yaddaşın zəifləməsi, davranışının qeyri-adekvat olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Nərimanov rayon Tibb Mərkəzi” X10 “hər iki beyin yarımkürəsində çoxsaylı kəskin işemik insult. Sağ tərəfli hemipilegiya motor afaziya. Beynin xroniki işemiyası. Arterial hipertenziya” diaqnozu ilə stasionar müalicədə olması), həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər, zahirən narahat və bir qədər gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları anlamaması, əhvalruhiyyənin dəyişkən olması, maraq dairəsinin dar olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. X3 “vaskulyar demensiya (ağıl zəifliyi)” aşkar edilir və o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə müəyyən olundu ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü, 317.2-ci, 317.3cü, 318.2-ci və 321.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 1753 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən X6 oğlunun psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən ərizə təmin olunmalı, xx.xx.1955-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar