Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-238/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Vüsalə Musayeva Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh “X2 və Ticarət Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı nümayənəliyinə qarşı "son haqq-hesabın ödənilməsi" tələbinə dair mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh “X2 və Ticarət Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı "son haqq-hesabın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2 və Ticarət Anonim şirkəti”ndən 1895 manat pul vəsaitinin və iddiaçıya vurulan mənəvi təzminata görə 500 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2016 - xx.xx.2018 tarixində SOCAR Polymer, xx.xx.2019 - xx.xx.2020 tarixində SOCAR Etilen-polietilen zavodunda və son olaraq xx.xx.2020 - xx.xx-2023 Heydər Əliyev adına NEZ (HAOR) zavodunda subpodratçı “X2 və Ticarət Anonim şirkəti”ndə mühəndis vəzifəsində çalışmışdır. İşə götürüləndə 1500 manat (min beş yüz manat) maaşa razılaşıb, hər gün 07.30-18.00, yay aylarında isə 07.30-18.30 saatlarında işləməyə razılıq vermişdir. İşçi gündə 8 saat, həftədə isə 40 saat işləməli olduğu halda bayramlarda, bazar günlərində bütün heyət qanundankənar işə çağrılmışlar. Dövlət portalında maaşı 1160 manat göstərilib, amma Paşa Pank kartına isə əvvəlcədən razılaşdıqları kimi 1500 manat hər ay pul yatızdırılıb. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasəsn (işçilərin sayı və ya ştatları ləğv ediləndə) işdən azad edilmişdir. Həmin günü məcburi ərizəyə imza atdırıblar ki, son haqq-hesab portalda göstərilən 1160 manatla hesablanacaq. Əks halda onu müqavilə bitimi ilə işdən azad edəcəklər. İmza atmayan işçilərə bu tərzlə hədə-qorxu gəliblər. Müqavilə bitimi ilə işdən ayrılarkən Əhalinin Sosial Müdafiə Nazirliyinə işsizlikdən sığorta ödənişi üçün qeydiyyata da düşmək olmur. Qanunlara əsasən işçi işdən ayrılarkən son haqq hesab həmin günü hesablanmalıdır. Amma cavabdeh şirkət onun son haqq hesab ödənişini xx.xx.2023-cü ildə deyil, xx.xx.2023-cü il tarixində 1895 manat (min səkkiz yüz doxsan beş manat) kəsirlə etmişdir. Əvvəl şirkət nümayəndəsinə şifahi, sonra baş ofisə mail vasitəsi ilə müraciət etmiş, şikayətinə baxılmamışdır. 5 saylı Bakı Dost Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət edərək izahat vermiş, ona verilən ərizəni, teleqram (sənədə tikilib) vasitəsi ilə “X2 və Ticarət Anonim şirkəti”nin Azərbaycandakı nümayəndəliyinə göndərmişdir. xx.xx.2023-cü il tarixində 8 saylı Bakı Mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2023-cü ildə İMS təyin olunmuş, lakin qarşı tərəf iştirak etmədi. xx.xx.2023ü il tarixinə keçirilməsini xahiş etmişdir. Həmin günü də qarşı tərəf iştirak etmədi.Buna görə də Nasimi Rayon Məhkəməsinə müraciət etməyə qərar vermişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh “X2 və Ticarət Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İddiaçı mülki işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-238/2024 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materialları: 0133186 №-li əmək kitabçasından görünür ki, iddiaçı “X2 və Ticarət Anonim şirkəti”ində xx.xx.2016-xx.xx.2018-ci il tarixlərində keyfiyyətə nəzarət texniki vəzifəsində çalışmış, daha sonra, fasilələrlə xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2020-ci il tarixlərində mühəndis vəzifəsində çalışmışdır. "xxxx" ASC tərəfindən verilmiş hesab əməliyyatları haqqında çıxarışdan görünür ki, İddiaçı hesabına 2022-ci ilin yanvar ayından 2023-cü ilin aprel ayınadək hər ay 1500 manat məbləğində əmək haqqı mədaxil olmuşdur. Sonuncu dəfə aprel 2023 əmək haqqı, may 2023 əmək haqqı və son haqq ödəməsi, təzminat ödəməsi təyinatı ilə hesaba 5905,70 manat mədaxil olmuşdur. 45 №-li əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədər tutduğu vəzifədən azad edilmiş və onunla bağlanan əmək müqaviləsi ləğv edilmiş, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü və 4-cü hissəsinə əsasən işdənçıxarma müavinəti (2437,93 AZN) ödənilməklə istifadə etmədiyi 49 təqvim günü əmək məzuniyyətinə görə 1567,77 AZN pul əvəzi verilməsi əmr edilmişdir. Bakı 5 X3 tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq“ altsisteminə əsasən xx.xx.2023-cü il tarixindən işsiz kimi qeydiyyatdadır və hazırda adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. X1 İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, onun əmək hüquqlarının pozulması barədə müraciətinə idarədə baxılmış, müraciətlə əlaqədar “X2 və Ticarət Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyət göstərdiyi ünvana xx.xx.2023-cü il tarixdə məktub göndərilərək şəxsə aid sənədlərin müvafiq olaraq təqdim edilməsi tələb edilmiş, məktub işəgötürənə xx.xx.2023-cü il tarixdə çatdırılsa da, sənədlər təqdim edilməmişdir. Şəxsin müraciətinə yalnız sənədlərin təqdim ediləcəyi təqdirdə baxılıb cavab veriləcəyi qeyd edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, lakin ekspertizanın keçirilməsi üçün əlavə tədqiqat obyektlərinin təqdim edilməsi barədə ekspert vəsatəti təmin edilmədiyindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Tətbiq edilməli qanunvericilik: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. 290-cı maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmənin qiymətləndirməsi: Beləliklə məhkəmə araşdırması ilə müəyyən edildiyi kimi, iddiaçı işdən çıxarkən onun son haqq-hesabın düzgün ödənilmədiyi barədə tələblə çıxış etmiş, bununla bağlı aidiyyəti orqana müraciət etsə də, müraciəti nəticəsiz qalmışdır. Məhkəmədə qaldırılan iddia üzrə son haqq-hesabın düzgün ödənilib-ödənilməməsi məsələsinin dəqiqləşdirilməsi üçün ekspertiza təyin edilsə də, zəruri sənədlərin təqdim edilməməsi səbəbindən rəy verilməsindən imtina edilmişdir. İddiaçı-işçiyə son haqq-hesabına ödənilməsinə məsul olan cavabdeh-işəgötürən nə məhkəməyə qədərki mərhələdə, yəni X1 müvafiq sorğusuna cavab verməmiş, həmçinin məhkəmə araşdırması zamanı son haqq-hesabının düzgün ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Xüsusilə tərəfin zəruri tədqiqat predmetlərini ekspertə təqdim etməməsi məhkəməyə ekspertiza təyin edilən faktı, yəni şəxsə son haqq-hesabın düzgün ödənilmədiyini təsdiq olunmuş hesab etməyə əsas verir. Bu baxımdan məhkəmə iddiaçının hesablamalarına əsasən ona ödənilməli son haqq-hesabın 1895 manat kəsrlə ödənilməsini qəbul və pozulmuş hüququn bərpa edilməsini əsaslı hesab edir. Məhkəmə iclasında iddiaçının onun haqqı çatan son haqq-hesabın düzgün ödənilməməsi nəticəsində mənəvi zərərə məruz qalmasını da əsaslı hesab edərək, işəgötürənin davranışı nəticəsində iddiaçıya tələb etdiyi 500 manat mənəvi zərərə görə pulun tutulmasını məqsədəuyğun sayır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “X2 və Ticarət Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyindən ödəməli olduğu son haqqhesaba görə 1895 manat pul vəsaiti və iddiaçıya vurulan mənəvi zərərə görə 500 manat tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X2 və Ticarət Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyindən ödəməli olduğu son haqq-hesaba görə 1895 (min səkkiz yüz doxsan beş) manat pul və iddiaçıya vurulan mənəvi zərərə görə 500 (beş yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-238/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-238/2024
06.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver