Məhkəmə qərarları › İş №2(006)-2412/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2412/2025

11.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2412/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 cəlb etdiyi “doğum akt qeydinin bərpa olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 cəlb etdiyi “doğum akt qeydinin bərpa olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum akt qeydini bərpa edərək, Ərizəçi xx.xx.1970-cı il tarixdə Ermənistan Respublikasında anadan olması barədə hüquqi doğum akt qeydində qeyd olunması faktının təsdiq edilib, doğum haqqında şəhadətnamənin alınması barədə qətnamə qəəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. Ailəlidir, iki övladı var və hər ikisi onunla birgə yaşayır. 1988-ci ildə Ermənistan Respublikasından çıxan zaman onların doğum haqqında şəhadətnamələri itmişdir. Bu günə kimi doğum haqqında şəhadətnamələrini bərpa etdirə bilməmişlər. Qeyd edir ki, doğum haqqında şəhadətnaməni bərpa etdirə bilmədiyinə görə atasından qalan əmlakı adına rəsmiləşdirə bilmir və bununla sənədləşmə işlərini həll etməkdə çətinlik çəkir. Buna görə “doğum haqqında şəhadətnamənin bərpası üçün 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona 3-16-5/8- 502/25 saylı, xx.xx.2025-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ aktların təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar'-ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsinin bu cavabından sonra məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətindədir. Sonradan Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğum yerinin Quqark rayonu, Hallavar kəndi, təvəllüdünün xx.xx.1970-ci il tarixi olması və atasının X5 və anasının X1 olmasının müəyyən edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dindirilmiş şahid X2 ifadəsində bildirdi ki, xx.xx.1954-cü il tarixdə Quqark rayonunun Hallavar kəndində anadan olmuşdur. X10 uşaqları bunlardır: Novruzov Ramin, Ərizəçi, Novruzov Mübariz və bir qız övladı Quqark rayonunun Hallavar kəndində anadan olmuşdur. Ərizəçi 1970-ci ilin yay aylarında anadan olmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dindirilmiş şahid X11 ifadəsində bildirdi ki, xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. Ərizəçi onun bibisi oğludur. Özü də Qurbanın dayısı oğludur. Ərizəçi 1970-ci ilin yay aylarında Quqark rayonunun Hallavar kəndində anadan olmuşdur. Bir gün ərizəçi ona bildirdi ki, doğum haqqında şəhadətnaməsini itirmişdir və bu səbəbdən məhkəmədə şahid kimi ifadə verməlidir. İş materialları: 1 saylı Bakı “ASAN Xidmət” X4 tərəfindən Ərizəçi ünvnlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) təqdim edə bilmədiyi üçün doğum haqqında akt qeydinin bərpası tərəflərindən mümkün olmamışdır. “Azərbaycan Respublikası Ailə məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarının 14-cü bəndinə əsasən məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ermənistan SSR Quqark Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Н-СЛ seriyalı 264848 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1977-ci il tarixdə Ermənistan SSR Quqark rayonu Hallavar kəndində anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında X3 qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna xx.xx.2025-ci il tarixli cavabından görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Ərizəçi şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlanılma müddəti (5 il) bitdiyi üçün məhv edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X7 Üzrə Dövlət Komitəsinin məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Komitənin Regional idarəetmə və status şöbəsi tərəfindən 2005-ci ilədək verilmiş qaçqın statusunu təsdiq edən vəsiqələrin verilməsinə əsas olmuş sənədlər Komitənin arxivində saxlanılmadığından, Ərizəçi verilmiş qaçqın statusunu təsdiq edən vəsiqənin verilməsinə əsas olmuş sənədlərin surətinin məhkəməyə təqdim edilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olmaqla xx.xx.2005-ci il tarixdə AZE- 04003596 nömrəli, xx.xx.2014-cü il tarixdə AZE-15021878 nömrəli, xx.xx.2020-ci il tarixdə AA-1996983 nömrəli şəxsiyyət vəsiqələri ilə sənədləşdirilmişdir. Qeyd olunan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən məhkəməyə göndərilməsi mümkün deyildir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.3-cü, 308ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Həmçinin Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, ərizəçinin bərpasını tələb etdiyi halı, yəni Ərizəçi xx.xx.1970ci il tarixdə Ermənistan Respublikası, Quqark rayonu, Hallavar kəndində doğulmasını iş üzrə toplanmış sübutlarla təsdiq etmək mümkündür. Bu halı təsdiq edən sənəd - yəni şəxsə məxsus doğum haqqında şəhadətnamə hazırda mövcud olmadığından, bu hal yalnız aparılmış icraat çərçivəsində toplanmış sübutlarla təsbit olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikası, Quqark rayonu, Hallavar kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Novruzov”, adı “Qurban”, ata adı “Riza”, doğum tarixi “xx.xx.1970-ci il”, doğum yeri “Ermənistan Respublikası, Quqark rayonu, Hallavar kəndi”, ata qrafasında “atası X5, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X3, milliyyəti azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxs1nə həvalə edilsin. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar