Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2416/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə üzrə pulun tutulması» barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, «İddiaçı” MMC ilə bağlanmış 17 iyun 2020-ci il tarixli MAS-2457 saylı “Daxili Lizinq müqaviləsi ləğv edilməsi, lizinq obyekti olan 2020-ci il buraxılışlı, “KHAZAR sd” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220356 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC-yə qaytarılması, Cavabdeh 17 iyun 2020-ci il tarixli MAS-2457 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin yarasız vəziyyətə düşdüyü 11 fevral 2021-ci il tarixə 803.30 manat əsas, 784.48 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 164.87 manat dəbbə pulu, ümumilikdə 1752.65 manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqlədirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, «İddiaçı” MMC ilə bağlanmış 17 iyun 2020-ci il tarixli MAS-2457 saylı “Daxili Lizinq müqaviləsi ləğv edilməsi, Cavabdeh 17 iyun 2020-ci il tarixli MAS-2457 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin yarasız vəziyyətə düşdüyü 10 sentyabr 2020-ci il tarixə 2695 (iki min altı yüz doxsan beş) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan Məhkəmə iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2020-ci il tarixli MAS-2457 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, “KHAZAR sd” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220356 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili Lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 19% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 19088 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19088 manatın 13300 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 28 sentyabr 2020ci il tarixdə 400 manat məbləğində olmuşdir. Eyni zamanda Cavabdeh 17 iyun 2020-ci il tarixli MAS-2457 saylı “Daxili Lizinq müqaviləsi” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 11 fevral 2021-ci il tarixə 803.30 manat gecikdirilmiş əsas, 784.48 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 164.87 manat dəbbə pulu, ümumilikdə 1752.65 manat borcu yaranmışdır. “Daxili Lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin fikrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2020-ci il tarixli MAS-2457 saylı “Daxili lizinq müqaviləsi”ndən görünür ki, Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, “KHAZAR sd” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220356 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 17 iyun 2020-ci il tarixli MAS-2457 saylı “Daxili Lizinq müqaviləsi” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 11 fevral 2021-ci il tarixə 803.30 manat gecikdirilmiş əsas, 784.48 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 164.87 manat dəbbə pulu, ümumilikdə 1752.65 manat borcu yaranmışdır. Beləliklə, iş materiallarından göründüyü kimi lizinq verən lizinq obyekti olan 2020-ci il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220356 ban nömrəli, ağ rəngli avtomobil lizinq alan Cavabdeh istifadəsinə vermiş, eyni zamanda Cavabdeh 17 iyun 2020-ci il tarixli MAS-2457 saylı daxili lizinq müqaviləsinə uyğun öhdəlikləri icra etməsini üzərinə götürmüşdür. Lakin iddiaçının təqdim etdiyi sənədlərdən məlum olduğu kimi, Cavabdeh müqavilə ilə nəzərdə tutulan öhdəlikləri lazımi qaydada icra etməmiş, yəni lizinq ödənişlərini həyata keçirməmişdir. Eyni zamanda zamin Cavabdeh da həmin öhdəliklərin icra edilməsi ilə bağlı heç bir hərəkət etməmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehlərə öhdəliklərin icra edilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının MM-nin 747-2-ci maddsinə əsasən «lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır». Azərbaycan Respublikasının MM-nin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir Azərbaycan Respublikasının MM-nin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikasının MM-nin 748-1.1-ci maddəsinə əsasən, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Azərbaycan Respublikası MM-nin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1 maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, “borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”. Belə ki, cavabdehlərin daxili lizinq müqaviləsi üzrə öhdəliklərini icra etməməsi, bununla da lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi, lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu yaratmış olur. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, iddia tələbi təmin edilməli, İddiaçı MMC ilə bağlanmış 17 iyun 2020-ci il tarixli MAS-2457 saylı “Daxili Lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh 17 iyun 2020-ci il tarixli MAS-2457 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin yarasız vəziyyətə düşdüyü 10 sentyabr 2020-ci il tarixə 2695 (iki min altı yüz doxsan beş) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2020-ci il tarixli MAS-2457 saylı “Daxili Lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 17 iyun 2020-ci il tarixli MAS-2457 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin yarasız vəziyyətə düşdüyü 10 sentyabr 2020-ci il tarixə 2695 (iki min altı yüz doxsan beş) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2416/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2416/2021
22.04.2021 · Müqavilələrin ləğv edilməsi - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver