Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-243/2022 14.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,36 kv.m olan iki otaqlı yaşayış sahəsindən çıxarılması və cavabdehin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,36 kv.m olan iki otaqlı yaşayış sahəsindən çıxarılmasını onun həmin ünvandan pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, hazırki mübahisənin predmetini təşkil edən Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 15, 18 saylı mənzildən Cavabdeh çıxarılması və pasport qeydiyyatından çıxarılması tərəflər arasında bağlanmış barışıq sazişində öz həllini tapmışdır və məhkəmə qərardadı ilə təsdiqlənmişdir. Həmin qərardad artıq qanuni qüvvəsini almışdır. Bu səbəbdən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdeh İddiaçı arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilmiş «1. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 15, 18 saylı mənzildən iddiaçının və övladlarının çıxması üçün cavabdeh 10000 (on min) manat vəsait ödəyir. Həmin vəsait ev satılan zaman iddiaçıya ödəniləcək. 2. Sazişin 1-ci bəndində qeyd olunan məbləğ ödənilən kimi 7 (yeddi) iş günü ərzində iddiaçı və övladları həmin mənzili cavabdehə təhvil verməlidir. 3. Həmin mənzilin satılması ilə əlaqədar cavabdehlə birlikdə mənzilə baxmaq üçün gələn şəxslərin mənzilə daxil olmasına maneəçiliklər iddiaçı tərəfindən yaradılmayacaq. 4. Mənzilə cavabdehlə birgə gələn şəxslər gün ərzində, lakin axşam saat 19:00-dan gec olmayaraq daxil ola bilərlər (səhər saat 10-dan axşam saat 19:00-dək gələ bilərlər). 5. Həmin mənzil satılanda iddiaçı notariat ofisində satılması ilə bağlı sazişin 1-ci bəndində qeyd olunan məbləğ veriləndən sonra razılıq ərizəsi verməlidir. 6 Mənzil satılandan sonra, 30 gün müddətində həmin mənzilin qeydiyyatından iddiaçı çıxmalıdır (iddiaçı və övladları qeydiyyatdan çıxmalıdır).». Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4925/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda İddiaçı mübahisələndirdiyi halla bağlı (mənzildən çıxarılma) yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktında müəyyən olunmuş hallar mahiyyət etibarı ilə eynilik təşkil edir. Yəni iddiaçının hazırda qaldırdığı iddiada mübahisələndirdiyi məsələyə (mənzildən çıxarılmaya) artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-243/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-243/2022
14.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver