Məhkəmə qərarları › İş №2(006)-2487/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2487/2025

30.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2487/2025 30.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi Rzayevna, Maraqlı şəxs2 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi Rzayevnanın maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri 27 saylı Dövlət Notariat Ofisinə qarşı (Maraqlı şəxs2, X3 məhkəmə tərəfindən maraqlı şəxslər qismində cəlb edilməklə) vəsiyyətnamədəki ifadənin həqiqiliyi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Rzayevna maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri 27 saylı Dövlət Ofisinə qarşı vəsiyyətnamədəki ifadənin həqiqiliyi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, - Ərizəçi Rzayevna vəfat etmiş atasının X1 vəsiyyətinin yerinə yetirilməsi üçün vəsiyyətnamənin həqiqiliyinin hüquqi faktının müəyyən edilməsi barədə ərizəsi ilə Bakı şəhəri Nəsimi Məhkəməsinə müraciət edir. Atasının vəsiyyəti - ölümündən sonra malının taleyi ilə bağlı istəklərini ifadə etdiyi bir sənəddir. Vəsiyyətnamə hüquq sənədidir, çünki vəsiyyətnamə miras açıldıqdan sonra xeyrinə edilmiş şəxsin vəsiyyət edənin əmlakına vərəsəlik hüququnu varadır. Vəsiyyət edənin vəsiyyəti qanunun vərəsəlik qaydası haqqında müddəalarından üstündür (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1176-cı maddəsi). - X1 vəsiyyətnaməsinin həqiqiliyi faktının müəyyən edilməsi Nümayəndə1 qanuni hüquq və mənafelərinin yaranmasına əsas verir. Hüquqi faktların müəyyən edilməsinin vacib şərti ərizəçinin bu faktları təsdiq edən müvafiq sənədləri başqa üsulla əldə edə bilməməsidir. - Bədəlova.S.R. atası R.C.Bədəlovun vəsiyyətnaməsinin həqiqiliyini təsdiq etmək və atasının ölümündən sonra vəsiyyətini layiqincə yerinə yetirmək üçün və ya kimisə buna məcbur etmək imkanı yoxdur - buna görə də hüquqi cəhətdən əhəmiyyətli bir faktın X1 vəsiyyətnaməsinin tanınmasına köməklik göstərilməsi üçün məhkəməyə müraciət edir. - Vəsiyyət edən X1 övladları arasında vəsiyyətnamənin həqiqiliyi ilə bağlı heç bir mübahisə yoxdur, çünki atası onlara vəsiyyətnaməni ucadan oxuyub, onlara da oxumağı təklif etdi, sonra isə sənədin həqiqiliyini onlar öz imzaları ilə təsdiqləmişlər. - Atası 2011-ci idən «Azərsu» şirkətindən təqaüdə çıxdıqdan sonra ailənin maddi vəziyyəti çətin idi. Ona görə atası vəsiyyətnaməni yazmışdı, lakin 2014-cü ilin avqustunda onu notariat qaydada təsdiq etməmişdir. 2014-cü ilin iyununda diaqnoz qoyulan atasının qəfildən inkişaf edən sağalmaz xəstəliyi (xərçəng) səbəbindən ailənin maddi ehtiyacı ağırlaşdı, bütün xərclər həkimlərə dərmanlara və onun müalicəsinə gedirdi. - X1 fəaliyyət qabiliyyəti ilə bağlı heç bir şübhə üçün əsas yoxdur, çünki notarius Məmmədov İ.A (Bakı şəhəri 11 saylı notariat kontoru) tərəfindən 2014-cii il avqustun 20dən sentyabrın 5-dək olan müddətdə atasının ünvan 1 ünvanda yerləşən mənzili hədiyyə etməsi üçün onun hüququ və psixoloji qabiliyyətini yoxlamışdır (m.17 b.7, m.35.m.67 Azərbaycan Respublikası «Notariat haqqında qanun»). - Həmçinin konkret şəxslər arasında mübahisənin olduğuna dair heç bir sübut yoxdur: R.C.Bədəlovun vəsiyyətnaməsinin etibarsız sayılması haqqında iddia mərhumun vərəsələrindən X1 25 noyabr 2014-cü il tarixindən indiyədək heç biri mərhumun vəsiyyətnaməsini qaldırmayıb və mübahisə etməyib. X1 vəsiyyətnaməsinin tərtib edildiyi şahidlərin olub-olmaması barədə vərəsələrin heç birində məlumat yoxdur. - 27 saylı Bakı notariat kontorunun notariusu Qurbanov E.H-nin istehsalatında 24 noyabr 2014-cü il tarixdə vəfat etmiş Azərbaycan Respublikasının vətəndaşı X1 ölümündən sonra açılmış naməlum vərəsəlik işidir (ölüm şəhadətnaməsi AZİ № 722283 22 noyabr 2014-ci il). - Atasının vəsiyyətnaməsinin surəti xx.xx.2015-ci il tarixdə 77AB JST «5395836 Etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 tərəfindən şəxsən Qurbanov H-yə təhvil verilmişdir. Vəsiyyətnamənin əsli 25 aprel 2015-ci il tarixdə notarius Qurbanov E.H.yə şəxsən təqdim edilmişdir; Notarius Qurbanov E.H. Nümayəndə1 atasının vəsiyyətnaməsinin həqiqiliyinin təsdiqlənməsi faktı ilə bağlı heç bir izahat verməyib.(Fəsil XİX. Sübutların təmin edilməsi "Notariat haqqında” Qanunun). - Notarius vərəsəlik işi üzrə hüquqi əhəmiyyətli halların dairəsini müəyyən etməli idi, lakin onun yazılı izahatlarına baxmayaraq Qurbanov mirası Qanuna zidd müəyyən edilmiş qaydada bölüşdürmüş, bununla da mərhum X1 vəsiyyətini pozmuşdur. Onun fikrincə, notarius Qurbanov işə baxa bilməz, çünki atasının vəsiyyəti 9 ildən artıqdır ki, heç bir hərəkətsiz onun yanındadır. X1 vəsiyyətinə 9 il 10 ay məhəl qoymayaraq notarius Qurbanov E.H. vəsiyyət edənin iradəsinin əhəmiyyətli dərəcədə təhrif edilməsi ilə nəticələndi. - Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, vəfat etmiş X1 vəsiyyətnaməsinin həqiqiliyinin hüquqi faktının müəyyən edilməsi üçiln şərtlər yerinə yetirilmişdir:

1. Ərizə qanunla birinci dərəcəli vərəsə. 1953-cü il təvəllüdlü X2 tərəfindən verilib. Ərizəçinin yaşı və səhhətinin pis olması, habelə Rusiya Federasiyasında yaşaması səbəbindən sübutların təqdim edilməsinin sonradan qeyri- mümkün və ya çətin olacağına inanmağa əsas var.

2. Ərizəyə əlavə mərhum X1 əlyazma nümunələrinin alınmasının mümkünsüzlüyünü təsdiq edən sübutlar məhkəməyə təqdim olunur. X4 Azərbaycan DTK-dən ehtiyatda olduqdan sonra «Azərsu» 1-ci idarə rəisi vəzifəsində çalışıb. “Azərsu“ya edilən müraciətlər müsbət nəticə vermədi. xx.xx.2025-ci il tarixli 3-53-3/2-B-6xx-xx/1007/2025 saylı cavab məktubunda bildirilib ki, bu sənədlər yalnız məhkəmə yolu ilə tələb olunur. Məhkəmə Tibbi Ekspertiza İdarəsinə edilən müraciətlər müsbət nəticə vermədi. - Əmindir ki, əlyazma ekspertizası atası X1 vəsiyyətnaməsinin həqiqiliyini təsdiq edəcək və Nümayəndə1 pozulmuş vərəsəlik hüququnu bərpa edəcək. Məhkəmə iclasında iştirak edən Ərizəçi Rzayevna ərizəni müdafiə edərək orada göstərilən məzmunda izahat verdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 vəkili və nümayəndəsi Nümayəndə2 hazırkı iş üzrə hüquq haqqında mübahisə olduğundan ərizənin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə maraqlı şəxs X3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: ...259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Maddə 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə kollegiyası hazırkı işin prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün həlli baxımından aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır. Baxılan iş üzrə tələb iki hissədən ibarətdir: vəsiyyətnamədəki ifadənin həqiqiliyi faktının müəyyən edilməsi, vərəsəlik işinin ilkin vəziyyətinə qaytarılması. Qeyd olunmalıdır ki, MPM-də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir. Bununla da qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübahisəsiz faktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırmış olur. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa, MPM-in 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur. Lakin istinad olunan maddələr iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olduğu kimi başa düşülməməlidir. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn əldə olunması (məsələn, miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı sübuta yetirməlidir Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri). Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi faktın müəyyən edilməsi barədə məsələyə xüsusi icraat qaydasında baxılması istisna edildiyi üçün həmin hüquqi fakt iddia icraatı qaydasında irəli sürülən tələbin əsasını təşkil edən hüquqi fakta və ya faktlardan birinə çevrilmiş olur. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı isə öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməlidir. Aparılan icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə bu iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır. Əks yanaşma yuxarıda sadalanan mülki prosessual normalara uyğun olmamaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Halbuki belə bir yanaşma mülki işlər üzrə məhkəmə icraatının məqsəd və vəzifələrinə ziddir. İşdən görünür ki, Ərizəçi Rzayevna bacısı Maraqlı şəxs2 tərəfindən atasından miras qalmış əmlak üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığına, halbuki atasından miras almış əmlak üzrə qardaşı Nümayəndə1 verilmiş vəsiyyətnamənin mövcud olmasına istinad edərək, bacısı Maraqlı şəxs2 müraciəti əsasında açılmış vərəsəlik işini mübahisələndirir və notarius tərəfindən mirasın qanunazidd şəkildə bölüşdürüldüyünü bildirir. Odur ki, məhkəmə yuxarıda sadalan hallara istinad etməklə izah edir ki, ərizəçi (subyektiv hüququnun və əsasların olduğu təqdirdə) vərəsəliyi iddia icraatı qaydasında mübahisələndirməklə, hazırda həqiqiliyinin tanınmasını tələb etdiyi vəsiyyətnamənin mövcudluğunu həmin icraat çərçivəsində irəli sürə bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi Rzayevna tərəfindən xx.xx.2025-ci il tarixli 1-802040823 nömrəli qəbz əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoruna qarşı (Maraqlı şəxs2, X3 məhkəmə tərəfindən maraqlı şəxslər qismində cəlb edilməklə) vəsiyyətnamədəki ifadənin həqiqiliyi faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Birbank, xx.xx.2025-ci il tarixli 1-802040823 nömrəli qəbz, saat 11:29) dövlət büdcəsindən Ərizəçi Rzayevnaya qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar