Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2503/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız tutulan pulun qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız tutulan pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun kredit borcunun silinməsi və ondan qanunsuz olaraq tutularan borcun dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə daxil olmuş materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı hazırkı iddia ərizəsini Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə versə də, iş materiallarından görünür ki, cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 1istemindən çıxarılmış məlumatlara əsasən). Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Eyni zamanda hazırkı mübahisə ilə bağlı iddiaçının seçiminə görə və ya müstəsna aidiyyət qaydasının mövcud olması halı da müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: - iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Göründüyü kimi mülki prosessual qanunvericilikdə iddia ərizəsinin forma və məzmununa dair tələblər (ərizədə mütləq qaydada göstərilməli olan hallar), habelə iddia ərizəsinə əlavə edilməli olan sənədlərin siyahısı konkret olaraq müəyyən edilmişdir ki, həmin tələblərə riayət edilməməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələbləri baxımından iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş ərizə iddia ərizəsinin Məcəllə ilə müəyyənləşdirilmiş forma və məzmununa uyğun olmadan tərtib edilərək təqdim edilmişdir. Belə ki, iddiaçı, ondan əsassız tutulduğunu hesab etdiyi pulun qaytarılması tələbini irəli sürsə də, konkret olaraq hansı məbləğin qaytarılmalı olmasını göstərməmişdir. Göründüyü kimi iddiaçının tələbi dəqiq göstərilməmişdir. Eyni zamanda iddiaçı hesabdan çıxarışı ərizəyə əlavə etməmiş, ərizəyə əlavə edilən sənədlər siyahısında cavabdeh tərəfindən dəfələrlə istənilməsinə baxmayaraq təqdim edilməməsini göstərsə də, bununla bağlı banka rəsmi müraciətini əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, habelə iddia ərizəsinin forma-məzmun tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra aidiyyəti üzrə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız tutulan pulun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-2503/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2503/2025
14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver