Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2513/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı şəhəri "Asan Xidmət" X7ni maraqlı şəxs qismində cəlb etdiyi "doğum faktının müəyyən olunmasına dair" ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası, Ədliyyə Nazirliyi 1 saylı Bakı şəhəri "Asan Xidmət" X7ni maraqlı şəxs qismində cəlb etdiyi "doğum faktının müəyyən olunmasına dair" ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü il tarixdə Ermənistan Krasnoselo rayonunun Bəryabad kəndində doğulmağı, adının Mobil, soyadının İsgəndərov kimi yazılmasını, atasının X8, anasının isə (Əliyeva) X9, atasının milliyəti azərbaycanlı, anasının milliyəti azərbaycanlı yazılmaqla doğum faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.1963-cü il tarixdə Ermənistan Krasnoselo rayonunun Bəryabad kəndində doğulmuşdur və 1963-cü ildə Ermənistan SSRnin Qafan rayonu VVAQ İdarəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir .Bildirir ki, o Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış Ermənistan SSR-dən qaçqın düşmüş şəxslərin siyahısındadır. O oradan qaçqın düşdükdən sonra özünə aid bir çox sənədləri, o cümlədən doğum haqqında şəhadətnaməsini də gətirmişdir. Lakin qaçqınlıq həyatı sürdüyü üçün və bu səbəbdən də yaşayış yerini bir neçə dəfə dəyişdiyi üçün doğum haqqında şəhadətnaməsini harada itirdiyini xatırlaya bilmir. Hazırda da o arxivə müraciət edə bilmir. Ona görə ki, Ermənistana gedə bilmədiyi üçün “X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 13-cü bəndinə əsasən yaşadığı yerin qeydiyyat şöbəsinə müraciət etmişdir və doğum akt qeydinin bərpa olunmasını istəmişdir, lakin oradan ona bildirdilər ki, doğum haqqında şəhadətnamə təqdim olunmadığı üçün ərizənin təmini şöbədə mümkün olmamışdır. Bildirir ki, hamıya bəlli olan fakt bundan ibarətdir ki, Qarabağ münaqişəsinə görə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hər hansı rəsmidiplomatik münasibətlər təsis edilməyib. Əgər belə bir münasibət mövcud olsaydı, onun doğum akt qeydinin Azərbaycanda bərpasına ehtiyac da qalmazdı. Məhz bu səbəbdən - Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər olmadığından onun Azərbaycanda doğum akt qeydinin bərpa olunmasına zərurət yaranıb. Bildirir ki, doğum haqqında şəhadətnaməsinin olmasını şəhadətnaməni görən şahidlər də təsdiq edə bilərlər. O , təkrarən doğum şəhadətnaməsi almaq üçün 1 SAYLİ “ASAN XİDMƏT X7nə müraciət etmişdir, lakin əsaslı sənədlər olmadığı üçün doğum haqqında şəhadətnaməni verməkdən şöbədə imtina etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı şəhəri "Asan Xidmət" X7nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 bildirir ki, Ərizəçi onun qardaşıdır və xx xxxxxxx 1963-cü il tarixdə Ermənistanda Krasnoselo rayonunun Bəryabad kəndində doğulub. Onların X1, anası isə X3r. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 bildirir ki, o, Ərizəçi bacısıdır. Onlar 10 bacı-qardaş olublar, Mobil xx xxxxxxx 1963-cü il tarixində Ermənistanda Krasnoselo rayonunun Bəryabad kəndində anadan olub. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi (AA 5389792) xx.xx.1963-cü il tarixində doğulmuşdur. İş materiallarında olan İ-ЗЖ seriyalı, 815123 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1965-ci il tarixində Ermənistan, Krasnoselo rayonunda anadan olmuşdur. X1, anası X3r. İş materiallarında olan 561838 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1972-ci il tarixində Ermənistan, Krasnoselo rayonunda anadan olmuşdur. X1, anası X3r. İş materiallarında olan 1 saylı Bakı “Asan Xidmət” X7 İmişli «Asan xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubda görünür ki, doğum haqqında akt qeydinin bərpası ilə bağlı “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ- hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarının 14-cü bəndinə əsasən məhkəməyə müraciət etməyi tövsiyə olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 305704 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 512 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş 1 saylı Bakı “Asan Xidmət” X7 tərəfindən verilmiş 11 aprel 2025-ci il tarixli arayışdan görünür ki, X9 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, ölüm haqqında xx.xx.1998-ci ildə 01 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına Ərizəçi adına olan hərbi bilet və əmək kitabçası əlavə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-cü maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş X2 X4 2.5.4-cü bəndinin tələbinə görə doğumun qeydə alınması üçün digər sənədlərlə yanaşı uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə əsasən qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmədə ərizəçinin izahatı, şahidlərin ifadələri və\ təqdim olunmuş sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan, Krasnoselo rayonunda doğulmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “İsgəndərov”, adı “Mobil”, ata adı “Həmid” doğum tarixi “xx xxxxxxx 1963-cü il”, doğum yeri “Ermənistan, Krasnoselo rayonu”, milliyyəti “azərbaycanlı”, ata qrafasında “X8, milliyyəti azərbaycanlı”, ana qrafasında “X9, milliyyəti azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan, Krasnoselo rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “İsgəndərov”, adı “Mobil”, ata adı “Həmid” doğum tarixi “xx xxxxxxx 1963-cü il”, doğum yeri “Ermənistan, Krasnoselo rayonu”, milliyyəti “azərbaycanlı”, ata qrafasında “X8, milliyyəti azərbaycanlı”, ana qrafasında “X9, milliyyəti azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2513/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2513/2025
05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver