Məhkəmə qərarları › İş №2(006)-2514/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2514/2025

04.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2514/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçinin nümayəndəsi X10 iştirakı ilə, Ərizəçi 1 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «doğumun qeyd edilmə faktının müəyyən edilməsi»nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi 1 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «doğumun qeyd edilmə faktının müəyyən edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1964-cü ildə Ermənistan SSR, Vardenis rayonu, Böyük Mirzə kəndində doğulmuşdur. 1989-cu ildən etibarən Ermənistanla olan münaqişələrlə əlaqədar ailəsi ilə birlikdə məcburi köçkün kimi Azərbaycanda məskunlaşmışdır. 1998-ci ildə X11 ilə nikaha daxil olmuşdur. Bu nikahdan X30 və X24 doğulmuşdur. Ailəsi ilə birlikdə Azərbaycan Respublikasında Bakı şəhərində yaşayır. Doğum haqqında şəhadətnamə və bütün digər sənədlər orda qalmış və itirilmişdir. Hazırda Ərizəçi Azərbaycanda müvəqqəti yaşayış icazəsini əldə etmək üçün müraciət etmişdir. Həmçinin, ərizəçi Azərbaycan vətəndaşlığı əldə etmək və X4 vərəsəlik işinin açılması üçün müraciət etmək niyyətindədir. Hazırda müvəqqəti yaşayış icazəsini əldə etmək, Azərbaycan vətəndaşlığı əldə etmək və vərəsəlik işinin açılması üçün müraciət etmək üçün ərizəçidən doğum haqqında şəhadətnamə tələb edilir. Ərizəçi doğum haqqında şəhadətnaməsini əldə etmək üçün 1 saylı Asan Xidmət mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan məlum olur ki, Ərizəçi barəsində Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin arxivində doğum akt qeydi aşkar olunmamışdır. Ona görə də yaranmış problemlə əlaqədar doğum akt qeydinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, Ərizəçi doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 3.Daha sonra ərizəçinin nümayəndəsi X20 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Ərizəçi xx.xx.1964-cü ildə Ermənistanın Vardenis rayonu, Böyük Mirzə kəndində doğulmasının qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında akt qeydlərində soyadı “Alıyev”, adı “Faiq”, ata adı “Nəbi”, doğum tarixi xx.xx.1964-cü il, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistanın Vardenis rayonu Böyük Məzrə kəndi”, ata qrafasında X1, milliyyəti azərbaycanlı, ana qrafasında anası X12, milliyyəti azərbaycanlı kimi qeydiyyat aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X20 ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İş üzrə maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iclasında şahid qismində dindirilən X21 ifadəsində bildirmişdir ki, ərizəçinin qardaşıdır. Ərizəçi 1964-cü ildə anadan olmuşdur. Analarının adı Qəmərdir, onun ata soyadı Yusifova olmuşdur, evləndikdən sonra Alıyeva soyadını almışdır. Atalarının adı X3r. Soyadlarında fərqlər var, bəzilərinin soyadı Əliyev, bəzilərinki isə Alıyevdir. Keçmiş Vardenis-Basarkeçər rayonundandırlar. Anası Basarkeçər rayonunun Günəşli kəndində, atası isə həmin rayonun Böyük Məzrə kəndində anadan olmuşdur, qardaşı da oradandır. O, uşaqların ən kiçiyidir, Günəşlidə tək doğulan odur. 7.Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində bildirmişdir ki, adı X13r, lakin qeydiyyatda ermənilərdə “Q” hərfi olmadığına görə adı “Kamza” yazılmışdır. Ərizəçi onun qardaşıdır. Onun soyadı da bəzi yerlərdə Əliyeva, bəzi yerlərdə isə Alıyeva kimi yazılmışdır. 1964-cü ildə Göyçədə, Vardenis rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur. Analarının adı Qəmər, atalarının adı Nəbi, soyadları isə Alıyevdir. Atasının atasının adı Tanrıverdi, anasının atasının adı Hüseyndir. 8.Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan SSR Vardenis rayonu Böyük Məzrə kəndində anadan olmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmiş və bu səbəbdən doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsi üçün 1 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3- 16-5/8-450/25 saylı cavab məktubu ilə ərizəçiyə məhkəməyə müraciət edilməsini tövsiyə edilmişdir. Ərizəçi də hazırki tələblə məhkəməyə müraciət etmişdir. b) Mülki işin materialları: 10.Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixdə verilən sürücülük vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistanda doğulmuşdur. 11.Mülki işin materiallarında olan ПВ seriyalı, 010114 nömrəli diplomun surətindən görünür ki, Ərizəçi 1982-ci il tarixdə Soyuducu və Kompressor Maşınları və X2 daxil olmuşdur. 12.Mülki işin materiallarında olan X5 Xidməti tərəfindən verilən sənəddən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan SSR Vardenis rayonu Məzrə kəndində doğulmuşdur. 13.Mülki işin materiallarında olan İ-ЖЗ seriyalı, 500409 nömrəli doğum haqqında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1962-ci il tarixdə Ermənistan SSR Basarkeçər rayonu Böyük Məzrə kəndində doğulmuşdur. X1, anası X7r. 14.Mülki işin materiallarında olan İ-ЖЗ seriyalı, ******* nömrəli doğum haqqında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1968-ci il tarixdə Ermənistan SSR, Basarkeçər rayonu, Böyük Məzrə kəndində doğulmuş, atası X8, anası X9r. 15.Mülki işin materiallarında olan İ-СЛ seriyalı, 430626 nömrəli doğum haqqında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1974-cü il tarixdə Ermənistan SSR, Vardenis rayonunda doğulmuş, atası X8, anası X9r. 16.Mülki işin materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, “Azərbaycan Respublikası Ailə məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”-ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Bildirilir ki, müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədi doğum haqqında şəhadətnaməni təqdim edə bilmədiyi üçün doğum haqqında akt qeydinin bərpası tərəflərindən mümkün olmamışdır. “Azərbaycan Respublikası Ailə məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarının 14-cü bəndinə əsasən məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 17.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – Mülki- Prosessual Məcəllənin) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 18.Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 19.Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 20.Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 21.Mülki-Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 22.Mülki-Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 23.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 24.Həmin Qərarın 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 25.Həmin Qərarın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 26.Hazırki iş üzrə işin araşdırılan hallarından göründüyü kimi Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası Vardenis rayonu Böyük Məzrə kəndində anadan olmuşdur. Daha sonra ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Hazırda ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. 27.Göründüyü kimi ərizəçinin müvafiq sənədləri başqa qaydada əldə etməsi qeyrimümkündür. Məhkəmədə tədqiq edilmiş sənədlərlə isə ərizənin əsaslı olması tam təsdiq olunur. 28.Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt təsdiq edilir, ona görə də ərizə təmin edilməli, Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu Böyük Məzrə kəndində anadan olmasının qeyd edilməsi faktı müəyyən edilməklə doğum haqqında şəhadətnamə verilməli, Ərizəçi təvəllüdü xx.xx.1964-cü il, doğulduğu yer Ermənistan Respublikası, Vardenis rayonu, Böyük Məzrə kəndi, atası X8, milliyyəti azərbaycanlı, anası X14, milliyyəti azərbaycanlı kimi yazılmalıdır. 29.Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 30.Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 31.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi təvəllüdü xx.xx.1964-cü il, doğulduğu yer Ermənistan Respublikası, Vardenis rayonu, atası X8, milliyyəti azərbaycanlı, anası X14, milliyyəti azərbaycanlı kimi yazılsın. Hazırki qətnamə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar