Məhkəmə qərarları › İş №2(006)-2533/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2533/2021

02.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2533/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh X1 iştirakı ilə, İlk iddia üzrə iddiaçı qarşılıqli iddia üzrə cavabdeh "xxxx" MMC-nin cavabdehlər X3, X4, Cavabdeh3 və Cavabdeh4 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə cavabeh X1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “fərdi yaşayış evinin əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər X3, X4, Cavabdeh3 və Cavabdeh4 qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Eyni zamanda ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X3 iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı « fərdi yaşayış evinin əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması və s.» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2533/2021 saylı, 13.04.2021-ci il tarixli qərardadı ilə cavabdeh X1 iddianın təmin tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilmiş, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ünvan 1 ünvanında tikinti işlərinin aparılması İddiaçı MMC və başqa şəxslərə qadağan edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2533/2021 saylı, 20.04.2021-ci il tarixli qərardadı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X1 iddianın təmin tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilmiş, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ünvan 1 ünvanında söküntü işlərinin aparılması ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə və başqa şəxslərə qadağan edilmişdir. Sonradan - ilk iddia üzrə iddiaçı qarşılıqli iddia üzrə cavabdeh "xxxx" MMC məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin geri qaytarılması və ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh X3 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılması və ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Həmçinin ilk iddia tələbi üzrə işə də mahiyyəti üzrə baxılmamasını və ilk iddia üzrə iddiaçı qarşılıqli iddia üzrə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 nömrəli Qərarının 15-ci bəndində əsasən iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hər iki iddia tələbləri üzrə iddiaçılar tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddiaçı "xxxx" MMC-nin cavabdehlər X3, X4, Cavabdeh3 və Cavabdeh4 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair ilk, X1 "xxxx" MMC-yə qarşı “fərdi yaşayış evinin əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalı, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2533/2021 saylı, 13.04.2021-ci il tarixli qərardadı ilə tətbiq olunmuş ünvan 1 ünvanında tikinti işlərinin aparılmasının İddiaçı MMC və başqa şəxslərə qadağan edilməsi”nə dair və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2533/2021 saylı, 20.04.2021-ci il tarixli qərardadı ilə ünvan 1 ünvanında söküntü işlərinin aparılmasının ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə və başqa şəxslərə qadağan edilməsinə dair iddianı təmin etmə tədbrləri ləğv olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər X3, X4, Cavabdeh3 və Cavabdeh4 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair ilk, X1 "xxxx" MMC-yə qarşı “fərdi yaşayış evinin əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2533/2021 saylı, 13.04.2021-ci il tarixli qərardadı ilə tətbiq olunmuş ünvan 1 ünvanında tikinti işlərinin aparılmasının İddiaçı MMC və başqa şəxslərə qadağan edilməsi”nə dair və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2533/2021 saylı, 20.04.2021-ci il tarixli qərardadı ilə ünvan 1 ünvanında söküntü işlərinin aparılmasının ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə və başqa şəxslərə qadağan edilməsinə dair iddianı təmin etmə tədbrləri ləğv edilsin. İddianı təmin etmənin ləğv edilməsinə dair hissədə qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə həvalə edilsin. İlk iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu isə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X2 aid edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar