Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2538/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh ("xxxx" MTK mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh ("xxxx" MTK mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətimdə olan, Bakı şəhəri, Nəsimi rayonu. Azadlıq prospekti, ev-108, mənzil-97 ünvanında yerləşən mənzilindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev-108, mənzil-97 ünvanında yerləşən mənzilindən, 01 oktyabr 2024-cü ildən 01 may 2025-ci il tarixinədək,cəmi 7 ay qanunsuz istifadə etdiyi hər ay üçün 800 manatdan olmaqla cəmi- 5600 manat kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş emişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti, ev-108, mənzil-97 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Belə ki, həmin mənzili alqı-satqı müqaviləsi əsasında əldə etmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sonradan Cavabdeh heç bir mülkiyyət və qeydiyyat hüququ olmadan və pasport qeydiyyatına alınmadan həmin mənzildə müvəqqəti olaraq kirayədə yaşamasına razılıq vermişdir. Son zamanlar mənzilində təmir işləri aparmaq və özünün həmin mənzildə yaşamaq istədiyini onun nəzərinə çatdıraraq mənzilin boşaldılmasını xahiş etmişdir. Lakin, uzun müddət keçməsinə və dəfələrlə mənzilin boşaldılmasına dair tələblərinə baxmayaraq o, mənzildən səbəbsiz olaraq çıxmır və bununla da onun mülkiyyət hüquqlarını sərbəst həyata keçirməyinə mane olur. Hesab edir ki, Cavabdeh onun xüsusi mülkiyyətində olan mənzilindən çıxmaması tamamilə qanunsuzdur və mənzildən məcburi qaydada çıxarılmalıdır. Cavabdehin onun xüsusi mülkiyyətində olan mənzilindən çıxarılması üçün Bakı şəhər Nəsimi rayon polis idarəsinə müraciət etmişdir. Lakin, polis idarəsindən ona bildirilmişdir ki, mənzildən məcburi qaydada çıxarılma barədə qərar qəbul edilməsi məhkəmə orqanlarının səlahiyyətindədir. Bundan başqa hesab edir ki, cavabdeh X2 mənzilindən qanunsuz olaraq istifadə etdiyi müddətin də kirayə haqqı ondan tutularaq kompensasiya halında ona ödənilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: Məkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, belə razılığa gəlinmişdir ki, "xxxx" MTK tərəfindən Cavabdeh mənzillə təmin olunanadək iddiaçıya məxsus mənzildə kirayədə yaşasın. MTK tərəfindən ev hazır edilmiş və cavabdehə rəsmi müraciət edilmişdir ki, evi təhvil alsın. Mənzil cavabdeh tərəfindən təhvil alınsa da, iddiaçıya məxsus evdə qalmaqda davam edir. Əsas da onu gətirir ki, mənzili mebellə təmin edilməyib. MTK öhdəliyini yerinə yetirərək mənzili cavabdehə təhvil verdiyindən, onun tərəfindən kirayə haqqı 1 il yarımdır ki, ödənilmir. Bu müddət ərzində də cavabdeh mənzildə heç bir haqq ödəmədən yaşayır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında bildirmişdir ki, onu "xxxx" MTK zor gücünə bu evə köçürmüşdür. 4 ildir ki, bu ünvanda yaşayır. 2024-cü ilin dekabr ayında Nümayəndə ona zəng etdi ki, ev hazırdır, köçməlidir. Lakin o demişdir ki, "xxxx" MTK ona rəsmi heç bir məlumat verməmişdir. B.Telmana demişdir ki, gedib MTK tikən evə baxsın, əgər, ev təmirlidirsə o köçsün. B.Telman getdi baxdı, ev xoşuna gəldi. Həmin evi indi kirayə qaldığı evlə dəyişmək istədi, amma o, razı olmamışdır. Evləri dəyişməklə bağlı imtinası B.Telmanın xoşuna gəlməmişdir. Sonra onda gedib evə baxmışdır. Ev çox ucuz materiallarla təmir olunmuşdur. Evdə işıq, kombi, mətbəx mebeli, sanuzel, bir sözlə, heç bir şey yoxdur. Demişdir ki, şəraitsiz evə qışda uşaqla necə köçsün. Sonra B.Telman 24-lük balaca bir kombi alıb evə atmışdı. 200 kv.metrlik evi 24-lük kombi necə isidəcək. B.Telmana demişdir ki, kombini quraşdırsınlar, bəlkə, borular partlayacaq elə. "xxxx" MTK hər şeyi ucuz materialdan etdiyi üçün digər qonşularda da belə hallar baş vermişdir. Onun məcburi qaydada çıxarıldığı evində qabyuyan maşın, mətbəx mebeli, pərdələr, İtaliya istehsalı cakuzi vanna və s. əşyaları qalmışdı. Onu öz evindən köçürdəndə "xxxx" MTK-nın əməkdaşları dedilər ki, maşında yer yoxdur sonra əşyaları göndərəcəyik. 4 ildir ki, ona heç bir əşyanı gətirib vermədilər. Hər yerə şikayət etmişdir. Demişdir ki, heç olmaya yəqin ki, yeni evə gətirib əşyaları qoyarlar. Heç nə qoymayıblar. Evdə heç nə yoxdur. Onun elə tək İtaliya istehsalı cakuzi vannanın qiyməti 6000 manat idi. Mənzildən çıxmağa o şərtlə razıdır ki, "xxxx" MTK ona 10.000 manat pul versin və o, özünə əşya alsın. MTK yeni evin açarlarını ona vermişdir, istədiyi vaxt evinə daxil ola bilir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Respublikasının Əmlakın Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarşa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 saylı evin 97 saylı mənzilinin mülkiyətçisi İddiaçıdır. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-4004/2021 nömrəli qərarından görünür ki: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-1385/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 2017-ci il tarixli, 172 saylı Sərəncamına əsasən sökülməsi və yerində yeni binanın inşasına icazə verilmiş, qəzalı vəziyyətdə olan binanın ... 15 saylı mənzilinin sahibi Cavabdeh və onlarla birgə yaşayan ailə üzvləri tərəfindən törədilən maneçiliyin aradan qaldırılması, ... Azadlıq prospekti 80 mənzil 15-də yaşayan Cavabdeh ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 88,7 kv.m olan mənzildən ümumi sahəsi 156 kv.m olan Səməd Vurğun küçəsi 77 saylı evin 85 saylı mənzilinə "xxxx" MMC-nin vəsaiti hesabına köçürülmələri və cavabdehlər Azadlıq prospekti 80 ünvanda tikilən yeni binadan yaşayış mənzilləri ilə təmin edilənədək, onların kirayə haqqının "xxxx" MMC tərəfindən ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 894/2021 nömrəli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin “Azadlıq prospekti 80 ünvanında tikilən yeni yaşayış binasında cavabdehlərə təmin ediləcək yaşayış mənzillərinin sahələri ilə bağlı” hissədə dəyişdirilməsi: ... cavabdeh X1 məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yeni yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, 61 nömrəli mənzilin təhvil veriləcəyi müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.. - Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-4004/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC ilə Bayramov X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Bayramov X3 prospekti ev 108, mənzil 97-ni aylıq kirayə haqqı 800 manat olmaqla 1 il müddətinə icarəyə vermiş, müqavilə bağlanan gün 9600 manat kirayə haqqı və aylıq 40 manat olmaqla bir illik 480 manat kommunal xərc nağd şəkildə ödənilmişdir. "xxxx" MTK-nın xx.xx.2021-ci il tarixli 6/51 saylı Cavabdeh ünvanladığı bildirişdə göstərilmişdir ki, “Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-894/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, "xxxx" MTK tərəfindən sizə Azadlıq prospekti 80 ünvanında tikiləcək yeni yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbəsində sahəsi 191,8 kv.m. olan 4 otaqlı, 61 nömrəli mənzilin təhvil verilməsi qət edilmişdir. Bildirilir ki, "xxxx" MTK tərəfindən məhkəmə qətnaməsi icra edilmişdir, sizin Azadlıq prospekti 80 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 191,8 kv.m olan mənziliniz yaşayış üçün yararlıdır və təhvilə hazırdır.” xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 675.Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 saylı evin 97 saylı mənzili İddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla xüsusi mülkiyyətindədir. Məhkəmə qərarı əsasında iddiaçı Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 2017-ci il tarixli, 172 saylı Sərəncamına əsasən sökülməsi və yerində yeni binanın inşasına icazə verilmiş, qəzalı vəziyyətdə olan binanın 15 saylı mənzilinin sahibi Cavabdeh və onunla birgə yaşayan ailə üzvləri tərəfindən törədilən maneçiliyin aradan qaldırılması, cavabdeh X1 məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yeni yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, 61 nömrəli mənzilin təhvil veriləcəyi, yeni binadan yaşayış mənzili ilə təmin edilənədək, kirayə haqqının "xxxx" MMC tərəfindən ödənilməsi müəyyən edilmişdir. "xxxx" MMC ilə İddiaçı nümayəndəsi Nümayəndə arasında xx.xx.2020-ci il tarixdə kirayə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən aylıq 800 manat kirayə haqqının "xxxx" MMC tərəfindən ödənilməsi müəyyən edilməklə, hazırkı iş üzrə Cavabdeh kirayə mənzillə təmin edilmişdir. "xxxx" MMC tərəfindən, məhkəmə qərarında Cavabdeh təmin ediləcəyi nəzərdə tutulmuş mənzil (Azadlıq prospekti 80, 2-ci giriş, 4-cü mərtəbə, 4 otaqlı, 61 nömrəli mənzil) sonuncuya təqdim edilmiş, bu səbəbdən kirayə haqqının İddiaçı ödənilməsi dayandırılmışdır. Bununla əlaqədar İddiaçı tərəfindən Cavabdeh mübahisəli mənzilin boşaldılması barədə təklif göndərilmiş, cavabdeh isə buna məhəl qoymayaraq mənzildə yaşamağa davam etmişdir. İddiaçı məhkəməyə müraciət edərək cavabdehin mənzildən çıxarılmasını və ödənilməmiş kirayə haqqı olaraq 5600 manatın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək cavabdehin tək qadın olması və maddi vəziyyətini nəzərə alaraq iddianın 5600 manat kirayə haqqının ödənilməsi hissəsinin nəzərə alınmamasını, yalnız mənzildən çıxarılma hissəsində iddia tələbini müdafiə etdiyini bildirmişdir. Hazırda iddiaçı cavabdehin mənzildən çıxarılmasını xahiş edir. Cavabdeh isə "xxxx" MTK tərəfindən mənzilin ona faktiki olaraq təhvil verilməsinə baxmayaraq, həmin mənzilin mebellə və istilik sistemi ilə təchiz edilməməsi, habelə məcburi qaydada çıxarıldığı əvvəlki evində olan əşyalarının "xxxx" MTK tərəfindən ona qaytarılmayacağı və ya bunun əvəzində ona 10.000 manat veriləməyəcəyi təqdirdə mənzili tərk etmək niyyətində olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli mənzilin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. İşdən görünür ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir və onun həmin evdən tam istifadə etmək hüququ vardır. Lakin cavabdehin həmin evdə yaşaması onun hüquqlarını məhdudlaşdırır, istifadəsinə maneçilik törədir. Məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçıya məxsus mənzildə kirayə yaşamasına əsas, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Cavabdeh mənzillə təmin etmək öhdəliyi daşıyan “Fədək MTK” tərəfindən həmin qərarda nəzərdə tutulan mənzilin gələcəkdə ona təhvil verilməsi olmuşdur. Sonuncu tərəfindən mənzil cavabdehə təqdim edilmiş (məhkəmə iclasında cavabdeh mənzilin açarlarının ona verildiyini, istənilən vaxt mənzilə daxil olmasına hər hansı maneənin olmadığını bildirmişdir), lakin cavabdeh sökülən binadakı evində olan əşyaların ona qaytarılmaması, mənzilin mebel və istilik sistemi ilə təchiz olunmamasını bildirərək, əsassız olaraq mübahisəli mənzildə yaşamaqda davam etmişdir. Göründüyü kimi cavabdehin iddiaçının mənzilində sahibliyi üçün yaranmış əsas aradan qalxmışdır. Ona görə də iddiaçı hazırkı tələbi qaldırmaqda haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən qərarda "xxxx" MTK tərəfindən cavabdehin mənzillə təmin edilənədək kirayə haqqını ödəməsi nəzərdə tutulmuş, mənzil cavabdehə təqdim edildiyindən MTK haqlı olaraq kirayə haqqını ödəməyi dayandırmışdır. Qeyd edilməlidir ki, MTK ilə Soltanova Elmina arasında təhvil verilmiş mənzildəki çatışmazlıqlarla bağlı mübahisə sonuncunun iddiaçının evində haqq ödənilmədən yaşaması üçün əsas deyildir. Göründüyü kimi Cavabdeh mənzildə yaşamağa davam etməklə iddiaçının mülkiyyətində olan əmlak üzərində hüququnun həyata keçirilməsi imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Odur ki, məhkəmə, Soltanova Elminanın MTK-ya qarşı olan tələbləri üzrə ayrıca məhkəmə icraatında iddia qaldırmaq hüququnun olmasını ona izah etməklə, hazırkı halda iddiaçya məxsus mənzildən çıxarılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus olan evdə hazırkı müddətə qədər yaşaması nəticəsində mülkiyyətçinin tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilməməsi, onun bu hüquqdan istifadə imkanının cavabdehin həmin mənzildən istifadə etməsi (tərk etməsinin tələb edilməsinə baxmayaraq hələ də mübahisəli mənzildə yaşamağa davam etməsi) ilə məhdudlaşdırılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 saylı evin 97 saylı mənzilindən çıxarılmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun qaytarılması tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 108 nömrəli evin 97 nömrəli mənzilindən çıxarılsın. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-2538/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2538/2025
12.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver