Məhkəmə qərarları › İş №2(006)-2555/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2555/2020

18.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2555/2020 18.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Sərkərli Sara Vüqar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi x5 x maraqlı şəxs qismində cəlb etdiyi “doğum haqqında akt qeydiyyatının bərpası” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi 20.02.2020-ci il tarixində ərizə ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1955-ci il tarixdə Qazaxıstan Respublikası, Georqiyev rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilməsi, akt qeydləri kitabında doğumu qeydə alınarkən, ata qrafasında “x6”, ana qrafasında “x2” göstərilməsi, doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, o, xx.xx.1955-ci il tarixdə Qazaxıstan Respublikası, Georqiyev rayonunda Yarğanlı kəndində anadan olmuşdur. O, repressiya olmağı barədə Respublika Prokurorluğuna müraciət etmişdir. Bununla belə o, şəxsiyyət vəsiqəsinin surətini, hərbi biletinin surətini və anasının şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Anasının şəxsiyyət vəsiqəsində onunda adı olduğunu bildirilir. Lakin Prokurorluq ondan doğum haqqında şəhadətnaməsini tələb etdi. O, doğum haqqında şəhadətnaməsini nə evdə, nədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktları Reyestri Xidmətində tapılması mümkün olmadı. Bundan sonra onlar ona məhkəməyə müraciət etməyini bildirdilər. Doğum haqqında şəhadətnamənin olmaması onun represiya qurbanı kimi tanınmağında maneə yaradır. Sonda, ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş x7 ifadəsində bildirmişdir ki, x3 onun anasıdır, Ərizəçi isə onun qardaşıdır. Qardaşı Ərizəçi xx.xx.1955-ci il tarixində Qazaxıstan Respublikasının Georqiyev rayonunda anadan olmuşdur. 1956-cı ildə isə ailəsi ilə birlikdə Azərbaycana qayıtmışdır. O, şəhərdə yaşayır, qardaşı isə məcburi köçkün kimi daha sonradan gəlmiş və ünvan 1 ünvanında məskunlaşmışdır. Həmin vaxtda Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x4 ifadəsində bildirmişdir ki, Ərizəçi ilə Cəbrayıl rayonu, Soltanlı kəndində qonşu olmuşdur. Həmin vaxtı valideynlərinin sağ olduğunu qeyd edib. Cəbrayıl rayonu işğal edildikdən sonra məcburi köçkün kimi Bakı şəhəri Nəsimi rayonunda məskunlaşmışlar. Maraqlı şəxs qismində qoyulmuş AR Ədliyyə Nazirliyi Vətəndaşlıq x5 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq x5i Xidmətinin 16 yanvar 2020-ci il tarixli, 05/2-32/69 saylı məktubundan görünür ki, doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə müraciətinizə baxılmışdır. Müraciətinizlə bağlı 1952-1958-ci illər Cəbrayıl rayon qeydiyyat şöbəsi, Soltanlı icra nümayəndəliyi üzrə ilkin, 1959-1973-cü illər bərpa akt qeydləri üzrə vətəndaşlıq x5i xidmətinin arxivində saxlanılan akt qeydləri, habelə vətəndaşlıq vəziyyəti aktları x1 Sistemindəki məlumatlar yoxlanılmış və doğum qeydə alınması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü və 14-cü bəndlərinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədləri təqdim etməklə daimi yaşadıqları yerin qeydiyyat şöbəsinə, akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmazsa, bununla əlaqədar məhkəməyə müraciət edə bilər. Şəxsən gedə bilmədikdə isə notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli nümayəndə vasitəsi ilə müraciət edə bilərsiniz. Bununla yanaşı doğum haqqında akt qeydinin aşkar olunmaması barədə arayış məktuba əlavə olunur. Bununla yanaşı doğum haqqında akt qeydinin aşkar olunmaması barədə arayış məktuba əlavə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun 27 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, təkrarən izah olunur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinin tələbinə görə hüquqi faktlar, o cümlədən şəxslərin qohumluq münasibətlərinin, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl Rayon Qeydiyyat Şöbəsinin 18 fevral 2020-ci il tarixli, 34 saylı məktubundan görünür ki, Cəbrayıl rayon qeydiyyat şöbəsi üzrə, Soltanlı icra nümayəndəliyi üzrə vətəndaşlıq vəziyyəti aktları kitabında doğumunuzla bağlı akt qeydi aşkar edilmədi. Belə halda tərəflərindən təkrar doğum şəhadətnaməsi yazıla bilməz. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nəsimi rayon sektorunun 18 fevral 2020-ci il tarixli, 360 saylı arayışından görünür ki, Ərizəçi həqiqətən də Cəbrayıl rayonundan məcburi köçkündür. Nəsimi rayonu, İ.İsmayılov 24 ünvanında müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan vətəndaşlıq vəziyəti aktlarının reyestri xidmətinin rəisi R.Kərimova tərəfindən verilmiş 15 yanvar 2020-ci il tarixli, 05/2-32/69 saylı arayışından görünür ki, xx.xx.1955-ci ildə Qazaxıstan Respublikasının Georqiyev rayonunda anadan olmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə vətəndaşlıq Vəziyyəti aktları x1 sisteminə 31.12.2019-cu ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbyacan MPM-nin 307.2-ci maddəsinə əsasən “məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir”. Həmin faktların sırasında doğumun qeyd edilmə faktının müəyyən edilməsidə göstərilmişdir (MPM-nin 307.2.3-cü maddəsi). Azərbyacan Respublikası MPM-nin 308-ci maddəsinə görə “məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi Qazaxıstan Respublikasında ona verilmiş doğum haqqında şəhadətnaməsini itirdiyindən və doğum akt qeydini başqa yolla bərpa edə bilmədiyindən, onun ərizəsi təmin edilməli, Ərizəçixx.xx.1955-ci il tarixdə Qazaxıstan Respublikası, Georqiyev rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilməli, akt qeydləri kitabında doğumu qeydə alınarkən, ata qrafasında “x6”, ana qrafasında “x2” göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçixx.xx.1955-ci il tarixdə Qazaxıstan Respublikası, Georqiyev rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Akt qeydləri kitabında doğumu qeydə alınarkən, ata qrafasında “x6”, ana qrafasında “x2”göstərilsin. Doğum faktının müəyyən edilməsi doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Nəsimirayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar