Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2565/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı "barəsində verilmiş əmrin ləğv edilməsi və işə bərpa olunma" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh ASC-yə qarşı "barəsində verilmiş əmrin ləğv edilməsi və işə bərpa olunma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən İddiaçı barəsində qəbul olunmuş 53/k saylı xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və İddiaçı Əməliyyat departamentinin 3 nömrəli “Elmlər'’ filialının kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, uzun illər müxtəlif bank sahələrində çalışmış və əmək kitabçasına uyğun olaraq öz ərizəsi ilə işlərdən azad olunmuşdur. Lakin, cavabdeh təşkilatda xx.xx.2022-ci il tarixdə əmək fəaliyyətinə başlamış və xx.xx.2024-cü il tarixdə qanunsuz olaraq Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndi ilə onu işdən azad etmişdirlər. Bununla bağlı ilkin olaraq Mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh təşkilatın nümayəndələri iştirak etməmişdirlər. Hazırda yeganə yolu cavabdehin hüquqi ünvanı olan Nəsimi rayon məhkəməsinə müraciət etmək və məlum Əmrin ləğv edilməsi və işə bərpa olunmağı barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etməkdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil izahatında bildirmişdir ki, işəgötürən tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsə qarşı haqsızlıq edilmişdir. Belə ki, işçinin işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad edilməsi onun gənc yaşda gələcək karyerasına ciddi zərbə vurmuşdur. Hesab edir ki, işəgötürən tərəfindən bankın eyni əməlləri törətmiş digər əməkdaşlarına qarşı daha humanist davranılmışdır. Təmsil etdiyi şəxsə qarşı qəbul edilmiş işdən azad olma barədə əmri qanunsuz hesab edir, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X24 izahatında bildirmişdir ki, iddiaçı tərəfindən törədilmiş pozuntular aparılmış audit yoxlaması nəticəsində müəyyən edilmişdir və yoxlama nəticəsində pozuntulara yol verilmiş əməkdaşlara onların vəzifələrinə, yəni hansı əmək funksiyalarına cavabdehlik daşımalarına əsasən qiymət verilmişdir. İddiaçı birbaşa kassa əməliyyatlarını həyata keçirmiş işçi kimi ona qarşı əmək müqaviləsinə əsaslı olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İstər iddianın əsassız olması baxımından, istərsə də,iddiaçı tərəfindən müddətin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materialları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbini əsassız olduğundan qəbul etməmişdir və iddia tələbi bu səbəblərdən rədd edilməlidir: 1. İddiaçı vəzifə funksiyalarını yerinə yetirməyərək əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Belə ki, Cavabdeh ASC-nin Daxili Audit Xidmətinin (bundan sonra DAX) xx.xx.2023-cü il tarixli, 17/2023 nömrəli “Valyuta mübadiləsi əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsinin yoxlanılması’’ ekspress yoxlamasının nəticələrinə dair Akt/Hesabata (bundan sonra X35) əsasən 2023-cü ildə X1 (bundan sonra ABS) mübadilə əməliyyatları reyestrlərinin təhlili nəticəsində məzənnələrin artması müəyyən edildikdən dərhal sonra rublun alış məzənnəsinin artdığı günlərdə rublun alışı üzrə əməliyyatların qəsdən - məqsədli olaraq ABS-ə daxil edilməsi tendensiyası aşkar edilmişdir. Filialların və Müştəri Xidmətləri Mərkəzinin (bundan sonra MXM) videokamera görüntüləri, ABS-ə daxil edilən əməliyyatların, habelə elektron növbə sistemindəki reyestrlərin təhlili nəticəsində videoda faktiki olaraq ABS-ə daxil edilən və filiallar üzrə müştərilərin valyuta mübadiləsi əməliyyatları aparması hallarının qeydə alınmaması, elektron növbə sistemindən əldə edilən məlumatların yoxlanılan tarixdə “valyuta mübadiləsi əməliyyatları” üzrə əməliyyatların aparılmadığını təsdiq etməsi və kassirlər tərəfindən nağd valyutanın, yəni ABŞ dollarının mübadilə əməliyyatlarının ABS-ə daxil edilməməsi/əks etdirilməməsi kimi pozuntular aşkar edilmişdir. Daxili Audit Xidməti (bundan sonra DAX) tərəfindən aparılan monitorinq zamanı, yoxlayanların mülahizəsinə görə üç sxemdən istifadə etməklə kassirlər tərəfindən mümkün dələduzluq xarakterli çoxsaylı hərəkətlərə yol verildiyi aşkar edilmişdir: Sxem 1 - Məzənnələrin artması müəyyən ediləndən sonra faktiki olaraq günün birinci yarısında həyata keçirilmiş Bankın rubl alışı əməliyyatlarının günün ikinci yarısı ABS-ə daxil edilməsi; Sxem 2 - Məzənnələrin artması müəyyən edildikdən sonra faktiki olaraq günün birinci yarısında Bankın rubl alışı üzrə həyata keçirilmiş əməliyyatlarının Bankın mövcud müştərilərinə rəsmiləşdirmək yolu ilə ABS-ə daxil edilməsi; Sxem 3 - Maklerləri/şəxsi vəsaitləri cəlb etməklə valyuta mübadiləsi əməliyyatlarının Bankın mövcud müştərilərinə rəsmiləşdirmək yolu ilə aparılması. Kassa işinin təşkili və nağd vəsaitlərlə kassa əməliyyatlarının aparılma (xüsusən, valyuta mübadiləsi əməliyyatları) qaydasını yoxlamaq məqsədilə DAX tərəfindən valyuta mübadiləsi əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsinin ekspress yoxlaması aparılmışdır. ABS-də 2023-cü ildə mübadilə əməliyyatlarının reyestrləri təhlil edilmişdir. Yoxlayanlar tərəfindən rublun alış məzənnəsinin yüksəldiyi günlərdə artan məzənnələri müəyyən edildikdən dərhal sonra rubl alışı üzrə əməliyyatların ABS-ə daxil edilməsi tendensiyası müəyyən edilmişdir (məzənnələrin dəyişməsi ilə və artmış məzənnə üzrə ilk əməliyyatın daxil edilməsi arasındakı zaman fərqi maksimum 5-6 dəqiqə təşkil edir). Yoxlama məqsədilə filialların və MXM-in videokamera görüntüləri, elektron növbə sistemindən reyestrlər tələb edilib. Filialların və MXM-in videokamera görüntülərinin, ABS-ə daxil edilmiş əməliyyatların, habelə elektron növbə sistemindən reyestrlərinin qeydlərinin təhlili nəticəsində aşağıdakı pozuntular aşkar edilib: Elmlər filialında əməliyyat günü ərzində ən az sayda əməliyyat aparıldığı üçün 23 oktyabr 2023-cü il tarixdə 15:00-16:00 arası (rubl almaq üçün əməliyyatların ABS-ə daxil edilmə müddəti) sözügedən filialın videokamera görüntülərinə baxılıb. Aşağıda göstərilən müddətdə bu filialda rubl alışı əməliyyatları üçün ABS-dən qeydlər var. Video çəkilişlərə baxılarkən 23 oktyabr 2023-cü il tarixində saat 15:18-15:20 radələrində aparılan əməliyyatların heç biri müəyyən edilməyib (mübadilə əməliyyatları aparmaq üçün kassaya yaxınlaşan müştərilər olmayıb). Yuxarıda da qeyd etdikləri kimi kassirlər tərəfindən aşağıdakı 3 sxemdən istifadə edilmişdir: Sxem 1. Məzənnələrin artması müəyyən ediləndən sonra faktiki olaraq günün birinci yarısında həyata keçirilmiş Bankın rubl alışı əməliyyatlarının ABS-ə daxil edilməsi. Bu sxem tətbiq edilərkən, faktiki olaraq günün birinci yarısında Bank tərəfindən xidmət göstərilmiş müştərilərin apardığı mübadilə əməliyyatlarını onların öz adlarına rəsmiləşdirilməsi yolu ilə (məzənnə artımından əvvəl) günün birinci yarısında böyük məbləğdə rublun satışı üzrə əməliyyatlar həyata keçirmiş real müştərilərin bütün əməliyyatları məzənnənin artmasından sonra ABSə daxil edilirdi. Bu sxemin tətbiqi nəticəsində Banka külli miqdarda maliyyə zərərinin dəyməsi riski (məzənnə fərqindən yaranmış vəsaitlərin mənimsənilməsi) yaranır. Bütövlükdə, yoxlanılan dövrdə, xüsusilə yanvar 2023 - oktyabr 2023-cü ildə kassirlərin mümkün dələduzluq hərəkətləri nəticəsində Banka dəyən maliyyə zərəri 250 min AZN-ə çata bilər. Hər gün X4 (bundan sonra MD XƏŞ) tərəfindən konvertasiya və mübadilə əməliyyatlarının aparılması üçün məzənnələr müəyyən edilir. MD XƏŞ-dən alınan məlumata əsəsən, gün ərzində bazarın, habelə Bankın nağd valyutaya olan ehtiyacının təhlilindən sonra, əvvəl müəyyən edilmiş valyuta məzənnələrinə (xüsusilə rubl) müştəriləri cəlb etmək məqsədilə - bir qayda olaraq rublun alış məzənnəsinin artırılması istiqamətində yenidən baxılır. DAX tərəfindən 2023-cü ilin oktyabr ayı ərzində Bankın rubl alışı üzrə əməliyyatlarının ətraflı yoxlanılması aparılmışdır. Habelə filiallarda və MXM-də videokamera görüntüləri də istənilmişdir. Bundan başqaİ elektron növbə sistemindən yüklənmiş hesabatlar da təhlil edilmişdir. Aparılan yoxlamalar nəticəsində aşağıdakı faktlar aşkar edilmişdir (təkcə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində kassirlərin mümkün dələduzluq hərəkətləri nəticəsində Banka dəyən maliyyə zərəri 30 min AZN-ə çata bilər). Rublun alış məzənnəsinin artdığı günlərdə Bankın rubl alışı ilə bağlı bütün əməliyyatları məzənnələrin artırılması müəyyən edildikdən sonra ABS-ə daxil edilir. Məsələn, xx.xx.2023-cü il saat 14:45-ə qədər ABS-ə rublun alışı üzrə heç bir əməliyyat daxil edilməmişdir. Filiallar və MXM tərəfindən bütün əməliyyatlar daha sərfəli məzənnələr müəyyən edildikdən sonra, yəni saat 14:45-dən sonra (səhər məzənnəsi ilə 14:45-dən olan məzənnə arasında fərq 10 bənd təşkil edib) əks edilib. Əhəmiyyətli bir məqam da ondan ibarətdir ki, rublun alışı üzrə 36 əməliyyat (39 əməliyyatdan) kassirlər tərəfindən 1 saat ərzində - 14:58-dən 16:04-dək 12 dəqiqəlik intervalla ABS-ə daxil edilib (faktiki olaraq, yeni məzənnə ABS-də 14:52-də qəbul edilib). Həmçinin məzənnələrin dəyişməsi ilə və artmış məzənnə ilə ilk əməliyyatın daxil edilməsi arasındakı vaxt fərqi maksimum 5-6 dəqiqə təşkil edir. Bundan əlavə, DAX tərəfindən 2023-cü il ərzində (yanvar-oktyabr) rubl alışı üçün nağd pul mübadiləsi əməliyyatlarının dinamikası təhlil edilmişdir. Valyuta məzənnələrinin dəyişikliyinin vaxtı, habelə əməliyyatların məbləğinin 5 milyon rubldan yuxarı olduğu günlərdə rublun alışı üzrə əməliyyatların ABS-ə daxil edilmə vaxtı təhlil edilmişdir. Bütün hallarda əməliyyatlar ABS-ə rublun alış məzənnəsi artdıqdan sonra daxil edilmişdir. Bu sxem yuxarıda qeyd olunan bütün əməliyyatlar üçün tətbiq edildikdə, 2023cü ilin yanvarı - 2023-cü oktyabrını əharə edən dövr ərzində Banka dəymiş maliyyə zərəri 250 min manata çata bilər. Ətraflı məlumat Əlavə 3-də verilmişdir. Sxem 2. Artan məzənnələr müəyyən edildikdən sonra faktiki olaraq günün birinci yarısında Bankın rubl alışı üzrə həyata keçirilmiş əməliyyatlarının Bankın mövcud müştərilərinə rəsmiləşdirmək yolu ilə ABS-ə daxil edilməsi. Bu sxem tətbiq edilərkən, günün birinci yarısında az miqdarda rubl satışı üzrə əməliyyatlar həyata keçirən real müştərilərin bütün əməliyyatları, mübadilə əməliyyatlarını günün birinci yarısında Bank tərəfindən əslində xidmət göstərilməyən mövcud müştərilərə rəsmiləşdirmək yolu ilə məzənnə artırıldıqdan sonra bir məbləğlə ABS-ə daxil edilmişdir. Bu sxemin tətbiqi nəticəsində həm nüfuz riski (müştərinin identifikasiyası məlumatlarından öz məqsədləri üçün istifadə etmək), həm də Banka maliyyə zərəri vurma riski (məzənnə fərqindən yaranan vəsaitlərin mənimsənilməsi) mövcuddur. 2023-cü ilin noyabr ayı üçün əməliyyatların təhlilinin nəticələrinə əsasən (müəyyən edilmiş pozuntular barədə kassirlərə DAX tərəfindən xəbərdarlıq edildikdən sonrakı dövr) məzənnələr artıqdan sonra onları bir məbləğ kimi göstərmək üçün onların Bankın mövcud müştərilərinə rəsmiləşdirmə yolu ilə günün birinci yarısında rublun alınması üçün müştəri əməliyyatlarının başlamaması ehtimalına yol verilir. Əgər 2023-cü ilin oktyabr ayında günün birinci yarısında (valyuta məzənnələri yenilənməzdən əvvəl) rublun alışı üçün əməliyyatlar ABS-yə daxil edilmirdisə, noyabr ayında saat 15:00-a qədər əməliyyatların fəal surətdə ABS-ə daxil edilməsi müşahidə edilir (bu vaxt təxmini götürülüb). Məzənnələr artdıqdan sonra rubl alışı üzrə müştəri əməliyyatlarını bir məbləğ kimi göstərmək üçün günün birinci yarısında onlara başlanmamasına görə Bankın bu əməliyyatlar üzrə maliyyə itkilərinin təxmini məbləği hesablanıb. Hesablama kimi noyabr ayı üçün saat 15:00-a qədər ABS-ə daxil edilmiş əməliyyatlar görürülüb. Noyabrın birinci yarısında daxil edilmiş rublun alışı üzrə əməliyyatların ümumi məbləği 5,4 milyon rubl təşkil edib. Orta hesabla rublun məzənnəsinin 10 bənd artımasını nəzərə alsaq, bu əməliyyatlardan mümkün maliyyə itkiləri 5,3 min manata çatacaq. Bir il ərzində bu məbləğ 60 min manata çata bilər. Sxem 3. Maklerləri/səxsi vəsaitləri cəlb etməklə valyuta mübadiləsi əməliyyatlarının Bankın mövcud müştərilərinə rəsmiləşdirmək yolu ilə aparılması. Göstərilən sxem tətbiq edildikdə, əməliyyatların Bankın mövcud müştərilərinə rəsmiləşdirilməsi ilə, maklerlərin/əməkdaşların şəxsi vəsaitlərinin cəlb edilməsi ilə valyuta mübadiləsi əməliyyatlarının aparılması mümkündür. Bu sxem, o cümlədən, həm tənzimləyici, həm də Bankın xəzinədarlığı tərəfindən müəyyən edilmiş gündəlik limitlərin pozulmasından qaçmaq üçün də istifadə edilə bilər. Beləliklə, yüksək ehtimalla, kassa əməkdaşları maklerlərdən yığılan məbləğləri hissələrə bölürdülər (xəzinədarlıq tərəfindən hər müştəri üçün 500 min rubl məbləğində müəyyən edilmiş gündəlik limitdən çox olmamaqla). Bu sxemdən istifadə Bankın bu əməliyyatları faktiki həyata keçirməyən mövcud müştərilərin adına böyük məbləğdə mübadilə əməliyyatlarının rəsmiləşdirilməsi ilə əlaqədar yüksək nüfuz və tənzimləmə riskləri daşıyır (müştərilərin identifikasiyası məlumatlarından istifadə). Bundan əlavə, Elmlər filialından xx.xx.2023-cü il tarixinə olan videokamera görüntülərinin təhlili zamanı nağd valyuta mübadiləsi əməliyyatları üzrə əməliyyatların, daha dəqiq desək, Bank tərəfindən ABŞ dollarının alınması (günün 10:00- 14:00 arası müddətində baxılıb) ABS-ə daxil edilməməsi/əks olunmaması faktları əlavə olaraq aşkar edilmişdir ki, bu da tənzimləmə riskləri daşıyır və AR Vergi Məcəlləsinin 58.7ci maddəsinə uyğun cərimənin tətbiqinə səbəb olur. xx.xx.2023-cü il ərzində günün birinci yarısında dollar alışı üzrə 12 əməliyyat aparılsa da, ABS-də cəmi 190 ABŞ dolları məbləğində əməliyyat əks olunub. Bu fakt kassirlərin Bank müştərilərindən valyuta (ABŞ dolları) almaqda mümkün şəxsi marağından xəbər verir. Məlumat üçün bildirirlər ki, Elmlər filialı üzrə günün ilk mübadilə əməliyyatı yalnız saat 15:18-də ABS-ə daxil edilib. Ümumilikdə, xx.xx.2023-cü il ərzində günün birinci yarısında bütün filial və MXM üzrə ABS- də ABŞ dollarının alışı üzrə ümumi məbləği 6 352,44 ABŞ dolları olan 3 əməliyyat daxil edilmişdir. xx.xx.2023-cü il ərzində valyuta (xüsusilə, rublun alınması) rublun alış məzənnəsi artdıqdan sonra ABS-ə daxil edilib. Digər günlərdə də oxşar vəziyyət müşahidə olunub: 1) xx.xx.2023-cü il - günün birinci yarısında ABS-ə 70 ABŞ dolları və 10 min rublun alışı üzrə 2 (36 əməliyyatdan) əməliyyat daxil edilib. Bütün digər əməliyyatlar rublun alış məzənnəsi artdıqdan sonra daxil edilib (saat 16:00-dan sonra); 2) xx.xx.2023-cü il günün birinci yarısında ABS-ə 504 ABŞ dolları və 10 600 avronun alışı üzrə 4 (54 əməliyyatdan) əməliyyat daxil edilib. Bütün digər əməliyyatlar rublun alış məzənnəsi artdıqdan sonra daxil edilib (saat 16:00-dan sonra). Bu faktı 2023-cü il ərzində Bankın dollar alqı-satqı əməliyyatlarının sayı və məbləği ilə bağlı ABS-ə daxil edilən statistik məlumatlarla təsdiqlənir - yoxlama haqqında məlumat açıqlandıqdan sonra noyabr ayından kəskin sıçrayış müşahidə edilir. DAX tərəfindən aparılan monitorinqlər zamanı kassirlər tərəfindən mümkün dələduzluq xarakterli çoxsaylı hərəkətlərə yol verildiyi aşkar edilmişdir. Bankın kassirlərinin hərəkətləri nəticəsində valyuta mübadiləsi əməliyyatları üzrə 2023-cü ildə əldə edilməyən gəlir 372 min manata çata bilər. (5-ci bölmə) Audit rəyindən də göründüyü kimi Bankın “Elmlər” filialında çalışan Kassa əməliyyatları Şöbəsinin aparıcı mütəxəssisi İddiaçı qanunvericiliyin tələblərini, vəzifə təlimatını və Bankın daxili qaydalarını qəsdən pozaraq vəzifələrini yerinə yetirməmişdir. Bununla bağlı müvafiq videogörüntülər və digər sənədlər Bankda saxlanılır. Lazım olduğu təqdirdə məhkəməyə təqdim edilə bilər. Belə ki, Kassa əməliyyatlarının təşkili şöbəsinin aparıcı mütəxəssisinin Vəzifə Təlimatının 3.1.3-cü bəndinə əsasən MXM-nin əməliyyat kassalarında kassa uçotunun düzgün aparılmasına nəzarət aparıcı mütəxəssisinin vəzifəsidir. Həmin Təlimatın 3.1.11, 3.1.15, 3.1.20 və 3.1.23 bəndlərinə əsasən kassanın işində və öz fəaliyyətində mövcud olan nöqsanlar, onların aradan qaldırılması üzrə görülən tədbirlər barədə rəhbərliyə məlumat verilməsi, öz səlahiyyətləri və səriştəsi daxilində Banka zərər vurulmasına yol verməmək, Bankda müəyyən edilmiş məzənnələr üzrə valyuta mübadiləsi əməliyyatları, iş günü ərzində (səlahiyyətləri daxilində) ABS-də bütün zəruri mühabirləşmələrin başlanması aparıcı mütəxəssisin vəzifəsidir. Bu Təlimatla İddiaçı tanış olmuş və imzalamışdır. Yol verilmiş nöqsanlar vəzifə öhdəliklərinin və əmək intizamının kobud surətdə pozulmasıdır. Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli 53/k nömrəli əmrindən görünür ki, Vəzifə təlimatının 3.1.3, 3.1.20, 3.1.23 və 5.1.1 hissəsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirilməməsi ilə əlaqədar, məhz bankın əməliyyat kassalarında pul vəsaitlərinin uçotunun düzgün aparılmasına nəzarət; kassanın fəaliyyətində və işində mövcud nöqsanlar, onların aradan qaldırılması üçün görülən tədbirlər barədə rəhbərliyə məlumat vermək; öz səlahiyyətləri daxilində banka dəyən zərərin qarşısının alınması, müəyyən edilmiş qaydada şöbənin vəzifə və funksiyalarının yerinə yetirilməməsi (lazımi olaraq yerinə yetirilməməsi); habelə Azərbaycan Respubliaskının Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndində nəzərdə tutulmuş vəzifə öhdəliklərinin yerinə yetirilməməsinə görə əməliyyat departamentinin 3 nömrəli "Elmlər" filialın kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilmişdir. Son iş günü xx.xx.2024-cü il tarixi hesab edilməklə, işçiyə xx.xx.32023xx.xx.2024-cü iş ili hesabından istifadə edilməmiş 9 (doqquz) təqvim günü məzuniyyətə görə pul əvəzi ödənilməsi əmr edilmişdir. Əmrə edilən qeydiyyata əsasən İddiaçı əmrlə xx.xx.2024-cü il tarixdə tanış olmasını və razı olmamasını qeyd etməklə imza etməsi müəyyən edilir. Bakı 3 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş Mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/3/2024-00232 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ASC xx.xx.2024-cü il tarixdə, saat 11:30-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiyanın tətbiqi barədə təklifin tarixi xx.xx.2024-cü il tarix qeyd edilmişdir. İddiaçı adına açılmış 00115663 nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixli 518/k nömrəli əmr ilə “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin əməliyyat departamentinin 3 nömrəli "Elmlər" filialının kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixli 53/k nömrəli əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə həmin vəzifədən azad edilmişdir. “Valyuta mübadiləsi əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsinin yoxlanılması”-nın ekspress yoxlamasının nəticələrinə dair xx.xx.2023-cü il tarixli 17/2023 nömrəli hesabatdan görünür ki, 2023-cü ildə X1 (bundan sonra ABS) mübadilə əməliyyatları reyestrlərinin təhlili nəticəsində məzənnələrin artması müəyyən edildikdən dərhal sonra rublun alış məzənnəsinin artdığı günlərdə rublun alışı üzrə əməliyyatların qəsdən - məqsədli olaraq ABS-ə daxil edilməsi tendensiyası aşkar edilmişdir. Filialların və Müştəri Xidmətləri Mərkəzinin (bundan sonra MXM) videokamera görüntüləri, ABS-ə daxil edilən əməliyyatların, habelə elektron növbə sistemindəki reyestrlərin təhlili nəticəsində videoda faktiki olaraq ABS-ə daxil edilən və filiallar üzrə müştərilərin valyuta mübadiləsi əməliyyatları aparması hallarının qeydə alınmaması, elektron növbə sistemindən əldə edilən məlumatların yoxlanılan tarixdə “valyuta mübadiləsi əməliyyatları” üzrə əməliyyatların aparılmadığını təsdiq etməsi və kassirlər tərəfindən nağd valyutanın, yəni ABŞ dollarının mübadilə əməliyyatları ABS-ə daxil edilməməsi/əks etdirilməməsi kimi pozuntular aşkar edilmişdir. Daxili Audit Xidməti (bundan sonra DAX) tərəfindən aparılan monitorinq zamanı, yoxlayanların mülahizəsinə görə üç sxemdən istifadə etməklə kassirlər tərəfindən mümkün dələduzluq xarakterli çoxsaylı hərəkətlərə yol verildiyi aşkar edilmişdir: Sxem 1 - Məzənnələrin artması müəyyən ediləndən sonra faktiki olaraq günün birinci yarısında həyata keçirilmiş Bankın rubl alışı əməliyyatlarının günün ikinci yarısı ABS-ə daxil edilməsi; Sxem 2 - Məzənnələrin artması müəyyən edildikdən sonra faktiki olaraq günün birinci yarısında Bankın rubl alışı üzrə həyata keçirilmiş əməliyyatlarının Bankın mövcud müştərilərinə rəsmiləşdirmək yolu ilə ABS-ə daxil edilməsi; Sxem 3 - Maklerləri/şəxsi vəsaitləri cəlb etməklə valyuta mübadiləsi əməliyyatlarının Bankın mövcud müştərilərinə rəsmiləşdirmək yolu ilə aparılması. DNS-nin tələblərini pozaraq 2023-cü ildə KƏTŞM tərəfindən kassa əməliyyatlarının düzgün aparılmasının rüblük yoxlamaları keçirilməmişdir. Tənzimləyicinin gələcəkdə tətbiq edə biləcəyi cərimə sanksiyalarının qarşısını almağa imkan verəcək tövsiyənin icrasının effekti 3,7 milyon manata çata bilər. Bankın kassirlərinin dələduzluq hərəkətləri nəticəsində valyuta mübadiləsi əməliyyatları üzrə 2023-cü ildə əldə edilməyən gəlir 372 min manata çata bilər. İddiaçı Cavabdeh ASC-nin İdarə Heyətinin sədri İ.A.Okayevə ünvanlanmış izahatında qeyd etmişdir ki, günün sonunda vurulan əməliyyatlar günün sonunda filiala gələn müştərilər tərəfindən yerinə yetirilmişdir. Müştərilərin günün sonunda kursların dəyişməsi ilə bağlı məlumatı haradan aldıqları ilə bağlı məlumatı yoxdur. Kursun gün ərzində dəyişdirilməsi barədə ona öncədən heç bir məlumat verilməmişdir. Vaxtında vurulmayan alış əməliyyatları müştəri qeydiyyatına görə yubanmışdır. Bu səbəbə görə mübadilə əməliyyatı bir az gec daxil edilmişdir. Bunu etməsində səbəb müştərilərin tələskənliyi və müştəri məmnuniyyətini qorumaq olmuşdur. Burada onun heç bir marağı olmamışdır. Son olaraq qeyd etmişdir ki, bundan sonra müştəri qeydiyyatı olmayan müştərilərə xidmət göstərməyəcək və bu halların bir daha təkrarlanmayacağına söz vermişdir. Cavabdeh ASC üzrə təqdim olunan əmri imzalamaqdan imtina ilə bağlı xx.xx.2024cü il tarixli aktdan görünür ki, Cavabdeh ASC-nin İnsan resursları idarəsinin Kadr kargüzarlığı şöbəsinin müdiri X18, Hüquq idarəsinin rəis müavini, X11 təminatı şöbəsinin müdiri X31 və Təhlükəsizlik idarəsinin İqtisadi təhlükəsizlik şöbəsinin baş mütəxəssisi X34 aktı ondan ötrü tərtib etmişdirlər ki, Cavabdeh ASC-nin Əməliyyat departamentinin 3 nömrəli “Elmlər” filialının Kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “ç” bəndinə uyğun olaraq (əmr 53/k, xx.xx.2024-cü il) xx.xx.2024-cü il tarixində işdən azad olunmuşdur. xx.xx.2024-cü il tarixində əmrlə tanış olmuş, lakin əmri imzalamaqdan imtina etmişdir. Bankın İnsan resursları idarəsindən əmək kitabçasını təhvil almamışdır. "xxxx" MMC-nin Cavabdeh ASC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh ASC tərəfindən xx.xx.2024-cü il tarixində 862450 nömrəli qaimə ilə ünvan 2 ünvanına İddiaçı məktubun göndərilməsi sifariş edilmişdir. Lakin, qeyd olunan ünvanda qapı bağlı olduğu üçün məktub Cavabdeh ASC-yə geri qaytarılmışdır. "xxxx" MMC-nin Cavabdeh ASC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh ASC tərəfindən xx.xx.2024-cü il tarixində 862087 nömrəli qaimə ilə ünvan 3 ünvanına İddiaçı məktubun göndərilməsi sifariş edilmişdir. Lakin, İddiaçı həmin ünvanda aşkar olunmadığı üçün məktub Cavabdeh ASC-yə geri qaytarılmışdır. Cavabdeh ASC-nin İdarə Heyətinin iclasının 01 saylı protokolundan çıxarışdan görünür ki, Əməliyyat idarəsinin Kassa əməliyyatlarının təşkili şöbəsinin meneceri X25; 3 saylı “Elmlər” filialının Kassa əməliyyatları şöbəsinin meneceri X9; 1 saylı “Əcəmi” filialının Kassa əməliyyatları şöbəsinin baş mütəxəssisi X12; Əməliyyat idarəsinin Kassa əməliyyatları şöbəsinin baş mütəxəssisi X32; Əməliyyat idarəsinin Kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və Əməliyyat idarəsinin rəisi X19; Əməliyyat idarəsinin Kassa əməliyyatlarının təşkili şöbəsinin rəisi X2; Əməliyyat idarəsinin Kassa əməliyyatları şöbəsinin meneceri X20; Əməliyyat idarəsinin Kassa əməliyyatları şöbəsinin meneceri X13; 1 saylı “Əcəmi” filialının Kassa əməliyyatları şöbəsinin meneceri X5; 2 saylı “Gənclik” filialının Kassa əməliyyatları şöbəsinin meneceri X21; Əməliyyat idarəsinin Kassa əməliyyatları şöbəsinin baş mütəxəssisi X14; Əməliyyat idarəsinin Kassa əməliyyatları şöbəsinin baş mütəxəssisi X15; Əməliyyat idarəsinin Kassa əməliyyatları şöbəsinin baş mütəxəssisi X16 töhmət şəklində intizam tənbehi verilməsi qərara alınmışdır. Cavabdeh ASC-nin əməliyyat idarəsinin müştəri xidmətləri mərkəzinin/filialın kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisinin vəzifə təlimatının 3.1.3-cü, 3.1.15-ci, 3.1.20ci, 3.1.23-cü bəndlərindən görünür ki, kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisinin MXM-nin əməliyyat kassalarında kassa uçotunun düzgün aparılmasına nəzarət; iş günü ərzində (səlahiyyətləri daxilində) ABS-də bütün zəruri mühabirləşmələrin başlanması; kassanın işində və öz fəaliyyətində mövcud olan nöqsanlar, onların aradan qaldırılması üzrə görülən tədbirlər barədə rəhbərliyə məlumat vermək; öz səlahiyyətləri və səriştəsi daxilində Banka zərər vurulmasına yol verməmək kimi vəzifələri vardır. Cavabdeh ASC tərəfindən məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(006)-2565/2024 nömrəli, məhkəməyə təqdim etdikləri akt-hesabat sənədlərinin 6 saylı qoşmasında adıçəkilən əməkdaşlar barəsində görülən intizam tənbehləri haqqında sorğusuna cavab olaraq təqdim edilən sənədlərdən aydın olur ki, xx.xx.2024-cü il tarixli, 42/k nömrəli əmrlə X10; xx.xx.2024-cü il tarixli, 51/k nömrəli əmr ilə X22; xx.xx.2024-cü il tarixli, 52/k nömrəli əmr ilə Yəhyayev Fərid oğlunun; xx.xx.2024-cü il tarixli, 53/k nömrəli əmr ilə İddiaçı; xx.xx.2024-cü il tarixli, 89/k nömrəli əmr ilə X6 əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli, 45/k nömrəli əmr ilə X20; xx.xx.2024-cü il tarixli, 46/k nömrəli əmr ilə X21; xx.xx.2024-cü il tarixli, 47/k nömrəli əmr ilə X13; xx.xx.2024-cü il tarixli, 48/k nömrəli əmr ilə X16; xx.xx.2024-cü il tarixli, 49/k nömrəli əmr ilə X15; xx.xx.2024-cü il tarixli, 50/k nömrəli əmr ilə X14; xx.xx.2024-cü il tarixli, 54/k nömrəli əmr ilə X5; xx.xx.2024-cü il tarixli, 56/k nömrəli əmr ilə X3; xx.xx.2024cü il tarixli, 57/k nömrəli əmr ilə X26 Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq töhmət verilmişdir. xx.xx.2024-cü il tarixli, 57/k nömrəli əmr ilə X26 xəbərdarlıq elan edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidməti tərəfindən Bakı şəhəri “Mərkəz” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-5/2—31421/2024 nömrəli Cavabdeh ASC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə cavab məktubundan görünür ki, Cavabdeh ASC (VÖEN: 1********) tərəfindən İddiaçı (Fin: xxxxxxx) xx.xx.2022-ci il tarixində müddətli əmək müqaviləsi (bildiriş: xxxxxxx000301) ilə “Əməliyyat departamentinin 3 nömrəli “Elmlər” filialının Kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi” kimi işə götürülmüşdür. xx.xx.2024-cü il tarixində isə həmin əmək müqaviləsinə xitam verilmişdir. İşəgötürən Cavabdeh ASC-nin İdarə Heyətinin üzvü/Maliyyə departamentinin direktoru X17 və işçi İddiaçı arasında bağlanmış tam maddi məsuliyyət haqqında xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, işçi tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona işəgötürən tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütövlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıyır. Bununla əlaqədar vəzifəsinə uyğun olaraq işçi bu vəzifələri yerinə yetirməlidir: 1. «lşəgötürən»in kassasında olan nağd pulun və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin edir və onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər verir və təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görür; 2. Kassada nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat prosedurlarını müvafiq qaydalara uyğun olaraq həyata keçirir; 3. Formalaşdırdıqları pul bağlamalarında kənarlaşmaya (artıqgəlmə, əskikgəlmə və s.) yol vermir; 4. Ona etibar edilmiş nağd pulun və digər qiymətlilərin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin edir; 4. Qiymətlilərin mühafizəsi, daşınması, saxlanması və sair əməliyyatların aparılması, habelə qiymətlilərlə bağlı digər xidməti məlumatları səlahiyyətli vəzifəli şəxslər dairəsindən kənara yaymır; 5. Ona etibar edilmiş əmlakın, o cümlədən nağd pulun və digər qiymətlilərin qorunub saxlanması üçün «işəgötürən»in Nizamnaməsinin tələblərini, daxili reqlamentini və Mərkəzi Bankın normativ xarakterli aktlarında nəzərdə tutulan digər vəzifələri yerinə yetirir.
6. «işəgötürən» tərəfindən ona təhkim olunmuş əsas vəsaitlərin və azqiymətli və tezköhnələn əşyaların (bundan sonra "maddi sərvət" adlandırılacaq) istifadəsinə, qorunub saxlanmasna və nəzarətinə məsuliyyət daşıyır və onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər verir və təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görür. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli iddia müddətinin tətbiqi barədə ərizədə qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Bankda olaraq əmrlə tanış olmuş, lakin əmri imzalamaqdan imtina etmişdir.Bununla bağlı xx.xx.2024-cü il tarixdə X11 Təminatı şöbəsinin müdiri X23, Təhlükəsizlik İdarəsinin İqtisadi Təhlükəsizlik şöbəsinin baş mütəxəssisi X27 və İnsan Resursları İdarəsinin Kadr Kargüzarlığı şöbəsinin müdiri X7 iştirakı ilə müvafiq akt tərtib edilmiş və imzalarla təsdiq edilmişdir.Odur ki, hesab edirlər ki, xx.xx.2024-cü il tarixli, 53/K nömrəli əmr xx.xx.2024-cü il tarixdə İddiaçı verilmişdir. İddiaçı isə mediasiyanın tətbiqi barədə təklifi xx.xx.2024-cü il tarixdə banka göndərmiş, İMS-də iştirakla bağlı arayışı xx.xx.2024-cü il tarixdə almışdır. Beləliklə də əmək mübahisələrinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 1 aylıq müddət ötürülmüşdür. Göründüyü kimi burada söhbət əmrin işçi tərəfindən alındığı gündən yox, həmin əmrin işçiyə təqdim edildiyi vaxt əsas götürülməlidir.Əmr İddiaçı verilmiş, lakin sonuncu onu qəbul etməkdən imtina etmişdir. Əmrin verildiyi tarix xx.xx.2024-cü il hesab edilməlidir. Odur ki, İddiaçı Cavabdeh ASC-yə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə bir aylıq iddia müddəti ötürülməklə məhkəməyə müraciət edildiyindən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş 2023-cü il ərzində ABS-də əks olunmuş əməliyyatlar üzrə Audit rəyində istifadə edilmiş hesablamalara dair cədvəldən görünür ki, İddiaçı 293 əməliyyatla vurduğu (və ya vurması ehtimal edilən) ziyanın məbləği 43707,97 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 25-ci maddəsinin İ hisəssinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli qərarında göstərmişdir ki, Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 4-1-ci hissəsinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur. 70 -ci maddəsinin ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı əmrin ləğvi və işə bərpa tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən İddiaçı barəsində qəbul olunmuş 53/k saylı xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və İddiaçı Əməliyyat departamentinin 3 nömrəli “Elmlər'’ filialının kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, iddia ərizəsində əmrin ləğvi üçün əsas hesab etdiyi dəlilləri barədə hər hansı bir hal göstərməmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi əmrin əsassızlığını daha çox onunla əsaslandırmışdır ki, iddiaçı bir ildən bir qədər artıq müddətdə iş üzrə cavabdeh olan bankda fəaliyyət göstərmişdir, iddiaçı kassa əməliyyatlarını həyata keçirən şəxs kimi ona qarşı tətbiq edilən intizam tənbehi işçinin yerinə yetirdiyi işə, təcrübəsinə və yaşına uyğun olmamışdır. Belə ki, iddiaçının nümayəndəsi ona istinad etmişdir ki, bankda aparılan yoxlama əməliyyatları nəticəsində bir çox əməkdaşın əməllərində pozuntular aşkar edilmiş, lakin bəzi əməkdaşlara yüngül intizam tənbehləri tətbiq edildiyi halda bəzilərinə, həmçinin İddiaçı qarşı isə ən ağır intizam tənbehi olan işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə bu yerdə qeyd etməyi zəruri hesab edir ki, bankda aparılan yoxlama tədbirləri nəticəsində 15 əməkdaş barəsində intizam tədbiri görülmüş, 9 əməkdaşa töhmət, 1 əməkdaşa xəbərdarlıq elan edilmiş, məhz kassa əməliyyatları ilə məşğul olan işçilərə münasibətdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqavilələrinə xitam verilməsi qərara alınmışdır. İddiaçı tərəfindən irəli sürülmüş bu dəlilə münasibətdə cavabdeh tərəf haqlı və əsaslı olaraq göstərmişdir ki, əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qərara alınmış şəxslər digər şəxslərlə müqayisədə bilavasitə valyuta dəyişmə əməliyyatları da daxil olmaqla, kassa əməliyyatlarını icra edən işçilərdir və məhz həmin işçilərin yol verdikləri pozuntular bankın qanunla qorunan mənafelərinə zərər vuran əməllərdir. Digər şəxslər isə həmin əməliyyatlarda birbaşa iştirak etməyən, daha çox nəzarət funksiyalarının icrasında pozuntuya yol vermiş şəxslərdir ki, onlara da münasibətdə işəgötürən tərəfindən alternativ intizam tənbehi tətbiq edilmişdir. Məhkəmə cavabdeh tərəfindən irəli sürülən bu arqumentləri əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı iddiaçı öz mövqeyini daha çox törətmiş olduğu əmələ görə tətbiq edilmiş intizam tənbehində ona qarşı ayrı-seçkilik edilməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, İddiaçı da daxil olmaqla bankın digər əməkdaşlarının əməllərində aşkar edilmiş pozuntulara görə bu və ya digər tənbehin tətbiqi zamanı işəgötürən həmin əməkdaşların əmək funksiyalarının pozuntusundakı iştirakına uyğun olaraq qiymətləndirmə aparmışdır. Əlbəttə, İddiaçı onunla əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi tətbiq edilməklə xitam verilməsinin onda yaratdığı təsərrüatı anlamaq mümkündür. Lakin, işin araşdırılmış halları ilə işəgötürən tərəfindən işçiyə qarşı ayrı-seçkilik edilməsi öz təsdiqini tapmır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh ASC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair əmrinin qanunsuz və əsassız olması ilə bağlı əsaslar aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İş materiallarında olan sənədlərdən məlum olmuşdur ki, Cavabdeh ASC xx.xx.2023-xx.xx.2023 tarixləri arasında valyuta əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsi ilə bağlı audit keçirmiş və audit nəticəsində bir çox nöqsanlar aşkar edilmişdir. Audit nəticəsində də müəyyən edilmişdir ki, İddiaçı öz vəzifə öhdəliklərini kobud surətdə pozmuşdur.Həmin nöqsanlara görə iddiaçı daxil olmaqla 5 işçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikləri səbəbindən işdən azad edilmişdir. Məhkəmə cavabdeh tərəfindən iddia tələbinə münasibətdə iddia müddətinin tətbiq edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən onun əmrlə xx.xx.2024-cü il tarixdə tanış olması müəyyən edilir və iddiaçı əmək mübahisəsi ilə bağlı mediasiya təklifini qarşı tərəfə xx.xx.2024-cü il tarixdə göndərməklə iddia müddətini ötürməmişdir. Ümumiyyətlə isə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi özlüyündə əsassızdır və təmin edilməməlidir.Odur ki, iddia müddətinin tətbiqi üçün bu və ya digər baxımdan əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh ASC-yə qarşı "barəsində verilmiş əmrin ləğv edilməsi və işə bərpa olunma" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Vüsalə Musayeva