Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2566/2024 21.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, iddiaçı Vəlı̇ zadə Samı̇ r Sabı̇ r oğlunun iştirakı ilə, İddiaçı Vəlı̇ zadə Samı̇ r Sabı̇ r oğlunun cavabdeh "Architectural Constructı̇ on Group" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı "dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Vəlı̇ zadə Samı̇ r Sabı̇ r oğlu cavabdeh "Architectural Constructı̇ on Group" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı "dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Architectural Constructı̇ on Group" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ndən ümumilikdə 25.000 (iyirmi beş min) manat pulun və 165 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh "Architectural Constructı̇ on Group" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ arasında bağlanmış 14 iyun 2023-cü il tarixli, 067- A nömrəli müqavilə şərtlərinə görə, ünvan 1 ünvanında sökülmüş mənzilin əvəzinə 45 kv.m olan və əlavə 45 kv.m olmaqla, ümumilikdə cəmin 90 kv.m olan təmirsiz mənzil təhvil veməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən razılaşma əsasında bir kvadrat metri 1650 (bir min altı yaz əlli) manat olmaqla (1650x15 kv.m.= 24750) 15 kv.m sahənin ödənişi 24750 manat məbləğində ona ödənilmişdir. Lakin qalan hissədə 75 kv.m təmirsiz mənzil əvəzinə o 65 kv.m təmirsiz mənzil təhvil verilmişdir. Qalan hissəni cavabdehdən tələb etdikdə ona bunun böyük bir məsələ olmadığını bildirərək yaxın zamanda həll olunacağı bildirilmişdir. Lakin dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə müqavilə şərtlərini pozaraq öhdəliyini yerinə yetirməkdən boyun qaçırmışdır. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçı Vəlı̇ zadə Samı̇ r Sabı̇ r oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Vəlı̇ zadə Samı̇ r Sabı̇ r oğlu ilə "Architectural Constructı̇ on Group" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ arasında xx.xx.2023cü il tarixli, 067/A nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh larutceṫ ıhcrA“ Constructı̇ on Group" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ünvan 2 ünvanda yerləşən yaşayış binasının 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən 49 saylı, ½ otaqlı, ümumi sahəsi 75 kv.m-dən ibarət olan təmirsiz mənzili Əliyar Əliyev küçəsi, ev 41B ünvanında sökülmüş 45 kv.m olan və əlavə 45 kv.m olmaqla, cəmi 90 kv.m mənzili ilə əvəz etməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı bağladığı müqavilə üzrə müqavilədən 15 kv.m az olduğunu iddia edərək, 25.000 (iyirmi beş min) manat pulu, iddia tələbinə görə məhkəməyə dövlət rüsumu olaraq ödədiyi 165 manat pulu cavabdehdən tələb edir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmir. b) Mülki işin materialları: Vəlı̇ zadə Samı̇ r Sabı̇ r oğlu ilə "Architectural Constructı̇ on Group" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ arasında xx.xx.2023-cü il tarixli, 067/A nömrəli müqavilədən görünür ki, "Architectural Constructı̇ on Group" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ünvan 2 ünvanda yerləşən yaşayış binasının 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən 49 saylı, ½ otaqlı, ümumi sahəsi 75 kv.m-dən ibarət olan təmirsiz mənzili Əliyar Əliyev küçəsi, ev 41B ünvanında sökülmüş 45 kv.m olan və əlavə 45 kv.m olmaqla, cəmi 90 kv.m mənzili ilə əvəz etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən razılaşma əsasında bir kvadrat metri 1650 (bir min altı yaz əlli) manat olmaqla (1650x15 kv.m.= 24750) 15 kv.m sahənin ödənişi 24750 manat məbləğində ona ödənilmişdir. Pretenziya məktubunun surətindən görünür ki, iddiaçı Vəlı̇ zadə Samı̇ r Sabı̇ r oğlu 24750 manat pulun "Architectural Constructı̇ on Group" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ndən geri qaytarılmasını tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı cavabdehi qabaqcadan xəbərdar etmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 165 manat məbləğində dövlət rüsumu ödənilmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/5368 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində inşa edilmiş, 41B seylı evin, 49 saylı mənzilinin ümumi sahəsinin içdən-içə 64,5m2 təşkil etdiyi müəyyən edilmişdir. Həmin mənzilin çöldən-çölə ölçülər nəzərə alınmaqla, eyni zamanda Azərbaycan Respublikası Şəhərsallma və Tikinti Məcəlləsinin 59-cu maddəsi və Azərbaycan respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci i tarixli, 07 nömrəli qərarı nəzərə alınmamaqla sahəsinin 75,6m2 təşkil etdiyi müəyyən edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisələndirilən hal cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsinin müqavilə şərtləri ilə uyğun olub-olmamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 32. Eyni Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Mülki Məcəllənin 766-ci maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Mülki Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”: Bənd 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir. Bənd 1.2. Bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 067/A nömrəli müqavilə əsasında yaranmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Archı̇ tectural Constructı̇ on Group" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ünvan 2 ünvanda yerləşən yaşayış binasının 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən 49 saylı, ½ otaqlı, ümumi sahəsi 75 kv.m-dən ibarət olan təmirsiz mənzili Əliyar Əliyev küçəsi, ev 41B ünvanında sökülmüş 45 kv.m olan və əlavə 45 kv.m olmaqla, cəmi 90 kv.m mənzili ilə əvəz etməyi öhdəsinə götürmüşdür. Cavabdeh öz öhdəliyini icra etmiş, yəni inşa etdiyi binada müqavilədə göstərilən mənzili iddiaçıya təhvil vermişdir. Lakin daha sonra iddiaçı Vəlı̇ zadə Samı̇ r Sabı̇ r oğlu mənzilin ümumi sahəsinin 75 kv.m yox 65 kv.m olduğunu iddia edərək hazırki iddia tələbini irəli sürmüşdür. Beləliklə məhkəmə qeyd edir ki, hazırda iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək 25.000 (iyirmi beş min) manat pulun geri qaytarılmasını tələb edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Hazırkı iddiaçıya müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verilibverilmədiyini yoxlamaq məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində inşa edilmiş, 41B seylı evin, 49 saylı mənzilinin ümumi sahəsinin içdən-içə 64,5m2 təşkil etdiyi müəyyən edilsə də, həmin mənzilin çöldən-çölə ölçülər nəzərə alınmaqla, eyni zamanda Azərbaycan Respublikası Şəhərsallma və Tikinti Məcəlləsinin 59-cu maddəsi və Azərbaycan respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci i tarixli, 07 nömrəli qərarı nəzərə alınmamaqla sahəsinin 75,6m2 təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Vəlı̇ zadə Samı̇ r Sabı̇ r oğlu ilə "Architectural Constructı̇ on Group" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ arasında xx.xx.2023-cü il tarixli, 067/A nömrəli müqavilədə mübahisəli mənzilin sahəsinin ölçülərinin içdən-içə, yoxsa çöldən-çölə nəzərə alınması müəyyən edilməmişdir. İşin yuxarıda göstərilən hallarından aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya ümumi sahəsi 75.6 kv.metr olan mənzili təhvil verməyi öhdəsinə götürmüş və öhdəliyini icra edərək həmin sahəyə malik mənzili iddiaçıya vermişdir. "Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1- ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, ekspert rəyi hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Beləliklə də məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar əsasında iddiaçının qeyd etdiyi kimi mənzilin ümumi sahəsinin müqavilədə nəzərdə tutulan sahədən az olması müəyyən edilmədiyindən iddiaçının hazırki iddia tələbi ondan cavabdeh tərəfindən 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin qaytarılması hissəsində əsassız hesab edilməklə rədd edilməlidir Daha sonra məhkəmə iddia tələbinin iddiaçı tərəfindən ödənilən 165 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddia tələbi əsas hissələrdə rədd edildiyindən iddiaçı Vəlı̇ zadə Samı̇ r Sabı̇ r oğlu tərəfindən ödənilən məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddiaçı Vəlı̇ zadə Samı̇ r Sabı̇ r oğlunun cavabdeh "Architectural Constructı̇ on Group" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı "dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəlləniin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Bundan başqa, hazırki iş üzrə iddia tələbi bütövlükdə rədd edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 100 (bir yüz) manat məbləğində pul vəsaiti iddiaçı Vəlı̇ zadə Samı̇ r Sabı̇ r oğlundan tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Vəlı̇ zadə Samı̇ r Sabı̇ r oğlunun cavabdeh "Architectural Constructı̇ on Group" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı "dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddiası rədd edilsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 100 (bir yüz) manat məbləğində pul vəsaiti iddiaçı Vəlı̇ zadə Samı̇ r Sabı̇ r oğlundan tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2566/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2566/2024
21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver