Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2592/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə kommunal xərc kimi ödənilmiş 757,94 (yeddi yüz əlli yeddi manat doxsan dörd qəpik) pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildən Füzuli rayonundan məcburi köçkün kimi Qaradağ rayonu Sahil qəsəbəsi 18 saylı yataqxanada məskunlaşmışdır. 18 yanvar 2005-ci il tarixli bağışlanma müqaviləsinə əsasən cavabdeh təşkilatdan Sahil qəsəbəsi B.Əliyev küçəsi 3 saylı binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55,2 kv.m təşkil edən bir otaqlı 1 saylı mənzili almışdır. Cavabdeh təşkilatla aralarında bağışlanma müqaviləsi bağlansa da əslində həmin evə 11000 manat ödəyərək almışdır. 18 yanvar 2005-ci il tarixdə həmin mənzili təmir edərək 23 mart 2008-ci il tarixdə köçmüşlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə məcburi köçkünlər kommunal ödənişlərdən azad olduqları halda İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2009cu il tarixə kimi 757,94 manat kommunal xərclər alınmışdır. Sonradan bu barədə əlaqədar təşkilatlara müraciət edəndən sonra İddiaçı kommunal xərcləri dayandırılmış, lakin M ödənilmiş pulu qaytarmamışlar. Dəfələrlə cavadeh təşkilatdan ödədiyi pulu tələb etsə də, hazırkı vaxta kimi verməkdən imtina edirlər. Bildirirlər ki, həmin vaxtı lazimi sənədləri toplayıb təqdim etməmişdir. İddiaçı ödədiyi kommunal xərclər əlaqədar təşkilatlara köçürülüb və geri qaytarılması mümkün deyildir. Cavabdeh MTK tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlanmşdır. Ərizə onunla əsaslandırılmışdır ki, bu iş üzrə iddia müddəti ötürülməklə verildiyindən məhkəmə iddiadan imtina barədə qərar çıxarmalıdır. Belə ki, iddiaçı 2008-2009-cu illər ərzində cavabdehin ondan kommunal xərclərə görə alınmış 757,94 manatı tələb etdiyini bildirir. Göründüyü kimi, iddiaçı 15 il keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxaranadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mübahisəli mənzil məcburi köçkün olan və yataqxanada şəraitsiz, nəmişlikdə yaşayan iddiaçının ailəsinə cavabdeh tərəfindən hədiyyə edilmişdir. Kommunal xərclərə görə alınmış qeyd olunan məbləğ isə elə o zamanlarda iddiaçıya müraciətindən sonra ödənilmişdir. Göstərilənlərə əsasən İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsi və iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olsa da, iddia müddəti ötürülməklə verildiyindən iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini tərəfindən ünvanlanmış xx.xx.2009-cu il tarixli 7-89/z nömrəli məktubdan görünür ki, Cavabdeh MTK tərəfindən Sahil qəsəbəsi, B.Əliyev küçəsində müasir standartlara cavab verən 1 girişli 13 mərtəbəli bina inşa edilmiş və xeyriyyəçilik məqsədi ilə bu binanın 1 saylı mənzili 18 yanvar 2005-ci il tarixli bağışlanma müqaviləsinə əsasən İddiaçı hədiyyə edilmişdir. 2008-ci ilin yanvar ayından vətəndaş İddiaçı həmin mənzilə köçmüş və cari ilin may ayına qədər bütün kommunal ödənişləri ödəmişdir. İddiaçı kommunal xərclərinin ödənilməməsi ilə əlaqədar Azərbaycan Respublikasıl Qaçqınların və X1 üzrə Dövlət komitəsinə ünvanladığı ərizəsi araşdırıldıqdan sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zenfira Şixəliyeva tərəfindən Cavabdeh MTK-ya müraciət olunmuş və İddiaçı kommunal xərclərin tutulması dayandırılmışdır. Vətəndaş İddiaçı əvvəllər ödədiyi məbləğin geri qaytarılması üçün müvafiq sənədləri toplayaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. -İş materiallarında olan Cavabdeh MTK tərəfindən ünvanlanmış cavab məktubundan görünür ki, Sapfir İnşaat” MTK tərəfindən Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsində müasir standartlara cavab verən 1 girişli 13 mərtəbəli bina inşa edilmiş və bu binanın 1 saylı mənzili İddiaçı hədiyyə edilmişdir. İddiaçı yaşadığı müddətdə kommunal xərcləri ödəmişdir. İddiaçı bildirilmişdir ki, ödədiyi kommunal xərclər əlaqədar təşkilatlara köçürülüb və geri qaytarılması mümkün deyildir. Bunun üçün o məhkəməyə müraciət etməlidir. Vətəndaşdan güzəşt edilən tutulan məbləğ onun öz səhvi nəticəsində baş vermişdir ki, o vaxtında lazımi sənədləri təqdim etməmiş və son 2 aya qədər Sahil qəsəbəsi, 18 saylı yataqxanada qeydiyyatda olmuşdur. 2009-cu ilin iyun və iyul ayları üçün İddiaçı heç bir kommunal xərclərini ödəməmişdir. - İş materiallarında olan 18 yanvar 2005-ci il tarixli bağışlanma müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsində tikiləcək 3 nömrəli binanın ikinci mərtəbəsində yerləşən və ümumi sahəsi 55,2 kvadratmetr təşkil edən 1 otağı olan 1 nömrəli mənzili İddiaçı əvəzsiz olaraq mülkiyyətinə verməyi, İddiaçı isə həmin mənzili öz mülkiyyətinə qəbul etməyi öhdəsinə götürür. - İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil Qəsəbəsi, Emin Quliyev küçəsi, ev 42 b, mənzil 1 İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində1164 nömrəli reyestr kitabının 105662 nömrəli vərəqində qeydiyyata alınmışdır. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 1 saylı mənzil İddiaçı məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 235.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mülkiyyətçilərin haqları hesabına ödənilməli olan yüklülüklərə və xərclərə o cümlədən aşağıdakılar aiddir: 235.1.1. torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər; 235.1.2. idarəçiyə haqq ödənilməsi də daxil olmaqla, idarəetmə fəaliyyətinə çəkilən xərclər; 235.1.3. bütövlükdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən tutulan ödənişlər və vergilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”na əsasən Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin istifadə etdiyi kommunal xidmət xərcləri mərkəzləşmiş qaydada xidmət təşkilatlarına ödənilir. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən qaçqın və ya məcburi köçkün statusu almış şəxsə müəyyən edilmiş qaydada beş il müddətinə mənzil kirayəsi, kommunal xidmətləri—qaz, su, istilik, elektrik enerjisi (istehsal-təsərrüfat fəaliyyəti ilə əlaqədar istifadə xərcləri istisna olmaqla) haqqını ödəməkdən azad bilmək barədə təminat verilir. Belə ki, İddiaçı məcburi köçkün statusu almış olduğundan kommunal xərclərdən azaddır. Ondan kommunal xərclərin ödənilməsinin tələb edilməsi əsassızdır. Habelə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə Cavabdeh MTK tərəfindən kommunal xərclərə görə qeyd olunan məbləğin iddiaçıya müraciətindən sonra ödənilməsi ilə bağlı cavabdeh tərəfin dəlili hər hansı sübutla təsdiq edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxaranadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Lakin iddiaçı sadəcə kommunal xərclərə görə ödənilmiş pulun tələb edilməsi barədə 6 il müddəti ötürməmiş, eyni zamanda ümumi iddia müddətini də ötürmüşdür. Belə ki, iddiaçı 2008-2009-cu illər ərzində cavabdehin ondan kommunal xərclərə görə alınmış 757,94 manatı tələb etdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı təxminən 15 il keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddia əsaslı olsa da, iddia müddəti tətbiq edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2592/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2592/2024
25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver