Məhkəmə qərarları › İş №2(006)-2598/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2598/2021

28.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2598/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X5 iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X6 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Maraqlı şəxsndə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabında doğum haqqında akt qeydində düzəliş edilərək soyadın «İskəndərzadə»dən «İsgəndərzadə»yə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizədə yanlışlıqla göstərilən İsgəndərova soyadının İsgəndərzadə kimi qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X6 xx xxxx 1972-ci il tarixdə doğulmuşdur. Ərizəçinin atası X8, anası X7r. Ərizəçinin valideynləri rəsmi nikahda olmuşlar. Onların faktiki nikahlarından iki övladları var – xx xxxx 1972-ci il təvəllüdlü X6 və X4. 26 iyun 1990-cı il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət edərək, XV-JQ seriyalı 319887 saylı doğum haqqında şəhadətnamə alınmışdır. Ərizəçi tərəfindən 24 avqust 2017-ci il tarixdə alınmış AZ-İ seriyalı ******* saylı doğum haqqında şəhadətnamənin təkrarı və 12.06.2008-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsində soyadı «İskəndərzadə» əvəzinə «İsgəndərzadə» yazılmışdır. Bu hal onun hüquqlarını həyata keçirməsinə mane olur və o, məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Göründüyü kimi, o, doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Ərizəçinin nümayəndəsi X9 məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi xx.xx.1972ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Ona 12.06.2008-ci il tarixdə Bakı şəhəri Nəsimi RPİ tərəfindən AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi verilmişdir. 26 iyun 1980-ci il tarixdə verilmiş XV-JQ seriyalı 319887 saylı doğum haqqında şəhadətnamədə iddiaçının soyadı İskəndərzadə, adı Rəna, atasının adı Saleh kimi qeyd olunmuşdur. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədə qeyd olunmuş məlumatlarda bildirilir ki, X1 İsgəndərzadə soyadına, ata adını Şamildən Saleh adına dəyişdirmişdir. Bu barədə müvafiq akt qeydləri kitabında 26 iyun 1990-cı il tarixdə 49 saylı akt qeydi aparılmışdır. Ərizəçi Bakı şəhəri Maraqlı şəxsnə müraciət edərək, şəxsiyyət vəsiqəsində soyadının düzgün olaraq İsgəndərzadə yazıldığını, lakin doğum haqqında akt qeydində soyadının İskəndərzadə kimi qeyd olunduğunu bildirərək müvafiq düzəliş edilməsini xahiş etmişdir. Bakı şəhəri Maraqlı şəxs 10 fevral 2021-ci il tarixli 05/9-41/68 saylı məktubla ərizəçiyə cavab ünvanlayaraq, Ailə Məcəlləsinin 161-ci maddəsinə istinadən bildirmişdir ki, təqdim edilən sənədlər arasında ziddiyyət olduğundan qeydiyyat şöbəsində müvafiq düzəlişin edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunan sənədlərə istinad edən ərizəçi ərizəsində giriş hissəsində hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini, ərizənin məzmununda və ərizə tələbinin nəticə hissəsində doğum akt qeydinə düzəliş edilməsini xahiş edir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Ərizəçinin doğum haqqında şəhadətnaməsindən və digər sənədlərdən görünür ki, ərizəçiyə doğum haqqında şəhadətnamə verilərkən qeydiyyat orqanı tərəfindən səhvə yol verilməmiş, soyad İskəndərzadə kimi qeyd olunmuşdur. Sonradan soyadın təhrif edilərək, yaxud uyğunsuzluğa yol verilərək ilkin akt qeydindən fərqli şəkildə – İsgəndərzadə kimi qeyd olunması, ərizəçinin doğum haqqında ilkin akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Mülki Prosessual Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında akt qeydinin düzgün olmamasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilməməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar