Məhkəmə qərarları › İş №2(006)-2679/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2679/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2679/2020 24.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X3 Baş İdarəsinin nümayəndəsi X8 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X3 Baş İdarəsinə qarşı "zərərin ödənilməsi və s. tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X3 Baş İdarəsinə qarşı "zərərin ödənilməsi və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında X9 Araşdırmalar Departamentinin (VCİAD) X10 Aqil Əziz oğlu barəsində Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə istintaq olunmuş ********* saylı cinayət işi üzrə Vergilər Nazirliyinin X13 tərəfindən verilmiş mülki iddianın təmin olunması məqsədilə mülkiyyət hüququ ilə İddiaçı2 adına rəsmiləşdirilmiş, lakin 2014-cü ildən etibarən ailənin ümumi istifadəsində olmuş “Mercedes ML-350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə istintaq orqanının təqdimat və vəsatəti əsasında Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə həbs qoyulmuşdur.Qərarın icrası Vergilər Nazirliyi yanında VCİAD-nə həvalə edilmiş və həmin X4 böyük müstəntiqi tərəfindən “Mercedes ML-350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomaşın mülkiyyətçinin və nümayəndəsinin iştirakı olmadan saxlanca verilmişdir. ********* saylı cinayət işi üzrə toplanmış materiallara Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə hüquqi qiymət verilmiş, İddiaçı2 Azərbaycan Respublikasının CM-nin 213.2.2 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Vergilər Nazirliyinin X13 tərəfindən verilmiş mülki iddianın təmin olunması məqsədilə üzərinə həbs qoyulmuş “Mercedes ML-350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomaşının müsadirəsi barədə qərar qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmış və müsadirəsi barədə qərar qəbul edilmiş “Mercedes ML-350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomaşının vurulmuş ziyanın ödənilməsi ilə satışa çıxarılması məqsədi ilə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Yasamal rayon İcra və Probasiya Şöbəsinə rəsmi göstəriş ünvanlanmışdır.Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2018-ci il tarixli, 17/72- 3161xx/xx-7070 saylı sifariş məktubu əsasında “X12” MMC tərəfindən “Mercedes ML-350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin açıq hərracda satılması ilə bağlı 10 may, 01 iyun, 05 və xx xxxx 2018-ci il tarixlərdə hərraclar keçirilmiş, lakin “İpoteka haqqında” Qanunun 43.1.2-ci maddəsinin tələbinə əsasən hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuşdur.“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbi əsasında xx xxxxxx 2018-ci il tarixdə “X12” MMC tərəfindən 1277 saylı məktubla sənədlər toplusu Yasamal rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmışdır.Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarından Ali Məhkəmənin Cinayət Kollegiyasına kassasiya şikayəti verilmiş və kassasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı qəbul edilərək İddiaçı2 barəsində Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmişdir.Bundan əlavə, həmin qərarla Bakı şəhəri X13 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü və Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2017ci il tarixli qərarı dəyişdirilərək mülki iddianın təmin olunması ilə bağlı müsadirəsi barədə qərar qəbul edilmiş “Mercedes ML-350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomaşına dair müddəalar hər iki məhkəmə aktından xaric edilmişdir.Kassasiya instansiyası məhkəməsinin bu qərarı əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinə rəsmi müraciət ünvanlanmış və hakim Samir Əliyevin xx xxx 2019-cu il tarixli, 1(101)-774/2017 saylı göstərişi ilə üzərinə həbs qoyulmuş “Mercedes ML- 350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi Yasamal rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır. Toplanmış iş materialları ilə müəyyən edilmişdir ki, xx xxxx 2017-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin qərarı ilə üzərinə həbs qoyulmuş ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx xxx 2017-ci il tarixdən etibarən Xətai rayon ərazisində yerləşən “xxxxxxxxxxxxxxxx” MMC-nin zirzəmisində yerləşən avtodayanacaqda saxlanılmışdır.Bununla bağlı Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən “xxxxxxxxxxxxxxxx” MMC-yə xx/xx-3161xx/xx-37716 saylı xx xxxxxx 2018-ci il tarixli sorğu ünvanlanmış və qeyd olunan fakt “xxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli 98/2018 saylı cavab məktubu ilə təsdiq olunmuşdur.“xxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli məktubuna əsaslanan Yasamal rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsi səlahiyyətləri müvəqqəti icra edən Rəşad Abbasov xx xxxxxx 2018-ci il tarixli, 17/72- 3161xx/xx-39505 saylı məktubla ərazi aidiyyəti üzrə “İcra haqqında” Qanunun 10 və 24-cü maddələrinin tələblərini əsas götürərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 2(101)-774/2017 saylı xx xxxx 2017-ci il tarixli icra vərəqəsini Xətai rayon İcra və Probasiya Şöbəsinə ünvanlamışdır (əmlakın saxlanıldığı yer üzrə).Üzərinə həbs qoyularaq müsadirəsi barədə qərar qəbul edilmiş “Mercedes ML- 350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülərək qaytarılmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin xx xxx 2019-cu il tarixli, 1(101)-774/2017 saylı göstərişi Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra olunmamış və məhkəmə aktı icrasının təmin olunması məqsədilə aidiyyəti üzrə ünvanlanmamışdır.Xətai rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış rəsmi müraciətdən sonra bu qurumun rəisi vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən Vüqar Qasımov tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə xx xxx 2019-cu il tarixli, xx/xx-3161492-2017/508/17 saylı müraciət ünvanlanmış və bu müraciətə cavab olaraq hakim Samir Əliyev tərəfindən xx xxx 2019-cu il tarixdə Yasamal rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 1(101)-774/2017 saylı göstərişin surəti xx xxxx 2019-cu il tarixli müşayiət məktubu ilə Xətai rayon İcra və Probasiya Şöbəsinə təqdim olunmuşdur.Yalnız Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli məktubu ilə Xətai rayon İcra və Probasiya Şöbəsinə təqdim olunmuş rəsmi göstərişdən sonra bu qurumun rəisi vəzifəsini müvəqqəti icra edən Vüqar Qasımovun imzası ilə xx xxxx 2019-cu il tarixdə təsdiq olunmuş xx/xx-5242/17 saylı məktubu “xxxxxxxxxxxxxxxx” MMC-yə ünvanlanaraq “Mercedes ML-350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə təhvil verilməsi tələb olunmuşdur.“Mercedes ML-350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təhvil-təslimi “xxxxxxxxxxxxxxxx” MMC-nin zirzəmisində yerləşən avto-dayanacaqda xx xxxx 2019-cu il tarixdə aparılmış və təhvil-təslimdə Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Toğrul Baxşəliyev, hal şahidləri X11 və Dayanlı Pərviz, eləcə də mülkiyyətçi İddiaçı2 nümayəndəsi Nümayəndə iştirak edərək akt tərtib etmişlər.Təhvil-təslim zamanı tərtib olunmuş xx xxxx 2019-cu il tarixli akta və çəkilmiş fotoşəkillərə əsasən müəyyən olunmuşdur ki, nəqliyyat vasitəsi təhvil verilərkən avtomobilin kənarında cızıqlar, sağ tərəfində isə cızıq-batıqlar müəyyən edilmişdir. Bu faktın mövcudluğu təhvil-təslimdə iştirak etmiş şəxslər tərəfindən tərtib olunmuş xx xxxx 2019-cu il tarixli aktın imzalanması ilə təsdiq olunmuşdur. “Mercedes ML-350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “xxxxxxxxxxxxxxxx” MMC-nin zirzəmisində yerləşən avto-dayanacaqdan çıxarılaraq Xətai rayon Babək prospekti 1145 ünvanında yerləşən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə gətirilmiş və nəqliyyat vasitəsi texniki müayinədən keçirilmişdir.“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ünvanında “Mercedes ML- 350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qəbulu ilə bağlı xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş A906/00219 saylı təhviltəslim aktının “Qəbul zamanı qüsurlar” bölməsində avtomobilin çirkli olduğu, cızıq və batıqların görsəndiyi xüsusilə qeyd olunmuşdur. Bundan əlavə, nəqliyyat vasitəsinin texniki müayinədən keçirilməsi nəticəsində işlək hissələrində ciddi texniki nasazlıqlar müəyyən edilmiş və icra edilmiş xidmətlərə dair konkret məbləğlər qeyd olunan akt tərtib edilmişdir.Müəyyən edilmiş texniki nasazlıqların və aşkar olunmuş cızıq-batıqların aradan qaldırılması ilə bağlı xərclərin ümumi məbləği 15 500 (on beş min beş yüz) manat təşkil etmiş və bu barədə qiymətləndirmə cədvəli tərtib edilmişdir. İddiaçı2 barəsində istintaq olunmuş ********* saylı cinayət işinin materiallarından görünür ki, “Mercedes ML-350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyularkən tam işlək və saz vəziyyətdə olmuş və nəqliyyat vasitəsinin bu vəziyyəti ilə bağlı həmin dövrdə bazar qiyməti 28 500 (iyirmi səkkiz min beş yüz) manat olaraq qiymətləndirilmişdir.Müəyyən edilmiş texniki nasazlıqlar və aşkar olunmuş cızıq-batıqlardan sonra bu nəqliyyat vasitəsinin bu günə olan real satış qiyməti 12000-13000 manat olaraq qiymətləndirilmişdir.Yaranmış kəskin qiymət fərqi nəqliyyat vasitəsinin aşınması (amortizasiyası) ilə əlaqədar olmuş və mövcud qüsurlar xx xxxx 2017-ci il tarixdən xx xxxx 2019-cu il tarixədək olan müddət ərzində nəqliyyat vasitəsinin nəzarətsiz və istifadəsiz qalması nəticəsində yaranmışdır.Eləcə də nəqliyyat vasitəsi İddiaçı2 alındıqdan sonra istər mülkiyyətçinin, istərsə də onun ailə üzvlərinin nəzarətindən kənarda saxlanılmış və bu nəqliyyat vasitəsinin alınması ilə bağlı istintaq orqanı tərəfindən protokol tərtib edilməmişdir.Eyni zamanda “xxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli, 98/2018 saylı məktubunun mətninə daxil edilmiş məlumatlardan görünür ki, “Mercedes ML-350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx xxx 2017-ci il tarixdən etibarən bu şirkətin zirzəmisində yerləşən avto- dayanacaqda saxlanılmış, Vergilər Nazirliyi yanında VCİAD-in istintaq idarəsinin böyük müstəntiqi Coşqun Bayramov isə xx xxxxxx 2017-ci il tarixli ********* saylı məktubla nəqliyyat vasitəsinin sənəd və açarını Yasamal rayon İcra Şöbəsinin rəis müavini cənab Anar Əhmədova təqdim edərək avtomobilin dövlət balansında olan dayanacaqda saxlanılmasını xahiş etmişdir.X14 bu xahişinə baxmayaraq, Yasamal rayon İcra Şöbəsi tərəfindən nəqliyyat vasitəsinin yeri dəyişdirilməmiş və xx xxx 2017-ci il tarixdən xx xxxx 2019-cu il tarixədək olan müddət ərzində sözügedən nəqliyyat vasitəsi “xxxxxxxxxxxxxxxx” MMC-nin zirzəmisində yerləşən avto-dayanacaqda saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin qərarı ilə xx xxxx 2017-ci il tarixdən etibarən üzərinə həbs qoyulmuş “Mercedes ML-350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx xxx 2017-ci il tarixədək harada və hansı şərtlər altında istintaq orqanı tərəfindən saxlanılması barədə məlumatlar əldə etmək mümkün olmamışdır. İş üzrə qeyd olunan obyektiv və konkret halları istinad olunan hüquqi normaların tələbləri ilə müqayisələndirdikdə məlum olur ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında X9 X1 İdarəsində İddiaçı2 barəsində Azərbaycan Respublikasının CMnin 213.2.2-ci maddəsi ilə istintaq olunmuş ********* saylı cinayət işi üzrə ailənin ümumi istifadəsində olmuş, ərlə-arvadın birgə mülkiyyəti hesab edilən, lakin mülkiyyət hüququ ilə İddiaçı2 adına rəsmiləşdirilmiş “Mercedes ML-350'’ minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə həbs qoyulmasına baxmayaraq, istintaq idarəsinin böyük müstəntiqi Coşqun Bayramov tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı cinayət-prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən icra olunmuşdır. Belə ki, müstəntiq Coşqun Bayramov tərəfindən üzərinə həbs qoyulmuş “Mercedes ML-350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kim tərəfindən istintaq orqanına təhvil verilməsi, eləcə də istintaq orqanı tərəfindən təhvil alınması barədə rəsmi sənədlər tərtib edilməmişdir. Bundan əlavə, üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin qiymətləndirilməsi aparılarkən texniki müayinəsi həyata keçirilməmiş, fərdi əlamətləri müəyyən edilməmiş və saxlanca kimə təqdim edilməsi protokollaşdırılmamışdır.Ümumiyyətlə cinayət işi üzrə materiallarda üzərinə məhkəmə qərarı ilə həbs qoyulmuş “Mercedes ML-350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı həbs qətimkan tədbiri həyata keçirilərkən müstəntiq Coşqun Bayramov tərəfindən Azərbaycan Respublikasının CPM-nin 248-252-ci maddələrinin tələbləri birmənalı şəkildə yerinə yetirilməmişdir. İş üzrə müəyyən edilmiş konkret faktlardan göründüyü kimi İddiaçı2 2016-cı ilin oktyabr ayından etibarən rəsmi axtarışda olmuş və xx xxxxxx 2017-ci il tarixdə hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən həbs edilmişdir.Nəqliyyat vasitəsinin üzərinə isə həbs Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə qoyulmuşdur.Real vəziyyətdə İddiaçı2 tərəfindən “Mercedes ML-350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin müstəntiq Coşqun Bayramova təhvil verilməsi qeyri-mümkündür. Digər tərəfdən, İddiaçı2 barəsində cinayət təqibi başlanılana qədər sözügedən nəqliyyat vasitəsi ailənin ümumi istifadəsində olmuş və texniki cəhətdən saz və işlək vəziyyətdə olmaqla təmirə məruz qalmamışdır. Qeyd olunanlarla yanaşı rəsmi sənədlər sübut edir ki, həmin nəqliyyat vasitəsinin üzərinə həbs xx xxxx 2017-ci il tarixli məhkəmə aktı ilə qoyulsa da, bu nəqliyyat vasitəsi xx xxx 2017-ci il tarixdən etibarən (2 ay məhkəmə qərarından sonra) “xxxxxxxxxxxxxxx” MMC-nin zirzəmisində yerləşən avto-dayanacaqda saxlanılmış və bu dayanacaqda saxlanılarkən nəqliyyat vasitəsi rəsmi sənədləşmə aparılmadan dayanacağa yerləşdirilmiş və təhvil-təslim aktı ilə təhvil verilməmişdir (maddi məsul şəxsə).Real faktlar sübut edir ki, 02 mart-xx xxx 2017-ci il tarixləri arasında olan 2 aylıq müddət ərzində nəqliyyat vasitəsi naməlum şəraitdə və naməlum şəxslərin istismarına məruz qalmış, istintaq orqanı tərəfindən isə mülkiyyətin mühafizəsi qanunvericiliyin tələbləri əsasında təmin edilməmişdir. Bundan əlavə, xx xxx 2017-ci il tarixdən xx xxxx 2019-cu il tarixədək olan 25 aylıq müddət ərzində (2 il 1 ay) “Mercedes ML-350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi istintaq orqanının səhvi nəticəsində aşınmaya (amortizasiya) məruz qalmış və dəyərdən düşmüşdür.Bu faktın mövcudluğu (istintaq orqanının səhvi) Ali Məhkəmənin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 1(102)-24/2019 saylı qərarı ilə tam sübuta yetirilmişdir.Məhz kassasiya instansiyası məhkəməsinin bu qərarı ilə İddiaçı2 barəsində Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işi üzrə icraata Azərbaycan Respublikasının CPMnin 39.1.2-ci maddəsinin tələbi əsasında xitam verilmişdir. Üzərinə həbs qoyulmuş “Mercedes ML-350” markalı nəqliyyat vasitəsi isə vergi borcu olaraq dövlət büdcəsinə ödənilməli olan vəsait hesabına müsadirə edilmişdir.Lakin kassasiya instansiyası məhkəməsinin qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı2 əməlində Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan cinayət əməlləri mövcud deyildir və bu səbəbdən də cinayət işi üzrə icraata məhz Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsi ilə xitam verilmişdir.Bunun nəticəsində isə Azərbaycan Respublikasının CPM-nin 56.0.2-ci maddəsinin tərkibi yaranmış və bununla da İddiaçı2, cinayət prosesini həyata keçirmiş orqan olaraq X9 X1 İdarəsinin səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsi hüququna malik olmuşdur. Eyni zamanda üzərinə həbs qoyularaq müsadirəsi barədə qərar qəbul edilmiş “Mercedes ML-350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə İddiaçı2 adına adına rəsmiləşdirilsə də, həmin avtomobil İddiaçı1 ad günü hədiyyəsi olaraqİddiaçı2 tərəfindən şəxsi vəsaiti ilə alınaraq hədiyyə verilmiş və uzun illər ailənin ümumi istifadəsində olmaqla birgə mülkiyyətdə olmuşdur.İstintaq orqanı tərəfindən əmlak üzərinə həbs qoyulması ilə bağlı məhkəməyə təqdimat və vəsatət ünvanlanarkən “Mercedes ML- 350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində birgə mülkiyyət hüququnun mövcudluğu nəzərə alınmamış və hər hansı bir əsas olmadan ailənin digər üzvlərinin də bu nəqliyyat vasitəsindən istifadə hüququ məhdudlaşdırılmışdır. 162980405 saylı cinayət işi üzrə aparılmış istintaqla müstəntiq Coşqun Bayramov səhv qənaətə gələrək İddiaçı2 dövlət büdcəsinə vergilərin ödənilməsində məsul şəxs hesab etmiş və vergi borcu ilə əlaqədar Bakı şəhəri X13 tərəfindən verilmiş mülki iddianın təmin olunması məqsədi ilə ailənin birgə mülkiyyətində olan “Mercedes ML-350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini müsadirəyə təklif etmişdir.Bunun nəticəsində nəqliyyat vasitəsi naməlum şəraitdə və naməlum şəxslərin istismarına və aşınmaya məruz qalmış, nəqliyyat vasitəsində texniki nasazlıq yaranmış və bu nasazlıqların aradan qaldırılması üçün hazırda xeyli miqdarda nağd pul vəsaitinin əldə olunmasına zərurət vardır.İşin konkret halları sübut edir ki, istər istintaq orqanının səhvi nəticəsində nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat və vəsatətin ünvanlanması, istər məhkəmə qərarından sonra üzərinə həbs qoyulmuş əmlakla bağlı həyata keçirilməli olan zəruri prosessual hərəkətlərin həyata keçirilməməsi, istərsə də nəqliyyat vasitəsinin mütəxəssis-əmtəəşünasın iştirakı ilə fərdi xüsusiyyətlərinin müəyyən edilməsi məqsədi ilə texniki müayinəyə təqdim edilməməsi cavabdeh inzibati orqan olaraq qanun qarşısında X9 Araşdırmalar Departamentinin məsuliyyətinin yaranmasına səbəb olmuşdur.Bundan əlavə, istintaq orqanının səhv qənaəti nəticəsində üzərinə həbs qoyularaq müsadirəsi barədə qərar qəbul edilmiş “Mercedes ML-350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 25 ay ərzində istifadəsiz və nəzarətsiz qalmaqla aşınmaya məruz qalmışdır.Bütün qeyd olunan faktlarla ailə büdcəsinə istintaq orqanı tərəfindən əmlak ziyanı vurulmuş və bu ziyanla bağlı İddiaçı2 CPM-nin 56.0.2; 57.1 və 58.3.2-ci maddələrinin tələblərinə müvafiq olaraq iş üzrə birgə iddiaçılara kompensasiya ödənilməlidir. 3 (üç) ilə yaxın bir müddət ərzində əmlak mülkiyyətçisi sahib olduğu əmlakının saxlanma şəraiti ilə bağlı məlumatsız olmuş və hər zaman saz və işlək vəziyyətdə olan nəqliyyat vasitəsini texniki nasazlıqlarla təhvil almışdır. Təhvil-təslim zamanı isə texniki nasazlıqların mövcudluğu rəsmi sənədlərlə təsdiq olunmuşdur. Əmlakın üzərinə həbs isə istintaq orqanının səhv qənaəti nəticəsində olmuşdur. Bu səbəbdən də vurulmuş əmlak ziyanına görə kompensasiya VCİAD tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən istintaq orqanının səhv qənaəti nəticəsində ailənin ümumi istifadəsində olmuş, lakin mülkiyyət hüququ ilə İddiaçı2 adına rəsmiləşdirilmiş “Mercedes ML-350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyularaq müsadirəsi barədə qərar qəbul edildikdən sonra Ali Məhkəmənin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 1(102)-24/2019 saylı qərarı əsasında İddiaçı2 barəsində Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işi üzrə icraata Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinin tələbi əsas götürülməklə xitam verilməsi nəticəsində “Mercedes ML- 550” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həbsdən azad edilməsi zamanı texniki nazaslıqların aşkar edildiyi və aşınmaya məruz qalaraq dəyərdən düşdüyü nəzərə alınaraq hesablanmış 15 500 (on beş min beş yüz) manat zərərin (pul vəsaitinin) Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutularaq iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsi, Azərbaycan Respublikasının CPM-nin 59-cu maddəsinin 3-cü bəndinin tələbinə müvafiq olaraq cinayət prosesini həyata keçirmiş istintaq orqanının səhvi nəticəsində Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə ittiham olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı İddiaçı2 VCİAD tərəfindən yazılı surətdə üzr istənilməsi, istintaq orqanının səhvi nəticəsində yaranmış hazırki iddia ilə bağlı məhkəmə xərclərinin cavabdehdən iddiaçıların xeyrinə alınması, Azərbaycan Dövlətinin hüquqi və qanuni mənafeyinə mühüm zərbə vurmuş inzibati (VCİAD) orqanın məsul vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunması məsələsinə baxılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X3 Baş İdarəsinin nümayəndəsi X15 iddia tələbinə etiraz edərək, tələbin onlara aid hissədə əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X3 Departamenti tərəfindən Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, X4 icraatında olmuş ********** nömrəli cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü qanuni qüvvəyə mindiyindən həmin iş üzrə üzərinə həbs qoyulmuş təqsirləndirilən İddiaçı2 məxsus avtomobilin sənədi və açarı təqdim olunaraq avtomobilin dövlət balansında olan dayanacaqda saxlanmasının təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 1(102)-14/2019 saylı qərarı ilə məhkum İddiaçı2 müdafiəçisi X2 şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının İddiaçı2 barəsində olan xx xxxxxxxx 2017-ci il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsınin xx xxxx 2017-ci il tarixli hökmü İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə və qeyd olunan ittihamla bağlı olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal X7 Hüseynovdan 1.863.670,19 manat məbləğində pulun alınaraq dövlət büdcəsinə ödənilməsi haqqında müki iddiasının təmin edilməsinə dair hissədə ləğv edilməsi, Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla — İddiaçı2 əməlində cinayət tərkibi olmadığına görə cinayət işi üzrə icraata xitam verilməsi, mülki iddianın baxılmamış saxlanılması, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmünün dəyişdirilməsi, məhkəmə qərarlarından İddiaçı2 Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən – cinayətlərin məcmusu qaydasında cəzanın təyin edilməsinə, mülki iddia ilə bağlı tələbin İddiaçı2 adına olan İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən dəyəri 37500 manat təşkil edən 2,5 ha torpaq sahəsinə və dəyəri 28500 manat olan “Mersedes ML 350” markalı minik avtomobilinə yönədilməsinə dair müddəaların xaric edilməsi, İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin 9 (doqquz) ildən 8 (səkkiz) ilə endirilməsi qərara alınmışdır. İşin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin üzərinə həbs qoyulmuş mülkiyyət hüququ ilə İddiaçı2 məxsus olan “Mersedes ML 350” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, dəyəri 37500 olaraq qiymətləndirilmiş 2,5 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsinə dair göstəriş göndərilmişdir. İşin materiallarında olan Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Toğrul Baxşəliyev, İddiaçı2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə, hal şahidi X11, hal şahidi Dayanlı Pərviz tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, şöbənin icraatında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-774/2017 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi ilə müəyyən edilmiş tələbin icrası ilə bağlı İddiaçı2 məxsus “xxxxxxxxxxxxxxx” MMC-nin zirzəmisində yerləşən avtodayanacaqda xx.xx.2017ci il tarixdən saxlanılan "Mercedes ML-350” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçinin səlahiyyətli nümayəndəsi Nümayəndə təhvil verilmişdir. İcra yerində olarkən mübahisəli əmlaka baxış keçirilən zaman avtomobilin kənarında cızıqlar, sağ tərəfində cızıq-batıqlar müəyyən edilmiş və fotoşəkillərlə təsdiq olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçılar Nümayəndə və İddiaçı1 istintaq orqanının səhv qənaəti nəticəsində ailənin ümumi istifadəsində olmuş “Mercedes ML- 550” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində texniki nazaslıqların aşkar edildiyi və aşınmaya məruz qalaraq dəyərdən düşdüyü nəzərə alınmaqla hesablanmış 15 500 (on beş min beş yüz) manat zərərin (pul vəsaitinin) Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutulmasını tələb etmələrinə baxmayaraq, tələblərini əsaslandırmaq üçün heç bir tutarlı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin, iş materiallarından göründüyü kimi iddiaçılar Nümayəndə və İddiaçı1 məxsus “Mercedes ML- 550” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla, həmin avtomobilin üzərinə həbs qoyularaq müsadirəsi barədə qərar qəbul edilməsi arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir. Belə ki, qeyd olunan avtomobil saxlanca verilərkən onun üzərində hər-hansı qüsurun (cızıq, batıq və s.) olub-olmaması öz təsdiqini tapmamış, buna görə də avtomobil iddiaçılara təhvil verilərkən üzərində müəyyən olunmuş qüsurların həmin avtomobilin məhz saxlancda (dayancaqda) olduğu dövrdə yaranması faktı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X5rşı» işüzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə iddia tələbinin “Azərbaycan Respublikasının CPM-nin 59-cu maddəsinin 3-cü bəndinin tələbinə müvafiq olaraq cinayət prosesini həyata keçirmiş istintaq orqanının səhvi nəticəsində Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə ittiham olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı İddiaçı2 VCİAD tərəfindən yazılı surətdə üzr istənilməsi və Azərbaycan Dövlətinin hüquqi və qanuni mənafeyinə mühüm zərbə vurmuş inzibati (VCİAD) orqanın məsul vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunması məsələsinə baxılması” hissələri ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissələrdə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 50.3-cü maddəsinə müvafiq olaraq iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qeyd olunan qanunun normasından görünür ki, cavabdeh - iddiaçı tərəfindən onun hüquq və ya qanunla qorunan maraqlarının pozuntusuna yol vermiş şəxs kimi göstərilən subyektdir. Bununla əlaqədar iddiaçıda onun hüquqlarını həqiqətən də pozan şəxs barəsində düzgün təsəvvürün yaranmasının böyük əhəmiyyəti vardır. Əks təqdirdə (cavabdehin düzgün müəyyən olunmaması halında) bu irəli sürülən iddianın əsaslı olmamasına dəlalət edir, çünki iş üzrə cavabdeh kimi göstərilən şəxs iddiaçının hüquq və qanunla qorunan maraqlarını pozan şəxs olmur. Göründüyü kimi qanunvericilikdə iddia tələbinin müstəqil tələb irəli sürməyən üçüncü şəxsə yönəldilməsi nəzərdə tutulmamışdır. Məhkəmə iddia tələbinin “istintaq orqanının səhvi nəticəsində yaranmış hazırki iddia ilə bağlı məhkəmə xərclərinin cavabdehdən iddiaçıların xeyrinə alınması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X3 Baş İdarəsinə qarşı "zərərin ödənilməsi və s. tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X3 Baş İdarəsinə qarşı "zərərin ödənilməsi və s. tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar