Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2693/2023 04.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Abdulova İlahə Telman qızının katibliyi, İddiaçı, cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilinəsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı 2018-ci il aprel ayından "xxxx" QSC-də "post növbətçisi", 2020-ci ildən isə "çilingər" işləmişdir. 2022-ci ilin oktyabr ayında hərəkət xidmətinin rəis müavini Teyyub Rüstəmov ona təzyiq edərək ondan məcburi formada işdən çıxma barədə ərizə almışdır. Ərizə verməyəcəyi təqdirdə "maddə" ilə işdən çıxararaq, əmək kitabçamı ləkələyəcəyi ilə hədələmişdir. O da məcbur qalaraq şərlənməkdən qoxrduğu üçün ərizə vermək məcburiyyətində qalmışdır. Ona təzyiqlər əvvəldən olduğundan o, sentyabr ayında X3 də şikayət etmişdir. Lakin oradan hələ də cavab verilməmişdir. İşdən çıxarılan gün əmək kitabçasını və əmri ona vermədilər. O, elə həmin gün "xxxx" QSC-nin qaynar xəttinə 18-22 zəng edərək, ərizəni könüllü vermədiyini, ondan məcburi alındığını bildirmişdir. Qeyd olunan qaynar xəttə zənglər və danışıqlar qeydə alınır. Daha sonra bu hallarla bağlı "xxxx" QSC-nin sədri Rövşən Rüstəmova şikayət etmişdir. Yazılı şikayətinə müavin Əlirza Süleymanov yazılı cavab verərək yenidən işə düzəlmək üçün müraciət edə biləcəyini bildirmişdir. O, da iki dəfə müraciət etsə də, onu çağırmadılar. Bundan sonra "xxxx" QSC-nin Daxili Nəzarət İdarəsinə şikayət etmişdir. Oranın rəisi Nicat Əliyev onu qəbul etmiş və bu işin araşdırılacağını bildirmişdir. Sonda ona bildirdi ki, özü ərizə yazdığı üçün işəbərpa üçün köməklik edə bilməyəcək. O, xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-yə mediyasiya təklifi göndərmişdir. Daha sonra Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. "xxxx" QSC mediasiya iclasında iştirak etməmişdilər. Bunla bağlı Bakı 9 saylı Mediasiya Təşkilatı 04 may 2023-üc il tarixdə arayış təqdim edilmişdir. Cavabdeh tərəf iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəyə əsasən məlum olur ki, İddiaçı xx.xx.2022- ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. Yəni, ADY-nin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmri tam qanuni və əsaslıdır. Həmçinin, iddiaçı ona təzyiq edilərək ondan məcburi formada işdən çıxma barədə ərizə alındığını, qorxduğu üçün ərizə vermək məcburiyyətində qaldığını bildirsə də bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi İddiaçı əmək kitabçasını xx.xx.2022-ci il tarixdə təhvil almışdır. Eyni zamanda, iddiaçı hüquqlarının pozulması barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023- cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə ADY-yə, xx.xx.2023-cü il tarixdə isə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişdir. Məhkəməyə isə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüş, hüquqlarını pozulduğunu bildiyi halda 1 ay ərzində qanunsuz hesab etdiyi əmrin ləğvi barədə məhkəməyə müraciət etməmişdir. Bununla da iddia müddətini ötürmüşdür. Qeyd edilənlərdən də göründüyü kimi iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi İddiaçı əmək kitabçasını xx.xx.2022-ci il tarixdə təhvil almışdır. Eyni zamanda, iddiaçı hüquqlarının pozulması barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə ADY-yə, xx.xx.2023-cü il tarixdə isə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişdir. Məhkəməyə isə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüş, hüquqlarının pozulduğunu bildiyi halda qanunsuz hesab etdiyi əmrin ləğvi barədə 1 ay müddətində məhkəməyə müraciət etməmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa tələbi”nə dair iddia ərizəsini iddia müddəti buraxıldığı üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İddiaçı tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o öz razılığı ilə "xxxx" QSC-də tutduğu “çilingər” vəzifəsindən azad edilməsini xahiş etmişdir. "xxxx" QSC-nin rəisinin xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin surətindən görünür ki, İddiaçı tutduğu “çilingər” vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin *a* bəndinə əsasən azad edilməsi, İddiaçı ilə son haqq-hesabın aparılmasını təmin edilməsi, son haqq-hesab aparılarkən işlədiyi dövürdə istifadə etmədiyi əmək məzuniyyətinə görə xx.xx.2022xx.xx.2022-ci iş ili üçün 7,88 təqvim günü əsas əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi əmr edilmişdir. "xxxx" QSC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) onunla bağlanan emək müqaviləsinə, əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilmişdir. "xxxx" QSC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli izahatlarında qeyd etdiyi vəzifə öhdəliklərini pozduğuna görə Yük daşımaları departamentinin müvafiq əmrləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci və 2-ci hissəsinin “a" və “b” bəndlərinə əsasən töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli şəxsi ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsnə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ə xitam verilmişdir. "xxxx" QSC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun QSC-yə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizəsinə baxılmış və bildirmişdir ki, xx.xx.2022-ci il tarixində əmək müqaviləsinin ləğv edilməsi barədə yazdığı ərizəyə uyğun olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən həmin tarixdə əmək müqaviləsi ləğv edilmişdir. Yenidən işə qəbul olunmaq üçün vakasniya üzrə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizəsinə "xxxx" QSC-də baxılmış və bildirmişdir ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli izahatlarında qeyd etdiyi vəzifə öhdəliklərini pozduğuna görə Yük daşımaları departamentinin müvafiq əmrləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci və 2-ci hissəsinin “a" və “b” bəndlərinə əsasən töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli şəxsi ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsnə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ə xitam verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanlandığı 3-17-5/1 -M-8049/2023 saylı, xx.xx.2023-cü il tarixli müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsində baxılmış və bildirmişdir ki, ərizədə qeyd edilmiş pozuntuların dəqiqləşdirilməsi məqsədilə və eyni zamanda müəssisə tərəfindən ona təqdim edilmiş əmək haqqı kartından ödəniş barədə müvafiq bank çıxarışı əldə edərək izahatının alınması ilə bağlı olaraq 7 (yeddi) iş günü ərzində şəxsiyyət vəsiqəsi ilə Bakı şəhəri üzrə hər hansı DOST mərkəzlərinin birinə gəlməyi xahiş edilmişdir. Bakı 9 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli arayışınından görünür ki, cavabdeh tərəf ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, "xxxx" QSC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Dəmir Yolları" QSC-nin rəisinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən xitam verilmiş və İddiaçı tutduğu “çilingər” vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin *a* bəndinə əsasən azad edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək tərəflər rasında olan əmək müqaviləsinə öz razılığı ilə xitam verilməsi ilə bağlı ərizə yazmağı üçün təziqə məruz qaldığından, əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa ediliməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırki tələblə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək Məcəlləsinin (bundan sonra – ƏM) 42-ci maddəsinin 1-ci, 45-ci maddəsinin 1ci və 47-ci maddəsinin “f” bəndlərinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlana bilər. Həmin Məcəllənin 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi əsasıdır. Bu Məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Göründüyü kimi iddiaçı tərəfin yazılı razılığı ilə tərəflər arasında olan əmək münasibətlərinə işçinin təşəbbüsü ilə xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə onun təşəbbüsü ilə xitam verilməsi üçün yazılı razılığ verməsi ilə bağlı QSC tərəfindən hədəqorxuya məruz qalmasına dair irəli sürdüyü dəlillər isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Beləliklə yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və s. tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə cavabdeh tərəfindən iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar həmçinin qeyd edir ki, iddiaçı tərəfindən iddianın özü əsassız hesab edildiyindən iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməsinə də ehtiyac qalmamışdır. Lakin hər bir halda məhkəmə hüquqmüəyyənlik prinsipini nəzərə alaraq iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır (əgər iddia əsaslı olsaydı). Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Sadalanan maddələrin məzmunundan göründüyü kimi burada əsas məqam işçinin öz hüququnun pozulduğunu bilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəf iddiaya etiraz ərizəsində iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli əmri İddiaçı xx.xx.2022-ci il tarixdə təhvil verildiyi qeyd edilsə də, heç bir sübut növü ilə təsdiq edilməmişdir. Lakin məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş İddiaçı tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, o, QSC ilə aralarında bağlanmış əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olmadan xitam verilməsinin araşdırılmasını, pozulmuş hüquqlarının bərpa edilməsində köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə müraciət etdiyi zaman hüququnun pozulmuş olduğu barədə məlumatlı olmuş, bununla da əmək mübahisələrinin həll olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. Həmçinin iddiaçı qeyd edilən müddətin üzrlü səbəblərdən buraxdığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddiaçı qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir: “...iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci istansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). Məhkəmə iddianın məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi əmrin ləğv edilməsi və işə bərpa hissəsində rədd edildiyi üçün və sonuncu tələbdə ilkin tələblə bir başa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla iddia tələbi bu hissədə də təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №2(006)-2693/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2693/2023
04.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver