Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2711/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti və “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində işə cəlb edilməklə “mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti və “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində işə cəlb edilməklə “mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsində yerləşən 60 nömrəli evin, 50-ci mənzilinə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək və ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə maraqlı şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. - 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. - 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər - 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. - 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanının Əmlak Məsələləri Dövlət Xidmətində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Bununla bağlı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarına əsasən Azərbaycan Respublikası MPM-in 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın (bənd 7). Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıbalınmadığı aydınlaşdırılmalıdır (bənd 7.1). Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır (bənd 7.2). Göründüyü kimi mübahisəli əmlak kiminsə adına Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeydiyyata alınmamışdır, yəni hazırda dövlətin mülkiyyətindədir. Məhkəmə hesab edir ki, hazırki tələbə xüsusi icraat qaydasında yox, iddia icraatı qaydasında baxılmalıdır. Bundan əlavə, məhkəmə tövsiyə edir ki, hazıki tələblə bağlı məhkəmədən əvvəl Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edilməli, əmlaka dair müvafiq sərəncam alındıqdan sonra Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək çıxarış alınması daha məqsədəmüvafiq hesab edilir. Odur ki, qeyd edilənlərə əsasən hazırki tələbə məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Buna görə də, iddianın yolverilməzliyinə görə iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti və “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində işə cəlb edilməklə “mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah edilsin ki, iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2711/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2711/2025
22.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver