Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2720/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu M.Əliyev küçəsi 244 saylı evin 19 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu M.Əliyev küçəsi 244 saylı evin 19 saylı mənzili Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsusdur və o, həmin evin mülkiyyətçisidir. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Onunla cavabdeh arasında xx.xx.2006-cı il tarixdə bağlanmış rəsmi nikah Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-5231/2018 saylı qətnaməsinə əsasən pozulmuşdur və bundan sonra Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə nikahın pozulması haqqında şəhadətnamə almışdır. Cavabdeh 2015-ci il tarixdən sözügedən mənzildə yaşamır. Cavabdehin ona məxsus mənzildə pasport qeydiyyatında qalması onun mülkiyyət toxunulmazlığı hüququnu pozur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri M.A.Əliyev küçəsi 244 saylı evin 19 saylı mənzili xx xxxxxx 2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən X1 (iddiaçının valideyni) tərəfindən İddiaçı bağışlanmışdır. Həmin bağışlama müqaviləsinə əsasən mənzilə dair İddiaçı adına Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən xx xxxxx 2011-ci il tarixdə MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Tərəflər xx xxxx 2006-cı il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə gəlin gəlmişdir. Tərəflərin birgə nikahdan övladları olmamışdır. Tərəflər iddiaçının bildirdiyinə görə 2015-ci ilə kimi bir yerdə yaşayaraq, təsərrüfatı birgə idarə etmişlər. Sonradan tərəflərin ailə münasibətləri alınmamış, nikahları Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(006)-5231/2018 saylı qətnaməsinə əsasən pozulmuşdur. Məhkəməyə nikahın pozulmasına dair iddia keçmiş ər tərəfindən verilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən icra edilərək, nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2020-ci il tarixdə 33 saylı akt qeydi aparılaraq, tərəflərə nikahın pozulmasına dair AZ-İ seriyalı 343410 saylı şəhadətnamə verilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı cavabdehlə ailə qurandan sonra cavabdehi öz mülkiyyətində olan mənzilə gəlin gətirmiş və cavabdeh mənzildən istifadə hüququ əldə etmişdir. Bu qəbildən olan işlər üzrə cavabdehin iddiaçının mülkiyyətində olan mənzilindən istifadə hüququna xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq kompensasiya məbləğinin ödənilməsi zəruri şərtdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən bu cür kompensasiyanın ödənilməsi təklif edilmir. Bu səbəbdən, iddianın təmin edilməsi mümkün deyil. İddiaçı öz tələbini hazırkı mübahisəyə tətbiq edilməli olmayan hüquq normaları ilə əsaslandırır ki, həmin maddi hüquq normalarına istinad etməklə iddianın təmin edilməsi mümkün deyil. Bu səbəbdən, iddia rədd edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2720/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2720/2020
03.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver