Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2723/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə məcburi köçürmə” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə məcburi köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə Cavabdeh ilə ər-arvad münasibətləri olmuşdur, bu münasibətə 2008-ci ilin sonlarında son qoyulmuşdur. ünvan 1 ünvanında yerləşən mənzil qarşılıqlı razılıq əsasında MTK tərəfindən 2009-cu ildə sökülmüş, binanın yerində yeni yaşayış binası inşa olunmuş, binaya ünvan 2 ünvanı verilmişdir. Həmin binada yerləşən 21 saylı mənzil ilə bağlı iddiaçının iddia tələbi əsasında Cavabdeh ilə aralarında məhkəmə mübahisəsi olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2009-cu il tarixli, 2(103)-2805/2009 saylı qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu Abbas Zamanov küçəsi ev 26-da yerləşən 21 saylı mənzilə 3/5 hissədə Cavabdeh, 2/5 hissədə iddiaçının mülkiyyət hüququ tanınmışdır. Məhkəmə qətnaməsindən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. "Azəri Tikinti Şirkəti” Mənzil Tikinti Kooperativi ilə bağlanılmış 009 saylı müqaviləyə əsasən mənzil, mənzilin sahiblərinə- Cavabdeh və iddiaçıya təhvil verilmişdir. Bu proseslə bağlı müvafiq müqavilələr tərtib edilərkən Cavabdeh tərəfindən heç bir etiraz daxil olmamış, iradə ifadələri əks olunaraq müqavilələr onlar tərəfindən imzalarla təsdiq edilmişdir. Göstərildiyi kimi, ünvan 4-da yerləşən 21 saylı mənzilə 2/5 hissədə iddiaçının mülkiyyət hüququnun olmasına baxmayaraq Cavabdeh sahəsi 50.0 kv.metr təşkil edən həmin mənzilə iddiaçını buraxmır, mənzilə köçməyinə imkan vermir. Bununla bağlı bütün təklifləri cavabdeh tərəfindən rədd olunmuşdur. Qeyd olunan səbəbdən iddiaçı öz mənzilinə köçə bilmir və artıq uzun müddətdir ki, kirayə ünvanlarda yaşamalı olur və buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, iddiaçının ünvan 2-da yerləşən 21 saylı mənzilə məcburi köçürülməyi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı “mənzilə məcburi köçürülmə” tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2009-cu il tarixli, 2(103)-2805/2009 saylı qətnaməsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən evin 4 saylı mənzilinə X1 3/5 hissədə və İddiaçı 2/5 hissəsində payları müəyyən edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışdan görünür ki, ünvan 4, mənzil 21-in (Yeni qaydalarla:AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi, 26, M5, m7) 3/5 hissədə Cavabdeh, 2/5 hissədə İddiaçı pay hüquqları tanınmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh (3/5 hissə) və İddiaçı (2/5 hissə) arasında bağlanan 14 aprel 2022-ci il tarixli müqavilədən görünür ki, əmlak mülkiyyətçiləri (Cavabdeh və İddiaçı) öz mülkiyyətlərində olan ünvan 3 ünvanında yerləşən 17,7 kv.metrdən ibarət yaşayış sahəsini sökülmək üçün "xxxx"xxxx"xxxx" MMC ünvan 3 ünvanında yerləşən əmlak mülkiyyətçilərinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 1-ci blok, 5-ci mərtəbəsində 50,0 kv.m təmirli mənzili Cavabdeh (3/5 hissə) və İddiaçı (2/5 hissə) mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 may 2023-cü il tarixli mənzilin təhvil verilməsi və kommunal xidmətlərə dair 009№-li müqavilədən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh və İddiaçı arasında təmir işləri, kommunal xidmətlər barədə müqavilə bağlanılmışdır. İş materiallarında olan 009№-li müqaviləyə əlavə 01 mənzilin təhvil-təslim aktından görünür ki, ünvan 4 ünvanda tikilən yaşayış kompleksində 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 21 saylı, ümumi sahəsi 50,0 kv.m olan mənzil sakinlər Cavabdeh və İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir. Məhkəmə iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh mübahisəli ünvan 4-da yerləşən 21 saylı mənzilin paylı mülkiyyətçiləridirlər. Hazırda mübahisəli mənzildə Cavabdeh oğlu ilə birlikdə yaşayır. Mənzil bir otağdan ibarətdir. İddiaçı mübahisəli mənzilin 2/5 hissəsinin mülkiyyətçisidir, lakin cavabdehin hərəkətləri nəticəsində həmin mənzilə köçüb, qeyd olunan mənzildən istifadə edə bilmir. Məhkəmə hesab edir ki, vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İş materiallarından göründüyü kimi İddiaçı mübahisəli mənzilin 2/5 hissəsinin mülkiyyətçisi olsa da, həmin mənzilin digər paylı mülkiyyətçisi olan cavabdehin hərəkəti nəticəsində öz mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. Bu da onun mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına dəlalət edir. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməklə haqlı olmuş və onun iddiası təmin olunmaqla, İddiaçı ünvan 2-da yerləşən 21 saylı mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsində yerləşən ev 26-da yerləşən 21 saylı mənzilə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 4-da yerləşən 21 saylı mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2723/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2723/2023
03.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver