Məhkəmə qərarları › İş №2(006)-2730/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2730/2022

16.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2730/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil1, maraqlı şəxs X2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə Ərizəçi «mirasın qəbul edilməsinə dair hüquqi faktın müəyyən olunması tələbi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi «mirasın qəbul edilməsinə dair hüquqi faktın müəyyən olunması tələbi»nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil1 ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs X4 və onun nümayəndəsi və vəkili Vəkil2 ərizəyə etiraz edərək, bildirdilər ki, Məryəm İmamverdi qızının 23 yanvar 1989-cu il tarixdə ölməsi ilə onun mülkiyyətində olmuş Bakı şəhəri, Krupskaya küçəsi, dalan 8, 2 saylı evin 1/3 hissəsinə dair miras açılmış və onun ölməsindən sonra qardaşı X1 göstərilən evdə faktiki yaşamaqla mirası faktiki qəbul etmişdir. Göründüyü kimi, hazırki xüsusi iddia icraatı qaydasında iş üzrə Ərizəçi mövcud ərizə tələbi artıq vəsiyyət üzrə vərəsə X1 tərəfindən qəbul edilmiş mirasa dairdir. Bununla da mövcud ərizə tələbi İ.Quliyevin vəsiyyət üzrə vərəsəlik hüququ əsasında qəbul etdiyi eyni predmetə dairdir. Odur ki, hüquq haqqında mübahisə olduğundan ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırki iş üzrə hüquq haqqında mübahisə mövcud olduğundan, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsində göstərilir ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda Məhkəmə hesab edir ki, hazırki iş üzrə hüquq haqqında mübahisə olduğundan, ərizə baxılmamış saxlanılmalı və mübahisəli miras əmlakla bağlı ümumi iddia icraatı qaydasında məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malik olduğu ərizəçiyə izah olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi «mirasın qəbul edilməsinə dair hüquqi faktın müəyyən olunması tələbi»nə dair ərizəsi baxılmamış saxlanılsın və mübahisəli miras əmlak ilə bağlı ümumi iddia icraatı qaydasında məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malik olduğu ərizəçiyə izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar