Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2738/2023 25.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdehlər "xxxx" BOKT MMC-yə, Cavabdeh1nə və Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı “mənzilin yenidən qiymətləndirilməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər "xxxx" BOKT MMC-yə, Cavabdeh1nə və Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı “mənzilin yenidən qiymətləndirilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, Corat qəsəbəsi, 580B/1 ünvanında yerləşən fərdi yaşayış evlərinə görə Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv olunması və fərdi evin yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-120/2019 saylı qərardadı ilə iddiaçı "xxxx" BOKT MMC ilə cavabdehlər X6, X4, X2 və İddiaçı arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi; iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər X5, X3, X1 və İddiaçı qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Barışıq sazişinin “öhdəliklərin lazımınca icra edilməməsi” adlı 4-cü bəndinə əsasən: cavabdeh bu sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edir: 4.1.1. Tutma növbədə ipoteka predmeti olan İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 580B/1 ünvanında xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 105.6 və 179.2 kv.m-dən ibarət fərdi yaşayış evlərinə yönəldilir, ilkin satış qiyməti tərəflərin razılığı ilə 150.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılır və məcburi boşaldılır, həmin fərdi yaşayış evində qeydiyyatda olan şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılırlar, satışdan əldə olunmuş pul vəsaiti cavabdehlərin iddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir; 4.1.2. İpoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti bu sazişin 1.2-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmasa, həmin çatışmayan məbləğ cavabdehlərə məxsus olan digər daşınar və daşınmaz əmlaklar hesabına ödənilir. - Cavabdeh1 Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 21 saylı “hərracın keçirilməsi haqqında” sifariş məktubundan görünür ki, məktubda Cavabdeh1 icraatında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-120/2019 saylı icra sənədinə əsasən ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 580B/1 ünvanında xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 105.6 və 179.2 kv.m-dən ibarət fərdi yaşayış evlərinin ilkin satış qiyməti 150.000 manat müəyyən edilmiş və həmin mənzilə dair hərracın keçirilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli, 01/344 saylı “açıq hərracın keçirilməsinə dair” bildirişindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 580B/1 ünvanında 0.06 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evlərinə dair (ümumi sahəsi 105.6 kv.m və 179.2 kv.m-dən ibarət) hərracın keçirilmə vaxtı xx.xx.2023-cü il tarixə, saat 11:00-a təyin olunmuşdur. - Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli, 01/344 saylı “açıq hərracın keçirilməsinə dair” bildirişindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 580B/1 ünvanında 0.06 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evlərinə dair (ümumi sahəsi 105.6 kv.m və 179.2 kv.m-dən ibarət) hərracın keçirilmə vaxtı xx.xx.2023-cü il tarixə, saat 11:00-a təyin olunmuş, ilkin satış qiymət isə 150.000 manat məbləğində müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli, 01/504 saylı “açıq hərracın keçirilməsinə dair” bildirişindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 580B/1 ünvanında 0.06 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evlərinə dair (ümumi sahəsi 105.6 kv.m və 179.2 kv.m-dən ibarət) hərracın keçirilmə vaxtı xx.xx.2023-cü il tarixə, saat 11:00-a təyin olunmuş, ilkin satış qiymət isə 127.500 manat (150.000 – 15%) məbləğində müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli, 01/650 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklif məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 580B/1 ünvanında 0.06 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evlərinin (ümumi sahəsi 105.6 kv.m və 179.2 kv.m-dən ibarət) təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qazetinin xx.xx.2023-cü il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə, yəni 95.625 manat olmaqla, ipoteka saxlayana təklif olunur. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli, 02/21 saylı qərardadının 22-ci bəndinə əsasən, ipoteka predmeti olmayan əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun müvafiq müddəaları ilə tənzimlənir. Mülki Məcəllənin 415-ci maddəsi hərracın keçirilməsinin ümumi qaydasını müəyyən edir. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş həmin əmlak tələbkara təklif olunur, o, bundan imtina etdikdə həmin əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Qərardadın 23-cü bəndinə əsasən, qanunverici kreditorların yönəltmə hüquqlarının mahiyyətini nəzərə alaraq, icra sənədi üzrə borclunun əmlakına yönəltmə ilə bağlı hərracın keçirilməsi qaydalarını (Mülki Məcəllənin 415-ci maddəsi, habelə “İcra haqqında” Qanunun 45.6, 53, 61, 62-ci maddələri) ipoteka predmeti olan əmlakın hərracda satışı qaydalarından (“İpoteka haqqında” Qanunun 42, 43-cü maddələri) fərqli şəkildə tənzimləmişdir. Qərardadın 28-ci bəndinə əsasən, “İcra haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Lakin “İpoteka haqqında” Qanundan fərqli olaraq, “İcra haqqında” Qanunda hərraca qoyulan əmlakın ilkin satış qiymətinin hansı meyarla müəyyən olunması qeyd olunmamışdır. Yalnız Qanunun 51.1-ci maddəsinin birinci cümləsində təsbit olunmuşdur ki, borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun) uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirildiyi qeyd edilir. Eyni zamanda, istinad edilən qanunda qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin müəyyən olunmasından bəhs edilir. Həmin qərardada əsasən, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. Həmin qərardada əsasən, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında barışıq sazişi bağlanmış və qeyd edilən barışıq sazişi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(060)-120/2019 saylı qərardadı ilə təsdiq edilməklə, eyni zamanda iş üzrə icraata xitam verilməsi də qərara alınmışdır. Bağlanmış barışıq sazişi tərəflər arasında yaranmış mübahisənin həlli qaydası ilə yanaşı, hazırda mübahisə predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 580B/1 ünvanında 0.06 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evlərinin (ümumi sahəsi 105.6 kv.m və 179.2 kv.m-dən ibarət) ümumi razılığa əsasən müəyyən edilmiş ilkin satış qiymətini də özündə əks etdirmişdir. Qeyd edilən məhkəmə qərardadı icra olunması məqsədilə aidiyyəti İcra şöbəsinə yönəldilmiş, icra məmuru isə icra sənədi üzrə tələbin təmin edilməsi məqsədilə aidiyyəti hərrac mərkəzinə sifariş məktubu ilə müraciət etməklə, əmlakların hərracını sifariş etmişdir. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərlə hərracın baş tutmadığı müəyyən edilmişdir. Bu halın əksini təsdiq edən, yəni hərracın yekunlaşdığına dəlalət edən sənəd isə (“hərracın nəticələri barədə yekun protokol”) məhkəməyə təqdim edilməmişdir. Belə olan halda isə məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli, 02/21 saylı qərardadını rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisə predmeti olan əmlak üzrə hərracın yekunlaşmasını təsdiq edən sənəd təqdim edilmədiyindən, həmin əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması ilə əlaqədar Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62ci maddələri tətbiq edilməli, bununla da əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alıb məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblərinə iddia icraatı qaydasında baxılması yolverilməz olduğundan, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçıya izah edilməlidir ki, o, icra icraatı çərçivəsində hərracı sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdehlər "xxxx" BOKT MMC-yə, Cavabdeh1nə və Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı “mənzilin yenidən qiymətləndirilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçıya izah edilməlidir ki, o, icra icraatı çərçivəsində hərracı sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2738/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2738/2023
25.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver