Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2742/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxx 1986-cı ildə Ermənistan Respublikası, Quqark rayonunun Heydərli kəndində doğulmuşdur. Onun doğumu Ermənsitan Respublikası, Quqark rayon, Hallavar kənd soveti tərəfindən qeydə alınmış və bu barədə doğum haqqında şəhadətnamə verilmişdir. X2 və X1r. Ərizəçi R. Həsənova ailə üzvləri ilə birlikdə 31 avqust 1989-cu ildə məlum səbəblərdən qaçqın düşərək Ermənistan Respublikasının Quqark rayonunun Heydərli kəndindən köçərək Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi 49 ünavanma gəlmişlər. 1993-2004cü illərdə Bakı şəhəri 164 saylı məktəbdə orta təhsil almış, daha sonra 2004-2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr və 2009-2011-ci illərdə isə magistr təhsili almışdır. Qanunvericiliyə uyğun olaraq yaş həddinə çatdıqda şəxsiyyət vəsiqəsi almışdır. Ərizəçi doğum haqqında şəhadətnaməsini naməlum şəraitdə itirmiş və ehtimal etdiyi bütün yerlərdə axtarış aparmış və bu axtarışlarının heç bir nəticəsi olmamışdır. Doğum haqqında şəhadətnamə ona zəruri olan və mühüm məsələlərin həlli ilə bağlı sənədləşmə işlərinin aparılmasından ötrü lazımdır. Ona görə də Bakı şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət edərək doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri Maraqlı şəxs 10.02.2021-ci il tarixli 05/9-48/68 nömrəli məktubla onun müraciətindən imtina etmiş və məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Ərizəyə əlavə olunmuş Bakı şəhəri Maraqlı şəxs tərəfindən ünvanlanmış 10.02.2021-ci il tarixli, 05/9-48/68 nömrəli məktubdan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsinə dair Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmışdır. Ərizədə doğum yerinin “Ermənistan, Quqark rayonu” qeyd edilmişdir. Ərizəçi xx xxxx 1986-cı ildə Ermənistan Respublikası, Quqark rayonunun Heydərli kəndində doğulması faktını ona verilmiş şəxsiyyət vəsiqəsi ilə təsdiq olunur. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası DlN-nin Bakı şəhəri Nəsimi RPİ tərəfindən 15.04.2011-ci il tarixli, AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə Ermənsitan, Quqark rayonunda doğulmuşdur. Ərizəçi xx.xx.1986-cı ildə Ermənsitan, Quqark rayonunun Heydərli kəndində doğulması (doğumunun qeyd edilmə) faktı məhkəmə qaydasında müəyyən edilməli, doğum akt qeydləri bərpa edilməli və ona doğum haqqında şəhadətnamə verilməlidir. Ərizəçi dair vətəndaşlıq vəziyyəti aktları qeydi itməmişdir. Ərizəçi Ermənistan Respublikasının Quqark rayonunun Heydərli kəndində doğulmuş və doğum haqqında akt qeydləri həmin ölkənin müvafiq orqanları tərəfindən icra edilmişdir. Hazırda Ermənistan Respublikası ilə iqtisadi, siyasi və hüquqi münasibətlər olmadığından həmin akt qeydlərinin bərpası və ərizəçinin təkrar doğum haqqında şəhadətnamənin almasını mümkünsüz edir. Göstərilənlərə əsasən Ərizəçi Ermənistan Respublikası, Quqark rayonunun Heydərli kəndində doğulması (doğumunun qeyd edilmə) faktının müəyyən edilməsi, doğum akt qeydlərinin bərpa edilməsi və doğum haqqında akt qeydində atası qrafasında “X7”, milliyyəti “azərbaycanlı” və ana qrafasında “X6”, milliyyəti “azərbaycanlı” qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan ərizəçinin nümayəndəsi və vəkili ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ərizəçinin xx.xx.1986-cı il tarixdə Ermənistan Respublikasının Quqark rayonunun Heydərli kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktı müəyyən edərək, ərizəçiyə doğum haqqında şəhadətnamə verilməsi, ərizəçinin ata qrafasında ata adı "X7", atanın milliyyətinin “azərbaycanlı”, ana qrafasında ana adı "X6", ananın milliyyətinin “azərbaycanlı” kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil izahat verərək ərizəni müdafiə etdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə müraciət edilərək mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 10 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. İşin materiallarında olan Bakı-Nəsimi RPİ tərəfindən 15.04.2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon MKTB 52 saylı MKİS tərəfindən verilmiş 08.02.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi 31.08.1989-cu il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır və orada yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun doğma qızıdır. Qızının doğum haqqında şəhadətnaməsini itirmişdir. Qızı xx.xx.1986-cı il tarixdə Ermənistan Respublikasının Quqark rayonunun Heydərli kəndində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşı X5 qızıdır. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Ərizəçi xx.xx.1986-cı il tarixdə Ermənistan Respublikasının Quqark rayonunun Heydərli kəndində doğulmuşdur. X1r. Beləliklə məhkəmədə müəyyən olundu ki, Ərizəçi xx.xx.1986-cı ildə Ermənistan Respublikasının Quqark rayonunun Heydərli kəndində anadan olmuş, X2, X1r. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Ərizəçi Maraqlı şəxsnə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin Bakı şəhəri Maraqlı şəxs bundan imtina edərək, məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1986-cı il tarixdə, Ermənistan Respublikasının Quqark rayonunun Heydərli kəndində doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında ata qrafasında “X7”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X6”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməsi barədə qeydiyyat aparılmalı və bunun əsasında doğum haqqında şəhadətnamə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1986-cı il tarixdə, Ermənistan Respublikasının Quqark rayonunun Heydərli kəndində doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunsun. Doğum haqqında akt qeydləri kitabında ata qrafasında “X7”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X6”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməsi barədə qeydiyyat aparılsın və bunun əsasında doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2742/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2742/2021
17.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver